Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2343/2025 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: miras əmlaka payın tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X4 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlaka payın tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhər ** saylı notariat ofisi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan müəyyən olunur ki, X5 vərəsəliyi faktiki qəbul etməmiş, eyni zamanda mərhumun ikinci arvadının mirasın qəbulu və ya mirasdan imtina etməsi, eləcədə onun haqqında heç bir rəsmi məlumat təqdim edə bilməmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat şöbəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, X1 ## ###### 1966-cı ildə X7 ilə nikaha daxil olmuş, X7 ## #### 1995-ci ildə vəfat etmiş, elə həmin ildə ölüm qeydiyyatı aparılmışdır. Daha sonra ## ###### 2000-ci ildə Cavabdeh ilə nikaha daxil olmuşdur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, ## #### 1935-ci ildə doğulmuş və ## ###### 2005-ci ildə ölmüş X1 ailə tərkibi: arvadı ## ######## 1952-ci il təvəllüdlü Cavabdeh, oğlulları ## ######## 1967-ci il təvəllüdlü İddiaçı, ## ######## 1968-ci il təvəllüdlü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və ## ###### 1970-ci il təvəllüdlü X2 ibarətdir.
4. Azərbaycan Respulikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli Əmlaka dair arxiv arayışının verilməsi barədə sorğunun cavabından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin ## #### 1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportları X1 adına qeyd edilmişdir. Torpaq sahəsi 409.0 kv.m (0.0409 ha) olmuşdur. ## ### 1987-ci ildə aparılmış iventarizasiya işləri zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikili “A”-da ümumi sahəsi 28.3 kv.m, yaşayış sahəsi 14.7 kv.m olan bir yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 56.9 kv.m, yaşayış sahəsi 50.4 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 0.409 ha-dan (409.0 kv.m) ibarət olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi üzərində hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, ## ###### 1970-cı il tarixdə Bakı şəhərI, Xətai rayonunda anadan olmuş və ## ####### 2019-cu ildə vəfat etmiş X2 barəsində Azərbaycan Reapublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ## ###### 2025-ci ilədək ailə vəziyyəti barəsində yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır.
6. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli məktubdan görünür ki, ## ######## 1967-ci il təvəllüdlü İddiaçı 2004-2007-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında olan məlumatlara əsasən o, ## ###### 2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə girmiş və ## ###### 2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazi sərhədindən çıxmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlaka payın tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, atası X6 qalmış miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, atası X6 2005-ci ildə ölmüşdür. Atasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq miras qalmışdır və birinci növbə vərəsə kimi mirası qəbul etmişdir. Cavabdeh isə atası öləndən sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Eləcədə mirası faktiki olaraq qəbul etməmişdir. Miras yalnız onun tərəfindən qəbul edilmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli (hakim X.Səfərli) qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “miras əmlaka payın tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1255-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə “IAMAS” bazasında 2004-2007-ci illərə aid olan məlumata istinadən hesab etmişdir ki, iddiaçı miras qəbul etməmişdir. Şahid qismində dindirilmiş şahid5 bildirmişdir ki, Zeynal atasının ölümündən sonra qalmış qızılları və mübahisəli evin sənədlərini götürmüşdür. Əgər miras əmlak kimi qızılları götürmüşdürsə bu mirasın qəbulu deməkdir. Eləcədə şahid Şahid şahid5 bildirmişdir ki, Fazil Əmirxanovun ölümündən sonra Zeynalın qardaşları Aqil və Iqbalda miras mülkdə yaşayıb mirası qəbul etmişlər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə2 iddianın əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, cavabdeh Cavabdeh nümayəndəsi vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
18. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
19. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
20. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
21. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
28. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı atası X6 ## ###### 2005-ci il tarixdə vəfatından sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, miras əmlakın onun tərəfindən qəbul edildiyini, bu barədə Bakı şəhər ** saylı notariat ofisinə müraciət etdiyini, lakin ## ###### 2024-cü ildə notariat hərəkətinin aparılmasından imtina edilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
35. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı İddiaçı atası X6 ## ###### 2005-ci il tarixdə vəfatından sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini iddia edir.
40. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X3 ## ###### 2005-ci il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1., 1133.2., 1145, 1146, 1159.1., 1243.2. və 1243.3. maddələri nəzərdən keçirilə bilər və bu qətnamənin 16-22-ci bəndlərində həmin normalar sadalanmışdır.
42. Qeyd olunmalıdır ki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
43. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
44. Iddiaçı X11 atasından qalan mirası qəbul etdiyini bildirsədə, lakin onun bu dəlili sübut olunmur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı sorğu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən alınmış ## ######## 2025-ci il tarixli, *-**-**/*-****/** nömrəli sorğuya cavabdan müəyyən olunmuşdur ki, ## ######## 1967-ci il təvəllüdlü İddiaçı 2004-2007-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında olan məlumatlara əsasən ## ###### 2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə girmiş və ## ###### 2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazi sərhədindən çıxmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkıəməsinin qeyd olunan bu sorğuya cavaba istinad etməsinin əsassız olduğu vurğulansada, lakin iddiaçı Zeynal Əmrxanov atasının öldüyü məqamda, eləcədə onun ölümündən sonra miras əmlakda yaşamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı hələ atasının sağlığında Rusiya Federasiyasına getmişdir.
45. Göründüyü kimi miras əmlakin iddiaçı İddiaçı tərəfindən istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməsi sübut olunmur.
46. Çünki yuxarıdada qeyd olunduğu kimi vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılır. Iddiaçı tərəfindən isə mirasın qəbulu ilə bağlı hər hansı bir addım atılmamışdır.
47. Iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdə mirasın qəbulu ilə bağlı Bakı şəhərində fəaliyyət göstərən * saylı notariat öfisinə etdiyi müraciətə münasibətdə (hər bir halda notariat hərəkətinin aparılmasından imtina edilmişdir) isə kollegiya qeyd edir ki, həmin müraciət miras qoyanın ölümündən 19 il sonra edilmişdir.
48. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.