Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2292/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs3, maraqlarına toxunan şəxs Maraqlı şəxs4, vəkili X8 iştirakları ilə, “Miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi” barədə ərizə üzrə Bərdə Rayon Məhkəməsinin *0.0*.2023-cü il tarixli, 2(02*)-297/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər Bərdə regional “ASAN Xidmət” * saylı Mərkəzində Notariat Kontorunun, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə şəhər Cəfər Cabbarlı küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə həcminin artırılmasına dair ərizə verərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini, daha sonra dəqiqləşdirmə barədə ərizə verərək Bərdə şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktının təsdiq edilərək qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx *956-cı il təvəllüdlüdür. X7, anası isə X*6r. Onlar 3 uşaq olmuşlar. X53 29 sentyabr *989-cu il tarixdə, X47 isə 0* may 2003-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə atasının xüsusi mülkiyyətində Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 30 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi var. Qeyd etdiyi torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 3* iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə X36 kitabında A№200280 nömrə ilə uçota alınmış torpaq sahəsində atanın ata adı səhv yazıldığından o Bərdə rayon Məhkəməsinə müraciət edərək “X*7 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X2* məxsus olması faktının müəyyən edilməsi” nə dair qətnamə çıxarılmasını xahiş etmişdi. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(02*)-*4**/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və X*7 adına verilmiş A200280 nömrəli plan və ölçü sənədinin X2* məxsus olması faktı müəyyən edilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və torpaq və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evində qalmışdır və istifadə etmişdir. Hal-hazırda evin bütün kommunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o, Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 30 nömrəli evi miras olaraq o qəbul etmişdir. Onun qeydiyyat ünvanı ünvan 1ı küçəsi ev 30dur. Bərdə regional Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş məktubda Bərdə şəhər C.Cabbarlı küçəsi ev 24 ünvanla ünvan 2sə o hal-hazırda miras qalmış fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbində onu göstərdilər ki, mirası qəbuletmə müddəti ötürülmüşdür. Ona başa salan olmamışdır ki, o əvvəlcədən ərizə ilə müraciət etməlidir. Bunun üçün də miras əmlakı qəbul etməsi müddəti ötürülmüşdür. Ailə üzvlərinin hər biri vəfat etdiyi üçün ondan başqa həmin evdə yaşayan olmadığı üçün fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Hal-hazırda maraqlı şəxs kimi qeyd etdiyi bacıları onun fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirməsində heç bir etirazları yoxdur. Bərdə şəhəri, C.Cabbarlı küçəsi, ev 30 ünvanındakı fərdi yaşayış evini hal-hazırda onun istifadəsində olmasını onunla bir küçədə yaşayan qonşuları və qohumları təsdiq edə bilər. Bunun üçün də mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Bərdə Rayon Məhkəməsinin *0.0*.2023-cü il tarixli, 2(02*)-297/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Ərizəçi mərhum X9 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X9 miras qalmış torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməlidir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs xx.xx.*960-cı il təvəllüdlü Maraqlı şəxs4 ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan 27.03.*957-ci il təvəllüdlü X22 ilə nikahını Bərdə rayon Qeydiyat şöbəsində (keçmiş VVAQ şöbəsi) 04 iyun *997-ci il tarixdə *07 № ilə qeyd edilməklə evlənib ailə qurmuş və Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən qaynX7na məxsus olan fərdi yaşayış evinə gəlin köçərək həmin evdə qaynX53 və qaynanası X28 ilə birlikdə daimi yaşamışlar. Həmin evdə onların 4 uşağı anadan olmuş, ilk övladları olan qız uşağı körpə ikən, *997-ci il təvəllüdlü oğulları İlkin isə 2006-cı ildə vəfat etmişlər. *8 fevral *998-ci ildə ekiz qızları X*8 və X*9 anadan olmuş və hazırda da yaşayırlar. *9*2-ci il təvəllüdlü X33 29.09.*989-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra mirasını, yəni ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin üzərində tikildiyi torpaq sahəsini miras olaraq rəsmi nikahlı həyat yoldaşı, *925-ci il təvəllüdlü X28 faktiki olaraq qəbul və idarə etmişdir. X28 0* may 2003-cü ildə vəfat etmişdir. X28 0*.05.2003-cü ildə vəfat edərkən onun aşağıda göstərilən övladları (vərəsələri) sağ olmuşlar: *.*953-cü il təvəllüdlü X23 (hazırda da yaşayır) 2.*953-cü il təvəllüdlü X24 (hazırda da yaşayır) 3. xx.xx.*956-cı il təvəllüdlü oğlu Ərizəçi (hazırda da yaşayır) 4. 27.03.*957-ci il təvəllüdlü oğlu X22 (2*.04.2020-ci ildə vəfat edib) 5.02.04.*96*ci il təvəllüdlü qızı X29 (vəfat edib) 6.02.04.*96*-ci il təvəllüdlü oğlu X34 (hazırda yaşayır) 7.3*.03.*964-cü il təvəllüdlü qızı X30 (vəfat edib) X** vəfatından sonra (0*.05.2003-cü il) ondan miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini və onun üzərində tikildiyi torpaq sahəsini miras olaraq faktiki surətdə X22 qəbul etmiş və idarə etmiş, həyat yoldaşı və uşaqları ilə bilikdə həmin evdə yaşamış, evin kommunal xərclərini (işıq, qaz, su pulu, zibil pulu və s.) ödəmiş, evi vaxtaşırı (cari) təmir etdirmiş, evi əlavə tikililər hesabına genişləndirmişdir. X47 vəfat edərkən həmin evin 2292 inventar nömrəli *9.09.*966-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportunu və həmin evin Ev Dəftərini də oğlu Dağbəyi Fərəcova vermişdir. Odur ki, həmin sənədlərin əsli indiyədək də Maraqlı şəxs4 saxlanılır. Sözügedən fərdi yaşayış evi *964-cü ildə tikilmiş və ilk ünvanı Bərdə rayonu Alaçadırlı qəsəbəsi ünvanlı hesab edilmiş, daha sonra həmin evə ünvan 8 bundan sonra isə ünvan 9 üzərində yerləşdiyi torpaq sahəsinin sonuncu rəsmi ünvanı Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi, ev 24 hesab edilir. X22 və ailə üzvləri (həyat yoldaşı və 2 qızı) faktiki olaraq sözügedən miras evdə, yəni ünvan 11 ünvanında yaşasalar da onların naməlum səbəbdən qeydiyyata alındıqları ünvan ünvan 12 Halbuki, onların həmin ünvana heç bir aidiyyatları yoxdur. Bərdə şəhəri Cəfər Cabbarlı küçəsi, ev 24 ünvanında isə *6.02.2006-cı il tarixdən Ərizəçi və həmin ailə və evlə heç bir əlaqəsi olmayan X3* və qeyriləri (cəmi 27 nəfər) pasport qeydiyyatına götürülmüşdür. Bunun kim tərəfindən və hansı məqsədlə edildiyi məlum deyildir. X3 vəfatından (0*.05.2003-cü il) sonra hazırkı rəsmi ünvanı ünvan 14diyi torpaq sahəsini faktiki olaraq miras kimi X22 qəbul və idarə etməkdə davam etməklə bərabər anasının mirasının bir hissəsini – Azərbaycan Respublikası Əmanət Bankının Bərdə filialının 0*3 nömrəli əmanət kassasında olan əmanət pulu və onların faizini rəsmi olaraq Qanun üzrə vərəsəlik Hüququ Haqqında şəhadətnamə əsasında qəbul etmişdir. Bu barədə X*2 anası- 0* may 2003-cü ildə vəfat etmiş X*3 vərəsəsi olmasına dair Bərdə rayon xüsusi notariusu X32 tərəfindən 09 iyun 20*2-ci il tarixli 2V-46* reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə də, X*0 anasının mirasının bir hissəsi qanun üzrə vərəsə kimi qəbul etməsi hələ 09 iyun 20*2-ci il tarixli həmin şəhadətnamə ilə rəsmiləşmişdir, bu şəhadətnamə sonradan qanun üzrə digər vərəsələr tərəfindən mübahisələndirilməmiş və ya məhkəmə qaydasında ləğv edilməmişdir. X22 2*.04.2020-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra qardaşı Ərizəçi ata-anasından miras qalmış evi və onun üzərində tikildiyi torpaq sahəsini qanunsuz yollarla yeganə vərəsə kimi öz adına rəsmiləşdirməyə çalışmışdır. Belə ki, o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün əvvəlcə *2 sentyabr 2022-ci il tarixli ərizə ilə Bərdə Regional “ASAN Xidmət” Mərkəzindəki Notariat ofisinə müraciət etmişdir. Lakin həmin Notariat ofisi *2 sentyabr 2022-ci il tarixli 22*9/2022 nömrəli imtina bildirişi ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan sonra Ərizəçi xüsusi icraat qaydasında baxılması üçün maraqlı şəxslər Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Şirinova (Fərəcova) Səmayə Dadaş qızına və Əliyeva (Fərəcova) Həmayə Dadaş qızına qarşı ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə Maraqlı şəxs4, həmçinin də onun övladları X5 və X6 vərəsəlik hüquqlarını pozur. Bundan başqa həmin qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Bildirilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Lakin Bərdə rayon məhkəməsinin qətnaməsi miras qoyan X*0 vərəsələri kimi onun həyat yoldaşı olan Maraqlı şəxs4, onun uşaqları X5 və X* hüquqlarını pozur. X22 2003-cü ildə anasının da vəfatından sonra mirası faktiki olaraq qəbul etməklə, 20*2-ci ildə isə anasının qanun üzrə vərəsəsi kimi onun miras əmlakının bir hissəsinə (əmanət qoyulmuş pula) qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əldə etməklə miras evə və onun üzərində tikildiyi torpaq sahəsinə sahiblik və idarə etməsi rəsmi sənədlər tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs4 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həyətdə iki fərdi yaşayış evi vardır. Köhnə fərdi yaşayış evi ərinin ata evidir və həmin evdə əri ailəsi, yəni onunla birlikdə yaşamışdır. Miras əmlakı da faktiki olaraq əri, ərindən sonra isə o, qəbul etmişdir. Ərizəçinin kənarda yeni tikili evi vardır və həmin evin miras əmlaka heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs4 vəkili X25 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iki mərtəbə olan fərdi yaşayış evini o, inşa etdirib və digər köhnə tikili isə ata-anasına məxsus olan evdir. Qardaşı D.Fərəcov və ailəsi əvvəlcə iki mərtəbəli evdə yaşasalar da, sonradan köhnə tikiliyə köçüblər. Daha sonra isə həyətdə özlərinə yeni ev inşa etdiriblər. Maraqlı şəxs3 izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər maraqlı şəxslərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə hüquq haqqında mübahisə mövcuddur. İşin hallarından görünür ki, ərizəçi ata-anasından miras qalmış əmlakın miras əmlak kimi qəbul edilməsi faktının təsdiqinə dair məhkəməyə müraciət etmiş, ərizədə qeyd edilən maraqlı şəxslərin miras əmlakın qəbulu faktına etiraz etməmələrinə əsaslanmışdır. Bundan sonra müstəqil qaydada maraqlarına toxunan şəxs Maraqlı şəxs4 tərəfindən apellyasiya şikayəti verilmiş, miras kütlənin ona və ailə üzvlərinə qanun üzrə vərəsəlik qaydasında keçməsini iddia etmişdir. İş materiallarında olan: Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.09.2022-ci il tarixli arayışdan görünür ki, X33 ilə X28 arasında *3.*0.*96*- ci ildə 22 nömrə ilə nikah qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.09.2022-ci il tarixli arayışdan görünür ki, X28 0*.05.2003-cü ildə Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2003-cü ildə *0* nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.09.2022-ci il tarixli arayışdan görünür ki, X33 29.09.*989-cu Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 29.*0.*989-cu ildə *50 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 4323 nömrəli, *6.08.2022-ci il tarixli arayışdan görünür ki, X4 şəhəri C.Cabbarlı küçəsi 2A nömrəli yaşayış evində 29.09.*989-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 3* iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X26 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 635,9 kv.metr torpaq sahəsi ayrılmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(02*)*4**/2022 nömrəli qətnaməsindən görünür ki, X20 adına verilmiş A200280 nömrəli plan və ölçü sənədinin X2* məxsus olması faktı müəyyən edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *2 yanvar 2022-ci il tarixli, 56/2022 nömrəli məktubdan görünür ki, Ərizəçi deməsinə görə X*4 miras qalmış və ünvan 15 ünvanı onun qeydiyyatda olduğu ünvanla eyni ünvandır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 0* dekabr 2022-ci il tarixli **********683 saylı məktubdan görünür ki, X*7 adına əmlak qeydiyyata alınmamış, lakin onun adına Bərdə Rayon Aqrar İslahat Komissiyasının 3* iyul 2006-cı il tarixli, 06 saylı qərarı ilə 635,96 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 0* may 2003-cü ildə vəfat etmiş X** qanun üzrə vərəsəsi X22 qeyd edilmişdir. Vİ-JQ 4540*9 seriya və nömrəli nikahın bağlanması haqqında şəahdətnamənin surətindən görünür ki, X2 Tənzilə Muxtar qızı ilə rəsmi nikahda olmuşdur. Birinci instansiya məhkəməsi hüquq haqqında açıq-aşkar mübahisənin olmasını araşdırmadan, maraqlı şəxslərin dairəsini tam müəyyən etmədən işə xüsusi icraat qaydasında baxmışdır. Buna görə də işə xususi icraat qaydasında baxan məhkəmə prosessual qanunvericiliyin tələbini pozmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun *2 aprel 20*9-cu il tarixli, 3 saylı qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsəsn apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.*.*-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 39* və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin *0.0*.2023-cü il tarixli, 2(02*)-297/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxslər Bərdə regional “ASAN Xidmət” * saylı Mərkəzində Notariat Kontoruna, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2(104)-2292/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2292/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver