Məhkəmə qərarları › İş №2(104)-2213/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2213/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2213/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi qarşı iş üzrə X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-2896/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2 (104)-319/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı mülkiyyətində olan Mollalı kəndində yerləşən 0.51 ha həyətyani torpaq sahəsinə gedən su yolunun qarşısını kəsən hörgünün alt hissəsi cavabdeh X2 istifadəyə maneə yaradan hərəkətlərin qadağa qoyulması və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X4 alınaraq iddiaçıya verilməsi təmin edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh icra məmuru Məhəmmədəli Qasımzadənin icra sənədinin icra olunması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsini xx.xx.2024-cü il tarixli, 2(104)-319/2024 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısının kəsən hörgünün alt hissəsi cavabdeh X5 hesabına sökülərək su yolunun açılması cavabdeh X2 istifadəyə maneə yaradan hərəkətlərin qadağa qoyulması qət edilmişdir. Bundan sonra icra sənədi Cavabdehnə göndərilmiş və sözügedən işin icrası Cavabdeh icra məmuru Məhəmmədəli Qasımzadəyə tapşırılmışdır. Ancaq işə baxan icra məmuru məhkəmənin qəbul etdiyi qətnamənin tam icra etmədən icra sənədinin tam icra olunmasını əsas gətirərək xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə xitam vemişdir. Hansı sözügedən su arxı açılmamışdır. Bu faktı işə əlavə etdiyi arayışda da görmək olduğunu qeyd etmişdir. Qeyd etmişdir ki, icra şöbəsinin sözügedən qərarını xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Onu da bildirmişdir ki, dəfələrlə su arxının açılması barədə şikayət və tələblərinə baxmayaraq açılmamışdır. Bu barədə arxın açılmasını təsdiq edən Bərdə RİHB-nın Mollalı kənd İƏD üzrə nümayəndəsi də arayış vermişdir. Bundan sonra İcra şöbəsinə müraciət etmiş və hazırki qərarın mövcudluğu barədə məlumat almışdır. Bundan sonra eyni məzmunlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(114)-3524/2025 saylı qərardadı ilə mümkünsüz sayılmışdır ki, icra şöbəsinin yerləşdiyi ərazi üzrə məhkəmə baxa bilər. Təkrarən Bərdə rayon Məhkəməsinə müraciət etsə də, xx.xx.2025-ci il tarixli 2(021)-2532/2025 saylı qərardadı ilə iş geri qaytarılmışdır. Sözügedən su arxının açılmasını icra məmuru icra etmədiyindən məcbur qalıb təkrar məhkəməyə müraciət etməli olmuşdur.

4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-2896/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hal-hazırki tələbə iddia icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Bu səbəbdən halhazırki tələb çərçivəsində icraata xitam verilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, dəfələrlə su arxının açılması barədə şikayət və tələblərinə baxmayaraq açılmamışdır. Bu barədə Bərdə RİHB-nın Mollalı kənd İƏD üzrə icra nümayəndəsi də arayış vermişdir. Bundan sonra, eyni məzmunlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş mümkünsüz sayılmışdır ki, icra şöbəsinin yerləşdiyi ərazi üzrə məhkəmə baxa bilər. Təkrarən Bərdə Rayon Məhkəməsinə müraciət etsə də, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş geri qaytarılmışdır. Sözügedən su arxının açılmasını icra məmuru icra etmədiyindən məcbur qalıb təkrar müraciət etməli olmuşdur. Ancaq, işə baxan məhkəmə əsas gətirmədən iş üzrə icraata xitam vermişdir.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-2896/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(021)- 2896/2025 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

10. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

13. İcra haqqında Azərbaycan Respublikasının Qanunu 1 4M. a d d ə 8 7 . İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İşdən görünür ki, iddiaçının şikayəti icra məmurunun məhkəmə qərarını tam icra etmədən icra sənədi üzrə icra işinə xitam verməsindəndir və iddia ərizəsində də xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, hazırkı tələbə iddia icraatı qaydasında yox, məhkəmə qərarlarının icrasına nəzarət qaydasında baxılmalıdır. Ona görə də, ərizəçi icra məmurunun hərəkətindən, hazırkı halda icra icraatına xitam verilməsi barədə qəbul etdiyi qərardan şikayətini məhkəməyə müvafiq formada təqdim etməklə məhkəmə müdafiəsi hüququndan istifadə etməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı tələbə iddia icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında baxılmalıdır.

18. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-2896/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçiyə izah edilsin ki, icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətlə bağlı olan tələbini məhkəmə qərarlarının icrasına nəzarət qaydasında məhkəməyə təqdim edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar