Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2231/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1869/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli əmrin məhkəmə qaydasında ləğv edilməsinə və digər məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və ya işinə uyğun təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsinə və ödənilməmiş 1/3 hissə əmək haqqının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2024-сü il tarixli 2(021)-1869/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı “İşə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı mediasiya seansında ödədiyi 50 (əlli) manat məbləğində vəsaitin iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı 05 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(021)-1869/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, cavabdeh təşkilata yeni müdir təyin edildiyindən və onlarla danışıqlar mərhələsində olduğundan verdiyi apellyasiya şikayətindən imtina etmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyatorun müraciətini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş üzrə apellyasiya şikayətindən imtina ərizəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsi ilə İddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1869/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2231/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2231/2024
17.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver