Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-23/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər X38 və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X9 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsindən cavabdeh X13 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və q. qarşı torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən **********8-12301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla ona məxsus olan 0,4104 ha olan torpaq sahəsindən cavabdehlər Tovuz rayonu Qovlar şəhər sakinləri Cavabdeh1, Cavabdeh2, X27 və Cavabdeh4 mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz tikililərinin sökülməsi, onların oradan çıxarılmaları və qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ünvan 1 ünvanında yerləşən **********8-12301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla ona məxsus olan 0,4104 ha olan torpaq sahəsindən və onun üzərində olan tikilidən cavabdehlər Tovuz rayonu Qovlar şəhər sakinləri Cavabdeh1, Cavabdeh2, X27 və Cavabdeh4 çıxarılmaları və qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək, cavabdeh X6 iddia ərizəsində səhvən Cavabdeh1 kimi səhv göstərilməsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Cavabdeh4 da əsl cavabdeh X18 ilə əvəz olunmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər X13, X27, Cavabdeh2 və X10 İddiaçı mülkiyyətində olan ünvan 1-da yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh X13 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak "xxxx" MMC-yə məxsus olmuşdur. X33 həmin MMC-nin iştirakçılarından biri olmuş və MMC-nin təsis edilməsi üçün 562.504 manat vəsait qoymuşdur. X5 "xxxx" MMC-yə qoyduğu 562.504 manat vəsaitin əvəzinə sahəsi 70 kv.m olan təmir emalatxanasının X28 verilməsinə dair onunla "xxxx" MMC-nin direktoru X23 arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış və müqavilədə qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X22 adına texniki pasport verilmişdir. Daha sonra X33 tərəfindən həmin əmlak onun həyat yoldaşı olan X3 və X33 ilə X29 arasında 2003-cü ilin fevral ayında bağlanmış alğı-satqı müqaviləsinin təsdiq olunması və Tərlan Bayramovanın adına qeydə alınmasına dair Tovuz Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixdə qətnamə qəbul etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin direktoru X4 eyni əmlakı X27, Cavabdeh2 və X2 halda, onların xəbəri olmadan və aldığı pulları onlara qaytarmadan həmin əmlakı yenidən İddiaçı satmışdır. İddiaçı X4 eyni əmlakı həmin şəxslərə və ona satdığını bilmiş və yerin sənədləşməsinə 60.000 manat məbləğində xərc çəkdiyini bildirməklə, onlardan külli miqdarda pul tələb etmişdir. Qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs2 Nürəddin oğlu da Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması və ya "xxxx" MMC-nin əmlakının Vüqar Süleymanov tərəfindən İddiaçı bağışlanmasına dair müqavilənin və ünvan 4 ünvanında yerləşən əmlaka dair İddiaçı verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçilərindən biri olan X33 həmin MMC-də olan payını (sahəsi 70 kv.m olan təmir emalatxanasını) ona və X1 və o, həmin MMC-də olan əmlakı ilə bağlı ona xx.xx.2006-cı il tarixli etibarnamə vermişdir. O, əmlakının X23 ilə İddiaçı tərəfindən ələ keçirilməsi bağlı polisə şikayət etmiş, araşdırma zamanı həmin şəxslər verdikləri izahatlarda "xxxx" MMC-nin böyük hissəsinin iddiaçının aldığını, qalan hissələri isə onun, Nizami Ələsgərovun və digərlərinin pulla aldığını göstərmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)- 1322/2020 saylı qərardadı ilə iddiaçı Maraqlı şəxs2 Nürəddin oğlunun cavabdehlər X23 və İddiaçı qarşı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin əmlaklarının İddiaçı adına bağışlanmasına dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin, "xxxx" MMC-nin əmlaklarının İddiaçı adına sənədləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli, **********-12301 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 85/2022 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 85/2022 saylı qərardadı ilə iddiaçı Maraqlı şəxs2 cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı "xxxx" MMC-nin direktoru X23 ilə onun arasında MMC-nin əmlakının 170 kv.metr hissəsinin ona satılmasına dair xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və "xxxx" MMC-nin əmlaklarının X24 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsi əsasında DƏDRX-nin 15 saylı Ərazi İdarasi tərəfindən reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın qismən etibarsız hesab edilməsinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilənədək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Üçüncü şəxs X9 ərizəsi əsasında işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-23/2023 saylı qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs kimi cəlb edilmiş X20 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər X13, Cavabdeh2, X27,Cavabdeh4 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğluna işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh X13 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlu apellyasiya şikayətinin dəlillərindən görünür ki, onlar Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş özlərinə aid hissəsini mübahisələndirmişlər. Digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər və qətnamənin onlara aid hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsindən yalnız cavabdeh X13 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlu apellyasiya şikayəti verdiyi üçün, qətnamənin əsaslığı onlara münasibətdə yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovu rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi 31A-da yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabınən 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 214.2 kv.m, torpaq sahəsinin ölçüsü 0.4104 ha-dır. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(62)-119/2016 saylı qiyabı qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdehlər X30, X25, X21, X15 və X11 qarşı əqdin bağlanmış hesab edilməsi və qeydə alınması tələbinə dair iddiası təmin edilərək, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində yerləşən X33 ilə X29 arasında bağlanmış alqı-satqı müqaviləsinin təsdiq olunması və Tərlan Bayramovanın adına qeydə alınması qət edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş: xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən və Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovu rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi 31A-da yerləşən əmlak kompleksi tam müəssisə kimi, torpaq sahəsi 0.3934 ha hissədə İddiaçı adına, torpaq sahəsi 0.0170 ha hissədə isə X12 adına daşınmaz əmlakın dövlət reystrində mülkiyyət kimi qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(104)-309/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 cavabdehlər X30, X25, X21, X15 və X11 qarşı əqdin bağlanmış hesab edilməsi və qeydə alınması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(62)-119/2016 saylı qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(62)-119/2016 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçı X16 cavabdehlər X30, X25, X21, X15 və X11 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(104)-2905/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs2 Nürəddin oğlunun cavabdehlər X17, İddiaçı, üçüncü şəxslər Tovuz rayon Notariat Kontoruna və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(62)-93/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(62)-93/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(102)-664/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(104)-2905/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2516/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs2 Nürəddin oğlunun cavabdehlər X17, İddiaçı, üçüncü şəxslər Tovuz rayon Notariat Kontoruna və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(62)- 631/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(62)-631/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1406/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2516/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ünvan 1-da yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətində olmaqla, cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər iddiaçının qanunla qorunan hüquqlarını davamlı şəkildə pozur. Cavabdehlərin qeyd olunan qeyriyaşayış sahəsindən istifadə etmələri iddiaçının qanunla qorunan mülkiyyəti hüquqlarını pozduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh X6 arvadı Tərlan Bayramovanın adına Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində yerləşən sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığından, cavabdeh Nizami Ələsgərovun etirazı əsassız sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə, ünvan 1-da yerləşən əmlak kompleksi tam müəssisə kimi, torpaq sahəsi 0.3934 ha hissədə İddiaçı adına, torpaq sahəsi 0.0170 ha hissədə isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh X13 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak "xxxx" MMC-yə məxsus olmuşdur. X33 həmin MMCnin iştirakçılarından biri olmuş, MMC-nin təsis edilməsi üçün 562.504 manat vəsait qoymuş, X5 "xxxx" MMC-yə qoyduğu 562.504 manat vəsaitin əvəzinə sahəsi 70 kv.m olan təmir emalatxanasının X28 verilməsinə dair onunla "xxxx" MMC-nin direktoru X23 arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, müqavilədə qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X22 adına texniki pasport verilmiş, daha sonra X33 tərəfindən həmin əmlak onun həyat yoldaşı olan X3 və Tovuz Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Cavabdehin həmin apellyasiya dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(104)- 309/2022 saylı qətnaməsi ilə iddiaçı X16 cavabdehlər X30, X25, X21, X15 və X11 qarşı əqdin bağlanmış hesab edilməsi və qeydə alınması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(62)-119/2016 saylı qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(62)-119/2016 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçı X16 cavabdehlər X30, X25, X21, X15 və X11 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia tələbi təmin edilməmişdir. Bu isə o deməkdir ki, mübahisə edilən əmlak kompleksinin hər hansı hissəsi üzərində cavabdeh X6 heç bir hüququ yoxdur və onun apellyasiya dəlilləri tam əsassızdir. Qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs2 Nürəddin oğlu da Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçilərindən biri olan X33 həmin MMC-də olan payını (sahəsi 70 kv.m olan təmir emalatxanasını) ona və X1 və o, həmin MMC-də olan əmlakı ilə bağlı ona xx.xx.2006-cı il tarixli etibarnamə vermişdir. Məhkəmə kollegiyası qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs2 Nürəddin oğlunun həmin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları ilə "xxxx" MMCnin təsisçilərindən biri qeyd edilən X22 həmin MMC-də olan payını (sahəsi 70 kv.m olan təmir emalatxanasını) ona satması təsdiq edilmir. Digər tərəfdən, Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(104)-2905/2022 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 Nürəddin oğlunun cavabdehlər X17, İddiaçı, üçüncü şəxslər Tovuz rayon Notariat Kontoruna və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 mart 2021ci il tarixli, 2(62)-93/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(62)-93/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(102)-664/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 2(104)-2905/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X26 Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(104)- 2516/2022 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs2 Nürəddin oğlunun cavabdehlər X17, İddiaçı, üçüncü şəxslər Tovuz rayon Notariat Kontoruna və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(62)- 631/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(62)-631/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1406/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2516/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X13 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlunun apellyasiya şikayətlərinin dəlilləri qanuni qüvvəsini almış məhkəmə qərarları ilə aradan qalxdığından, hazırki mülki iş üzrə cavabdeh X6 və qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlu apellyasiya şikayətlərinin təmin edilməsi istisna edilir. “İnsan Hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik olmaqla heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulan şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393, 402-407 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh X6 apellyasiya şikayəti təmin edilməsin. Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 Nürəddin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(062)-1957/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-23/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-23/2023
01.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver