Məhkəmə qərarları › İş №2(104)-2201/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2201/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2201/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 31.*7.2*23-cü il il tarixli, 2(125)-5567/2*23 saylı qərardadından Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs X9 və Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək atası X4 babası Ərizəçi Tağı oğlunun övladı olması, babası Ərizəçi Tağı oğlunun ölümündən sonra vərəsəliyin atası X11, atasının vəfatından sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31.*7.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qərardadına əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Gəncə Şəhər Məhkəməsinin 31.*7.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, qərarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı yol verilmiş hər hansısa bir səhvdən bəhs olunur. Və qərarın özündə də mötərizədə adın, ata adının, soyadın təhrif olunması qeyd edilmişdir. Lakin ərizəçinin atasının doğum şəhadətnaməsində hər hansısa bir soyad təhrif olunmamışdır. Ərizəçinin atasının doğum şəhadətnaməsində atasının “X15” olduğu göstərilmişdir. “Əlizadə” soyadı hər hansısa bir formada “Tağızadə” soyadı ilə oxşar deyil ki, bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatındakı səhv barəsində düşünülməsi mümkün deyil. Ərizəçinin babasının adı X15 olmuş, sonradan övladının soyadı Tağızadə olmuşdur. Bu isə onu təsdiq edir ki, Əlizadə İsmayıl ata adı olan Tağı adından sonradan soyad kimi istifadə etmişdir. Yəni soyadını sonradan Tağızadə kimi qeyd etdirmişdir. Burada hər hansısa bir akt qeydinin səhvindən söhbət gedə bilməz. Gəncə Şəhər Məhkəməsinin *9.*8.2*23-cü il il tarixli, 2(125)-5567/2*23 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 31.*7.2*23-cü il tarixli, 2(125)-5567/2*23 nömrəli qərardadından Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 22 avqust 2*23-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi nümayəndə vasitəsilə təmsil olunsa da özü və maraqlı şəxs Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin *9.*8.2*23-cü il il tarixli və 22.*8.2*23-cü il tarixli qərardadlarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *9.*8.2*23-cü il il tarixli, 2(125)-22*1/2*23 saylı qərardadı və həmin qərardadla bağlı 22.*8.2*23-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan *9.12.1974-cü ildə təkrar verilmiş İ-JQ seriyalı 272438 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayıl Tağı oğlu ilə Məsmə Muxtar qızı *2.11.1924-cü ildə nikahlarını bağlamışlar. İşdə olan Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Tağı-zadə İsmayıl Tağı oğlu 23.1*.1974-cü ildə, Tağı-zadə Məsmə Muxtar qızı xx.xx.1997-ci ildə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən X8 verilmiş 29 aprel 2*21-ci il tarixli 437(276)/4 nömrəli arxiv arayışından görünür ki, *5 noyabr 1943-cü ildə anadan olmuş Ələddin Əlizadənin atasının adının X15 olduğu, anasının adının isə X14 olduğu göstərilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.198*-cı ildə doğulmuşdur, atası X11, anası X3r. İşdə olan Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 29.*8.2*21-ci ildə, X5 *8.*3.2*16-cı ildə ölmüşlər. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 14.*1.2*22-ci il tarixli *5/Q- 132/15 saylı arayışında göstərilir ki, X11 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 14.*1.2*22-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Ata Tağı-zadə İsmayıl Tağı oğlu-189*-cı il (23.1*.1974-cü ildə vəfat edib) 2.X1*-19*5-ci il (xx.xx.1997-ci ildə vəfat edib) 3.X1-*1.1*.1956-cı il (*8.*3.1956-cı ildə vəfat edib) 4.Uşaq Ərizəçi-xx.xx.198*-cı il

5. X7-*2.11.1989-cu il

6. X2-15.*5.1988-cı il

İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri (keçmiş Kirovabad) C.Cabbarlı küçəsi 29 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Tağı-zadə İsmayıl Tağı oğluna məxsusdur. Ərizədən və həmin ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin hazırkı ərizə ilə müraciət edib qohumluq münasibətlərində olması faktının müəyyən edilməsini xahiş etməkdə məqsədi babası Tağı-zadə İsmayıl Tağı oğlunun ölməsi ilə qalmış miras əmlaka vərəsəlik hüququnun rəsmiləşdirilməsidir. Tələbin birinci hissəsi, yəni qohumluq münasibətlərində olma faktı müəyyən edilmədən, ikinci hissəsinə baxılması mənasızdır. Qeydiyyat orqanının sənədindəki uyğunsuzluğun aradan qaldırılması isə yalnız məhkəmə qaydasında, həm də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında mümkündür. Doğrudur, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 2.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizəçinin atası X8 Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 29 aprel 2*21-ci il tarixli 437(276)/4 nömrəli arxiv arayışından isə göründüyü kimi onun doğum akt qeydinin ata qrafasında və uşağın özünün soyadının “Əlizadə” kimi göstərilməsi səhv və ya təhrif olunmuş formada olan qeyd deyil, bu baxımdan da kollegiya hesab edir ki, tələbin bu hissəsinə də məhkəmədə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 25.2-ci mmaddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 3*5-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarından göründüyü kimi ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində X4 Ərizəçi Tağı oğlunun övladı olması faktının müəyyən edilməsini, babası Ərizəçi Tağı oğlunun ölümündən sonra vərəsəliyin atası X11, atasının vəfatından sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin *9.*8.2*23-cü il il tarixli, 2(125)-22*1/2*23 saylı qərardadı və həmin qərardadla bağlı 22.*8.2*23-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.*.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *9.*8.2*23-cü il il tarixli, 2(125)-22*1/2*23 saylı qərardadı və həmin qərardadla bağlı 22.*8.2*23-cü il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar