Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2252/2025 22.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(125)-4146/2025 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh5 və cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 İsax qızı, Cavabdeh3 İsax oğlu, Cavabdeh4n İsax oğlu, Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evinin A literinin 5/12 hissəsi ona məxsusdur. Həmin fərdi yaşayış evini vərəsəlik və bağışlanma əsasında əldə etmişdir. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra əmlakdan istifadə etmək, orada yaşayamaq istəsə belə, buna Cavabdeh5, Cavabdeh3 İsax oğlu, Cavabdeh4, Cavabdeh2 İsax qızı və Cavabdeh1 tərəfindən onun həmin əmlakda yaşamağına icazə verilmir. Çox təəssüflər olsun ki, zaman öz sözünü deyir. Bu gün ömrünün son çağlarında qapılarda qalmışdır. Cavabdehlər onu öz evinə qanunsuz olaraq buraxmırlar. Ona görə də, cavabdehlərə qarşı məhkəmədə evə köçürülmə tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı xüsusatları diqqətinizə çatdırmaq istəyir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(125)-4146/2025 saylı qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın təmin edilməsi, İddiaçı ümumi paylı mülkiyyətdə olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, ev 21A ünvanlı sahəsi 139.5 kv.m olan yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh5 və cavabdeh X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2252/2025 saylı qərardadı ilə hər üç apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər Cavabdeh4 nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, prosessin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin hakimi Ədil Məmmədov məhkəmə kollegiyasına məktub ilə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(125)-4146/2025 saylı qətnaməsindən digər Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 cavabdehlərin vaxtı uzatmaq məqsədi ilə apellyasiya şikayəti verdiklərini, onların qalmağa yerlərinin olmadığını bildirmiş və işin geri qaytarılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2252/2025 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, kollegiyaya ünvanlanmış 5-121/2-3130/2025 sənəd nömrəli elektron qaydada imzalanmış məktubdan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(125)-4146/2025 saylı qətnaməsindən digər Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsini Gəncə Şəhər Məhkəməsinin hakimi Ədil Məmmədov xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2252/2025 saylı qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(125)-4146/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-2252/2025 saylı mülki iş apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2252/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2252/2025
22.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver