Məhkəmə qərarları › İş №2(104)-2228/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2228/2024

16.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2228/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiаçı İddiaçı Cavabdehnə qаrşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2249/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2249/2024 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdehnə qаrşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dаir iddiasının təmin edilməsi, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə SSİ-nin rəisi Atamoğlan Babayevin qəbul etdiyi 15 aprel 2024-cü il tarixli 33 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işi olan texnik-hidrotexnik vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 2249/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğu üçün onun rədd edilməsinə dair yeni məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı Cavabdehnə qаrşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmağı barədə əmrin məhkəmə qaydasında ləğv edilməklə, əvvəlki işinə bərpa edilməyinə və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı ildən Cavabdehndə Tərtər çay sahəsinin Mamo arxına 5-ci dərəcəli texnik hidrotexnik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə 33 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. İşə götürən Cavabdeh rəhbərliyi ona qarşı təzyiqlər işlədərək işdən çıxarılmağına çalışdığı bir vaxtda mediasiyaya müraciət edərək bunlara son verilməsi barədə müraciət etmişdir. Dəfələrlə idarənin müdiri Atamoğlan Babayevə yazılı və şifahi müraciət etsə də heç bir xeyri olmamışdır. Hətta bu barədə X7 Xidmətinin Qarabağ regional bölməsinə də şikayət etmişdir. Oradan xx.xx.2024-cü il tarixdə ona cavab verilmişdir ki, “əmək haqqının gecikdirilərək ödənildiyi üçün cavabdeh təşkilatın barəsində inzibati icraat başlanmışdır”. Hesab edir ki, xx.xx.2024-cü il tarixli 33 saylı əmri əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, guya o, xx.xx.2024-cü il tarixdən işə çıxmamışdır, hansı ki, 12 fevral 2024-cü ilədək işləmişdir və işlədiyi günlərə görə ona əmək haqqı hesablanmışdır. Yalnız mediasiyaya müraciət etdikdən sonra hesablanıb ödənilməmiş əmək haqqı ona verilmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdir və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmişdir və rəhbərlik tərəfindən hər hansı bir irad almamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iddiaçı ona edilmiş xəbərdarlıqlara baxmayaraq uzun müddət işə çıxmamış, barəsində görülmüş intizam tənbehləri də heç bir nəticə verməmiş, o, işində heç bir dönüş yaratmamış və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etməmişdir. İş materiallarında iddiaçının üzrsüz səbəbdən işə çıxmadığını təsdiq edən sübutlar olmasınma baxmayaraq məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi Bərdə SSİ HİK İdarə Heyətində də müzakirə edilmiş və HİK tərəfindən müdiriyyətə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tövsiyə edilmiş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1967-ci ildə Bərdə rayonu, Qasımbəyli kəndində anadan olmuş, Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf Cavabdeh olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı şikayət ərizəsinə baxılaraq araşdırma zamanı müvafiq sənədlərin təqdim olunması üçün Cavabdehnə sorğu məktubu ünvanlanmış və müəssisə tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, fevral ayında üzrsüz səbəblərdən işburaxmaya yol verilib. Müəssisə rəhbərliyi tərəfindən üzrsüz səbəbdən işdən qalmağı ilə bağlı yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin İddiaçı işə getməmiş və davamiyyət cədvəlinə qol çəkməmişdir. Səlahiyyətli nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə Qarabağ DOST Mərkəzində izahat vermişdir. Təqdim olunmuş izahatda müəssisə rəhbəri X1 Xavər Yapon qızını işə buraxmadığı və qəsdən işdən azad etmək istədiyi bildirilmişdir. Tərəflərindən Əmək və X8 baxış zamanı əmək müqaviləsinə xitam verilmədiyi müəyyən olunmuşdur. Müəssisədə təqdim edilən sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı yanvar və fevral ayları üzrə əmək haqqı gecikdirilərək ödənilmişdir. Bu səbəbdən müəssisə rəhbəri barədə inzibati icraat başlanaraq protokol tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 2024-cü il tarixli 67 saylı məktubdan görünür ki, Cavabdeh yazıb bildirir ki, 01 fevral 2024-cü il tarixdən hal-hazıra qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığına görə haqqında məlumat yazılmışdır. İşə gəlib-gəlməməyi barədə izahat verilməsi xahiş edilir İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 22 aprel 2024-cü il tarixli 146 saylı məktubdan görünür ki, Cavabdeh yazıb bildirir ki, idarə həmkarlar təşkilatının 03 saylı 09 aprel 2024-cü il tarixli ümumi iclas protokoluna əsasən 15 aprel 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən çıxarış məktuba əlavə olunur. İş materiallarında olan Bərdə SSİ-i HİK-i İdarə Heyətinin 09 aprel 2024-cü il tarixli 03 saylı iclas protokolundan görünür ki, Bərdə SSİ-i həmkarlar ittifaqı komitəsi idarə heyətinə ünvanlanmış sənədlərdən göründüyü kimi İddiaçı mütəmadi olaraq əmək intizamını pozmuşdur, ki bu da kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatında problemlərin yaranmasına səbəb olmuşdur. İclasda dəvət əsasında iştirak edən idarənin Tərtər çay istismar sahəsinin rəisi Əhmədov Ağanın dəfələrlə xəbərdar etməsinə baxmayaraq İddiaçı işində heç bir dönüş yaratmamış və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etməmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi təklifi iclas iştirakçıları tərəfindən dəstəklənərək rəhbərliyə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh 15 aprel 2024-cü il tarixli 33 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Tər-Tər çay sahəsinin Mamo arxı üzrə texnik hidrotexniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış xx.xx.2016-cı il tarixli 104 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Bərdə SSİ-nin idarə həmkarlar ittifaqı komitəsinin ümumi idarə heyətinin xx.xx.2024-cü il tarixli 03 nömrəli iclas protokolu və rəisin göstərişi. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin sorğusundan görünür ki, Cavabdehnə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin surətinin məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında iştirak edilməsi cavabdeh təşkilatdan xahiş edilmişdir İş materiallarında olan Bərdə rayon Məhkəməsinin İddiaçı etdiyi müraciəti ilə əlaqədar toplanmış materialın və nəticədə qəbul edilmiş hüquqi aktın və digər sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Qarabağ Regional Şöbəsinin 24 iyun 2024-cü il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı müraciəti əsasında Cavabdehndə araşdırma aparılmış yekun olaraq müəssisənin rəhbərliyi barəsində yol verilmiş nöqsanla əlaqədar protokol və qərar qəbul olunmuşdur. Müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan müraciətə əlavə edilmiş sənədlərdən İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Müfəttişliyə yazılı müraciəti, Cavabdeh rəisi Atamoğlan Babayevə inzibati xəta haqqında icraatda iştirakla bağlı yazılı bildiriş, MN ******* saylı İnzibati xəta haqqında protokol və MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar olduğu görünür. Həm inzibati xəta haqqında protokol, həm də inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Bərdə SSİ-nin rəisi X3 müəssisənin işçisi İddiaçı 2024cü ilin yanvar və fevral ayları üzrə əmək haqqısının əmək qanunvericiliyinin tələblərinə uyğun ödənilməməsinə görə İXM-in 192.4-cü ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tənbehi tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı ildən Cavabdehndə Tərtər çay sahəsinin Mamo arxına 5-ci dərəcəli texnik hidrotexnik təyin edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə X7Xidmətinin Qarabağ Regional şöbəsinin müdirinə ərizə ilə müraciət edərək 2024-cü ilin yanvar ayı üzrə əməık haqqının verilmədiyini, məhkəməyə müraciət etməsi üçün işdən çıxarılmasına dair əmrinin ona verilmədiyini bildirmiş, cavabdehin xx.xx.2024-cü il tarixdən işə çıxmadığı qeyd edilərək ona cavabdehin əmri xx.xx.2021-ci il tarixli əmri ilə xəbərdqrlıq elan edilmiş, daha sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə çıxmadığı bildirilərək xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmiş, bundan sonra iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə çıxmadığı qeyd edilərək ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verilmiş, işçinin əmək haqqısı verilmədiyinə görə cavabdeh təşkilatın rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Bərdə SSİ-i HİK idarə heyətinin xx.xx.2024-cü il tarixli 03 saylı iclasnın qərarı ilə iddiaçının işdən azad edilməsi cavabdehə tövsiyə edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 33 saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı işdən azad edilmişdir. Məhkəmə iclasında həm də müəyyən edilmişdir ki, iddiaçı barəsində işə çıxmaması ilə bağlı intizam tədbirləri görülməsinə dair əmrlər verilmiş olsa da, lakin ondan izahat tələb edilməmiş, verilmiş əmrlər iddiaçıya təqdim edilməmiş, müəssisənin HİK iddiaçının işdən çıxarılmasına razılıq verilməsi məsələsinin müzakirə edilməsi üçün toplaşmış olsa da, işçinin özü həmkarlar təşkilatının iclasına dəvət olunub dinlənilməmiş, həmkarlar təşkilatı işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi və ya da verilməməsi barədə qərar qəbul etməli olduğu halda işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini müdiriyyətə tövsiyə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 21 fevral 2024-cü il tarixli məktubdan iddiaçının 01 fevral 2024-cü il tarixdən məktubun tərtib edildiyi 21 fevral 2024cü il tarixədək olan müddətdə işə çıxmadığı haqqında məlumat yazıldığı qeyd edilmiş və iddiaçıdan idarəyə gəlib işə gəlməməyi barədə izahat verməsi xahiş edilmişdir. Cavabdeh təşkilatın İddiaçı ünvanladığı 22 aprel 2024-cü il tarixli məktubda isə onun əmək müqaviləsinə 15 aprel 2024-cü il tarixdən ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd edilmiş və əmrdən çıxarış məktuba əlavə edilmişdir. İşdə olan iclas protokolunda isə iddiaçı olan texnik-hidrotexnik işləyən İddiaçı əmək intizamını pozduğu, nəticədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı, xəbərdar olunmasına baxmayaraq iddiaçının öz işində heç bir dönüş yaratmadığı və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etmədiyi və buna görə də əmək müqaviləsinə xitam verilməsi təklifi idarə həmkarlar ittifaqı komitəsi idarə heyəti tərəfindən bəyənilmiş və dəstəklənərək iddiaçının işdən çıxarılması tövsiyyə edilmişdir. Bundan başqa məhkəmə araşdırması müddətində məhkəmə tərəfindən Cavabdehnə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi və idarənin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakı tələb edilsə də, buna məhəl qoyulmamış və məhkəmənin sorğusuna heç bir əsaslı səbəb göstərilmədən cavab verilməmiş və nümayəndənin iştirakı təmin edilməmiş, yalnız sonuncu məhkəmə baxış iclasında cavabdeh təşkilatın etibarnamə üzrə nümayəndəsi X5 iştirak edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müəyyən sənədlər məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sənədləri iş materiallarına əlavə etsə də sübut qismində nəzərə almır və tədqiq etmir. Bunun da səbəbi odur ki, iş üzrə sənədlər və sübutlar məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim edilməlidir. Məhkəmə hazırlıq iclaslarının mahiyyəti odur ki, burada iştirak edən tərəflər məhkəməyə öz sübutlarını təqdim etməli və öz fikir və mülahizələrini bildirməlidir. Hazırlıq iclasında sübutlar toplanılır, baxış iclasında tərəflərin çıxışları dinlənildikdən sonra iş üzrə yekun qərar qəbul edilərək tərəflərə elan edilir. Həmçinin iş üzrə tərəflər sənədləri və sübutları hansı səbəbdən məhkəmə baxış iclasında təqdim etmələrini əsaslandırmalıdırlar. məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi Xəqani Həsənov hansı səbəblərdən cavabdehin nümayəndəsinin iş üzrə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etməmələrini və nəyə görə vaxtında məhkəmənin sorğusuna cavab verməyərək İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair sənədləri məhkəməyə təqdim etməmələrini heç bir səbəblə əsaslandıra bilməmiş və tutarlı səbəblər göstərməmişdir. Belə olan halda məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsini, xüsusilə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya Məcəllənin 72-ci maddəsində sadalana hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilməsini qərəzli və qanunsuz, əsassız hesab edir. Həmçinin, məhkəmə ona görə İddiaçı əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edir ki, işdə yalnız iddiaçıya əmək vəzifəsini pozaraq işə çıxmaması barədə bir xəbərdarlıq məktubu var, cavabdeh təşkilat tərəfindən isə iddiaçı olan işçinin və onun sahə rəisi və iş yerində çalışan digər işçilərin izahatları alınmamış, həmçinin iddiaçının işə çıxmaması barədə akt və digər sənədlər tərtib edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh iddiaçının əmək vəzifələrini pozmasına dair şahidləri də məhkəməyə təqdim etməmişdir. Bundan başqa işdə olan İddiaçı əmək müqaviləsinə xitam verilməsinin müzakirə edilməsi və dəstəklənməsi ilə bağlı Bərdə SSİ-i HİK-i İdarə Heyətinin 09 aprel 2024-cü il tarixli 03 saylı iclas protokolunda idarədə texnik-hidrotexnik işləyən İddiaçı əmək intizamını pozduğu, nəticədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı, xəbərdar olunmasına baxmayaraq iddiaçının öz işində heç bir dönüş yaratmadığı və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etmədiyi qeyd edilsə də bu hal, yəni kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı və nəticədə bitkilərin ziyan çəkməsi, quraqlıq olması və sair neqativ halların olması digər mötəbər sübutlarla (şahid ifadələri, ekspert və ya mütəxəssis rəyləri və s.) öz təsdiqini tapmamış və ya belə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, İddiaçı özü də həmkarlar ittifaqı komitəsinin iclasında çağırılıb dinlənilməmiş, fikri öyrənilməmişdir. Belə ki, qanunvericiliyə əsasən iş yerlərində olan həmkarlar ittifaqı komitələrinin yaradılması və fəaliyyətinin əsas məqsədi əsasən işçilərin hüquqlarının qorunması və onların sosial təminatının gücləndirilməsi ilə bağlı işəgötürənə müvafiq təkliflərin verilməsi, işçilərin iş yerləri və sosial şəraitlərinin yaxşılaşdırılması, istirahət və asudə vaxtlarınən səmərəli təşkilinə dəstək olmaq, pozulmuş hüquqların müdafiə və bərpasına köməklik etməkdir. Hazırki işdə isə həmkarlar komitəsi iddiaçını dinləmədən və onun işə gəlib-gəlməmək faktını araşdırmadan, işə gəlmədiyi təqdirdə səbəblərini araşdırmadan, kifayət qədər sübut toplamadan yalnız sahə rəisinin müraciətinə əsaslanaraq işəgötürənin mənafeyi naminə birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsini cavabdeh təşkilata tövsiyyə etmişdir. Cavabdeh təşkilatın rəhbəri isə bundan qərəzli olaraq istifadə edərək iddiaçının əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan əmək müqaviləsi üzrə öhdəlikləri kobud şəkildə pozma əsası ilə xitam vermişdir. İş materiallarından cavabdehin rəhbərinin əmək qanunvericiliyini ödənişlər üzrə pozması da aydın olur. Belə ki, İddiaçı ona 2024-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqının ödənilməməsi ilə bağlı DƏMX-in X4 etdiyi müraciəti ilə əlaqədar cavabdeh Bərdə SSİ-inin rəisi Atamoğlan Babayev yanvar və fevral ayları üzrə iddiaçıya əmək haqqını gecikdirməklə ödədiyinə, yəni əmək haqqını əmək qanunvericiliyin tələblərinə uyğun ödəməməklə əmək qanunvericiliyini pozduğuna görə barəsində tərtib edilmiş MN ******* saylı 08 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla 1000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardan qısa müddət sonra isə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir ki, bu da cavabdeh təşkilatın rəhbərinin iddiaçıya qarşı olan qərəzli davranışı ilə izah edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarına əsasən iddiaçının əmək vəzifələrini kobud şəkildə pozmasından və əmək funksiyasını yerinə yetirməməsindən söhbət gedə bilməz. Həmçinin, ƏM-in 72-ci maddəsində sadalanan hallardan heç biri hazırki işdə aşkar edilməmişdir. Mübahisə predmeti olan əmr isə kifayət qədər əsaslandırılmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçı öz əvvəlki işi olan texnikhidrotexnik vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin1-ci hissəsinbə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin işçiyə intizam tənbehi verilməsinin şərtlərini tənzimləyən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iş materialında olan Cavabdeh HİK-i İdarə Heyətinin 03 saylı iclas protokolundan göründüyü kimi həmkarlar təşkilatının iclası 09 aprel 2024-cü il tarixdə keçirilmiş və qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmişdir. Beləliklə də idarənin həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Lakin iş materiallarından göründüyü kimi həmkarlar komitəsi iddiaçını dinləmədən və onun işə gəlib-gəlməmək faktını araşdırmadan, işə gəlmədiyi təqdirdə səbəblərini araşdırmadan, kifayət qədər sübut toplamadan yalnız sahə rəisinin müraciətinə əsaslanaraq işəgötürənin mənafeyi naminə birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsini cavabdeh təşkilata tövsiyyə etmişdir. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə də bu barədə olan əmr qanunsuzdur. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Cavabdeh verdiyi apellyasiya şikayətində məhkəmənin qətnaməsinin qanunsuz olduğunu göstərmiş olsa da, şikayətini konkret faktlarla əsaslandırmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni olmasını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki. məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi kimi qiymətləndirərək təmin edilməsini mümkün saymır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2249/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2249/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar