Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-224/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(061)-1071/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş materiallarında olan İddiaçı AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, o, 1958-ci il təvəllüdlüdür. X11 surətindən görünür ki, İddiaçı Ağdərə Rayonundan məcburi köçkündür. Qaçqın və X12 üzrə Dövlət Komitəsinin 350 saylı, 28 iyun 2022-ci il tarixli arayışı ilə bildirilir ki, İddiaçı Tərtər Rayonunda Yeni Qəsəbə bina 11, mənzil 14-də yaşayır. Tərtər Rayon Mənzil Kommunal İstismar Sahəsinin sahə nəzarətçisi X8, usta X5, sahə nəzarətçisi Taleh Məmmədovun və ev sahibi (hazırkı iddiaçı) İddiaçı və qardaşı X10 iştirakları ilə tərtib edilmiş 08 iyul 2022-ci il tarixli AKTdan görünür ki, həqiqətən X9 yaşadığı bina 11 mənzil 17-dən qəsdən suyu iddiaçının evinə 3-4 gün axıtmış, evin əşyalarına zərər dəymişdir (fotoşəkillər AKTa əlavə olunur). 15 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə hazırkı İddiaçı ilə "xxxx" MMC aralarında bağlanır, evə dəymiş zərərin müəyyənləşdirilməsi müqavilənin məqsədidir. "xxxx" MMC-nin tərtib etdiyi DƏYƏN ZƏRƏRİN HESABATİNDAN görünür ki, İddiaçı evinə baxış keçirilmiş və cəmi 1039 manat məbləğində evə zərərin dəyməsi müəyyən edilmişdir. Qaçqın və X12 üzrə Dövlət Komitəsinin 416 saylı, 15 iyul 2022-ci il tarixli arayışı ilə bildirilir ki, cavabdeh X2 Rayon Yeni Qəsəbəsində bina 11 mənzil 17-də yaşayır. İş materiallarında olan fotoşəkillərlə də İddiaçı ünvanına vurulan zərərlər görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10-8213 saylı rəyindən görünür ki, Tərtər rayonu, Yeni Qəsəbə, bina 11 saylı evin 14 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Tərtər Rayon Mənzil kommunal istismar istismar sahəsinin sahə nəzarətçisi tərəfindən xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Tərtər rayonu, Yeni Qəsəbə, 11 saylı binada yerləşən 14 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 1 ünvanında yerləşən məzilin qapısı bağlı olduğundan (kondisioner işlək vəziyyətdə olmadığından) kondisionerindən axan su iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin balkonuna və mənzilinin içərisinə suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında yerləşən mənzilə aid kondisioner 17 saylı mənzilin çöl divarında yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə maneə yaratmadığı müəyyən edilir. ünvan 2 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1025,0 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək cavabdeh X1 axıdılması nəticəsində evinin koridoruna, hamam otağına, mətbəx otağına, mənzilin divarlarına, tavan hissəsinə, mebellərə, qoşa yataq çarpayısına, divana, pərdələrə, tüllərə, şüşələrə və gəvələrə dəymiş maddi zərərin əvəzi olaraq 1039 manat pulun, mənəvi zərər əvəzi olaraq 500 manat pulun, zərərin qiymətləndirilməsi ilə bağlı göstərilən xidmətə görə ödədiyi 100 manat pulun, hüquqi xidmət üçün ödədiyi 40 manat pulun, cami 1679 manatın cavabdehdən tutulmasını, həmçinin səhhətinə və mənzilinə zərər vurması təhlükəsi yaradan kondisionerin çöl blokunun su şlanqı ilə birlikdə quraşdırıldığı pəncərəsinin önündən cavabdehin hesabına sökülməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair ərizəsi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Ağdərə Rayonundan məcburi köçkün düşmüş, indiyədək Tərtər Rayonunda məskunlaşmışdır. Hazırda Tərtər Rayonunda Yeni Qəsəbə bina 11, mənzil 14-də yaşayır. Ali təhsilli müəllimədir. Cavabdeh X9 onunla qonşudur, ondan üst mərtəbədə yaşayır. Cavabdeh onu həmişə mütəmadi olaraq narahat edir. Cavabdeh evdə olanda onun əşyalarının səsindən yata bilmir. Cavabdeh M.Baxşalıyeva o, evdə olmayanda pəncərəsinin baş tərəfini deşdirib oraya kondisionerini yerləşdirib, divardan çıxan zibillər onun evinə daxil olub, evi biabırçı vəziyyətə salıb. Kondisionerin səsi onun başına düşür, əsəblərini tərpədir, kondisionerin suyu da axaraq pəncərəsinə, hətta mənzilinin içərisinə tökülür, həmin yerdə mamır əmələ gəlir. Cavabdehə bu barədə dəfələrlə demiş, kondisionerin yerinin dəyişdirilməsini və ona dəymiş zərərin ödənilməsini tələb etmiş, cavabdeh ona rişxənd etmiş, kondisionerin yerinin dəyişdirilməyəcəyini və zərəri ödəməyəcəyini ona bildirmişdir. Cavabdehin bu hərəkətləri ilə suyun axıdılması nəticəsində evinin koridoruna, hamam otağına, mətbəx otağına, mənzilin divarlarına, tavan hissəsinə, mebellərə, qoşa yataq çarpayısına, divana, pərdələrə, tüllərə, şüşələrə və gəvələrə maddi zərər dəymişdir ki, 1039 manat pul zərər məbləği təşkil edir. Cavabdehin bu hərəkətləri ona mənəvi zərər vurmuş, dəfəlrlə qonşuların içərisində Məxmər onu söyüb-təhqir etmişdir. Mənəvi zərər əvəzi olaraq 500 manat cavabdehdən istəyir, zərərin qiymətləndirilməsi ilə bağlı göstərilən xidmətə görə ödədiyi 100 manat pulu və hüquqi xidmət üçün ödədiyi 40 manat pulu, cəmi 1679 manatın cavabdehdən tutulmasını istəyir, həmçinin səhhətinə və mənzilinə zərər vurması təhlükəsi yaradan kondisionerin çöl blokunun su şlanqı ilə birlikdə quraşdırıldığı pəncərəsinin önündən cavabdehin hesabına sökülməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair ərizəsinin hissəsinin də təmin edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1071/2022 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın qismən təmin edilməsi, cavabdeh X4 – suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq 1039 (bir min otuz doqquz) manat, həmçinin zərərin qiymətləndirilməsi ilə bağlı göstərilən xidmətə görə iddiaçının ödədiyi 100 (bir yüz) manat, cəmi 1139 (bir min yüz otuz doqquz) manat pulun tutularaq İddiaçı Bəhrəm qızının xeyrinə verilməsi, X6 məxsus kondisionerin çöl bloku su şlanqı ilə birlikdə iddiaçının pəncərəsinin qabağından cavabdehin hesabına sökülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097, 1115-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(061)-1071 saylı qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin tam təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, kondisioneri alandan defektli olmuşdur, heç işləməmişdir. Alandan 10 gün sonra müharibə başlamış və top mərmilərindən də zədə görmüşdür. Kondisenerin yeri isə iddiaçıya heç bir maneçilik törətmir. Qonşuları da buna şahiddir. Ərizədə yazılan zərərli suyun evə axması və buna görə də iddiaçının evinə zərər dəyməsi yalandır. Cəmi 1 dəfə onun evinə krantdan su damcıllamışdır, bu isə tezliklə həllini tapmışdır. Yəni onun mebellerinə, mətbəxinə, yataq otağına və s. zərər vurulucaq dərəcədə bir şey olmamışdır. Evinin divarlarının mamır bağlaması tamamilə böhtandır. Dövlət Qaçqın Komitəsinin nümayəndəsi çilingərlə cavabdehin evinə gəlmiş, suya baxış keçirmiş və heç bir problemin olmadığını bildirmişdir. Bu göstərilənləri nəzərə almadan Tərtər rayon məhkəməsi 30 avqust 2022-ci il tarixdə əsassız olaraq tələbin təmin olunması barədə qətnamə çıxarmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdeh ona 4 dəfə ziyan vurmuş, ancaq hələdə həmin ziyanı aradan qaldırmamışdır. Kondisionerin çöl blokunun vurduğu ziyan onun axıtdığı sudan ibarətdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.3-cü maddəsində həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(061)-1071/2022 saylı qətnaməsi «cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq 1039 (bir min otuz doqquz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi» hissəsində dəyişdirilməli, cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq tutulmalı olan pulun məbləği 1025 (bir min iyrimi beş) manat müəyyən edilməli, qətnamə iddia tələbinin təmin edilmiş, X6 məxsus kondisionerin çöl bloku su şlanqı ilə birlikdə iddiaçının pəncərəsinin qabağından cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehdən suyun axıdılması nəticəsində evinin koridoruna, hamam otağına, mətbəx otağına, mənzilin divarlarına, tavan hissəsinə, mebellərə, qoşa yataq çarpayısına, divana, pərdələrə, tüllərə, şüşələrə və gəvələrə dəymiş maddi zərərin əvəzi olaraq 1039 manat pul, mənəvi zərər əvəzi olaraq 500 manat pul, zərərin qiymətləndirilməsi ilə bağlı göstərilən xidmətə görə ödədiyi 100 manat pul, hüquqi xidmət üçün ödədiyi 40 manat pul, cəmi 1679 manat tələb etsə də tələbinin əsası kimi yalnız 1039 manat mütəxəssis hesablaması, 100 manat zərərin qiymətləndirilməsi ilə bağlı göstərilən xidmətə görə mütəxəssisə ödənişi təsdiq edən sənəd təqdim etmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən vurulmuş zərərin düzgün müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası, eləcədə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Tərtər rayonu, Yeni Qəsəbə, bina 11 saylı evin 14 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Tərtər Rayon Mənzil kommunal istismar istismar sahəsinin sahə nəzarətçisi tərəfindən xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Tərtər rayonu, Yeni Qəsəbə, 11 saylı binada yerləşən 14 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 1 ünvanında yerləşən məzilin qapısı bağlı olduğundan (kondisioner işlək vəziyyətdə olmadığından) kondisionerindən axan su iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin balkonuna və mənzilinin içərisinə suyun axıb-axmadığını dəqiqliklə müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında yerləşən mənzilə aid kondisioner 17 saylı mənzilin çöl divarında yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə maneə yaratmadığı müəyyən edilir. ünvan 2 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1025,0 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya qanunvericliyin tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, rəydə qeyd olunan 1025,0 manat məbləği əsas götürülməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən suyun axıdılması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq tutulmalı olan pulun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Bundan başqa ekspert rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilə aid kondisioner 17 saylı mənzilin çöl divarında yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə maneə yaratmır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbin həmin hissədə təmin edərkən əsaslı nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(061)-1071/2022 saylı qətnaməsi «cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq 1039 (bir min otuz doqquz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi» hissəsində dəyişdirilməli, cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq tutulmalı olan pulun məbləği 1025 (bir min iyrimi beş) manat müəyyən edilməli, qətnamə iddia tələbinin təmin edilmiş, X6 məxsus kondisionerin çöl bloku su şlanqı ilə birlikdə iddiaçının pəncərəsinin qabağından cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(061)-1071/2022 saylı qətnaməsi «cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq 1039 (bir min otuz doqquz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi» hissəsində dəyişdirilsin. Cavabdeh X4 - suyu axıtması nəticəsində iddiaçının evinə vurduğu zərərin əvəzi olaraq tutulmalı olan pulun məbləği 1025 (bir min iyrimi beş) manat müəyyən edilsin. Qətnamə iddia tələbinin təmin edilmiş, X6 məxsus kondisionerin çöl bloku su şlanqı ilə birlikdə iddiaçının pəncərəsinin qabağından cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci müştərək qaydada İddiaçı və cavabdeh X6 aid edilməklə, 50 manat pul iddiaçıdan, 50 manat pul isə cavabdehdən tululub SAP (XİİS), X7, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamənin zərərin əvəzinin ödənilməsi hissəsindən şikayət verilə bilməz, qətnamədən iddia tələbinin rədd edilmiş hissəsindən isə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-224/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-224/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver