Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2244/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-38/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia qaldıraraq, cavabdeh X1 ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə ona verilmiş və hal-hazırda da tam olaraq onun mülkiyyətindədir. Buna uyğun olaraq JN-751A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Torpaq sahəsi tam olaraq onun mülkiyyətində olsa da torpaq sahəsindən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdeh torpaq sahəsini zəbt etmişdir. Cavabdehdən torpaq sahəsini zəbtdən azad etməsini, torpaq sahəsini boşaltmağı xahiş etmiş və tələb etsə də nəticəsiz qalmışdır. Cavabdeh qanunu heçə sayaraq torpaq sahəsindən çıxmaq istəmir. Bu fakt da onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Onun mülkiyyətçi kimi dövlət tərəfindən qorunan Konstitusion hüquqları pozulur. O, torpaq sahəsi barədə nəinki, sərəncam heç istifadə hüququnu belə həyata keçirə bilmir. Hansı ki, qanuna əsasən mülkiyyət hüququ üç hissədən-istifadə, sahiblik və sərəncam hüququndan ibarətdir. O, bu hüquqların heç birindən istifadə edə bilmir, buna səbəb də cavabdehin hərəkətləridir. Ona görə də ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən Ağstafa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmiş JN-751A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən cavabdeh X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(015)-38/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin cavabdeh X1 zəbtindən azad edilərək iddiaçıya qaytarılması qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-38/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsindən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-38/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 2(015)-38/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363.1.5-ci maddələrinin tələblərinin yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2244/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2244/2023
30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver