Məhkəmə qərarları › İş №2(104)-2317/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2317/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2317/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh Fərhat qızının iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icrayə verilməsinə dair aralarında bağlanmış İM- 3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə Əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 ha sahəsindən cavabdehin çıxarılmasına və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyəsi ilə torpağın 15 il müddətinə icrayə verilmǝsinə dair aralarında bağlanmış İM-3M- 683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirlmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindan zəbt olunmuş 0.10 ha sahesindən cavabdehin çıxarılmasına, həmin torpaq üzərinda tikdiyi tövlələrin, bir göz evin və qarğı və setka çəpərləmələrin öz hesabına sökülüb götürməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh Fərhat qızının icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyəsi ilə torpağın 15 il müddətinə icrayə verilmǝsinə dair aralarında bağlanmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirlmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququmun təsdiqləndiyi 80 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.37 h sahəsindən cavabdehin çıxarılmasına və cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlənin va bir yaşayış evinin cavabdehin öz hesabına sökülməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Qamət Əbilov) İddiaçı Cavabdeh Fərhat qızına qarşı “icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərkətlərinə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon Mollagüllər bələdiyəsi ilə onun arasında bağlanılmış İM-3M-683 saylı 13 may 2022-ci iltarixli müqaviləsinə və DƏDRX-dən verilmiş rəsmi çıxarışa əsasən, 80 h torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmidir. Həmin torpaq sahəsinin 0.37 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək, istifadə edilir. Halbu ki, cavabdeh müxtəlif alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülü torpaq sahələroi alaraq, mülkiyyuətinə keçirmiş və hazıda da, istifadəsindədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun icarəsində olan 0.37 ha torpaq sahəsindən istifadə edə bilmir. Həmçinin cavabdehin Bərdə rayonu, Samux kəndində mərhum atası X3 miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52.4 kv.m olan fərdi yaşayış evi vardır ki, həmin ev hazırda cavabdeh tərəfindən idarə olunur. Cavabdeh həmçinin Bərdə rayonu, Şorəlli kəndində yeni fərdi yaşayış evi almışdır ki, məhkəmə həmin hala qiymət verməmiş, iş üzrə maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, İddiaçı özü Xocalı şəhərindən məcburi köçkün olmaqla, Bərdə şəhərində məskunlaşmışdır. Cavabdeh Bərdə rayonu, Şorəlli kəndində tikdirdiyi yaşayış evinin bacısının adına sənədləşdirmişdir. Həmçinin cavabdehin məcburi köçkün vəsiqəsi yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Fərhat qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 1993-cü ildə Ağdərədən məcburi köçkün kimi gəlmiş, əvvəlcə fermada məskunlaşmışdır. Təxminən 1996-cı ildə isə, mübahisəli əraziyə gələrək, orada mal-qaraya baxmış, sonra isə orada yaşamaq üçün daxal, 2 ədəd tövlə tikmişdir. 6 baş iribuynuzlu heyvanı vardır. Bərdə rayonu, Samux kəndində mərhum atası X7 2018-ci ildə vəfatından sonra miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52.4 kv.m olan fərdi yaşayış evi vardır ki, həmin evin sənədləri onda olsa da, evə nəzarət etsə də, həmin evin ona aidiyyəti yoxdur, ata evini Rusiyada yaşayan və Rusiya vətəndaşı olan qardaşı Vəzirə verəcəklər. Ona görə də, ata evinə köçmək istəmir. Həmin evin sənədlərini məhkəmə kollegiyasına təqdim edir. Bərdə rayonu, Şorəlli kəndində yerləşən yaşayış evi isə bacısına məxsusdur. X49 Rayonu Kolayır kəndində doğulmuş, həmin kənd hazırda yaşadığı ərazidən təxminən 40 km. aralıdır. O, həqiqətən müxtəlif şəxslərdən alqı-satqı qaydasında təxminən 12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi almışdır ki, həmin torpaqları isə müxtəlif adamlara icarəyə vermişdir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul ediulməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ağdam rayon Əfətli kəndində anadan olmuşdur. Xocalı qeydiyyatdadır. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********19 reyestr nömrəli İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdən-xx.xx.2037- ci il tarixədək 15 (on beş) il müddətinə İddiaçı icarəyə vermişdir. A №760872 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, bələdiyyə mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.00 ha torpaq sahəsininin hüquq sahibi kimi Bərdə rayon Mollagüllər bələdiyyəsi və icarəçi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı il tarixdə Mardakert şəhəri, Çərəkdar kəndində anadan olmuşdur. Laçın rayon Qozlu kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 266 saylı arayışda qeyd olunur ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır. AN-İ №0694258 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X8 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.56 ha hissəsini Cavabdeh satmışdır. AN-İ №0694256 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X4 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. AN-İ №0694257 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X9 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. AN-İ №0694255 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X5 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini və X6 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini Cavabdeh satmışdır. RX seriyalı, №1260265 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. AN-İ №0686210 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X1 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini Cavabdeh satmışdır. AN-İ №0686211 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini Cavabdeh satmışdır. AN-İ №0686212 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.635 ha hissəsini Cavabdeh satmışdır. RX seriyalı, №1260738 nömrəli, ******* qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, **********75 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. AN-İ №0680563 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X23, X17 birgə mülkiyyət hüququ üzrə onlara məxsus Bərdə rayon Samuxlu kəndində yerləşən 1.6333 ha torpaq sahəsini Cavabdeh satmışdır. **********6 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********90 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 1.633 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. AN-İ №0363742 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X11, X2, X12 mülkiyyətlərində olan Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 175 saylı cavab məktubundan görünür ki, Cavabdeh dövlət tərəfindən evlə təmin olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.0 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi Cavabdeh tərəfindən halhazırda istifadə edilir. Cavabdeh tərəfindən 0.37 ha torpaq sahəsi istifadə olunur. Bu rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: RX seriyalı, №0022965 nömrəli, xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Samuxlu kəndində yerləşən 0.28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət növü ilə X7 tam mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 1259/2023 saylı cavab məktubundan görünür ki, X18 və Cavabdeh məcburi köçkün düşdükdən sonra Bərdə rayonu, Mollagülər kəndində müvəqqəti məskunlamış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Cavabdeh mülkiyyətində Bərdə rayonu, Samuxlu kəndində sahəsi eyni olan iki ədəd 3.27 ha torpaq sahəsi olduğu aşkarlanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Xocalı şəhərindən məcburi köçkün olmaqla, Bərdə şəhərində məskunlaşmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********19 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2022-ci il tarixdən-xx.xx.2037- ci il tarixədək 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilmiş və bu barədə adına A №760872 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi tərtib eilmişdir. Həmçinin AN-İ №0694258 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi ilə, X8 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.56 ha hissəsini, AN-İ №0694256 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X4 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0694257 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı- Satqı Müqaviləsi ilə X9 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0694255 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X5 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini və X6 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0686210 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X1 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini, AN-İ №0686211 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini, AN-İ №0686212 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.635 ha hissəsini, AN-İ №0680563 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı- Satqı Müqaviləsi ilə X23, X17 birgə mülkiyyət hüququ üzrə onlara məxsus Bərdə rayon Samuxlu kəndində yerləşən 1.6333 ha torpaq sahəsini, AN-İ №0363742 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakin Alqı-Satqı Müqaviləsi ilə X11, X2, X12 mülkiyyətlərində olan Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsini Cavabdeh satmılar və həmin torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlarla Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Cavabdeh mülkiyyətində 12,0329 ha kənd təsərrüfatlı topraq sahəsi vardır. Bundan başqa, RX seriyalı, №0022965 nömrəli, xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə Bərdə rayon Samuxlu kəndində yerləşən 0.28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət növü ilə cavabdehin atası X7 tam mülkiyyəti kimi qeydiyyata alınmış, həmin ev X7 2018-ci ildə vəfatından sonra miras qalmış və həmin yaşayış evi cavabdehin faktiki sahibliyi və istifadəsindədir. Cavabdeh həmin yaşayış evinin ona aidiyyətinin olmamasını, ata evini Rusiyada yaşayan və Rusiya vətəndaşı olan qardaşı Vəzirə verəcəklərini bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsaslı və səmimi hesab etmir. Belə ki, əvvəla həmin yaşayış evi hazırda cavabdeh tərəfindən faktiki olaraq qəbul olunaraq, onun tərəfindən sahiblik və istifadə hüququ həyata keçirilir. Həmin evə dair hüquqmüəyyənedici sənədləri də cavabdeh özü məhkəmə kollegiyasına təqdim edərək, ora köçmək istəmədiyini bildirmişdir. Bundan başqa, cavabdeh məcburi köçkün kimi ilk vaxtdan harada məskunlaşması barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən oğlu X15 doğum haqqında şəhadətnaməsində onun Bərdə Rayonu Kalayar kəndində anadan olması qeyd edilmiş, həmin kənd hazırda yaşadığı ərazidən təxminən 40 km. məsafədə yerləşir ki, o, bununla bağlı heç bir izah verə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2. əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır 158.4-cü mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Məcburi köçkünlərin və onlara bərabərtutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 6-ci maddəsinə görə, məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılması barədə qətnamənin mövcud olmasına baxmayaraq, qətnamənin icrası qeyri-müəyyən müddətə təxirə salındığına görə ərizəçi bir neçə ildir ki, mənizilinə sahiblik edə bilmir. Belə ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Hökumət ərizəçinin hüquqlarına müdaxilənin «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»na əsaslandığını iddia etdi. Məhkəmə Hökumətin bu dəlilini qəbul edə bilməz. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nda daxili məhkəmələrə mənzildən çıxarılma barədə məhkəmə qərarının icrasının qeyri- müəyyən müddətə təxirə salmaq səlahiyyətinin verildiyinə dair hər hansı mülki prosessual norma nəzərdə tutulmayıb ki, bu işdə məhz belə oldu. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» sadəcə məcburi köçkünlər tərəfindən qanunsuz olaraq tutulmuş mənzillərin yaşayış orderlərinin hüquqi qüvvəsini dayandırıb. Hazırkı işdə ərizəçinin yaşayış orderinin hüquqi qüvvəsinin nə vaxtsa dayandırıldığını göstərən heç bir sübut mövcud deyildir. Əksinə, daxili məhkəmələr ərizəçiyə verilmiş yaşayış orderinin qanuniliyini və onun bu mənzilin qanuni kirayəçisi olduğunu müəyyən etdilər. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Avropa Məhkəməsi “Sporronq və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və ya qeyri-sabit” xarakter almışdır. Həmin iş üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyulması əsasına görə Konvensiyanın 1 saylə protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüqunun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Fərhat qızının İddiaçı icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək, orada müvafiq orqanların heç bir razılığı olmadan tikililər tikməsi onun istifadəsində olan topraq sahəsinə müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur. Belə ki, Cavabdeh Fərhat qızı kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsini zəbt edərkən, orada məskunlaşma məqsədilə nəzərdə tutulan yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalar mövcud olmamış, o, həmin sahəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerləşdirilməmiş, əksinə məcburi köçkün kimi əvvəlcə başqa yerində yaşamış, yalnız özünün deməsinə görə təxminən 1996-cı ildən həmin ərazidən istifadə edərək, orada özbaşına tikililər tikmişdir. Halbu ki, yuxarıda qeyd edildiyi kimi, özünün mülkiyyətində 12,0329 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi vardır ki, qeyd etdiyi 6 baş iribuynuzlu heyvanı orada saxlamaq üçün kifayət qədər şəraiti vardır. Azərbaycan Respubilkasının MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh Fərhat qızı İddiaçı icarəsində olan, Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsinin zəbt olunmuş 0.37 h sahəsindən çıxarılmalı, cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlə, bir yaşayış evi, qarğı və setka çəpərləmələri cavabdehin öz hesabına sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Fərhat qızı İddiaçı icarəsində olan, Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsinin zəbt olunmuş 0.37 h sahəsindən çıxarılsın, cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlə, bir yaşayış evi, qarğı və setka çəpərləmələri cavabdehin öz hesabına sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Fərhat qızından alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar