Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2341/2025 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 Əhliman oğlu, cavabdeh2, cavabdeh5, Şahvələdov Dağıstan Barat oğlu və cavabdeh3 qarşı ilk, cavabdeh3, cavabdeh5 və cavabdeh4 Barat oğlunun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏTNAMƏ iş № *(104)-2341/2025 (Açar sözlər: mənzildən çıxarılma, maneələrin aradan qaldırılması, mülkiyyət hüquqlarının müdafiəsi) Hakimlər X39 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İddiaçı və onun nümayəndəsi (vəkili) vəkil1 Bunyat oğlunun, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh3 iştirakları ilə, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “mülkiyyətdə olan çoxmərtəbəli binanın mənzillərindən cavabdehlərin çıxarılması” barədə ilk və cavabdeh3, cavabdeh5 və cavabdeh4 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətindədir.
2. İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin təsisçilərindən biri olmaqla həm də qanuni təmsilçisidir.
3. ##.##.2005-ci il tarixli * nömrəli Orderə əsasən Cəmiyyətin üzvü cavabdeh5 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X18, X16, X4 və X6 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 3-cü giriş, 1-ci mərtəbəsində 54 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir.
4. ##.##.2004-cü il tarixli * nömrəli Orderə əsasən, Cəmiyyətin üzvü X7 zavodun özəlləşməsi üçün qoyduğu 10% əmlak hesabına ailə üzvləri – X8, X1 olmaqla Tərtər şəhəri, Q. Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 3-cü giriş, 1-ci mərtəbəsində 2 göz 40 kv.m sahəsi olan mənzil daimi yaşamaq üçün verilmişdir.
5. ##.##.1998-ci il tarixli * nömrəli Orderə əsasən Cəmiyyətin üzvü cavabdeh4 12.000 dollar verərək cəmiyyətin balansında olan Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 2-ci giriş, 2-ci mərtəbəsində 100 kv.m sahəsi olan 4 otaqdan ibarət mənzili alır. Ailə üzvləri – X19, X25, X38, X42r. Həmin order adlanan sənəddən həmçinin görünür ki, order ## ### 1998-ci il tarixdə verildiyi göstərilsə də, ##.##.2003-cü ildə doğulmuş X42, ##.##.2005-ci ildə doğulmuş X38 və ##.##.2007- ci ildə doğulmuş X25 da adları həmin sənədə daxil edilmişdir.
6. ##.##.2004-cü il tarixli * nömrəli Orderə əsasən Cəmiyyətin üzvü X9 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X2, X5, X3 olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 1-ci giriş, 1-ci mərtəbəsində 32,59 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir. Həmin order adlanan sənədə ##.##.2006- cı ildə doğulmuş X3 da adı daxil edilmişdir.
7. Tarixsiz ** nömrəli Orderə əsasən, Cəmiyyətin üzvü cavabdeh2 zavodun özəlləşməsi üçün verdiyi səhmlər hesabına ailə üzvləri – X10, Səfərova Kəmalə İslam qızı olmaqla Tərtər şəhəri, Q.Məmmədov küçəsi, 2 mərtəbəli binanın, 2-ci giriş, 1-ci mərtəbəsində 40 kv.m yaşayış sahəsi daimi yaşamaq üçün verilmişdir.
8. Qeyd edilən orderlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin sədri olmuş A.Zamanov tərəfindən imzalanmışdır.
9. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon bölməsinin ##.##.2026-cı il tarixli, ** nömrəli sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, cavabdeh2 və cavabdeh1 məcburi köçkün statusu yoxdur və dövlət tərəfindən heç bir təminat həyata keçirilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın mənzillərindən cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5, cavabdeh4 və cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə əsl olmayan iddiaçı İddiaçı əsl iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə əvəz edilmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən çoxmənzilli bina ##.##.2019-cu ildən özəlləşdirilərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətindədir. Çoxmərtəbəli binanın və onun yerləşdiyi torpaq sahəsinin bütün texniki sənədləri qanunidir. Mübahisəli binanın tikilisi yarımçıq olsa da, hazırda tam yararlı olan otaqlarını cavabdehlər qanunsuz olaraq zəbt ediblər. Dəfələrlə cavabdehlərdən mülkdən çıxmaları bildirilsə də, cavabdehlər bu günə kimi mülkdən çıxmırlar. Cavabdeh cavabdeh2 mənzilin qıfılını qırıb ora yığışıbdır. Binanın boşaldılması ilə bağlı dəfələrlə aralarında düşən mübahisə ilə bağlı Tərtər RPŞ-də ərizə üzrə araşdırma aparılıbdır. Cavabdehlər könüllü olaraq evdən çıxmaq istəmirlər. Cavabdehlər 6 ildir ki, qanunsuz olaraq iddiaçının mülkünü zəbt etməklə onun mülkiyyət hüququnu pozurlar. Cavabdehlərin həmin mənzilə dair heç bir hüquqları yoxdur, ona məxsus əmlaka qanunsuz sahiblik edirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 152.5 və 157.2-ci maddələrinə istinad etmişdir.
13. Cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 da qarşılıqlı iddia verərək, cavabdehin qanunsuz hərəkətinə son qoyulması və yaşayış evində yaşamalarına törənən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Tərtər rayonu, Q. Məmmədov küçəsi 16 ünvanında yerləşən, tikilisi yarımçıq qalmış çox mərtəbəli yaşayış binasını ##.##.2019-cu ildə özəlləşdirməsi və xüsusi mülkiyyətində olmasını heç bir sübutla əsaslandıra bilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən müəssisənin işçiləri üçün Tərtər şəhəri, Q. Məmmədov küçəsində 1990ci il tarixdə 60 ailəlik beşmərtəbəbli yaşayış evinin əsası qoyulmuşdur. Lakin 1998-ci il tarixə kimi yaşayış binasının yalnız 2 mərtəbəsi tikilmiş və qalan mərtəbələrin tikilməsi üçün Cəmiyyətin vəsaiti olmamışdır. Həmin 2 mərtəbədə cəmi 12 mənzil natamam olaraq tikilmişdir. Yəni yarımçıq binada yaşayış evləri təmir olunmamış, üst döşəməsi və qapı-pəncərələri olmamışdır. Binanın 2-ci mərtəbəsinin bir hissəsinin üst döşəməsi beton plitələrlə örtülmüş, bir hissəsinin üst döşəməsi isə beton plitələr olmadığı üçün açıq vəziyyətdə olmuşdur. Cəmiyyətin binanı tikdirib başa çatdırmağa vəsaiti olmadığı üçün tikilmiş yarımçıq tikili püşk əsasında cəmiyyət üzvləri arasında bölüşdürülmüşdür. Onlar da həmin cəmiyyətdə işlədikləri və binada məskunlaşdıqları üçün zavodun özəlləşməsi üçün verdikləri səhmlər və nağd ödəniş əsasında hər bir ailəyə müvafiq kvadrat metr ölçüdə yaşayış sahəsi vermişdir. Artıq 20 ilə yaxındır onlar həmin binada yaşayırlar və hər bir ailə öz yaşadığı mənzili normal yaşamaq şəraitinə uyğun düzəltdirmişdir. Müvafiq orderlər və aktları işə əlavə etmişlər. Qeyd edilən yarım tikilidə mənzilləri səhmlər və nəğd ödəniş etməklə əldə etmişlər və yaşayış sahəsi onlara paylanarkən binanın yalnız yarımçıq barıları olmuş, yaşamaq üçün heç bir şəraiti olmamış, hətta bir tərəfində üst döşəməsi də olmamışdır. Yalnız öz hesablarına binanın üst döşəməsini düzəltdirib, barıları suvatdırmış, qapı-pəncərə qoydurmuş, sanitar qovşağı düzəltdirmişlər. ASC tərəfindən ünvan 5 ünvanında yerləşən yarımçıq tikilinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən hər hansı bir mülkiyyət sənədi təqdim edilməmişdir. ASC-nin təqdim etdiyi Çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin çoxmərtəbəli yaşayış binası Tərtər rayonu, Ələsgərli kəndində yerləşir, torpaq sahəsi isə dövlət mülkiyyətidir və yalnız istifadə üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş Ərazi və tikilinin planında isə yarımçıq tikilinin digər qeyd edilən sahədə 555,5 kv.metr, cəmi sahənin də 555,5 kv.metr olması göstərilmişdir. Ancaq Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 777,73 kv.metr qeyd edilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlər natamamdır. ASC-nin onları yaşayış sahəsindən çıxartması üçün heç bir hüququ yoxdur. Lakin İddiaçı tez-tez onları narahat edir və yaşayış sahəsindən çıxmaqlarını tələb edərək, sahiblik və istifadələrində olan, öz əməkləri hesabına bərpa və təmir etdirdikləri evlərində yaşamaqlarına imkan vermir.
15. Tərtər Rayon Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi cavabdeh2 və cavabdeh1 münasibətdə baxılmamış saxlanılmışdır.
16. Qarşılıqlı iddiaçılar cavabdeh3, cavabdeh5 və cavabdeh4 iddia tələbinin həcmini artıraraq, ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və həmin Çıxarışdan əmələ gələn bütün nəticələrin ləğv edilməsini də xahiş etmişlər.
17. Qarşılıqlı iddiaçılar cavabdeh3, cavabdeh5 və cavabdeh4 iddianın artırılmış hissəsini onunla əsaslandırmışlar ki, ilk ASC-nin təqdim etdiyi ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasan xxxx ASC-nin çoxmərtəbəli yaşayış binası Tərtər rayonu, Ələsgərli kəndində yerləşir, torpaq sahəsi isə dövlət mülkiyyətidir və yalnız istifadə üçün nəzərdə tutulmuşdur. Təqdim edilmiş Ərazi və tikilinin eskiz planında isə yarımçıq tikilinin digər qeyd edilən sahədə 555,5 kv.metr, cəmi sahə də 555,5 kv.metr göstərilmişdir. Ancaq Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 777,73 kv.metr qeyd edilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlər natamamdır. ASC-nin onları yaşayış sahəsindən çıxartması üçün heç bir hüququ yoxdur Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin nümayəndəsi məhkəmənin hazırlıq iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü tarixli Çıxarış təqdim etmişdir. Həmin Çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs- Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC; Daşınmaz əmlakın növü - Çoxmərtəbəli yaşayış binası; Daşınmaz əmlakın ünvanı (olduğu yer)- ünvan 7; Daşınmaz əmlakın mülkiyyət növü - xüsusi, Daşınmaz əmlakın üzərində hüququn növü - mülkiyyət; Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) -777,73; Torpaq sahəsinin mülkiyyət növü dövlət; Torpaq sahəsi üzərində hüququn növü - istifadə; Torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; torpaq sahəsinin ölçüsü (hektarla) - 0,92; daşınmaz əmlakın reyestr nömrəsi 611011001498-05301 kimi qeyd edilmişdir. Ancaq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-***- **** nömrəli məktubuna əsasən Tərtər şəhəri, Qafur Məmmədov küçəsi ** saylı ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, Özəlləşdirmə komissiyasının müvafiq aktına əsasən mübahisə predmeti olan yarımçıq tikili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin balansına aid olan əmlaklar siyahısına daxil edilməmişdir (akt işə əlavə edilmişdir). Akt Əmlak Məsələləri Dövlət Komitəsinin ** saylı ərazi şöbəsi tərəfindən hazırlanmışdır. Həmçinin binanın texniki pasportu və ya plan və ölçüsü yoxdur. Göründüyü kimi yarımçıq və balansda olmayan tikiliyə qanunsuz olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz amlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli Çıxarış verilmişdir.
18. Tərtər Rayon Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən qarşılıqlı iddia tələbinə “çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarşdan əmələ gələn bütün nəticələrin ləğv edilməsi tələbi”nə dair hissədə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
19. Məhkəmə baxışında qarşılıqlı iddiaçı (cavabdeh) cavabdeh3 nümayəndəsi – vəkil vəkil2 ilk əlavə olaraq göstərmişdir ki, SSR-i dövründən müəssisələr həmişə ev tikərək işçilərini mənzillərlə təmin etmişlər. O cümlədən Mirbəşir (indiki Tərtər rayonu) rayon X28 İcraiyyə Komitəsinin *** saylı, ##.##.1998-ci il tarixli qərarına əsasən işçilərə çoxmənzilli binanın tikintisi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-yə torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında hazırda haqqında mübahisə qaldırılan ünvan 6 ünvanında yerləşən çoxmənzilli bina tikilməyə başlamış, lakin binanın tikintisi tam başa çatdırılmayaraq yarımçıq qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov hazırkı qarşılıqlı iddiaçılara və digər işçilərə sözügedən binanın ayrı-ayrı mənzillərinə dair orderlər vermişdir. Orderlə hazırkı qarşılıqlı iddiaçılara səhm hesabına və ya səhm əvəzinə ödənilmiş pul müqabilində verilmişdir. Bundan sonra hazırkı qarşılıqlı iddiaçılar və başqaları binanın yarımçıq qalan tikinti işlərini öz vəsait və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. Həmin orderlər qarşılıqlı iddiaçılara sözügedən mənzillərdən istifadə etmələrinə və sahiblik etmələrinə əsas vermişdir. Orderlərin təyinatı məhz bundan ibarətdir. Qarşılıqlı iddiaçıların sözügedən mənzillərə mülkiyyətə gözlənti hüquqları vardır. Onlar həmin məzillərə özbaşına daxil olmamış, həmin verilən orderlər əsasında daxil olub istifadə etməyə, yəni yaşamağa başlamışlar. Orderlər verilən mənzillərlə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-yə necə çıxarış verilə bilməsi sual doğurur. Həmçinin mülkiyyətçinin dəyişməsi mənzildən istifadə hüququna xitam vermir. Bundan başqa “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə əmlaka mülkiyyət hüququ qeydiyyatdan keçməsə də, əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
20. Məhkəmə baxışında qarşılıqlı iddiaçı (cavabdeh) cavabdeh5 göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-nin əvvəlki direktoru Akif Zamanov 2005-ci ildə ona Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən hazırda haqqında mübahisə qaldırılan mənzilə dair order vermişdir. Order ona zavodun özəlləşməsi üçün verdiyi səhm hesabına verilmişdir. O, o cümlədən digərləri binanın yarımçıq qalan tikinti işlərini öz vəsaiti və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. Hazırda ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır.
21. 20. Məhkəmə baxışında cavabdeh cavabdeh1 göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov 2004-cü ildə ona Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən hazırda haqqında mübahisə qaldırılan mənzilə dair order vermişdir. Order ona zavodun özəlləşməsi üçün verdiyi səhm və pul yatırımı hesabına verilmişdir. O və digərləri binanın yarımçıq qalan tikinti işlərini öz vəsait və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. Hazırda ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır. Buna görə də iddia əsasssız və qanunsuzdur.
22. Məhkəmə baxışında cavabdeh cavabdeh2 göstərmişdir ki, 1994-cü ildən 2000ci ilədək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də işləmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov ona Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən hazırda haqqında mübahisə qaldırılan mənzilə dair order vermişdir. Order ona zavodun özəlləşməsi üçün verdiyi səhm yatırımı hesabına verilmişdir. O və digərləri binanın yarımçıq qalan tikinti işlərini öz vəsaiti və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. İddia əsassız və qanunsuzdur.
23. Məhkəmə baxışında qarşılıqlı iddiaçı (cavabdeh) cavabdeh4 göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-nin əvvəlki direktoru Akif Zamanov 2007-ci ildə ona Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən hazırda haqqında mübahisə qaldırılan mənzilə dair order vermişdir. Orderin verilmə tarixi texniki səhv olaraq ##.##.1998-ci il kimi göstərilmişdir. Order ona zavodun özəlləşməsi üçün verdiyi pul yatırımı hesabına verilmişdir. O, o cümlədən digərləri binanın yarımçıq qalan tikinti işlərini öz vəsaiti və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. Hazırda ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır.
24. Məhkəmə baxışında qarşılıqlı iddiaçı (cavabdeh) cavabdeh3 göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov 2004-cü ildə onun bacısı X7 Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən hazırda haqqında mübahisə qaldırılan mənzilə dair order vermişdir. Order Zabiləyə zavodun özəlləşməsi üçün verdiyi səhm hesabına verilmişdir. Zabilənin razılığı ilə 2004-cü ildən həmin mənzildə yaşayır. O, o cümlədən digərləri binanın yarımçıq qalan tikinti işlərini öz vəsaiti və qüvvələri hesabına tikib başa çatdıraraq orada yaşamağa başlamışlar. Hazırda ailəsi ilə birlikdə sözügedən mənzildə yaşayır.
25. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, ilk iddia üzrə cavabdeh cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətində olan Tərtər rayonu, Q. Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın yaşadığı mənzilindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh5 və cavabdeh4 ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın istifadələrində olan mənzillərində yaşamalarına (istifadələrinə) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən törənən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə (cavabdeh3 dair hissədə) təmin edilməməsi qət edilmişdir. (hakim Tahir Qubadov) Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, haqqında mübahisə qaldırılan ünvan 6 ünvanında yerləşən 2 mərtəbəli, çoxmənzilli bina reyestr nömrəsi 611011001498- 05301,26. qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2024-cü il olan Çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətindədir. İlk iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh4, cavabdeh cavabdeh3 istisna olmaqla, ailə üzvləri ilə birlikdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov tərəfindən verilmiş Orderlərə əsasən həmin binanın ayrı-ayrı mənzillərində yaşayırlar. cavabdeh3 bilavasitə order verilməmiş, order onun bacısı X7 verilmişdir. O, bacısı Zabilə Quliyevaya verilmiş mənzildə bunun üçün lazımı hüquqi əsas olmadan, yəni mülkiyyətçi və ya istifadəçi ilə hər hansı bir kirayə müqaviləsi bağlamadan yaşayır.
27. Həmçinin haqqında mübahisə qaldırılan ünvan 6 ünvanında yerləşən yaşayış binası Mirbəşir (indiki Tərtər rayonu) rayon X28 İcraiyyə Komitəsinin *** saylı, ##.##.1998-ci il tarixli qərarına əsasən əvvəlki X29 (indiki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin) işçilərinə verilməsi məqsədilə çoxmənzilli binanın tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmişdir. Cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh4, cavabdeh cavabdeh3 istisna olmaqla, Cəmiyyətin üzvləri olmuş və X29 özəlləşdirilməsi üçün verdikləri səhmlərin və pul yatrımlarının hesabına onlara daimi yaşamaq üçün Orderlər verilmişdir. Sözügedən Orderlər mübahisələndirilməmiş, nə də ki, həmin Orderlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə məhkəməyə hər hansı bir sübut - məhkəmə qətnaməsi və s. təqdim edilməmişdir.
28. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilk iddia üzrə cavabdehlərin (cavabdeh3 istisna olmaqla) sözügedən yaşayış sahəsi ilə (mənzillərlə) bağlı hüquq münasibətləri 2000-ci ildən sonra, həm də ##.##.2009-cu il tarixədək yarandığından hazırkı mübahisənin həlli zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
29. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadən qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən ilk iddia üzrə cavabdehlərin (cavabdeh3 istisna olmaqla) sözügedən yaşayış sahəsindən (mənzillərdən) istifadə hüquqları hazırkı mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əvvəlki direktoru Akif Zamanov tərəfindən verilmiş Orderlərə (yazılı razılaşmaya) əsasən yaranmışdır və tamamilə qanunidir. İlk iddiaçı cavabdehlərin sözügedən mənzillərdən çıxarılmasını tələb etsə də, cavabdeh cavabdeh3 istisna olmaqla, digər cavabdehlərə münasibətdə iddianın təmin edilməli olmasını sübuta yetirə bilməmişdir. İlk iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh4 sözügedən mənzillərdən məcburi çıxarılmasına əsas verən hər hansı bir hal məhkəmə iclasında müəyyən edilməmişdir. Buna görə də ilk iddia cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh4 münasibətdə əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.5 və 157.4-cü maddələrinə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdeh3 sözügedən binanın mənzilindən bunun üçün hər hansı bir hüquqi əsas – order və s. olmadan istifadə etdiyi üçün onun həmin mənzildən istifadə etməsi əsassız və qanunsuzdur. Onun sözügedən mənzildən istifadə hüququ yaranmamışdır. Ona görə də ona münasibətdə ilk iddia təmin edilməlidir.
31. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın cavabdeh2 və cavabdeh1 münasibətdə baxılmamış saxlanmasını nəzərə alaraq, hüquqi dəyərləndirməni qalan qarşılıqlı iddiaçılar cavabdeh5, cavabdeh4 və cavabdeh3 münasibətdə apararaq göstərmişdir ki, ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (1982-ci il) 10cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2004-cü il tarixli qərarı).
32. Birinci instansiya məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə ##.##.2007-ci il qərarındakı hüquqi mövqeyini rəhbər tutaraq belə hesab etmişdir ki, qarşılıqlı iddiaçılar cavabdeh5 və cavabdeh4 haqqında mübahisə qaldırılan ünvan 6 ünvanında yerləşən yaşayış binasının müvafiq olaraq istifadələrində olan mənzillərindən verilmiş Orderlərə əsasən istifadə hüquqları yarandığından və həmin mənzillər onların “gözlənilən mülkiyyət”-i olduğundan qarşılıqlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin hazırda onların yaşadıqları mənzillərdən istifadələrinə törənən maneənin heç bir hüquqi əsası yoxdur. Hazırda onların yaşadıqları mənzillərdən istifadələrinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən törədilən maneə əsassız və qanunsuzdur.
33. cavabdeh3 sözügedən binanın mənzilindən bunun üçün hər hansı bir hüquqi əsas – order və s. olmadan istifadə etdiyi üçün onun hazırda yaşadığı həmin mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də onun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə qarşı verdiyi maneənin aradan qaldırılmasına dair qarşılıqlı iddianın hüquqi əsası yoxdur.
34. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddiaçılar cavabdeh5 və cavabdeh4 ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın istifadələrində olan mənzillərində yaşamalarına (istifadələrinə) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən törənən maneələr aradan qaldırılmalı, cavabdeh3 münasibətdə isə qarşılıqlı iddia təmin edilməməlidir.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, 72.2-ci, Mülki Məcəllənin 152.5, 157.4, 157.8, 158.1, 158.2, 228-ci, Mənzil Məcəlləsinin 12.1, 12.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı iş üzrə” ##.##.2007-ci il qərarlarına instinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
36. İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişlər.
37. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (1982-ci il) 10-cu maddəsinə və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2010-cu il tarixli Qərarına istinad edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdehlər məcburi köçkün olaraq dövlət tərəfindən mənzillərlə təmin edilmiş olsalar da, dövlətdən əlavə mənzillər almaq üçün qəsdən iddiaçının mülkiyyətindən qanunsuz istifadəni davam etdirməkdədirlər. 2009-cu ilin # ####### tarixindən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. İşdə olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətindədir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ## ###### 2017-ci il tarixli ** saylı qaydalarda müəyyən edilmişdir ki, 1.1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il ## ### tarixli ***-IQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # #### tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinin ikinci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2005- ci il 1 fevral tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci, 3.17-ci və 3.19-cu bəndlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Buradan da görünür ki, məcburi köçkün vətəndaşların yaşayış sahəsi ilə təmini dövlətin üzərinə qoyulmuş vəzifədir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus mülkiyyətdən mənzil və ya yaşayış sahəsi kimi istifadə etmələri ilə bağlı cavabdehlərin sahiblik və istifadə hüququnun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə ziddir. Qətnamədə maddi hüquq normalarının tətbiqi zamanı kobud pozuntuya yol vermişdir. Cavabdehin haqlılığını təsdiqləyən heç bir konkret dəlil olmadan qətnamə fərziyyələrə və subyektiv fikirlərə əsaslanır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
39. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən - ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə çıxarılaraq, ilk iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5 və cavabdeh4 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətində olan Tərtər rayonu, Q. Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli binanın yaşadıqları mənzillərindən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rüfət Məcidov, Günay Cavadova)
40. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həqiqətən də ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası (yarımçıq tikili) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətidir və sonuncunun çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ ##.##.2024-cü il tarixli Çıxarışla təsdiq olunur. Cavabdehlər Tərtər rayon sakini – Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olan cavabdeh1, ünvan 9 ünvanda qeydiyyatda olan cavabdeh2, Laçın rayonu, Ələkçi kəndində qeydiyyatda olan məcburi köçkün cavabdeh5, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan məcburi köçkün cavabdeh4 və Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan – məcburi köçkün cavabdeh3 ailə üzvləri ilə birlikdə ilk iddia üzrə iddiaçıya ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına müxtəlif vaxtlarda – 1990-cı illərin axırları və 2000-ci illərin əvvəllərində buna qanuni əsas olmadan köçərək yaşayır, həmin binada məskunlaşmış məcburi köçkünlər Dövlət tərəfindən başqa ünvanda mənzil sahəsi ilə təmin edilmiş olsalar da, ilk iddia üzrə iddiaçıya məxsus tikilidə yaşamaqda davam edir və həmin binadakı (tikilidəki) mənzillərdən çıxmaqdan imtina etmələrini order əsasında köçmələri ilə əsaslandırırlar.
41. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş materiallarında olan və qarşılıqlı iddia üzrə iddiaçıların tələblərini əsaslandırdıqları order adlanan sənədlər 1998-ci il və 2005-ci illər də daxil olmaqla həmin aralıqda, yəni ## #### 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu müddətdə verilmişdir. Buna görə də yaranmış münasibətlərə maddi hüquq norması kimi həmin Məcəllənin normaları tətbiq edilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Apellyasiya instansiyası məhkəməsi hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin mənzil fondu, bu fondun idarə edilməsi, həmin fonddan mənzil ayrılmasının şərtləri, orderin forması və verilməsi qaydalarına aid normalarına istinadən qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehlərin təqdim etdikləri order adlandırdıqları sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada yox, idarə müdiri tərəfindən təkbaşına, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı olmadan tərtib olunmuş sənədlərdir ki, həmin sənədlər mənzilə köçmək üçün əsas hesab oluna bilməz.
43. İlk iddia üzrə cavabdehlərin yaşadıqları mənzillərin onlara zavodun özəlləşməsi üçün verdikləri səhmlər və nağd ödəniş əsasında verildiyinə dair dəlillər isə əsassızdır. Çünki qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilk iddia üzrə cavabdehlər məhkəməyə öz tələblərini təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişlər.
44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı hüquqi əsas olmadan ilk iddia üzrə cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh5, cavabdeh4 və cavabdeh3 ilk iddia üzrə iddiaçıya məxsus əmlakdan istifadə etmələri iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən ilk iddia üzrə iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.
45. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli evin təmirinə xərc çəkdiklərini, həmin evlərin onların vəsaiti əsasında təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilməsi və onların uzun müddət orada yaşaması barədə dəlilləri qarşılıqlı iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi ilk iddia üzrə cavabdehlərdən cavabdeh5, cavabdeh4 və cavabdeh3 Laçın rayonundan məcburi köçkün olmaqla Dövlət tərəfindən digər ünvanda yaşayış sahələri ilə təmin olunmuşlar, cavabdehlər cavabdeh1 və cavabdeh2 isə həmin ünvana köçüb yaşamaları üçün qanuni əsas olmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəllənin (1982) 4, 18, 28, 33, 37, 45, 48-ci, Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
47. Cavabdehlər Şahin Quliyev, cavabdeh1 və cavabdeh2 (vəkilləri İsmayılov Zaur Salman oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
48. Kassasiya şikayətində qeyd edilmişdir ki, X13 1994-cü ildən 2000-ci ilə qədər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də sahə rəisi vəzifəsində işləmiş və özəlləşmənin 10%- ni əmək haqqı olaraq qoyaraq güzəştli mənzilə fəal iştirak etmişdir. ünvan 6 ünvanında fəhlələr üçün tikilmiş binada (yarımçıq tikili) orderlə 2 otaqlı ev almışdır. Order sənədinə əsaslanaraq, heç bir təmir olmayan mənzildə bərpa və təmir işləri aparmış, onun üst örtüyünü bərpa etmiş, evin suvağını, işıq sistemini, kanalizasiya sistemini, su sistemini, qapı-pəncərəsini quraşdırmış və bu işlərə 22 min manatdan artıq xərc çəkmişdir. Şahin Quliyev həmin binada yerləşən 4 otaqlı mənzildə 2001-ci ildən yaşayır. 2005-ci ildə ona order verilmişdir. Həmin orderə əsaslanaraq mənzilini yaşamaq üçün yararlı vəziyyətə gətirmiş, təmir-bərpa işlərinə 61 min manat vəsait xərcləmişdir. Bu xərclərə evin çardağı, döşəməsi, tavanı, suvağı, qapıpəncərəsi, hamamı, sanitar qovşağı, işıq və su sistemləri və sair işlər daxildir. Həmin xərclərin orderə güvənərək çəkildiyini və 20 ildən çox orada yaşadığını nəzərə alaraq, həmin mənzildə qalmağa icazə verilməsini, əks təqdirdə çəkdiyi xərclərin geri qaytarılmasını xahiş edir. cavabdeh4 adı çəkilən binada orderlə 4 otaqlı mənzil 12 min dollar müqabilində verilmişdir. Mənzildə heç bir təmir olmadığından, orada yaşamaq üçün yararlı vəziyyətə gətirmək məqsədilə 20 min manat pul xərcləmişdir. Bu xərclərə mənzilin döşəməsi, tavanı, çardağı, suvağı, sanitar qovşağı, qapı-pəncərəsi və digər 4 otağın təmiri daxildir. Həmin xərclər orderə əsaslanaraq bu vəsaiti göstərir. cavabdeh1 da eyni binada 20 ildən artıq yaşayır orderlə mənzil almış və təmirə 22 min manat pul xərcləmişdir. cavabdeh3 eyni binada 20 ildən artıq yaşayır. Order sənədinə güvənərək, heç bir təmir olmayan mənzildə bərpa və təmir işləri apararaq binanın çardağını, döşəməsini, qapı-pəncərəsini, işığını, suyunu, sanitar qovşağını, hamamını, divar kağızını və digər işləri gördürərək 32 min manatdan artıq xərc çəkmişdir. Bu detallar cavabehlərin əməyi və çəkdiyi xərclərin əhəmiyyətini əsaslandırır, məhkəmənin bu faktları nəzərə almaması qanunsuz olmuşdur.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı Qərarı ilə, Cavabdehlər cavabdeh1 və cavabdeh2 kassasiya şikayəti təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi iddianın cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı təmin edilən hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılması, cavabdeh cavabdeh5 kassasiya şikayəti təmin olunmaması, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsinin ona aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassator olan cavabdehlərin order qismində təqdim etdiyi sənədlərin 1998-ci il və 2005-ci illər aralığında verilməsi nəzərə alınmaqla qanunvericiliyin tələbinə görə hazırki münasibətlərə 1982-ci il tarixli Mənzil Məcəlləsinin normalarına uyğun olaraq həmin sənədlərin order qismində qəbul edilməsinin mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün saymışdır.
51. Eyni əsasla, həmçinin məcburi köçkün olaraq dövlət tərəfindən mənzillə təmin edilməsini nəzərə alaraq cavabdeh Şahin Quliyevə qarşı iddianın təmin edilən və Ş.Quliyevin qarşılıqlı iddiasının rədd edilən hissəsində gəlinən nəticə də düzgün olmuşdur.
52. Kollegiya həmçinin qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə cavabdeh Ş.Quliyev məcburi köçkün kimi dövlət tərəfindən mənzillə təmin edilsə də, buna hər hansı hüququ mövcud olmadığı halda iddiaçının mülkiyyətində olan evin mənzilində yaşayır, iddiaçının mənzili tərk etməsi tələbini yerinə yetirmir.
53. Belə olan halda, cavabdeh Şahin Quliyevə münasibətdə iddiaçının hüquqları Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından düzgün təmin edilmişdir.
54. Kollegiya hesab etmişdir ki, orderlərə münasibətdə eyni hallar digər cavabdehlər cavabdeh2 və cavabdeh1 aid olsa da, apellyasiya instansiyası məhkəməsi onlara qarşı iddianı təmin edərkən səhv nəticəyə gəlmişdir.
55. İşin müəyyən olunmuş hallarına görə cavabdehlər cavabdeh2 və cavabdeh1 mübahisədə adı keçən yaşayış sahəsinə özbaşına deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin direktoru olmuş şəxsin razılığı və verdiyi sənəd əsasında köçmüşlər. Həmçinin hər iki cavabdeh qeyd edilən binanın yarımçıq olduğunu, öz vəsaitləri hesabına oranı tikib yararlı vəziyyətə gətirdiklərini və 20 ilə yaxın müddətdir ki, ASC tərəfindən olanlara verilən həmin mənzillərdə yaşadıqlarını bildirmişlər. Həmçinin cavabdehlər cavabdeh2 və cavabdeh1 məcburi köçkün olması, onların dövlət tərəfindən mənzillə təmin edilməsi də müəyyən edilməyib.
56. Cavabdehlər cavabdeh2 və cavabdeh1 hazırda mülkiyyət hüququ ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus binanın mənzillərindən ASC-nin əvvəlki sədrinin razılığı, üstəlik verdiyi sənəd əsasında istifadə etmələri, bunun üçün vəsait sərf etmələri mübahisəyə Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqinin müzakirə olunmasını zəruri edirdi.
57. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
58. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mənzillərdə öz vəsaitləri ilə tikinti-təmin işləri aparması barədə dəlillərini yoxlamamış, dəlillər təsdiqini tapdığı halda, cavabdehlərin bu işləri həmin dövrdə ASC-nin sədrinin verdiyi razılıq və sənədə güvənərək aparmaları kimi işin hallarına qiymət verməmiş, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyini müzakirə etməmiş, uzun illər etirazsız şəkildə istifadə etdikləri mənzillərdən cavabdehlərin hər hansı əvəz ödənilmədən çıxarılmasını təmin etməklə ədalətsiz vəziyyətin yaranmasına şərait yaratmışdır.
59. Halbuki Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqi mümkün sayıldığı halda, iddiaçının cavabdehlərə kompensasiya ödəməklə onların mənzillərdən çıxarılması barədə tələbinin təmin edilməsindən söhbət gedə bilərdi.
60. İşdən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər cavabdeh2 və cavabdeh1 münasibətdə qeyd edilən yöndə, ümumiyyətlə, hər hansı qiymətləndirmə aparmamış, yalnız həmin şəxslərin istinad etdikləri sənədin qanunsuz olmasına istinad etməklə iddianı təmin etmişdir ki, bu da yuxarıda göstərilənlər baxımından əsaslı və qanuni nəticə hesab edilə bilməz.
61. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982) 4, 18, 28, 33, 37, 45, 48-ci maddələrinə, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.2, 416.1, 416.2, 417.1.1, 417.1.4, 418.1 və 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
62. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) vəkil1 Bunyat oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, order saxta olmaqla yanaşı, səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. 2019-cu ildə mülkiyyətçinin razılığı olmadan həmin yerdə kommunal cihazlar quraşdırılmış və abadlıq işləri aparılmışdır.
63. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında göstərmişdir ki, cavabdehlər 2019-cu ildən sonra gəlmişdir. Rəfailə və atasına bildirmişdir ki, onlara verilən order əvvəlki direktorun adı ilə oğlu tərəfindən verilmişdir. Onun razılığı olmadan yaşayış sahəsində müəyyən təmir işləri görülmüşdür.
64. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 izahat verərək bildirmişdir ki, 2000-ci ildən etibarən, orada yaşamışdır. Hətta zavodun işçisi olmuş, səhmi də mövcud olmuşdur. Zavodun əvvəki direktoru Akif Zamanovun razılığı ilə orada 2002-2003-cü illərdə, daha sonrakı zaman çərçivəsində də abadlıq işləri aparmışdır. Kommunal xidmətlərin təşkil edilməsinə dair müqavilələri də vardır.
65. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, 2013-2014-cü illərdə oraya gəlmiş, səhmi yoxdur. Mahir Quliyev adlı şəxsdən 5000 manata almışdır. Təxminən, 1.5 il əvvəl oradan fermaya köçmüşdür. O həmin bölgəyə gəldikdə, Rəfail orada yaşayırmış, Rəfail ondan əvvəl köçmüşdür.
Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
67. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrim hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.1. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Kollegiya qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
58. Hazırkı işdə ilkin iddia tələbini qismən, qarşılıqlı iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiya məhkəməsinin birinci icraatında ilk iddia tələbinin təmin edilməyən hissəsində təmin edilib, qarşılıqlı iddianın təmin edilmədiyindən, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı təmin edilən hissələrində ləğv edilib, yeni apellyasiya baxışına göndərildiyindən, digər hissədə qətnamə dəyişdirilmədən saxlanıldığından, ilkin iddia tələbi yalnız cavabdeh1 və cavabdeh2 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdeh1 aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdeh1 mübahisəli mənzildən çıxarılmalı, qətnamə cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
62. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərə istinad edərək, hazırkı mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsində iddia tələbinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı hissələrində yoxlayaraq aşağıdakıları qeyd edir.
63. İşdən görünən odur ki, ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətidir və sonuncunun çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi 611011001498-05301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2024-cü il olan Çıxarışla təsdiq olunur. Cavabdehlər Tərtər rayon sakini – Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olan cavabdeh1, ünvan 4 ünvanda qeydiyyatda olan X14 şəhəri, Q.Məmmədov küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına müxtəlif vaxtlarda köçərək yaşayırlar.
64. Kassasiya instansiyası məhkəməsi o qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin birinci icraatında iş üzrə qənaətə gəlinərkən, cavabdeh1 və cavabdeh2 münasibətdə Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqi nəzərə alınmamış, cavabdeh1 və cavabdeh2 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan binanın mənzillərini ASCnin əvvəlki sədrinin razılığı ilə istifadə etmələri və ora vəsait sərf etmələrinə qiymət verilməmiş, bununla da düzgün qərara gəlinməmişdir.
65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin birinci icraatında iş materiallarına əlavə edilmiş mübahisəli orderə münasibəti ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, kassator olan cavabdehlərin order kimi istinad etdikləri sənədlərin münasibətlərin yarandığı zaman qüvvədə olan mənzil qanunvericiliyinə uyğun olaraq order statusunda olmamasını müəyyən etmişdir.
66. Məhkəmə kollegiyası bununla bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsaslanaraq, cavabdeh1 və cavabdeh2 iddiaçıya məxsus binada yaşamalarına digər əsasların olub-olmamasını araşdırır.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı Qərarında, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 məcburi köçkün olması, onların dövlət tərəfindən mənzillə təmin edilib-edilməməsi, cavabdehlərin mənzillərdə öz vəsaitləri ilə tikinti-təmin işləri aparması barədə dəlillərinin yoxlanılması, dəlillər təsdiqini tapdığı halda, cavabdehlərin bu işləri həmin dövrdə ASC-nin sədrinin verdiyi razılıq və sənədə güvənərək aparmaları kimi işin hallarına qiymət verilməsi, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilib-verilmədiyinin araşdırılmasına dair göstəriş qeyd olunmuşdur.
68. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin müvafiq göstərişinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon bölməsinə sorğu ünvanlanmış və ##.##.2026-cı il tarixli, ** nömrəli sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, cavabdeh2 və cavabdeh1 məcburi köçkün statusu yoxdur və dövlət tərəfindən heç bir təminat həyata keçirilməmişdir.
69. Kollegiya kassasiya instansiyası məhkəməsinin müvafiq göstərişində əks olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə, ünvan 6 ünvanında yerləşən mübahisəli ikimərtəbəli binaya yerində baxış təşkil etmişdir.
70. Baxış keçirilən zaman müəyyən olundu ki, ünvan 6 ünvanında yerləşən mübahisəli ikimərtəbəli bina tərkib hissəsində ayrı-ayrılıqda mənzilləri mövcuddur.
71. Aslanlı Elşad Əhliman oğlunun olduğu mənzil ikimərtəbəli binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşir. Mənzilin içərisində yaşayış üçün ehtiyac duyulan məişət əşyaları və digər ləvazimatlar mövcud deyildir, mənzildə yaşayış yoxdur. Cavabdehin özü də hazırda mübahisəli mənzildə yaşamadığını və işlədiyi “ferma”da yaşadığını bildirir.
72. cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı mənzil ikimərtəbəli binanın 2-ci giriş, 1ci mərtəbəsində yerləşir. Mənzildə orta səviyyədə təmir işləri edilmiş olmaqla, orada cavabdeh2 və ailəsinə aid məişət əşyaları ilə döşənmiş, yaşayış üçün əlverişli hal yaradılmışdır. Hazırda cavabdeh2 həmin mənzildə ailəsi ilə birgə yaşayır.
73. Həmçinin mənzilə baxış zamanı cavabdeh cavabdeh2 tərəfindən ailə fotoşəkilləri təqdim edilmişdir, hansı ki fotoşəkillərdə həmin mənzildə cavabdehin ailəsi ilə bərabər 2000-ci illərdə təşkil olunan toy mərasimləri və digər şənliklərdən olan fraqmentlər əks olunur. Bu hal da onu deməyə əsas verir ki, Səfərovlar ailəsi uzun müddətdir ki, həmin mübahisəli mənzildə yaşayır.
74. Bununla yanaşı, cavabdeh cavabdeh2 mülkiyyətində əlavə fərdi yaşayış sahəsi təsbit olunmamış, yalnız mübahisəli mənzildə yaşamış və həyatını sürəcəyi başqa yaşayış yerinin olmaması müəyyən olunmuşdur. Cavabdeh cavabdeh1 isə həmin mənzili başqa səlahiyyəti olmayan şəxsdən aldığı, hazırda orada yaşamadığı, həmin mənzildə əşyalarının olmadığı, həmçinin əlavə yaşayış yerinin olduğu məlum olmuşdur.
75. Belə olan halda məhkəmə kollegiyası qənaətə gəlir ki, cavabdeh cavabdeh1 həmin mənzilə qanuni əsas olmadan köçərək bir müddət yaşaması, hazırda başqa ünvanda yaşayış sahəsinin olması, iddiaçıya məxsus tikilidə yaşamaqda davam etməyib, həmin binadakı (tikilidəki) mənzildən çıxmaqdan imtina etməsi iddiaçının mülkiyyət hüququnun kobud şəkildə məhdudlaşdırılması zəminində hüquqazidd hal kimi qiymətləndirilməlidir.
76. Məhkəmə kollegiyası digər cavabdeh cavabdeh2 münasibətdə kassasiya instansiya məhkəməsinin mövqeyinə əsaslanaraq, Mülki Məcəllənin 560-cı maddəsinin tətbiqinin zəruri olduğunu qeyd edir.
77. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
78. Belə ki, cavabdeh cavabdeh2 ASC-nin əvvəlki rəhbərinin razılığı əsasında həmin mənzilə köçüb, orada uzun müddətdir yaşayıb və hazırda da yaşamaqda davam edir, həmçinin müəyyən yaxşılaşdırma işləri etdirmişdir. Rəhbərliyin dəyişilməsi ilə onun sahib olduğu yeganə yaşayış mənzilindən çıxarılması ədalətli və qanuni hesab edilə bilməz. Bu hal hüquqdan suiistifadə kimi dəyərləndirilir.
79. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsininin müvafiq göstərişinə uyğun olaraq, cavabdehin mənzildə öz vəsaiti ilə tikinti-təmin işləri aparması barədə dəlillərin araşdırılıb təsdiqini tapılması ilə, cavabdeh cavabdeh2 bu işləri həmin dövrdə ASCnin sədrinin verdiyi razılıq və sənədə güvənərək aparması halı nəzərə alınaraq, hazırkı işdə iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verilməklə, uzun illər istifadə etdiyi mənzildən cavabdeh cavabdeh2 hər hansı əvəz ödənilmədən çıxarılmasının məqsədəuyğun olmadığı qənaətinə gəlinmişdir.
80. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli Qəraında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
81. Məhkəmə kollegiyası müvafiq qanunvericiliyə istinad edərək qeyd edir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
82. İşin hallarından da göründüyü kimi, cavabdeh2 mübahisəli mənzildə ASC-nin əvvəlki sədrinin razılığı əsasında uzun müddətdir ki, yaşayır, bu hala istinad edərək və güvənərək həmin mənzildə yaxşılaşdırma işləri aparmış, məişətini orada qurmuş və mənzilin dəyərini artırmışdır. Binanın hazırkı mülkiyyətçisi olan iddiaçı tərəfin mülkiyyət hüququ dövlət tərəfindən tanınıb və qorunsa da, cavabdeh2 hər hansı kompensasiya verilmədən mübahisəli mənzildən çıxarılması ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh2 həmin mənzili zəbt etməmiş, onun sahibliyi qanunsuz olmamışdır və o əvvəlki mülkiyyətçinin razılığı əsasında həmin mənzilə sahiblik etməyə başlamışdır.
83. Kollegiya hesab edir ki, əks yanaşma, yəni hər hansı kompensasiya verilmədən cavabdeh2 mübahisəli mənzildən çıxarılması iddiaçının əsassız varlanmasına səbəb ola bilər. Ona görə ki, artıq qeyd edildiyi kimi cavabdeh2 həmin mənzildə yaxşılaşdırma işləri aparmışdır.
84. Müəyyən olunanlara əsasən, mülki qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh cavabdeh2 iddiaçının mülkiyyətindəki mənzildən çıxarılması iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməsi ilə baş tuta bilər.
85. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə görə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, cavabdeh cavabdeh1 mübahisəli mənzildən çıxarılmalı, qətnamə cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin cavabdeh1 aid hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia tələbi təmin edilsin. Cavabdeh cavabdeh1 ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən mənzilindən çıxarılsın. Qətnamə ilkin iddia tələbinin cavabdeh2 aid hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.