Məhkəmə qərarları › İş №2(104)-2330/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2330/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2330/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Ərizəçi, onun nümayəndəsi və vəkili X*, maraqlı şəxslər X7, X2, X4 və onun nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-*434/2023 saylı qətnaməsindən maraqlı şəxs X4 nümayəndəsi (vəkil) X*2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə (maraqlı şəxs – Maraqlı şəxs) məhkəməyə müraciət edərək mərhum əri X9 qalmış miras əmlakın- Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx *950-ci ildə Goranboy rayonunun Zeynallı kəndində anadan olmuşdur. Ailə qurduqdan sonra qeyd etdiyi ünvanda mərhum əri X*6 ilə birlikdə yaşamışdır. Bu barədə olan 26 aprel *973-cü il tarixli AZ № 2574*3 saylı evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Mərhum əri X*6 09 oktyabr 20*2-ci il tarixdə xərçəng xəstəliyi nəticəsində Goranboy rayonunun Nərimanlı kəndində vəfat etmişdir. Bu barədə olan AZ-İ №580264 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Birgə yaşadığı müddətdə üç övladı olmuşdur. X*3, X** və X5. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nın Nərimanlı kənd İƏDÜ nümayəndəliyinin 0* may 2023-cü il tarixli *09 saylı arayışından görünür ki, hazırda miras qoyanın onunla birlikdə dörd sağ olan vərəsəsi var. Məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun təsdiqləniş surətindən görünür ki, mərhum ərindən Goranboy rayonunun Nərimanlı kəndi ərazisində ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyətdə olan 0.*5 ha həyətyanı torpaq sahəsindən ona düşən 0.03 ha hyətyanı torpaq sahəsi miras qalmışdır. Ərinin ölümündən sonra miras əmlak onun sahibliyinə keçmiş və bu gün də əmlakı faktiki olaraq o idarə edir. Lakin qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bu günlərdə Maraqlı şəxsnə ərizə ilə müraciət etdikdə mülki qanunvericilikdə göstərilən müddətlər buraxıldığına görə notarius vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmiş, mirasın qəbul edilinəsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Övladlarından da heç biri mirasa sahilik etməmiş, faktiki mirası qəbul etməmişdir. Buna görə də mərhum əri X9 qalmış miras əmlakın - Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-*434/2023 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) ərizə təmin edilərək Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində miras qoyan X*0 payı üzrə arvadı Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Maraqlı tərəf X4 nümayəndəsi (vəkil) X*2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən subutlara düzgün qiymət verilməmiş, məhkəmə iclasında verdiyi izahat düzgün qeyd edilməmişdir. Belə ki, iddiaçı olan Ərizəçi atası vəfat etdikdən sonra mübahisəli evdə yaşayıb, Rusiya Feddrasiyasının vətandaşı olmağına baxmayaraq o da, həmin evə hər il gəlib getmişdir. X2* 20*2-ci ildə vəfat etdikdən sonra isə, onun dəfn xərcini ödəmiş və 2 ay həmin evdə yaşamış, yəni mirası faktiki olaraq o da qəbul etmişdir. Həmçinin mübahisəli evin təmirinə 20.000 manat xərci çıxıb. Lakin buna baxmayaraq, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmamış, nəticədə ərizənin təmin edilməməsinə dair qətnamə qəbul etmişdir. Bu hal isə işin birtərəfli aparılmsmasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxarır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi və onun nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs, X** və onun nümayəndəsi X*2, X*3, maraqlı şəxslər X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, ərizəçinin ivə məhkəmə iclasında iştrak edən maraqlı şəxslərin zahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-*434/2023 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.* və 385.*.*-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 305.* və 305.*.*-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb, məhkəmə kollegiyasında iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, qeyd olunan mübahisəli əmlak üzrə məhkəmə tərəfindən çıxarılmış qətnamə maraqlı şəxslərin əmlak mənafelərinə toxunur, ona görə də onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənafelərinə toxunan maraqlı şəxs kimi apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin edən birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almadığına görə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi isə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olduğu izah edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli 3 saylı Qərarının **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-in 259.0.*0-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*-259.0.5-ci və 259.0.8-259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.**-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs X4 nümayəndəsi (vəkil) X8 apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-*434/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar