Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2308/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması barədə ərizə verərək, istifadəsində olan ** OK *** dövlət qeydiyyat nömrəli QAZ-31015 markalı avtomobilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 nömrəli qərardadı ilə (sədrlik edən hakim Q.Baxşıyev) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2764/2024 saylı 12 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsinə, ərizəsinin icraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdən ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında istifadəsində olmaqla idarə edir. Avtomobili rəsmilləşdirə bilmədiyi üçün, “Mülkiyyət hüququnun tanınması” ilə bağlı iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti ilə bağlı geri qaytarmışdır. Hesab edir ki, qərardad ləğv olunmalı və mülki iş icraata qəbul edilməlidir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 2764/2024 saylı qərardadı tam, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadı qismən, Ərizəçi Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, hazırkı tələbə mülki icraat qaydasında yox, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olduğundan, Azərbaycan Respublikası 152.1.3-cü maddəsinə əsasən, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır. Belə ki, ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, ** OK *** dövlət qeydiyyat nömrəli QAZ-31015 markalı avtomobili Nurlan Həsənov adlı şəxsdən eibarnamə ilə aldığını, lakin sonuncunun axtarışda oluğu üçün, adına sənədləşdirə bilmədiyini göstərərək, istifadəsində olan ** OK *** dövlət qeydiyyat nömrəli QAZ-31015 markalı avtomobilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadəsində olan ** OK *** dövlət qeydiyyat nömrəli QAZ-31015 markalı avtomobilə mülkiyyət hüququnun tanınmasına dair ərizəsinin mülki icraat qaydasında yox, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olduğu əsası ilə geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, həmin tələbə mülki icraat qaydasında baxıla bilər. Lakin iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadı tam, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadı qismən, Ərizəçi Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə ərizənin mümkünlüyü məsələsinə baxarkən, hazırkı ərizənin xüsusi icraat qaydasında baxıla bilməsinin, tələbin Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı yönələ biləcəyinin mümkünlüyünü və digər əsasları yoxlamalı, həmin əsaslarla ərizənin geri qaytarılması məsələsini müzakirə etməli və qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadı tam, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadı qismən, Ərizəçi Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2764/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ Tovuz Rayon 10 saylı Qeydiyyat İmtahan və X1rşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2308/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2308/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver