Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2319/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadından hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydin qızının, Cavabdeh3 Aydin qızının, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixində bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən 12 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim Qamət Əbilov) Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 saylı, 20 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin geri qaytarılması, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 saylı, 09 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 nömrəli, 22 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim Qamət Əbilov) Bərdə Rayon Məhkəməsinin 2(021)-416/2022 saylı, 09 avqust 2023-cü il tarixli qərardadından iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2319/2023 saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və şikayətə yazılı icraat qaydasında baxılması xx.xx.2023 -cü il tarixə təyin edilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadı və onunla əlaqədar Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-416/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi, şikayətdə göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə şikayətin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Hazırkı iş üzrə şikayətdən görünür ki, Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, həmçinin şikayətin məzmun tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Maraqlı şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-416/2022 saylı qərardadından verdiyi şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Maraqlı şəxs Bərdə Rayon Məhkəməsi bu iş üzrə xx.xx.2022-ci il tarixli qətnamə qəbul etdikdən sonra, yəni xx.xx.2022-ci il tarixli alqı satqı müqaviləsi ilə mübahisə edilən torpaq sahəsini əldə etmişdir ki, belə halda həmin qətnamə onun hüquq və vəzifələrinə toxunmur. Digər tərfədn, həmin iş üzrə cavabdehlərdən Cavabdeh1 da apellyasiya şikayəti vermişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadı və onunla əlaqədar Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 361, 363, 366 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadı və onunla əlaqədar Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-416/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2319/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2319/2023
25.09.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver