Məhkəmə qərarları › İş №2(104)-2329/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2329/2025

07.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2329/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Muradova İlhamə Fərəməz qızının və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Muradova İlhamə Fərəməz qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Muradova İlhamə Fərəməz qızı *** nömrəli əmrlə ##.##.1995-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsinin mühasibatlığına analıq məzuniyyəti yerinə mühasib vəzifəsinə müvəqqəti təyin edilmişdir. ** nömrəli əmrlə ##.##.1997-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsi ləğv olunduğundan Şəhər təhsil idarəsinin mərkəzi mühasibatlığına analıq məzuniyyəti yerinə müvəqqəti mühasib keçirilmişdir. ** nömrəli əmrlə ##.##.1999-cu il tarixdə mərkəzi mühasibatlığa daimi mühasib keçirilmişdir. ***/* nömrəli əmrlə ##.##.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. ***/** nömrəli əmrə görə ##.##.2016- cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müddətli mühasib vəzifəsinə təyin edilmişdir. ***/* nömrəli əmrə görə ##.##.2018-ci il tarixdə mərkəzin böyük mühasib vəzifəsinin icrası üç ay müddətinə həvalə edilmişdir. ***/* nömrəli əmrə görə ##.##.2018-ci il tarixdə mərkəzin Gəncə şəhəri üzrə Mərkəzləşdirilmiş mühasibatlığına müddətli böyük mühasib vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə K-*** nömrəli əmrə əsasən * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığın böyük mühasibi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla ləğv edilmiş və həmin tarixdən mərkəzə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. ##.##.2021-ci il tarixdə K-*** nömrəli əmrə görə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2021-ci il tarixli K-**** nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2021-ci il tarixdən ləğv edilmişdir. K-** nömrəli əmrə görə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. K-** nömrəli əmrə görə ##.##.2022-ci il tarixdə * saylı ƏMHM-nin aparıcı məslətəçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. K-** nömrəli əmrə görə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixdə *-**-**/*-*-***K/**** nömrəli əmrə görə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müdətinin bitməsi) xitam verilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən regional Təhsil İdarəsi tərəfindən verilmiş 2025-ci il tarixli əmrdən görünür ki, Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızına qarşı 2024-cü il may-2025-ci il may iş ili hesabına ##.##.2025-ci il tarixdən 14 təqvim günü əmək məzuniyyəti verilmişdir.##.##.2025ci il tarixdən işdə hesab edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 3-29-31/3- ***k/**** nömrəli məktubdan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun Samux rayon üzrə aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızına vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən regional Təhsil İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-*- ***K/**** nömrəli əmrdən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitmiş, lakin İ.Muradova ##.##.2025-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərədə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızı ilə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Muradova İlhamə Fərəməz qızına ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli məktubun surətindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi və işdən azad olunmasının qarşısının alınmasında köməklik göstərilməsi barədə Gəncə şəhər prokurorluğuna ünvanlanmış müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə Daşkəsən regional şöbəsində baxılır.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən regional Təhsil İdarəsi tərəfindən Muradova İlhamə Fərəməz qızına ünvanlanmış ##.##.2025-ci il tarixli, 3- **-**/*-***/**** nömrəli məktubundan görünür ki, İ.F.Muradova ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi arasında ##.##.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsində göstərilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitir. Yenidən müddətli əmək müqaviləsinin bağlanılması məqsədəmüvafiq hesab edilmir və bu səbəbdən ##.##.2025-ci il tarixdən bağlanılmış müddətli əmək müqaviləsinə xitam veriləcəkdir.

7. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Azər İbrahimov tərəfindən verilmiş arayışdan görünür ki, İlhamə Muradova ##.##.1995-ci il tarixində Kəpəz rayon Təhsil Şöbəsində sosial məzuniyyət yerinə mühasib vəzifəsinə təyin edilmiş, ##.##.1997-ci tarixindən Təhsil Şöbəsi ləğv edildiyi üçün Gəncə Şəhər Təhsil İdarəsində müddətsiz əsaslarla «mühasib» vəzifəsinə keçirilmişdir. ##.##.2016-cı il tarixində isə struktur dəyişikliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmış və Muradova həmin mərkəzdə müddətli müqavilə əsasında (3 ay müddətinə) «mühasib» vəzifəsinə təyin edilmişdir. ##.##.2018-ci il tarixindən yenidən müddətli müqavilə ilə (6 ay müddətinə) «böyük mühasib» vəzifəsinə təyin edilmiş, ##.##.2019-cu il tarixindən isə yenidən müddətli müqaviləsinin müddəti ##.##.2020ci il tarixinədək əvvəlki vəzifəsində uzadılmışdır. Belə ki, ##.##.2020-ci il tarixinədək çalışdığı vəzifələr dövlət qulluğu vəzifələri olmamışdır. ##.##.2020-ci il tarixindən isə ##.##.2021-ci il tarixinədək müddətli müqavilə əsasında «aparıcı məsləhətçi» vəzifəsinə təyin edilmişdir. ##.##.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İ.Muradova tutduğu vəzifəsindən azad edilmişdir. Lakin sonradan İ.Muradova məhkəmə qərarı ilə (müddətin ötürülməsi ilə əlaqədar) əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Daha sonra isə struktur dəyişikliyi ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradıldığı üçün İlhamə Muradova ilə aparıcı-məsləhətçi vəzifəsi üzrə ##.##.2022-ci il tarixindən ##.##.2022-ci tarixinədək müddətli əmək müqaviləsi bağlanılmışdır. ##.##.2023-cü il tarixində İ.Muradovaya işində yol verdiyi nöqsanlar səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq «töhmət» verilmişdir. İlhamə Muradovaya «aparıcı məsləhətçi» vəzifəsində çalışdığı dövrdə işlədiyi vəzifənin Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununun 11.1.8-ci maddəsinə əsasən inzibati vəzifələrin 7-ci təsnifatına aid olması və həmin vəzifənin tutulma şərtləri barədə şifahi məlumat verilmişdir. Həmçinin ##.##.2024-cü il tarixdə «Əmək və Məşğulluq» altsistemi (ƏMAS) vasitəsilə müddətli əmək müqaviləsində dəyişiklik barədə bildiriş göndərilmiş, İ.Muradova da SİMA proqramı vasitəsilə yeni müddətli əmək müqaviləsi barədə təklifi təsdiqləmişdir. Daha sonra İ.Muradovaya ##.##.2025-ci il tarixində müqavilə müddətinin başa çatması və bu səbəbdən əmək müqaviləsinə xitam veriləcəyi barədə ##.##.2025-ci il tarixdə ƏMAS vasitəsilə, həmçinin yaşayış ünvanına məktub vasitəsilə xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin İ.Muradovanın ##.##.2025-ci il tarixindən növbəti əmək məzuniyyətində olması, ##.##.2025-ci il tarixdən isə əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən qanunvericiliyin tələbləri gözlənilməklə onun işinə xitam verilməmiş və yalnız İ.Muradova işə çıxdığı gün - ##.##.2025-ci il tarixindən onun işinə xitam verilmişdir. Eyni zamanda İ.Muradovaya işində yol verdiyi nöqsanlara görə intizam tənbeh tədbirinin görülməsi nəzərdə tutulsa da, vəzifəsindən azad edilməsi nəzərə alınaraq tətbiq edilməmişdir.

8. ##.##.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» haqqında qərarın surətindən görünür ki, Samux rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi İlhamə Muradovanın Samux rayon Qarayeri qəsəbəsi * saylı körpələr evi uşaq bağçasının müdiri Ayna Həsənovadan 1.500 manat pul alması və digər qanunsuzluqlar etməsinə Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin məktubu əsasında toplanmış materialda hər hansı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

9. Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma mərkəzi ilə Muradova İlhamə Fərəməz qızı arasında bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Muradova İlhamə Fərəməz qızı ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək Ərazi Maliyyə Hesablaşma Mərkəzinə böyük mühasib vəzifəsinə keçirilmişdir.

10. Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma mərkəzi ilə Muradova İlhamə Fərəməz qızı arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Muradova İlhamə Fərəməz qızının ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək Ərazi Maliyyə Hesablaşma Mərkəzinə böyük mühasib vəzifəsində olma müddəti uzadılmışdır.

11. Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma mərkəzi ilə Muradova İlhamə Fərəməz qızı arasında bağlanmış ##.##.2020- ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Muradova İlhamə Fərəməz qızının ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir.

12. Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Reginal Təhsil İdarəsi ilə Muradova İlhamə Fərəməz qızı arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Muradova İlhamə Fərəməz qızı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixinədək maliyyə-iqtisadiyyat sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir.

13. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ##.##.2021-ci il tarixli K-*** saylı əmri ləğv edilmişdir. İddiaçı Muradova İlhamə Fərəməz qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə işə bərpa edilmişdir. İddiaçı Muradova İlhamə Fərəməz qızına ##.##.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

14. Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, K-** nömrəli əmrin surətindən görünür ki, * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin sabiq aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən ##.##.2022-ci il tarixdən əvvəlki vəzifəsinə bərpa edilmişdir.

15. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktudan görünür ki, elektron məlumat bazasında müvafiq funksiya olmadığından vətəndaş Muradova İlhamə Fərəməz qızı barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna hər hansı qurum və ya şəxslər tərəfindən müraciət edilibedilmədiyini müəyyən etmək mümkün olmamışdır.

16. Gəncə şəhər Prokurorluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-*-***/*- ******/**** nömrəli məktubdan görünür ki, Muradova İlhamə Fərəməz qızının 2021-ci ilin iyun ayında Gəncə şəhər sakini Elfaq Quliyevin oğlunu Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasına düzəltmək adı ilə ondan 14.000 manat, ondan yazılan böhtan xarakterli şikayəti isə həll edəcəyi ilə aldadaraq 5.000 manat pulunu 4169- ****-****-**** nömrəli bank kartına göndərtdirməklə alaraq vədinə əməl etməyib dələduzluq yolu ilə mənimsəməsi, Elfaqın bu müddət ərzində pulun 18.200 manat hissəsini geri qatarsa da, 800 manat pulunu geri qaytarmaması barədə müraciəti ##.##.2025-ci il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuş, qeyd olunan müraciət araşdırılaraq qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə ##.##.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir.

17. İş materiallarına əlavə edilmiş ##.##.20222-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Muradova İlhamə Fərəməz qızı arasında bağlanmış müqavilə##.##.2025-ci il tarixədək 2 il 9 ay 18 gün müddətinə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı Muradova İlhamə Fərəməz qızı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının müddətsiz müqavilə əsasında işinə bərpa olunması və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməyən xəstəlik müavinətinin və məcburi iş buraxma müddəti ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1995-ci ildə Kəpəz rayon Təhsil Şöbəsində analıq məzuniyyətində olan şəxsin yerinə müvəqqəti olaraq mühasib vəzifəsinə təyin edilmişdir. ##.##.1997-ci ildə Kəpəz rayon Təhsil Şöbəsi ləğv olunduğundan Gəncə şəhər Təhsil İdarəsinə müddətsiz mühasib keçirilmişdir. ##.##.2016-cı il tarixdə struktur dəyişkənliklə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradılmış və müddətsiz müqavilədən müddətli müqavilyə keçid edərək, mühasib vəzifəsinə təyin edilmişdir. ##.##.2018-ci il tarixdə mərkəzin böyük mühasib vəzifəsini 3 ay icra etmiş, ##.##.2018-ci il tarixdən mərkəzin Gəncə şəhəri üzrə mərkəzləşdirilmiş mühasibatlığına müddətli böyük mühasib vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. ##.##.2021-ci il tarixdə ƏM-nin 7-ci maddəsinin ç bəndinə əsasən, işdən azad edilmişdir. Məhkəmə mübahisələri nəticəsində əmr ləğv edilmiş və işə bərpa edilmişdir. Yenidən ##.##.2022-ci il tarixdə struktur dəyişkənliyi əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılmış və hal-hazır ki, tarixədək müddətli aparıcı məsləhətçi vəzifəsinə işləməyə davam etmişdi. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ## ###### 2025-ci il tarixli əmri ilə o, 05 fevraldan ## ###### 2025ci il tarixədək əmək məzuniyyətində olmuşdur. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ona ünvanladığl ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, onunla əmək müqaviləsi ## ### 2022-ci il tarixdə bağlanmış, müddəti əmək müaviləsinin müddəti ## ###### 2025-ci il tarixdə bitdiyindən, həmin tarixdə əmək müqaviləsinə xitam veriləcəkdir. Qeyd edilən məktub ona əmək məzunyyətli olduğu dövrdə poçt vasitəsi ilə göndərilmişdir. ##.##.2025-ci il tarixdən L2, L3, L4, L5 fəqərəarası disk yırtığı səbəbindən əmək qabiliyyətini müvəqqəti itirmişdir. ##.##.2025-ci il tarixədək bu diaqnozla, ##.##.2025-ci il tarixədək ameniya səbəbindən əmək qabiliyyətsiz olmuşdur. ##.##.2025-ci il tarixdə işə başlamışdır, elə həmin tarixli Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin əmri ilə onunla bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

20. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı İ.F.Muradova iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4- Daşkəsən regional Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz müqavilə əsasında işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnaməs qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

21. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) Muradova İlhamə Fərəməz qızının iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** nömrəli əmrinin ləğv edilnəsi, Muradova İlhamə Fərəməz qızı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi, Muradova İlhamə Fərəməz qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi GəncəDaşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Muradova İlhamə Fərəməz qızına ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ştat cədvəlinə uyğun tam ödənilməsi qət edilmişdir.

22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Muradova İlhamə Fərəməz qızı ##.##.1995-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsinin mühasibatlığına analıq məzuniyyəti yerinə mühasib vəzifəsinə müvəqqəti təyin edilmiş, ##.##.1997-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsi ləğv olunduğundan Şəhər təhsil idarəsinin mərkəzi mühasibatlığına analıq məzuniyyəti yerinə müvəqqəti mühasib keçirilmişdir. ##.##.1999-cu il tarixdə mərkəzi mühasibatlığa daimi mühasib keçirilmişdir. ##.##.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müddətli mühasib vəzifəsinə təyin edilmişdir. ##.##.2018-ci il tarixdə mərkəzin böyük mühasib vəzifəsinin icrası üç ay müddətinə həvalə edilmişdir. ##.##.2018-ci il tarixdə mərkəzin Gəncə şəhəri üzrə Mərkəzləşdirilmiş mühasibatlığına müddətli böyük mühasib vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığın böyük mühasibi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla ləğv edilmiş və həmin tarixdən mərkəzə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. ##.##.2021-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2021-ci il tarixli K-**** nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2021-ci il tarixdən ləğv edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ##.##.2021-ci il tarixli K-*** nömrəli ləğv edilmiş, İ.F.Muradova Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilmişdir. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. ##.##.2022-ci il tarixdə * saylı ƏMHM-nin aparıcı məslətəçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. ##.##.2022-ci il tarixdə K-** nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixdə müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müdətinin bitməsi) xitam verilmişdir. Muradova İlhamə Fərəməz qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı Muradova İlhamə Fərəməz qızı ilə bağlanmış əvvəlki əmək müqavilələri 1995-ci il tarixdən 2025-ci il tarixinədək eyni müəssidədə, eyni fəaliyyət istiqaməti üzrə olmuşdur. Struktur dəyişkiliyi ilə əlaqədar müəssisənin ləğvi, yenidən təşkil olunması səbəbi ilə müddətsiz əmək müqaviləsinin ləğv edilərək yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətllli əmək müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, iddiaçı son 30 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə İ.F.Muradova arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

23. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının son 30 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakter daşıması cavabdeh üçün əvvəlcədən bəlli olmuş, buna baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamış və bunun üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının əmək fəaliyyəti dövrləri üzrə hüquqi statusunda baş vermiş dəyişiklikləri və həmin dəyişikliklərin əmək münasibətlərinin hüquqi tənzimlənməsinə təsirini nəzərə almamışdır. Belə ki, iddiaçının fasiləsiz əmək fəaliyyəti faktı onun bütün dövrlər üzrə eyni hüquqi rejimə tabe olması anlamına gəlmir və təkcə iş stajının uzunluğu əmək müqaviləsinin növünün müəyyən edilməsi üçün həlledici meyar hesab edilə bilməz. Məsələ ilə bağlı bildiririk ki, iddiaçı ##.##.2022-ci il tarixinədək tutduğu vəzifələr üzrə dövlət qulluğu vəzifəsində çalışmamış, həmin dövrdə onunla əmək münasibətləri əmək qanunvericiliyinin ümumi normaları əsasında tənzimlənmiş və bu səbəbdən müddətsiz əmək müqaviləsinin bağlanması hüquqi baxımdan mümkün olmuşdur. Məhz bu mərhələdə iddiaçının gördüyü işin daimi xarakter daşıması müddətsiz əmək müqaviləsi ilə uzlaşmışdır. Lakin ##.##.2022-ci il tarixindən etibarən iddiaçı “aparıcı-məsləhətçi” vəzifəsi üzrə fəaliyyətə başlamışdır ki, həmin vəzifə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.8-ci maddəsinə əsasən inzibati vəzifələrin 7-ci təsnifatına aid edilən dövlət qulluğu vəzifəsidir. İddiaçıya bu vəzifənin dövlət qulluğu vəzifəsi olması, habelə onun tutulmasının xüsusi hüquqi şərtlərlə bağlı olduğu barədə əvvəlcədən məlumat verilmişdir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul yalnız müsabiqə əsasında həyata keçirilir. Bu norma imperativ xarakter daşıyır və cavabdeh üçün istisna tətbiq etmək imkanı yaratmır. Belə olan halda, iddiaçının dövlət qulluğu vəzifəsinə birbaşa müddətsiz əmək müqaviləsi ilə qəbul edilməsi nəinki hüquqi əsasdan məhrumdur, eyni zamanda qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnərdi. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əmək funksiyasının guya müvəqqəti xarakter daşıması ilə deyil, onun dövlət qulluğu vəzifəsinə qəbulunun yalnız müsabiqə yolu ilə mümkün olması ilə şərtlənmişdir. Birinci instansiya məhkəməsi bu hüquqi məqamı nəzərə almadan, əmək müqaviləsinin müddətli bağlanmasını əsassız olaraq qanunsuz hesab etmişdir. 2. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşıması tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi qarşılıqlı razılıqla müddətli bağlana bilər. Məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların olmadığı qeyd olunsa da, real vəziyyət bunun əksini sübut edir. Əmək müqaviləsi elektron sistem üzərindən rəsmiləşdirilmiş, sənədə barkod vurulmuşdur. Barkodun mövcudluğu və müqavilənin müvafiq elektron sistemdə qeydiyyata alınması onu göstərir ki, sənəd işçi tərəfindən təsdiq olunmuş və hüquqi qüvvəyə minmişdir. Qeyd etmişdir ki, elektron sistemdə əmək müqaviləsinin rəsmiləşdirilməsi işçinin onun məzmunu ilə tanış olduğu və həmin şərtlərlə razılaşdığı mənasını verir. Belə olan halda, müqavilənin imzalanmadığını və ya işçinin razılığı olmadığını iddia etmək əsassız və qeyri-obyektiv yanaşmadır. Bundan başqa, iddiaçı əmək müqaviləsinin müddətli xarakterinə işə başladığı ilk gündən etibarən heç bir etiraz bildirməmiş, müqavilə müddəti bitənədək iş fəaliyyətini davam etdirmişdir. Bu müddət ərzində o, əmək müqaviləsinin müddəalarına uyğun olaraq əmək haqqı və digər əmək hüquqlarından istifadə etmişdir. Əlavə olaraq, 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə dəyişiklik edilərkən də iddiaçı bu dəyişikliyi təsdiqləmiş və müqaviləyə yenidən imza atmışdır. Bu fakt bir daha göstərir ki, iddiaçı əmək münasibətlərinin şərtləri, o cümlədən müqavilənin müddətli xarakteri ilə tam şəkildə razı olmuşdur. Əgər iddiaçı müqavilənin müddətli xarakteri ilə razı deyildisə bu etirazını dərhal – işə qəbul zamanı və ya əmək münasibətləri dövründə irəli sürməliydi. Lakin o, yalnız müqavilənin müddəti başa çatdıqdan sonra etiraz bildirmişdir ki, bu da onun iddiasının subyektiv, məqsədli və sonradan formalaşmış olduğunu açıq şəkildə göstərir. Əgər iddiaçı müqavilə bağlanarkən razı deyildisə, bu barədə yazılı şəkildə etiraz etməli və ya əmək müqaviləsini imzalamamalı idi. Məhz onun müqaviləni imzalaması qarşılıqlı razılığın hüquqi sübutudur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## #### 2011-ci il tarixli Qərarını rəhbər tutaraq qətnaməsində iddiaçının işçi kimi əmək münasibətlərində zəif tərəf kimi tanınmasını əsas gətirmişdir. Bildirmişdir ki, iş materiallarında olan Gəncə şəhər Prokurorluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubdan görünür ki, Muradova İlhamə Fərəməz qızının 2021-ci ilin iyun ayında Gəncə şəhər sakini Elfaq Quliyevin oğlunu Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasına düzəltmək adı ilə ondan 14.000 manat, ondan yazılan böhtan xarakterli şikayəti isə həll edəcəyi ilə aldadaraq 5.000 manat pulunu ****-****- ****-**** nömrəli bank kartına göndərtdirməklə alaraq vədinə əməl etməyib dələduzluq yolu ilə mənimsənilməsi, Elfaqın bu müddət ərzində pulun 18.200 manat hissəsini geri qatarsa da, 800 manat pulunu geri qaytarmaması barədə müraciəti ##.##.2025-ci il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuş, qeyd olunan müraciət araşdırılaraq qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə ##.##.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Həmçinin bildirmişdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 3-29-31/3- ***k/**** nömrəli məktubdan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun Samux rayon üzrə aparıcı məsləhətçisi Muradova İlhamə Fərəməz qızına vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Məhkəmənin “işçinin zəif mövqedə olması” barədə ümumi arqumenti isə bu hallarda tətbiq oluna bilməz. Əksinə, burada zəif mövqedə olan işə götürəndir və işə götürən yalnız qanunun verdiyi hüquqlardan istifadə etmiş, işçinin törətdiyi kobud pozuntulara baxmayaraq onu müdafiə edən mexanizmlərin obyektivliyi sual altında qaldığı üçün hüquqi çərçivədə hərəkət etmiş və iddiaçının əmək müqaviləsinin müddətinin başa çatmasını gözləmişdir. Beləliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin Muradova İlhamə Fərəməz qızı barədə ##.##.2025-ci il tarixli, *- **-**/*-*-***K/**** nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxararkən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı ilə yanaşı, dövlət qulluğu vəzifəsinin tutmuş dövlət qulluğu üzrə müsabiqədən keçməyən digər işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktı nəzərə alınmamışdır. Bu hal göstərir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması fərdi deyil, vahid inzibati yanaşma və dövlətin qanuni təyinat mexanizmi çərçivəsində həyata keçirilmişdir. Bundan başqa, iddiaçının razılığı ilə əmək müqaviləsinin elektron informasiya sistemində rəsmiləşdirilməsi, müqaviləyə barkodun vurulması və 2024cü ilin noyabr ayında müqaviləyə dəyişiklik edilərkən iddiaçının yenidən onu təsdiqləməsi halları da, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu faktlar iddiaçının əmək müqaviləsinin şərtləri ilə tanış olduğunu və onlara razılıq verdiyini sübut edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən regional Təhsil İdarəsinin “aparıcı məsləhətçisi” vəzifəsinə təyinatla bağlı normativ sənədlərini düzgün qiymətləndirməmişdir. Bütün bunlarla yanaşı, məhkəmə Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən hüquqi mövqeləri, yəni belə işlərə baxılarkən tərəflərin iradəsinin, müqavilələrin ümumi praktikada necə tətbiq olunduğunun və məqsədli şəkildə müddətli müqavilədən istifadə edilib-edilmədiyinin araşdırılmasının vacibliyini də nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfinən etiraz verilərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin Muradova İlhamə Fərəməz qızı barədə ##.##.2025-ci il tarixli, 3-29- **/*-*-***K/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Muradova İlhamə Fərəməz qızıvə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddiaçı Muradova İlhamə Fərəməz qızı əvvəllər tutduğu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ştat cədvəlinə uyğun tam ödənilməsi qət edilmişdir. Qeyd olunan etirazlara əsasən Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. 1. Belə ki, dövlət qulluğuna qəbul yalnız müsabiqə əsasında həyata keçirilir. Həmin norma imperativ xarakter daşıyır və cavabdeh üçün istənilən istisna tətbiq etmək imkanını istisna edir. Qanunvericilik dövlət qulluğu vəzifəsinə qəbulun yeganə hüquqi mexanizmi kimi müsabiqə prosedurunu müəyyən etməklə, bu qaydadan kənar istənilən qəbul formasını hüquqa zidd hesab edir. Bu baxımdan, iddiaçının dövlət qulluğu vəzifəsinə birbaşa müddətsiz əmək müqaviləsi əsasında qəbul edilməsi hüquqi cəhətdən mümkün olmamışdır. Əksinə, belə bir hal baş verdiyi təqdirdə, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına yol verilmiş olardı. Bir sözlə, cavabdehin iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq hüquqi səlahiyyəti mövcud olmamışdır. Məhz bu hüquqi məhdudiyyətlər fonunda cavabdeh tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması onun əmək funksiyasının guya müvəqqəti xarakter daşıması ilə deyil, dövlət qulluğu vəzifəsinə qəbulun yalnız müsabiqə yolu ilə mümkün olması ilə şərtlənmişdir. Yəni əmək müqaviləsinin müddətli bağlanması obyektiv hüquqi səbəblərdən irəli gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisəli münasibətləri qiymətləndirərkən, dövlət qulluğu sahəsində mövcud olan xüsusi hüquqi tənzimləməni nəzərə almamış, əmək hüququ normalarını təcrid olunmuş şəkildə tətbiq etmişdir. Halbuki, mübahisənin predmeti dövlət qulluğu vəzifəsinə qəbul ilə birbaşa bağlı olduğundan, münasibətlərə “Dövlət qulluğu haqqında” Qanunun normaları prioritet olaraq tətbiq edilməli idi. Məhkəmə əmək müqaviləsinin müddətli bağlanmasını əmək funksiyasının xarakteri ilə əlaqələndirməklə, məsələnin əsas hüquqi səbəbini – iddiaçının dövlət qulluğu vəzifəsinə yalnız müsabiqə əsasında qəbul edilə bilməsi faktını diqqətdən kənarda qoymuşdur. Bu isə işin halları ilə tətbiq edilmiş hüquq normaları arasında ziddiyyət yaradaraq, məhkəmənin düzgün hüquqi qiymət verməməsi ilə nəticələnmişdir. Muradova İlhamənin dövlət qulluğu vəzifəsinə müddətsiz təyin edilməsi ilə bağlı qəbul olunmuş məhkəmə qərarı qanunvericiliyin tələblərinə uyğun olmadığından əsassız hesab edilir. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa əsasən dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir və müsabiqə iki mərhələdən ibarətdir: test imtahanı və müsahibə. Qanunvericiliyin tələbinə görə namizəd yalnız hər iki mərhələni uğurla keçdiyi halda dövlət qulluğuna qəbul edilmiş hesab olunur və dövlət qulluqçusu statusu əldə edir. Müsahibə mərhələsi dövlət qulluğuna qəbulun məcburi və yekun mərhələsi olmaqla, namizədin vəzifəyə uyğunluğunun müsahibə komissiyası tərəfindən qiymətləndirilməsini nəzərdə tutur. Müsahibədən keçməyən namizəd dövlət qulluğuna qəbul olunmuş hesab edilmir və ona dövlət qulluqçusu statusunun verilməsi qanunvericiliyin tələblərinə ziddir. Muradova İlhamə müsabiqənin test mərhələsindən keçsə də, müsahibə mərhələsindən keçməmişdir. Bu səbəbdən o, dövlət qulluğuna qəbul edilmiş şəxs hesab edilə bilməz və dövlət qulluqçusu statusu əldə etməmişdir. Bununla belə, məhkəmə tərəfindən onun müddətsiz əsaslarla dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə qərarın qəbul edilməsi dövlət qulluğuna qəbulun qanunla müəyyən edilmiş müsabiqə mexanizmini pozur, müsahibə komissiyasının qiymətləndirmə səlahiyyətini aradan qaldırır və dövlət qulluğuna qəbulun prosedur qaydalarına zidd nəticə yaradır. Məhkəmə dövlət qulluğuna qəbul üzrə səlahiyyətli orqanın və müsahibə komissiyasının funksiyalarını əvəz edə bilməz.göstərilənlər nəzərə alınaraq hesab edilir ki, Muradova İlhamənin dövlət qulluğu vəzifəsinə müddətsiz təyin edilməsi barədə qəbul edilmiş məhkəmə qərarı hüquqi və faktiki əsaslara söykənmir və qüvvədə saxlanılması mümkün deyildir. 2. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsi Məhkəmə tərəfindən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən əmək münasibətləri sahəsində işə götürənin əsas hüquqları pozulmuşdur. Bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşıması tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi qarşılıqlı razılıqla müddətli bağlana bilər. Məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların olmadığı qeyd olunsa da, real vəziyyət bunun əksini sübut edir. Əmək müqaviləsi elektron sistem üzərindən rəsmiləşdirilmiş, sənədə barkod vurulmuşdur. Barkodun mövcudluğu və müqavilənin müvafiq elektron sistemdə qeydiyyata alınması onu göstərir ki, sənəd işçi tərəfindən təsdiq olunmuş və hüquqi qüvvəyə minmişdir. Qeyd etmişdir ki, elektron sistemdə əmək müqaviləsinin rəsmiləşdirilməsi işçinin onun məzmunu ilə tanış olduğu və həmin şərtlərlə razılaşdığı mənasını verir. Belə olan halda, müqavilənin imzalanmadığını və ya işçinin razılığı olmadığını iddia etmək əsassız və qeyri-obyektiv yanaşmadır. Bundan başqa, iddiaçı əmək müqaviləsinin müddətli xarakterinə işə başladığı ilk gündən etibarən heç bir etiraz bildirməmiş, müqavilə müddəti bitənədək iş fəaliyyətini davam etdirmişdir. Bu müddət ərzində o, əmək müqaviləsinin müddəalarına uyğun olaraq əmək haqqı və digər əmək hüquqlarından istifadə etmişdir. Əlavə olaraq, 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə dəyişiklik edilərkən də iddiaçı bu dəyişikliyi təsdiqləmiş və müqaviləyə yenidən imza atmışdır. Bu fakt bir daha göstərir ki, iddiaçı əmək münasibətlərinin şərtləri, o cümlədən müqavilənin müddətli xarakteri ilə tam şəlikldə razı olmuşdur 3 bildirmişdir ki, Muradova İlhamə Fərəməz qızı barəsində əvvəllər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən intizam tədbiri tətbiq edilmiş, vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə ona töhmət verilmişdir. Eyni zamanda, aparılmış xidməti araşdırmalar nəticəsində Muradova İlhamə Fərəməz qızının fəaliyyətində aşkar edilmiş nöqsanlara görə 2025-ci ildə barəsində yenidən intizam tənbehi – töhmət verilməsi nəzərdə tutulmuşdur. Lakin həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik səbəbi ilə əmək qabiliyyətsiz olması) ilə əlaqədar olaraq göstərilən intizam tənbehinin tətbiqi mümkün olmamışdır. Bununla yanaşı, işə götürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Bununla yanaşı, işə götürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Digər tərəfdən, iş materiallarında olan məlumatlardan görünür ki, Muradova İlhamə Fərəməz qızının adı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə bağlı hallarda adı çəkilən şəxs qismində qeyd edilmişdir. Qeyd olunan hallar nəzərə alınaraq bildirmişdir ki, dövlət və ya publik funksiyalar həyata keçirən bir qurumda çalışan şəxsin barəsində dələduzluq xarakterli araşdırmanın aparılması, habelə onun fəaliyyəti ilə bağlı intizam pozuntularının mövcudluğu işə götürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsinin məqsədəuyğun hesab edilməməsinə əsas verən hallardan olmuşdur. Qeyd edilənlərə əsasən Appelyasiya Şikayətinin təmin edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, İlhamə Muradova 2020-cı ilə qədər mühasib vəzifəsində işləmiş, 2020-ci ildən 2022-ci ilə qədər isə maliyyə hesablaşma palatasında aparacı məsləhətçi işləmişdir. 2022-ci ildən 2025-ci ilə qədər isə həmin vəzifə dövlət qulluğu olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının işlədiyi mühasib vəzifəsi dövlət qulluğu vəzifəsi olmamışdır. Regional Təhsil İdarəsi yarandıqdan sonra, 2022-ci ildən dövlət qulluğu vəzifəsi yaranmışdır. 2022-ci ildə İlhamə Muradova baş məsləhətçi işləyirdi. 2022-ci ildə İlhamə Muradovanı müsahib vəzifəsinə götürməməklərinə səbəb qarşılıqlı razılaşma ilə baş məsləhətçi vəzifəsinə təsdiq olunmasıdır. Onunla yeni müqavilə bağlanmışdır. 2022-ci ildə də mühasib vəzifəsi var idi. Vəzifə dövlət qulluğunda olduğuna görə iddiaçı ilə müddət müqavilə bağlanmayaraq işdən azad olunmuşdur. Bundan əlavə Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində göstərir ki, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi bağlanır. Yəni qarşı tərəf 2025-ci ilə qədərki işlədiyi müddət ərzində heç bir etiraz etməmişdir. İddiaçı müddətli müqaviləyə etiraz etsəydi, müddətsiz müqaviləyə keçirməyə onların ixtiyarı olmuşdur. Lakin, 2022-ci ildən etibarən isə həmin həmin dövlət qulluğuna keçdiyindən onların artıq müddətsiz müqavilə bağlamaq ixtiyarı olmamışdır, çünki iddiaçı dövlət qulluğundan keçməmişdir və bununla bağlı dəfələrlə xəbərdarlıq olunmuşdur. 2022-ci ildən vəzifə dövlət qulluğunda olduğu üçün yalnız müddətli olaraq işə götürmək mümkün idi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Muradova İlhamə Fərəməz qızı apellyasiya şikayətinə etiraz edib əlavə olaraq bildirmişdir ki, cavabdehin qeyd etdiyi məlumatların hamısı yanlış məlumatdır. Onun şəxsi işinin içində hamısı yazılmışdır. 2020-ci ildən o, aparıcı məsləhətçi vəzifəsində işləyir. Həmin vaxt əvvəldən böyük mühasib işləmişdir. 2016-cı ilin fevral ayında maliyyə hesablaşma mərkəzləri yarandığı üçün onlara müddətli müqaviləyə keçiriləcəklərini və daha sonra hər şeyin düzələcəyini bildirmişlər. Daha sonra 2022-ci ildə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yarandı. Maliyyə Hesablaşma Şöbəsini əvvəllər ayırmışdılar. Daha sonra 2016-ci ildə yenidən Təhsil İdarəsi ilə birləşdirdilər. O, 31 ildir ki, həmin idarədə çalışır və həmin vəzifədə işləyir. Qarşı tərəf isə ona həmin vəzifənin dövlət qulluğuna keçdiyini bildirməmişlər. Çünki 2022-ci ildə də həmin vəzifədədir və başqa vəzifəyə keçməmişdir. 2016-cı ildə böyük mühasib vəzifəsində işləmişdir. 2020-ci ildə aparıcı məsləhətçi olmuş, hazırki vəzifəsində də aparıcı məsləhətçidir. Daha sonra 2022-ci ilin ## ##### tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yarandı və hər kəsi öz vəzifələrində saxlamışlar. 2024-cü ilin ## ####### tarixində Elçin Kərimov vəzifəyə gəlmişdir. Bundan sonra onlara 3 aylıq müavilələrə keçilməyə başlamışlar. Deməli əvvəllər 1 illik müqavilə imiş, ƏMAS yarandıqdan sonra 3 aylıq müqavilə bağlanmışdır. Müqaviləni birinci gün təsdiqləməmişdir, ikinci gün yenə təsdiqləməmişdir. Üçüncü gün Elçin adlı şəxs onu yanına çağıraraq ərizəni təqsdiqləməməyinin səbəbini soruşmuş, o da müddətli müqaviləyə keçirilməyinin səbəbini soruşanda, Elçin Kərimov ona Yevlaxda da, belə işlədiyini, burda belə işləyəcəyini, onunla axıra kimi işləyəcəyini, 31 illik işçi olduğunu, savadlı kard olduğunu bildirmişdir. Elçin adlı şəxs bunları tək ona yox, orada olan hamıya demişdir. O da, Elçin müəllimə burada maliyyə sektoru üzrə müdirin müavini olan Rövşən müəllimlə mübahisəsinin olduğunu qeyd etmiş, Elçin müəllim isə bunun səbəbinin soruşanda, onun da, əlində bəzi sənədlər olduğunu bildirmişdir. Hansı ki, Samux rayonunda komunallara 4000 manat keçirdikləri halda, birdən-birə Rövşən müəllim ona 30000 manatlıq müqavilə göndərib ki, həmin müqaviləni bağlasın. O isə, Rövşən müəllim Samux rayonun kiçik yer olduğunu bildirərək etiraz etmiş, Rövşən müəllimə ona digər rayonlarda işçiləri belə etdiyi üçün onun bu cür müqavilə bağlamalı olduğunu bildirmişdir. O isə, Rövşən müəllimə digər rayon işçilərinin qeyd edilən halı tərk etmədiklərini, yəni yeni işçilər olduğunu bildirmişdir. Lakin o, yenə ondan razı olmağını tələb etmişdir. Daha sonra o, kommunalın müdirini çağırmışdır. Kommunalın müdiri isə ona 30 faiz onlarla danışdığı, ona isə 15 % verəcəyini bildirərək pulu keçirməyini bildirmişdir. O isə yenə də pulu keçirə bilməyəcəyini, hətta ona xəbərdarlıq edəedə söhbəti çəkilişə aldığını bildirmişdir. Kommunalın müdiri ona 30000 manatlıq müqavilə bağlandığını hər ay 30 faizin onlara veriləcəyini bildirmiş, ona isə 20 %-ə qaldıraraq birgə işləməyi təklif etmişdir. O isə onların vəziyyəti dərk etmədiklərini, bu halın maliyyə pozuntusu olduğunu, yoxlamaların olacağını və razı olmadığını bildirmişdir. Razı olmadığını Rövşən müəllimə də, bildirəndə o, yenədən onu öz yanına çağırmış və yenə razılıq verməyini tələb etmişdir. O isə bununla bağlı ona arayış göndərməyini və əgər gələcəkdə maliyyə yoxlaması zamanı maliyyə pozuntusu aşkar olunursa bu halda məsuliyyətli şəxsin rəhbər kimi onun olmasını bildirmişdir. Rövşən müəllim isə buna razı olmamışdır. O da, qarşılığında onun tələbini təmin etməmişdir. O da, həmin sənədləri Elçin müəllimin qarşısına qoyaraq Rövşən müəllimlə problemin olduğunu bildirmişdir. Belə, Rövşən müəllim onun başına çox oyunlar açmışdır. Gah bağça müdirəsini öyrədib ondan prokorluğa şikayət etdirmişdir ki, guya o, bağçanı yoxlamış, 1500 manat pul almış və onun da, üstünü ört-basdır etmişdir. Guya bağça müdirəsi onun evinə gələrək ona pul vermişdir. O da, prokurorluq orqanına evində kameralara baxa biləcəklərini bildirmişdir. Daha sonra prokurorluqda bağça müdirəsinin dindirilərək yalan ifadə verdiyini, bunu ondan Rövşən müəllimin tələb etdiyini, Rövşən müəllimin Samux rayonuna baxmağı onun əlindən alacağını vəd edərək narahat olmamısını bildirərək, ərizə yazmasını tələb etdiyini bildirmişdir. Bundan başqa Rövşən müəllimin Çobanabdallı məktəbində müdir vəzifəsində işləyən əmisi oğlu var. Məlum olmuşdur ki, hərbi hazırlıq müəllimin 58 saat dərsi var. Deməli 12 saat öz dərsi, 1 rəhbərliyi və 58 saat isə öz idman dərsi var. O isə bunun normalara uyğun olmadığını və qanunsuz olduğunu bildirmişdir. Bundan sonra onu Əmək Müfəttişliyinə şikayət etmişlər. Əmək Müfəttişliyindən onu çağırmışlar, o da, baş verən pozuntunu izah etsə də, onu 800 manat cərimə etmişlər. X5 müdiri ilə Rövşən müəllim yaxındılar. Belə ki, Əmək Müfəttişliyin müdirinin xalası qızını Rövşən müəllim * nömrəli məktəbdə müddətli müqavilə ilə 3 ildir ki, müdir vəzifəsində saxlayır. Əmək Müfəttişliyinin qərarı ilə bağlı məhkəməyə müraciət etmiş və xeyrinə nəticə əldə etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun problemi Rövşən müəllimlə olmuşdur. Onun dövlət qulluğundan imtahan keçməsi ilə bağlı sertifikatı var.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:

28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

30. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

31. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

32. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa şəxs tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda; x) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

31. Maddə 68.1. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

34. Maddə 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

35. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

44. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışınun hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı iş üzrə cavabdeh tərəfindən instansiya məhkəməsinin qətnaməsi bütövlküdə mübahisələndirildiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

50. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Muradova İlhamə Fərəməz qızı ilə bağlanmış əvvəlki əmək müqavilələri 1995-ci il tarixdən 2025-ci il tarixinədək eyni müəssidədə, eyni fəaliyyət istiqaməti üzrə olmuşdur. Struktur dəyişkiliyi ilə əlaqədar müəssisənin ləğvi, yenidən təşkil olunması səbəbi ilə müddətsiz əmək müqaviləsin ləğv edilərək yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, iddiaçı son 30 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə İ.F.Muradova arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır.

51. İşin məhkəmədə müəyyən edilmiş halı ondan ibarətdir ki, Muradova İlhamə Fərəməz qızı ##.##.1995-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsinin mühasibatlığına analıq məzuniyyəti yerinə mühasib vəzifəsinə müvəqqəti təyin edilmiş, ##.##.1997-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsi ləğv olunduğundan Şəhər təhsil idarəsinin mərkəzi mühasibatlığına analıq məzuniyyəti yerinə müvəqqəti mühasib keçirilmişdir. ##.##.1999-cu il tarixdə mərkəzi mühasibatlığa daimi mühasib keçirilmişdir. ##.##.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müddətli mühasib vəzifəsinə təyin edilmişdir. ##.##.2018-ci il tarixdə mərkəzin böyük mühasib vəzifəsinin icrası üç ay müddətinə həvalə edilmişdir. ##.##.2018-ci il tarixdə mərkəzin Gəncə şəhəri üzrə Mərkəzləşdirilmiş mühasibatlığına müddətli böyük mühasib vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığın böyük mühasibi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla ləğv edilmiş və həmin tarixdən mərkəzə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. ##.##.2021-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2021-ci il tarixli K-**** nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2021-ci il tarixdən ləğv edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ##.##.2021-ci il tarixli K-*** nömrəli ləğv edilmiş, İ.F.Muradova Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilmişdir. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. ##.##.2022- ci il tarixdə * saylı ƏMHM-nin aparıcı məslətəçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. ##.##.2022-ci il tarixdə K-** nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. Sonuncu dəyişiklik zamanı müqavilənin müddəti ##.##.2025-ci il tarixinədək uzadılmışdır. ##.##.2025-ci il tarixdə müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müdətinin bitməsi) xitam verilmişdir.

52. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

53. Kollegiya bununla bağlı qeyd edir ki, “Dövlət qulluğu haqqqında” Qanunun 33-2-ci maddəsinin qeydinə əsasən, dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək bu vəzifədə müvəqqəti işləyən, dövlət qulluqçusu olmayan işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 faizi məbləğində müəyyən edilir. Göründüyü kimi, “Dövlət qulluğu haqqqında” qanun dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək müvafiq vəzifəyə yalnız müvəqqəti işə qəbulu mümkün hesab edir.

54. Digər tərəfdən, qeyd olunmalıdır ki, hazırkı iş üzrə cavabdeh olan işəgötürənin iddiaçını müddətsiz işə götürmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə bir səlahiyyəti olmadığı halda, bağlanmış müddətli müqaviləni əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlaması kimi qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilən hallardan biri kimi x) bəndində qeyd edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müddətli əmək müqaviləsinin bağlanmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunda nəzərdə tutulmuş digər hallarda müddətli əmək müqaviləsinin bağlanması dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək həmin vəzifəyə müvəqqəti işə qəbul edilmə hallarına da, şamil olunur. Odur ki, kollegiya apellyasiya şikayətinin müqavilənin müddətli bağlanmasının qanundan irəli gəlməsi və işəgötürənin hazırkı halda müddətsiz əmək müqaviləsi bağlamaqda səlahiyyətli olmaması ilə bağlı dəlilini əsaslı hesab edir.

55. Məhkəmə kollegiyası apelyasiya şikayətinin müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Bu Məcəllənin 45-ci maddəsinin 5ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir.

56. İş materialları ilə müəyyən olunur ki, Muradova İlhamə Fərəməz qızı K-** nömrəli əmr ilə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyə-iqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, sonuncu dəyişiklik zamanı müqavilənin müddəti ##.##.2025-ci il tarixinədək uzadılmış, iddiaçı Muradova İlhamə Fərəməz qızı isə iradəsini azad ifadə edərək həmin müqavilə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə işçilər əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüquqna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plemunun qərarında qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilməlidir.

57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin b) yarımbəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Göründüyü kimi, İlhamə Muradova qızı K-** nömrəli əmr ilə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin Maliyyəiqtisadi sektorunun aparıcı məsləhətçi vəzifəsinə müddətli əmək müqaviləsi bağlamaqla təyin edilmiş, müqavilənin müddəti bitdikdən sonra isə əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. .

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Muradova İlhamə Fərəməz qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar