Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-234/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Ofisinə, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi, miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-309/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Ofisinə, 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Gəncə şəhəri, Nizami rayonu, ünvan 7 saylı mülkdə mərhum X30 11/16 pay hissəsinə dair xx.xx.2012-ci il tarixli, 2V-2-834 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsnin, mülkə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın, xx.xx.2012-ci il tarixli, 4Ə-2-624 saylı bağışlama müqaviləsinin, Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsinin, miras əmlakda payların ona verilmiş vəsiyyətnamə nəzərə alınmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-309/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ordubadi küçəsi 116 ünvanda yerləşən mülkdə vərəsəlik işi əsasında anası X16 payı 11/16, qardaşı Cavabdeh1 payı 1/16, onun payı 1/16, bacısı Cəlalova Şəfəqin payı 1/16, Cəalova Şimnazın 1/16, bacısı Cəlalova Raziyənin payı müəyyən edilmişdir. Onun anası Cəlalova Zəhra 1987-ci ildə vəfat etmiş və anası vəfat etməmişdən əvvəl mübahisəli miras əmlakda olan 11/16 payına dair ona vəsiyyətnamə verilmişdir. Anasının ölümü baş verən zaman digər vərəsə olan və mülkdə 1/16 payları olan bacıları mirası qəbul etməmişlər. Vərəsəlik işində olan küçə üçlüyünün arayışında da bu haqda qeyd edilmiş və miras o, və qardaşı Cavabdeh1 tərəfindən faktiki qəbul edilməsi, faktiki idarə olunması bildirilmişdir. X30 vəfatından sonra o, və qardaşı olan cavabdeh Firdovsi miras mülkü hər ikisinin aralarında bərabər bölünməsi barədə razılaşmışlar. Miras mülk faktiki olaraq onunla cavabdeh arasında iki hissəyə bölünmüş və bölünmüş hissələr tərəflərindən idarə olunmuşdur. Cavabdeh - qardaşı Cavabdeh1 onunla razılaşmasına baxmayaraq miras mülkün sənədləşdirilməsi üçün notariat kontoruna getmələrini məsləhət bilmiş və o, da razılaşmışdır. Mülkün Firdovsi ilə aralarında 1/2 hissədə bölünməsinə razılaşdıqları üçün ona görə notariat kontorunda iştirak etmək, ərizə vermək sadəcə bir sənədləşmə işinin aparılmasına xidmət etmişdir. Hazırda ona məlum olmuşdur ki, anaları Zəhradan miras qalmış 11/16 payına münasibətdə mirası qəbul etməmiş onların 3 bacıları vardır. Bölgü əsasında 16/80 pay onun, 16/80 pay X5, 16/80 pay X8, 11/80 X16, 5/80 pay verilmişdir. Çimnaz və Şəfəq öz paylarını bağışladıqdan sonra Firdovsinin mirasda payları 48/80 təşkil etmiş, digər vərəsələrin payı isə əvvəlki ölçüdə qalmışdır. Cavabdeh1 də bundan sui istifadə edərək aralarında olan razılşamaya (mülkün 1/2 hissədə bölünməsi) məhəl qoymayaraq, mülkün daha çox hissəsinə yiyələnmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda, Gəncə şəhər notariat kontorunda Gəncə şəhəri Təsərrüfat şöbəsi ilə bağlanmış müqaviləyə əsasən Cavahir Xəlil qızına fərdi yaşayış evinin tikintisi üçün 480.0 kv.m torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhəri notariat kontorunun xx.xx.1947-ci il tarixli 4635 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Kirovabad şəhəri, Şota Rustaveli küçəsi, 2 olan bu fərdi yaşayış evi X1. Kirovabad şəhəri notariat kontorunun xx.xx.1950-ci il tarixli 31968 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X2. Alıcının adına bu mülkün yerləşdiyi 602.0 kv.m torpaq sahəsinə dair xx.xx.1965-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. 3 saylı notariat kontorunun xx.xx.1980ci il tarixli 3k-184 saylı mülkiyyət hüququ haqqında və 3k-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ünvanı X41 küçəsi 116 saylı ünvan X17 9/16 hissə, X9 1/16 hissə, X10 1/16 hissə, Cavabdeh1 Səyyad oğlunun 1/16 hissə, İddiaçı1 1/16 hissə, X11 1/16 hissə, X6 1/16 hissə, X7 1/16 hissə adlarına keçmişdir. 3 saylı notariat kontorunun xx.xx.1981-ci il tarixli 2k107 saylı bağışlama müqaviləsinə əsasən X22 və X23 bu mülkdə olan paylarını X24 bağışlamışdır. Bundan sonra X17 əmlakda olan payı 11/16, Cavabdeh2 Səyyad oğlunun payı 1/16, İddiaçı1 payı 1/16, X11 payı 1/16, X6 payı 1/16, X7 payı 1/16 olmuşdur. 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 2V-2-834 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X17 mülkdə olan payı Cavabdeh1 Səyyad oğlunun, İddiaçı1, X6, X8 adlarına keçmişdir, X7 1/16 payı açıq saxlanılmışdır. Cavabdeh1 Səyyad oğlunun 16/80 pay, İddiaçı1 16/80 pay, X6 16/80 pay, X8 16/80 pay, X17 11/80 pay, X7 5/80 pay adlarına bu mülkə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-2-624 saylı bağışlama müqaviləsinə əsasən X18 və X25 bu əmlakda olan paylarını Cavabdeh1 Səyyad oğluna bağışlamışdırlar. Cavabdeh1 Səyyad oğlunun 48/80 pay, İddiaçı1 16/80 pay, X17 11/80 pay, X7 5/80 pay adlarına X41 küçəsi, 116 saylı fərdi yaşayış evinə dair (0.0602 ha torpaq sahəsində yerləşən tikili “A” da 56.0 kv.m yaşayış otaqları, 38.1 kv.m köməkçi sahə, 37.7 kv.m zirzəmi) xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnadən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X17 Gəncə şəhəri, M.S.ünvan 2ünvanda yaşayan vərəsələri – oğlanları Cavabdeh1 Səyyad oğlu, İddiaçı1, qızları X18, X14 və onların hər biri miras əmlakdan bərabər hissədə irs qalmışdır. xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X32 19 aprel 1987-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə 39 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, M.S.ünvan 2ünvanda yaşayan və pasport qeydiyyatında olan İddiaçı1 anası X32 xx.xx.1987-ci il tarixdə vəfat etmiş və ölən bir günədək qeyd olunan ünvanda yaşamışdır. X29 atası, anası və əri X26 özündən əvvəl vəfat etmişdir. X29 ölümündən vəfatından sonra öhdəsində övladları İddiaçı1, Cavabdeh1 Səyyad oğlu, X19, X27, X4 ibarət ailə üzvləri qalmış, övladlarından X19, X27, X20 hələ analarının sağlığında ailə qurmuş və başqa-başqa ünvanlarda yaşamışlar, pasport qeydiyyatında olmuşlar. X29 övladlarından İddiaçı1, Cavabdeh1 Səyyad oğlu həm analarının sağlığında, həm də halhazırda Gəncə şəhəri, M.S.ünvan 5 ünvanda bütün təsərrüfat işlərini idarə edərək, kommunal xərcləri ödəyirlər. X29 dəfn xərcləri İddiaçı1, Cavabdeh1 Səyyad oğlu tərəfindən çəkilmişdir. Mərhumənin himayəsində az yaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. xx.xx.1987-ci il tarixdə 4 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş vəsiyyətnamədə X32 ona məxsus olan Gəncə şəhəri, M.S.ünvan 5 ünvanı İddiaçı1 vəsiyyət etmişdir. xx.xx.2022-ci il tarixdə tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda, Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi 116 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 16/80 hissədə İddiaçı1 qızının, 11/80 hissədə X17, 5/80 hissədə X7 və 48/80 hissədə Cavabdeh1 Səyyad oğlunun mülkiyyətində olmaqla, **********76-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi 116 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 16/80 hissədə İddiaçı1 qızının, 11/80 hissədə X17, 5/80 hissədə X7 və 48/80 hissədə Cavabdeh1 Səyyad oğlunun mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iddia tələbinin təsdiq edən sübutlar olmadığı üçün iddia tələbini təmin etməmişdir. Lakin, onun tərəfindən məhkəməyə bütün sübutlar təqdim edilmişdir. Hansı ki, iddia tələbində mirası vəsiyyətnamə üzrə qəbul etmiş, vərəsələr arasında bölünməsini təsdiq edən vəsiyyətnamə və mirasın vərəsələrdən kimlərin qəbul etməsini təsdiq edən notariat kontorundan götürülmüş vərəsəlik işi ilə bağlı arayışı təqdim etmişdir. Ancaq işə baxan məhkəmə həmin sənədlərin sübutu əhəmiyyət daşımaması və sübut hesab edilməməsi ilə bağlı heç bir hüquqi mövqe bildirməmişdir. Vəsiyyətnamədə anası payını tək ona vəsiyyət etsə də, məhkəmə həmin hala qiymət verməmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Ordubadi küçəsi 116 ünvanda yerləşən fərdi yaşayış evindən mərhum anası X32 vəsiyyətnamə ilə öz payını ona vəsiyyət etmişdir. Həmin vaxt anasının payı 11/16 hissə olmuşdur. O, daha sonra qardaşı Cavabdeh1 ilə razılaşmışlar ki, payları bərabər olsun. Lakin, qardaşı onu aldadaraq razılaşmaya əməl etməmişdir. Qardaşı Fizuli 2013-cü ildə evin 70% hissəsində yenidən tikinti işləri apararaq evin böyük hissəsini mənimsəmişdir. Anası 1987-ci ildə vəfat etmişdir. Həmin vaxt isə evdə o, X22, X23, Cavabdeh1 Səyyad oğlu, X28, X21 yaşamışlar. X19 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamamış və 1975-ci ildə köçüb getmişdir. Hazırda fərdi yaşayış evində qardaşı Cavabdeh1 ilə birlikdə yaşayır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri, məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X28, X18, X21 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə göstərir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini nəzərə almamışdır. Bu hal isə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 8iat kontorunun xx.xx.1980-ci il tarixli 3k-184 saylı mülkiyyət hüququ haqqında və 3k-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, Gəncə şəhəri, X41 küçəsi 116 saylı ünvan X17 9/16 hissə, X9 1/16 hissə, X10 1/16 hissə, Cavabdeh1 Səyyad oğlunun 1/16 hissə, İddiaçı1 1/16 hissə, X11 1/16 hissə, X6 1/16 hissə, X7 1/16 hissə adlarına keçmişdir. 3 saylı notariat kontorunun xx.xx.1981-ci il tarixli 2k107 saylı bağışlama müqaviləsinə əsasən X22 və X23 bu mülkdə olan paylarını X24 bağışlamışdır. Bundan sonra X17 əmlakda olan payı 11/16, Cavabdeh2 Səyyad oğlunun payı 1/16, İddiaçı1 payı 1/16, X11 payı 1/16, X6 payı 1/16, X7 payı 1/16 olmuşdur. Daha sonra iddiaçının anası X33 xx.xx.1987-ci ildə vəfat etmişdir. Buna görə də, İddiaçı1, X15, Cavabdeh1 Səyyad oğlu notarial ərizə ilə müraciət etmiş və 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 2V-2-834 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X17 mülkdə olan payı Cavabdeh1 Səyyad oğlunun, İddiaçı1, X6, X8 adlarına keçmişdir, X7 1/16 payı açıq saxlanılmışdır. Cavabdeh1 Səyyad oğlunun 16/80 pay, İddiaçı1 16/80 pay, X6 16/80 pay, X8 16/80 pay, X17 11/80 pay, X7 5/80 pay adlarına bu mülkə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixli ******* saylı çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi 116 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 16/80 hissədə İddiaçı1 qızının, 11/80 hissədə X17, 5/80 hissədə X7 və 48/80 hissədə Cavabdeh1 Səyyad oğlunun mülkiyyət payı müəyyən edilmişdir. İddiaçı iddia etmişdir ki, mərhum anası X32 vəsiyyətnamə ilə mübahisəli evdən öz payını ona vəsiyyət etmişdir. Həmin vaxt anasının payı 11/16 hissə olmuşdur. O, daha sonra qardaşı Cavabdeh1 ilə razılaşmışlar ki, payları bərabər olsun. Lakin, qardaşı onu aldadaraq razılaşmaya əməl etməmişdir. Qardaşı Fizuli 2013-cü ildə evin 70% hissəsində yenidən tikinti işləri apararaq evin böyük hissəsini mənimsəmişdir. Ona görə də, məcbur qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və mübahisənin həllinə hazırda qüvvədə olan aşağıda göstərilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçının tələbi “Gəncə şəhəri, Nizami rayonu, ünvan 7 saylı mülkdə mərhum X30 11/16 pay hissəsinə dair xx.xx.2012-ci il tarixli, 2V-2-834 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsnin, mülkə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın, xx.xx.2012-ci il tarixli, 4Ə-2-624 saylı bağışlama müqaviləsinin, Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi, miras əmlakda payların ona verilmiş vəsiyyətnamə nəzərə alınmaqla müəyyən edilməsi”ndən ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X12 mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, ünvan 7 ünvanında yerləşən mübahisəli əmlak sonuncunun vəfat etməsindən sonra ünvan 8iat kontorunun xx.xx.1980ci il tarixli 3k-184 saylı mülkiyyət hüququ haqqında və 3k-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin əmlak X17 9/16 hissə, X9 1/16 hissə, X10 1/16 hissə, Cavabdeh1 Səyyad oğlunun 1/16 hissə, İddiaçı1 1/16 hissə, X11 1/16 hissə, X6 1/16 hissə, X7 1/16 hissədə payları müəyyən edilmiş, bundan sonra ünvan 8iat kontorunun xx.xx.1981-ci il tarixli 2k107 saylı bağışlama müqaviləsinə əsasən X22 və X23 həmin mülkdə olan paylarını X24 bağışlamış və bundan sonra X17 həmin əmlakda olan payı 11/16, Cavabdeh2 Səyyad oğlunun payı 1/16, İddiaçı1 payı 1/16, X11 payı 1/16, X6 payı 1/16, X7 isə payı 1/16 hissədə müəyyən edilmişdir. Daha sonra X33 xx.xx.1987-ci ildə vəfat etdikdən sonra onun miras qalmış həmin əmlakdakı pay hissəsini birinci növbəli vərəsə kimi yuxarıda adları qeyd olunmuş vərəsələr qəbul edərək idarə etmişlər, həmçinin bu barədə notariat orqanına ərizə verərək analarından miras qalmış sonuncunun əmlakdakı payına dair xx.xx.2012-ci il tarixli 2V-2-834 saylı şəhadətnamə almışlar və həmin şəhadətnaməyə əsasən Cavabdeh1 Səyyad oğlunun 16/80, İddiaçı1 16/80, X6 16/8, X8 16/80, X17 11/80, X7 isə 5/80 payları saxlanılmış və sonunculara xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra ünvan 8iat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-2-624 saylı bağışlama müqaviləsinə əsasən payçılardan X18 və X25 həmin əmlakda olan paylarını Cavabdeh1 Səyyad oğluna bağışlamışlar və bu səbədən də, həmin əmlakda Cavabdeh1 Səyyad oğlunun 48/80, İddiaçı1 16/80, X17 11/80, X7 5/80 hissə də payları müəyyən edilərək sonuncuların adlarına xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ünvan 8iat Kontorunda xx.xx.2012-ci il tarixli ərizə verərək anası Zəhra Cəlalovadan miras qalmış əmlakdakı payını qəbul etmiş və qanunla müəyyən edilmiş müddətdə deyil, 10 ildən artıq müddət keçdikdən sonra xx.xx.2012-ci il tarixli 2V-2-834 saylı şəhadətnaməni mübahisələndirmişdir ki, bununlda da, mirasın qəbul edilməsi ilə bağlı mübahsiə açma müddətini ötürmüşdür. İddiaçı isə qeyd olunan şəhadətnamədən məlumatının olmadığını bildirsə də, bu barədə məhkəmə kollegiyasına mötəbər sübutlarını təqdim edə bilməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında “2013-cü ildə qardaşı Fizuli mübahisəli əmlakın 70% hissəsində yenidən tikinti işləri apararaq evin böyük hissəsini mənimsədiyini” göstərmişdir ki, bu halda onun mübahisələndirdiyi şəhdətnaməyə əsasən əmlakdakı pay hissəsindən həmin vaxtdan xəbərdar olmasına dəlalət edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı iddia tələbi də əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarı). Lakin, birinci instansiyası məhkəməsi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın, xx.xx.2012-ci il tarixli, 4Ə-2-624 saylı bağışlama müqaviləsinin, Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi, miras əmlakda payların ona verilmiş vəsiyyətnamə nəzərə alınmaqla müəyyən edilməsi ilə bağlı tələbləri yuxarıda hüquqi qiymət verilən tələbdən irəli gəlmişdir. xx.xx.2012-ci il tarixli 2V-2-834 saylı şəhadətnamənin ləğv edilməsi barədə tələbin əsassız hesab edilməsi, ondan irəli gələn tələblərin də əsassızlığını şərtləndrimişdir. Buna görə də qeyd edilən tələblər hissəsində də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-309/2022 saylı qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-309/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-234/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-234/2023
10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver