Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-227/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Açar sözlər: qohumluq faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi X3 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-8*4/2023 saylı mülki iş üzrə ** sentyabr 2023cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mülki işin materiallarında olan, doğum haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi *3 öktyabr *970-ci ildə anadan olmuşdur, atası X24 anası isə X5r. Mülki işin materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-**54 sayli Dövlət Aktının təsdiq olunmuş surətindən müəyyən edilir ki, Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisindən *,25 hekar kənd təsərrüfatı təyinatlı toppaq sahəsi X* Sədət Məhəd qızı, X24, X9, X2* və X*7 ümumi birgə mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan, olüm haqında arayışlardan müəyyən olunur ki, X20 25 noyabr 2003-cü ildə, X24 2* iyul 20*4-cü ildə, X*6 05 may 20*7-ci ildə ölmüşlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki,.”X2, X*8, X** və X6 məxsus miras əmlak qalmışdır. Həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istəyirsiniz. Lakin qohumluq faktını təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən vərəsəlik şəhadətnaməsinin mümkün deyil”. İşdə olan arayışdan görünür ki, mərhum X24 ilə, mərhum X*2 bacı-qardaşdır, anaları mərhum X*3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X*2 barədə doğum haqqında akt və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə «qohumluq faktının müəyyən edilməsi» barədə ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mərhum X4 onun bibisi olmasının fakt kimi müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, *970-ci ildə Qazax rayonun Dağkəsəmən kəndində anadan olmuşdur. Mərhum atası X24 05 may *94*-ci ildə Qazax rayonun Dağkəsəmən kəndində anadan olmuşdur. Atasının bacısı mərhum bibisi X*2 0*.07.*93*-ci ildə Qazax rayonun Dağkəsəmən kəndində anadan olmuşdur. Hazırda mərhum atasının və bibisinin doğum haqqında şəhadətnamələri yoxdur. Onların barəsində Maraqlı şəxs tərəfindən verilmiş arayışlarda bildirilir ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamasını qeyd etmişdir (Qeydiyyat şöbəsinin hər iki arayışının əsli əlavə olunur). Mərhum atası X24 2* iyul 20*4-cü il tarixdə, mərhum bibisi X*2 05 may 20*7-ci il tarixdə vəfat etmişlər və Dağkəsəmən kənd qəbirstanlığında dəfn olmuşlar. Belə ki, 04 sentyabr 2000-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə onların ailəsinə JN-**54, KOD 50200028-saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə *,25 ha torpaq sahəsi verilmişdir. Həmin aktda mərhum atası X24, onun bacısı X*2 və ailəsinin digər üzvlərinin adları vardır. Digər ailə üzvlərinin müvafiq sənədləri vardır. Hansı ki, o, mərhum atası və bibisindən qalan miras qalmış onların torpaq paylarını əldə etmək üçün Ağstafa rayon Notariat ofisinə müraciət etmişdir. Amma qohumluq faktını təsdiq edən sənəd təqdim edə bilmədiyindən notarius məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Mərhum atası X*4 onun atası olmasını bildirən sənəd onun doğum haqqında şəhadətnaməsidir və mərhum bibisi X4 onun atasının bacısı olmasını və ərizəçinin qohumu olmasını təsdiqləyən Dağkəsəmən kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışla və kənd icra nümayəndəliyində tərtib edilmiş aktın əslini şahidlərin vəsiqələri ilə əlavə etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-8*4/2023 saylı mülki iş üzrə ** sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) ərizənin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-8*4/2023 saylı mülki iş üzrə ** sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə birtərəfli qaydada işə baxmış, onun atası ilə bibisinin bacı qardaş münasibətlərində olmasını təsdiqləyən mövcud sənədlərin olduğu halda, ərizəni təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında şahid qismində izahat verən X*5 bildirdi ki, Ərizəçi qayını Asif Budaqovun oğludur. X22 həyat yoldaşı ilə əmizadədir. 45 ildir ki, həmin ailəyə gəlin gəlmişdir. Səadətin anası Hava arvad olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində izahat verən X8 bildirdi ki, Ərizəçi onun kürəkənidir. Asif Budaqov onun qudası, Səadət Budaqova isə Asifin bacısı olmuş və o, evlənməmişdir. Hava Səadətin anası, Məhəd isə atası olmuşdur. *993-cü ildə onun qızının toyunda Hava və Səadət də iştirak etmişlər. İş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli qərarının: *.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. *.4-cü bəndində göstərilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. *.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.*. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 305.*.*. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307. Məhkəmənin müəyyən etdiyi faktlardan biri də hüquqi əhəmiyyətli faktların müəyyən edilməsidir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.*. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş üzrə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, ərizəçinin mərhum atası 05.05.*94*-ci il tarixdə anadan olmuş X*4 və onun bacısı 0*.07.*93*-ci il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş X4 doğumları barədə Qeydiyyat orqanında sənədlər aşkar olmamışdır. İş üzrə sübutlarla, o cümlədən şahid ifadələri ilə fakt kimi müəyyən edilir ki, 05.05.*94*-ci il tarixdə anadan olmuş və 2* iyul 20*4-cü ildə ölmüş X24 və 0*.07.*93*-ci il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş və 05 may 20*7-ci ildə ölmüş X*2 doğma bacı-qardaşdırlar, yəni onların hər ikisinin atası Ərizəçi, anaları isə Hava Budaqovadır. Həmin şəxslər Ərizəçi doğma atası və bibisidir. Ərizəçi onların doğma qardaş-bacı olmaları barədə rəsmi rənədləri başqa qaydada əldə edə bilmir. Onların qardaş-bacı olması barədə rəsmi sənədlər isə ərizəçinin atası və bibisindən miras qalmış torpaq sahəsinin sənədləşdirilməs üçün lazımdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-8*4/2023 saylı mülki iş üzrə ** sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.*, 384.0.*, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(0*5)-8*4/2023 saylı mülki iş üzrə ** sentyabr 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi mərhum bibisi X*2 ilə qohumluq faktı, yəni, Ərizəçi mərhum atası X*4 və mərhum X4 döğma qardaş və bacı olmaları fakt kimi müəyyən edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-227/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-227/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver