Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2202/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin 2 (125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ilə bağlı iş üzrə Gəncə şəhəri, 03 dekabr 2025-ci il Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş ziyanın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadından yenidən şikayət verərək, qərardadın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli qərardadından yeniddən şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadından apelyasiya şikayəti və prosessual müddətin bərpası ilə bağlı ərizə verərək, mübahisələndirilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 13 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “məzuniyyət hüququnun bərpası, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi rədd edilmiş və həmin qərardaddan şikayət verilməsi müddətinin bərpasından imtina olunnuşdur. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, 14 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün 2(125)-1495/2025 nömrəli mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
1. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddiaçının elektron kabinet vasitəsilə yüklənmiş şikayəti Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. İddiaçı şikayəti ilə bağlı hər hansı əsaslandırma təqdim etməmiş, məhkəmə tərəfindən hansı prosessual hüquq normalarının pozulduğunu bildirməmişdir. Halbuki, yuxarıda istinad edilmiş qaydalara əsasən iddiaçı şikayətini dəlillərlə əsaslandırmalı, hazırkı işdə məhkəmənin hansı prosessual hərəkət və ya hərəkətsizliyindən narazı qaldığını qeyd etməli idi. Bundan başqa, iddiaçı barəsində şikayət etdiyi xx.xx.2025-ci il tarixli qərardadı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixində almış, lakin şikayət verərəkən həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddəti ötürmüşdür. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
2. Göstərilənlərə əsasən və MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Gəncə Şəhər Məhkəməsinin 2(125)-1495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.