Məhkəmə qərarları › İş №2(104)-2268/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2268/2025

26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2268/2025 26.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X10 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 avqust 1963cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X1, anası X13r. Bu barədə Daşkəsən Rayon İHB-nin Zağalı icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 1963-cü ildə 67 nömrə ilə qeyd edilmişdir.

2. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 02 fevral 2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 07 avqust 1967-ci ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində doğulmuşdur. X1, anası X13r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 23 mart 1967-ci ildə 29 nömrə ilə qeyd edilmişdir.

3. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 02 fevral 2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx xxxxxxx 1970-ci ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində doğulmuşdur. X1, anası X13r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 05 noyabr 1970-ci ildə 61 nömrə ilə qeyd edilmişdir.

4. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 02 fevral 2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 1973-cü ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində doğulmuşdur. X1, anası X13r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 09 mart 1973-cü ildə 16 nömrə ilə qeyd edilmişdir.

5. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 02 fevral 2015-ci il tarixli arayışından görünür ki, X15 xx xxxxxx 1974-cü ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində doğulmuşdur. X1, anası X13r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 08 dekabr 1974-cü ildə 37 nömrə ilə qeyd edilmişdir.

6. 1987-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən fərdi yaşayış ev X5, X11, Cavabdeh2, Cavabdeh3 və X8 adına olmuşdur.

7. Torpağın mülkiyyətə verilməsinə dair JN-068A Seriyalı Kod 50605038 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarına əsasən Daşkəsən rayonu Qazaxyolçular kənd sakini X12, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X11 birgə mülkiyyətinə Daşkəsən rayonu Qazaxyolçular kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.

8. Torpağın mülkiyyətə verilməsinə dair JN-068B Seriyalı Kod 50605038 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 07 saylı qərarına əsasən Daşkəsən rayonu Qazaxyolçular kənd sakini X12, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X11 birgə mülkiyyətinə Daşkəsən rayonu Qazaxyolçular kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.

9. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 30 iyun 2013-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 iyul 2013-cü il tarixdə 547 nömrə ilə qeyd edilmişdir.

10. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 mart 2018-ci ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 mart 2018-ci il tarixdə 568 nömrə ilə qeyd edilmişdir.

11. Daşkəsən rayon Dövlət Notariat ofisinin 01 may 2025-ci il tarixli 59 nömrəli məktubundan görünür ki, mərhum X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən miras payı faktiki qəbul etmiş birinci növbəli vərəsələrin iştirakı tələb olunur. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, vərəsələr arasında bununla bağlı mübahisə mövcuddur. Odur ki, vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.

12. Məhkəmə kollegiyasına təqdim edilmiş “Təsdiq aktı”dan görünür ki, aktı imza edən şəxslər Gəncə şəhərində yerləşən yaşayış evi Cavabdeh1 tərəfindən öz şəxsi vəsaiti hesabına tikilmişdir. Cavabdeh1 göstərmişdir ki, ata evi ağ torpaqla tikilmiş kiçik ev olub, yəni evi kubiklə şəxsi vəsaiti ilə tam şəkildə inşa etdirmişdir. Bu tikintidə işləyən ustalar təsdiq edə bilərlər ki, həmin evdə Cavabdeh1 3 uşağı, arvadı və ata-anası ilə birlikdə yaşamışdır. Hal-hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Mərhum atası və anası vəfat etdikdə, o, dəfn etmişdir. Aktı ustalar Bayram Səmədov, Taleh Əliyev, qonşular Məlahət Cəlilova, Nailə Muradova, Elburus Qarayev, Hafizə Aslanova və Dürdanə Kərimova imza etmişlər.

13. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1868/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən baxılmış, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 tərəfindən miras mülk olan ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneə aradan qaldırılmasl, iş üzrə 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq, dövlət nəfinə verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və üçüncü şəxs Daşkəsən rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 və anası X9 miras qalmış əmlaka vərəslik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşkəsən rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan və mərhum anası X9 Daşkəsən rayonu Qazaxyolçular kəndində miras qalmış JN-068B KOD 50605038 və JN068A KOD 50605038 saylı şəhadətnaməsi olan torpaq sahələrinə dair vərəslik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1nun adına Daşkəsən rayonu Qazaxyolçular kədnində JN-068B Serialı KOD 50605038 olan Şəhadətnaməyə əsasən 0,12 ha və JN-068A Serialı KOD 50605038 olan Şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X1 30 iyun 2013-cü ildə, anası X17 isə 2018-ci ildə vəfat etmişdir. Hazırda valideynlərində miras qalmış əmlakdan faktiki olaraq qardaşı Cavabdeh3 istifadə edir. O, qanun üzrə vərəsə kimi atasından miras qalmış əmlakdan vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmiş, lakin ona vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Mərhum valideynlərindən miras qalmış torpaq sahəsindən ona düşən pay əldə etmək istəyir.

16. Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyan X5 30 iyun 2013-cü il tarixdə və X11 11 mart 2018-ci ildə vəfatından sonra onların oğlu Nağıyev X4 rayonu Qazaxyolçular kəndində yerləşən miras qalmış torpaq sahələrindən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmiş, vərəsəlik hüququnu həyata keçirməmişdir. İddiaçının miras əmlaklar üzərində vərəsəlik hüququnu rəsmiləşdirməsinə mane olmuş hüquqi əsaslar aşkar edilməmişdir.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1243 və 1245-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ata və anasından Daşkəsən rayonu Qazaxyolçular kəndində miras qalmış mülk vardır. Atası 2013-cü ildə anası isə 2018-ci ildə rəhmətə getmişlər. Atası və anası rəhmətə getdikdən sonra mirası o, qəbul edib faktiki idarə etmişdir. Belə olan halda qətnamədə heç bir əsaslı səbəb göstərmədən iddiası rədd edilmişdir. Hazırda mülkdə heç kim yaşamır. Mirası tək o, qəbul edib idarə etmişdir. Belə olan halda onun mirasda payının mirası qəbul etməmək adı ilə rədd edilməsinin hüquqi əsası yoxdur. İşə baxan məhkəmə mirası qəbul etməyilə bağlı dəlillərini sübut kimi qiymətləndirmədən iddianı rədd etmişdir.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X6 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, atası mübahisəli evdən istifadə edir. Babasının vəfatı yadında deyil. Baba evində anadan olmuşdur. Bacı-qardaşları ondan böyükdür. Atasını evdən çıxarmışlar. Babası sağ olan vaxt çıxıblar. 1996-cı ildən kirayədə yaşamışlar. Babasıgilə qonşu olan evi almışlar, hal-hazırda da qonşudurlar. Mirasla bağlı notariusa müraciət etməmişlər. Atası xəstədir Qurbandan borca pul istəmişdir. Ona görə məhkəməyə müraciət etməli olmuşlar. Babasında iki ev qalmışdır. Biri Daşkəsəndə biri isə Gəncə də olmuşdur. Daşkəsəndəki evi də bağlayıblar. Həmin evin tövləsindən onlar istifadə edirlər. Bahadur köçəndən sonra tövlədən onlar istifadə edir. Payın müəyyən edilməsini xahiş etmişlər. Onlar iki evlə bağlı məhkəməyə müraciət etmişlər. Ümumi mirasdan pay istəyirlər. Gəncədə olan evlə bağlı apellyasiya məhkəməsində iş olmuş və onların xeyrinə yekunlaşmışdır. Gəncədəki ev babasının adınadır. Sənədlər yoxdur. Sənədlər Qurbandadır. Atası o, evi özü alver edərək, öz əziyyəti ilə almışdır. 6 sot onun, 6 sotda qardaşının torpağı vardır. 2022-2023-cü illərdə evin arxasında kartof əkmişlər. Evin arxasından istifadəsində olmuşdur. 2020-2022-ci illərdə heyvan saxlamışlar, yenə də heyvan saxlamaq üçün istifadə edirlər. Öz evlərini nənəsi sağ olarkən satmış, Gəncə şəhərində torpaq almışlar.

23. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, atası və anası ilə birgə yaşamışdır. Atası 2013-cü ildə anası isə 2018-ci ildə vəfat etmişdir. Gəncə şəhərində yaşamışlar burada da vəfat etmişlər. Torpaq onun adına olsa da, istifadə edə bilməmişlər. Vidadiyə, Bahadura və Məmmədcəfərə atası tərəfindən əvvəllər torpaq verilmişdir. Həmin torpaqları atası uşaqlarının adına özü almışdır. Məmmədcəfər Gəncə şəhərində, Bahadur isə Daşkəsəndə ailəsi ilə birlikdə yaşamışdır. Məmmədcəfərə üç ev verilmişdir. Onlardan birini dövlət vermişdir. Hamısını da satmışdır. Evi özü tikmişdir. Məmmədcəfərin torpaq sahəsi olmuşdur, orada heyvan saxlamışdır.

24. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı əvvəllər atasından öz payını götürmüşdür, ayrıca təsərrüfatı vardır. Kirayədə yaşamışlar. Daşkəsəndəki miras mülk 2020-ci ilə qədər Bahadurun istifadəsində olmuşdur. Sonra əmlakdan iddiaçı istifadə etmişdir, ancaq evdən deyil. Çəpəri dağıdıb istifadə etmişlər.

25. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, atası və anası Gəncədə yaşamışdır. O, Daşkəsəndə yaşamışdır. Mübahisə predmetini 2020-ci ilə qədər o, istifadə etmişdir. Son 6 ildir ki, iddiaçılar oradan istifadə edirlər. Atasının evinə qoyun doldurmuşlar. Onlar razılıq verməsələrdə, iddiaçılar zorla istifadə etmişlər. Məmməmcəfərin 1996-cı ildən ayrı təsərrüfatı olmuşdur.

26. İş üzrə cavabdeh X16 və üçüncü şəxs Daşkəsən rayon notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

29. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

30. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

31. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

32. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

37. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X5 adına Daşkəsən rayonu Qazaxyolçular kədnində JN-068B Serialı KOD 50605038 olan Şəhadətnaməyə əsasən 0,12 ha və JN-068A Serialı KOD 50605038 olan Şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X7 30 iyun 2013-cü ildə, arvadı X17 isə 2018-ci ildə vəfat etmişdir. İddiaçı qanun üzrə vərəsə kimi atasından miras qalmış əmlakdan vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmiş, lakin ona vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, miras qoyan X5 30 iyun 2013-cü il tarixdə və X11 11 mart 2018-ci ildə vəfatından sonra onların oğlu Nağıyev X4 rayonu Qazaxyolçular kəndində yerləşən miras qalmış torpaq sahələrindən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmiş, vərəsəlik hüququnu həyata keçirməmişdir. İddiaçının miras əmlaklar üzərində vərəsəlik hüququnu rəsmiləşdirməsinə mane olmuş hüquqi əsaslar aşkar edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, təqdim olunmuş sənədlər və iş materialları ilə İddiaçı mirası rəsmi qaydada qəbul etməməsi öz təsdiqini tapır.

50. Apellyasiya şikayətinin dəlillərində iddiaçı mirası idarə etməklə faktiki qəbul etməsini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasında iştirakını təmin etməklə, onların qarşılıqlı verdikləri izahatları dinləmiş və iş materiallarında olan sənədlərlə qarşılıqlı əlaqədə yoxlamışdır. Məlum olmuşdur ki, İddiaçı hələ ata və anasının sağlığında evi tərk etmiş, bir müddət kirayədə sonra isə qonşuluqda yaşamağa davam etmişdir. Daşkəsən rayonunda yerləşən mübahisəli miras əmlakdan Cavabdeh3 istifadə etmiş, 2020-ci il tarixdən isə iddiaçı istifadə etməyə başlamışdır. Arxa tərəfdə əkin əkmişdir. Bu hal isə onu göstərir ki, iddiaçı hazırda mirasın kütləsinə daxil olan Daşkəsən rayonunda yerləşən torpaq sahələrini də qanunla müəyyən edilmiş müddətdə faktiki qəbul etməmişdir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında hazırki iddia tələbini atasının xəstə olması ilə bağlı qardaşı Qurbandan borca pul istəməsi və Qurbanın bundan boyunqaçırmasından ötrü qaldırdıqlarını bildirmişdir.

51. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş şəxsin birinci növbəli vərəsəsi – oğludur. O, miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərzində miras əmlakı faktiki qəbul etdiyini iddia edir. Həmin halın məhkəmə tərəfindən sübuta yetirilməsi iddiaçının miras əmlaka hüququnun təmin olunmasına əsas yaratmış olar. Lakin iş materialları, təqdim olunmuş sübutlar və işin faktikti halları ilə bu təsdiq edilməmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlərə qarşı mərhum X1 və anası X9 miras qalmış əmlaka vərəslik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etsə də, sonra məhkəməyə müraciət edərək, mərhum X1ndan və mərhum anası X9 Daşkəsən rayonu Qazaxyolçular kəndində miras qalmış JN-068B KOD 50605038 və JN068A KOD 50605038 saylı şəhadətnaməsi olan torpaq sahələrinə dair vərəslik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının xeyrinə məhkəmə qətnaməsi olsa belə, həmin əmlakın rəsmi sənədi olmadığı miras açıldığı vaxt mirasın kütləsinə daxil olmamış, hazırda da mübahisə predmetini təşkil etmir.

53. Göründüyü kimi, miras qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərədə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Miras qoyan X5 30 iyun 2013-cü il tarixdə və X11 11 mart 2018-ci ildə vəfatından sonra iddiaçının Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən miras qalmış torpaq sahələrindən ibarət əmlakı qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul etməsi, nə də faktiki olaraq qəbul etməsi təsdiqini tapmamışdır.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(030)-434/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar