Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-224/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) X11, həmçinin digər etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(076)-284/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında mülkiyyətinə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsindən Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülüb götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(076)-284/2021 saylı qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın təmin edilməsi, xx.xx.2016-cı il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin 0.084 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülərək götürülməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli 2(104)-1480/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(076)-284/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(102)-2912/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1480/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh onun torpaq sahəsini zəbt etdiyinə görə ona qarşı Şəmkir Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində tikililər inşa etdirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsində inşa edilmiş tikililəri söküb götürməkdən imtina etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Sarıtəpə kəndində 0.12 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır; Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(076)-1453/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş və Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsindən çıxarılması qət edilmişdir; Şəmkir Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(076)-2671/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli 2(104)-1084/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(076)-2671/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(102)- 3441/2021 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli 2(104)-1084/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Sarıtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 314 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh kənd ərazisində 0.18 ha həyatyanı torpaq sahəsi vardır. Həyatyanı torpaq sahəsinin içində kürsülü birmərtəbəli ev inşa edilmişdir. Ev Cavabdeh mərhum əri Vəli Nağıyev tərəfindən 1990-cı ildə inşa edilmişdir; Azərbaycan Respublikası Dövlət X9 30 yanvar 2023-cü il tarixli k-3-05 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Sarıtəpə kəndi İƏV üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında X3 adı aşkar edilməmişdir; Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışda qeyd edilmişdir ki, JN-219A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən X5 məxsus olmuş 0.12 ha həyatyanı torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat kontorunda bağlanmış 4Ə-94 reyestr nömrəli 21 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özgəninkiləşdirilmiş və sonuncunun adına RX seriyalı ******* saylı 09 dekabr 2016-cı il tarixli reyestrdən çıxarış verilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6051/2019 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-1453/2017 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1132/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6051/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallaına düzgün hüquqi qiymət verilməmişdir. Beləki, ona məxsus DƏDRX-nin çıxarışı əsasında Şəmkir rayonu, Sarıtəpə kəndində 0,18 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində mərhum əri Vəli Nağıyev 1990-cı ildə ev tikdirmişdir. 2012-ci ildə onlara məlum olmuşdur ki, X1 mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha həyətyanı torpaq sahəsini İddiaçı saxta alğı-satqı müqaviləsi ilə almış və həmin torpaq sahəsinin 0,03 ha hissəsi ona məxsus torpaq sahəsinin üzərinə düşür. O, sonradan Raifə Mirzəliyeva ilə əlaqə saxlamış, Raifə ona bildirmişdir ki, torpaq sahəsini xx.xx.2006-cı il tarixdə X2, lakin ata adında Huday yazıldığı üçün sənədləşmənin aparılması mümkün olmamışdır. Daha sonra o, X6 ilə xx.xx.2006-cı il tarixdə X14 və İddiaçı arasında olan hər iki saxta alğı-satqı müqaviləsini əldə etmişdir. İddiaçı isə 2016-cı ildə həmin saxta alğısatqı müqaviləsi əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən çıxarış almışdır. 2012-ci ildə olan məhkəmə mübahisəsində isə mütəxəssis və ekspert rəyində 0,03 ha torpaq sahəsinin onun torpaq sahəsinin üzərinə düşdüyü qeyd olunsa da, 2018-ci ildə Şəmkir Rayon Məhkəməsi onun 0,12 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmışdır. İddiaçı ona məxsus tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə haqsız olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: 05 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) X11 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası 1980-ci illərdə Şəmkir rayonu Sarıtəpə adlanan kənddə motorist işləmişdir. 1988-ci ildə mərhum atasının adına torpaq sahəsi ayrılmış, 1990-cı ildə isə həmin torpağın üzərində ev, tövlə və digər yardımçı tikililər inşa edilmişdir. Həmin tikililər atası Vəli Nağıyev tərəfindən inşa edilmişdir. Ev inşa edildiyi vaxtdan hazıradək orada yaşayırlar. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, 0.18 ha həyatyanı torpaq sahəsinə dair adlarına şəhadətnamə verilmişdir. Onlar torpaq sahəsinin üzərində ev inşa edərkən Raifə adlı şəxsi tanımamışlar, Evi inşa edən zaman, habelə bundan sonra evin tikintisinə hər hansı şəxsin narazılığı olmamışdır və torpaq sahəsini özlərininki bilib orada ev inşa etmişlər. Atası evi inşa edən zaman İddiaçı həmin kənddə qonşuluqlarında başqa evdə yaşamışdır. 05 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2006-cı ildə Raifə adlı şəxsdən almışdır və həmin torpaq sahəsinə dair 2016-cı ildə adına çıxarış verilmişdir. Raifə Mirzəliyevadan 0.075 ha torpaq sahəsi almışdır. Cavabdehin inşa etdiyi evin və tövlənin 0.084 ha hissəsi ona məxsus torpaq sahəsində inşa olunub. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Cavabdehin ona məxsus torpaq sahəsində inşa edilmiş tikililəri onun mülkiyyət hüququnu pozur. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evi 2001-ci ildə inşa edilmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, kollegiyanın əvvəlki iclasında verdiyi izahatına əlavəsinin olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, 1982-ci ildən Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Cavabdeh mərhum əri Vəli Nağıyev mübahisəli evin örtüyünü 2002-ci ildə vuran zaman enerjidən istifadə olunması üçün xətti o öz evindən vermişdir. Həmçinin bildirmişdir ki, həmin vaxt mübahisəli torpaq sahəsindən kənarda qonşuluqda başqa evdə yaşamışdır və cavabdehin inşa etdiyi digər yardımçı tikililərdə həmin vaxt mövcud olmuşdur. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) X11 və digər etibarnamə üzrə nümayəndəsi (vəkil) X10 apellyasiya şikayətini müdafiə edərək izahatlarına əlavələri olmadığını bildirmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, JN-219A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsi X5 verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunda bağlanmış 4Ə-94 reyestr nömrəli 21 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə X7 həmin torpaq sahəsini İddiaçı satmış və sözügedən alqı-satqı müqaviləsi əsasında sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(076)-1453/2017 saylı qətnaməsi ilə İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin 0.08 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmiş, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Bununla yanaşı işdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan mübahisəli 0.12 ha torpaq sahəsinin qonşuluğunda Cavabdeh məxsus 0.18 ha həyatyanı torpaq sahəsi mövcuddur və həmin torpaq sahəsinin üzərində cavabdehin mərhum əri Vəli Nağıyev tərəfindən 1990-cı ildə fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mülkiyyətin müdafiəsi ilə bağlı yaranmış mübahisədir və mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı iş üzrə tərəflər arasında torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında “iddiaçıya məxsus torpaq sahəsinin 0.084 ha sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi və orada yaşayış evinin, tövlənin və digər yardımçı tikililərin inşa edildiyi”nin müəyyən olunduğunu və həmin halın MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq iddianı təmin etmişdir. Halbuki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bu baxımdan prosessual qanunvericiliyə əsasən yalnız birinci və apellyasiya instansiya məhkəmələri işin hallarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün kassasiya instansiya məhkəməsinin mülki məhkəmə icraatı üzrə qəbul etdiyi aktlar preyudisiallıq xüsusiyyətinə malik ola bilməz. Baxılan iş üzrə məhkəmələr iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbi üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına dair mövqelərini əsaslandırmaq üçün həmin işdəki kassasiya instansiyası məhkəməsinin aktına istinad etmişdir. Qeyd olunan iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1453/2017 saylı, 09 iyun 2017-ci il tarixli qətnaməsinin surəti iş materiallarında mövcud olsa da, həmin məhkəmə aktında hazırkı iş üzrə məhkəmələr tərəfindən istinad edilən hal müəyyən edilməmişdir. Halbuki iddianın əsasını mübahisəli tikililərin məhz cavabdeh tərəfindən inşa edildiyi təşkil etdiyi, cavabdehin etirazı isə tikililərin əri tərəfindən 1990-cı ildə inşa edildiyi və həmin dövrdən onların istifadəsində olduğu ilə əsaslandırıldığı üçün baxılan iş üzrə mübahisənin qanuni həlli baxımından sökülməsi tələb olunan tikililərin kim tərəfindən və nə zaman inşa edildiyi, iddiaçının torpaq sahəsini əldə edərkən həmin tikililərin torpaq sahəsi üzərində mövcud olub-olmadığı, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin həmin tikililərin inşasına razılıq verib-vermədiyi mühüm əhəmiyyətə malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evi, tövlə və digər yardımçı tikililər onun mərhum əri Vəli Nağıyev tərəfindən 1990cı ildə inşa edilmişdir. Ev inşa edildiyi vaxtdan hazıradək cavabdeh və ailə üzvləri orada yaşamışlar. Qeyd olunanlar kənd icra nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışla öz təsdiqini tapmışdır. Bununla yanaşı hazırkı apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1982-ci ildən Şəmkir rayonu Sarıtəpə kəndində yaşayır. Cavabdeh mərhum əri Vəli Nağıyev cavabdehin mübahisəli evin 2002-ci ildə örtüyünü vuran zaman enerji xəttini o vermişdir. Həmin vaxt mübahisəli torpaq sahəsindən kənarda qonşuluqda başqa evdə yaşamışdır. Nəzərə almaq lazımdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Digər tərəfdən mübahisəli torpaq sahəsinin hazırkı mülkiyyətçisi İddiaçı mübahisəli torpaq sahəsini 2006-cı ildə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Yəni, iddiaçı sözügedən torpaq sahəsini alan vaxt artıq Cavabdeh yaşadığı fərdi yaşayış evi və digər yardımıçı tikillilər mövcud idi. Bu hal İddiaçı hazırkı apellyasiya baxışı zamanı verdiyi yuxarıda qeyd olunan izahatı ilə müəyyən olunur ki, o, cavabdehin yaşadığı evin (tikilinin) mövcudluğundan, o cümlədən inşa edilməsindən hələ torpaq sahəsini almamışdan qabaq xəbərdar olmuşdur. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq hazırkı apellyasiya baxışı zamanı Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X3 şahid qismində dindirilməsi üçün kollegiyanın iclasında iştirakının təmin olunması mümkün olmamışdır. Çünki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X9 30 yanvar 2023-cü il tarixli k-3-05 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Sarıtəpə kəndi İƏV üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında X3 adı aşkar edilməmişdir. Bununla yanaşı Cavabdeh yaşadığı və mərhum əri Vəli Nağıyev tərəfindən 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilən zaman mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin mübahisəli tikillilərlə bağlı hər hansı etiraz və narazılığının olması iş materialları ilə müəyyən edilməmiş, eləcə də belə sübutlar iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmamışdır. Məhkəmə kollegiyası Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin və digər yardımçı tikililərin 1990-cı ildə inşa edilməsini, həmin vaxtdan hazıradək tikillərin mövcud olmasını, cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdə yaşamasını, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin mübahisəli tikililərin inşası zamanı hər hansı narazılığının olmasının müəyyən olunmamasını eləcə də, hazırkı mülkiyyətçinin sözü gedən tikillilərdən 2002-ci ildən məlumatlı olmasını və uzun müddət (18 il) susması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd edir ki, Cavabdeh yaşadığı və sonuncunun mərhum əri Vəli Nağıyev tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və digər yardımçı tikililərin bir hissəsi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa da, lakin həmin tikililər özbaşına tikili hesab edilə bilməz. Nəzərdən qaçırmaq olmaz ki, Cavabdeh məxsus fərdi yaşayış evi inşa edildiyi vaxtdan (1990-cı il) 16 il keçdikdən sonra Şəmkir rayonu 1 saylı notariat kontorunda bağlanmış 4Ə-94 reyestr nömrəli 21 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı mübahisəli torpaq sahəsini əldə etmişdir. Yəni, cavabdehə məxsus evin inşa edildiyi vaxtdan mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasınadək olan 16 il dövr ərzində torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə Cavabdeh, habelə onun mərhum əri arasında tikilinin sökülməsi barədə hər hansı mübahisənin olması müəyyən olunmamışdır. İşin qeyd olunan halı öz-özlüyündə ona dəlalət edir ki, iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi həmin torpaqda cavabdehin mərhum əri tərəfindən ev inşa edilməsinə razılığı olmuşdur. Cavabdehin mərhum əri Vəli Nağıyev də torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla fərdi yaşayış evi inşa etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin (o cümlədən əvvəlki mülkiyyətçinin) razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən yeni mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrində də təsbit edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi, tövlə və digər yardımçı tikililərin qanunsuz (özbaşına) tikili olmadığını nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh kompensasiya məbləği ödəməklə mübahisəli tikililərin sökülməsi barədə tələb irəli sürə bilər. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edə halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(076)-284/2021 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-224/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-224/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver