Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2344/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh Şahverdi oğlunun iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh Şahverdi oğluna, X6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların ailə üzvlərinin cavabdehlərlə birlikdə işləyən digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və digər daşınar əşyaları) ilə birlikdə iddiaçının istifadəsində olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 11 yanvar 2018-ci il tarixli ******* №-li Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən **********79 nömrəli torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı MMC-nin istifadəsinə verilmiş, qeydiyyat nömrəsi № ********** olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* npmrəli Çıxarışda göstərilmiş Ağdam rayonu, Ergi ərazisində yerləşən 4485.69 ha torpaq sahəsinin 33.25 ha hissəsindən Cavabdeh Şahverdi oğlunun və 3.57 ha hissəsindən isə cavabdeh X4 çıxarılması, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatlarının ümumilikdə 100 (bir yüz) manat ekpertiza xərcinin Cavabdeh Şahverdi oğlundan və cavabdeh X3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı MMC-nə aid edilməsi, iddianın qalan hissələrdə, o cümlədən cavabdeh X2 aid hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tərəfindən torpaq sahəsinin sərhədləri daxilində baxış keçirilmiş, şirkətin əməkdaşları və icra nümayəndəsinin iştirakı ilə akt tərtib edilmişdir. Həmin akt məhkəməyə təqdim edilmişdir. Həmin akta əsasən cavabdeh X9 şirkətə məxsus torpaq sahəsinin təxminən 26 ha sahəsini zəbt etmişdir. Məhkəmə isə qərar qəbul edərkən, ekspertiza rəyinə istiunad etmiş və təkrar ekspertiza təyin etməmişdir. Ona görə də, X9 torpaq sahəsindən çıxarılmalıdır. İddiaçınə, cavabdehlər X6 və X2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Şahverdi oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, məcburi köçkün olmaqla, mübahisəli ərazidə mal-qaraya baxır. Qətnamənin ona aid hissəsi ilə razılaşdığı üçün şikayət verməmişdir. Ona görə də, qanuni qəraq qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etsə də, şikayətinin dəlillərində cavabdeh X9 tərəfindən də şirkətə məxsus torpaq sahəsinin 26 ha sahəsini zəbt etməsini bildirərək, iddianın ona münasibətdə tam təmin edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş RX seriyalı, № ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Ergi ərazisində yerləşən 4485,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ağdam rayonu İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsinə əsasən 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Ağdam Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(013)-270/2021 saylı qərardadına əsasən verilmiş 15 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin nümayəndəsinin iştrakı ilə məhkəmə qərardadında mübahisələndirilən və cavabdehlər tərəfindən əkilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla "xxxx" MMC-nin adına verilmiş, Ağdam rayonu, ERGİ adlanan ərazidə yerləşən 4485.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə müqayisələndirildi.Məlumat üçün bildiririk ki, sənəd üzrə "xxxx" MMC-nin icarəsinə verilən 4485.69 ha torpaq sahəsinin hal hazırda 33.25 ha hissəsini Cavabdeh Şahverdi oğlu və 3.57 ha hissəsini X7 istifadə edirlər. Cavabdeh X1 üzrə "xxxx" MMC-nin icarəsinə verilən 4485.69 ha torpaq sahəsindən istifadə etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 10/2594 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin, iş üzrə mütəxəssis rəyinə əsaslanaraq, İddiaçı MMC-nin icarəsinə verilmiş 4485.69 ha torpaq sahəsinin 33.25 ha hissəsi Cavabdeh Şahverdi oğlu, 3.57 ha hissəsi isə X8 tərəfindən istifadə edilir, cavabdeh X9 isə İddiaçı MMC-nin icarəsinə verilmiş torpaq sahəsindən istifadə etmir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli, 10/2594 saylı ekspert rəyinə əsaslanmış və hesab etmişdir ki, cavabdeh X9 mübahisə edilən torpaq sahəsinin 3.57 ha hissəsindən çıxarılmalıdır. Əslində isə, yuxarıda qeyd edilən ekspertiza rəyi ilə müəyyən edilir ki, cavabdeh X9 tərəfindən ümumiyyətlə iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Bununla belə, cavabdeh X9 qətnamənin onun topraq sahəsindən çıxarılma hissəsini mübahisələndirməmiş və bu səbəbdən məhkəmə kollegiyası iddianın ona münasibətdə təmin olunmuş hissəsinin, yəni 3.57 ha hissəsindən çıxarılma hissəsinin isə qanuniliyini yoxlamır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə, yəni iddianın cavabdeh X6 münasibətdə torpaq sahəsinin çıxarılmayan hissəsi ilə razılaşır. Belə ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 156 nömrəli sərəncamı və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 45 saylı müqaviləyə əsasən Ağdam rayon Ergi ərazisində yerləşən ehtiyyat fondu torpaqlarından 4485.69 hektar torpaq sahəsi, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 15 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmiş və birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş müvafiq ekspertiza rəyi ilə cavabdeh X4 İddiaçı MMC-nin icarəsinə verilmiş torpaq sahəsindən istifadə etməməsi müəyyən olnmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddiaçı apellyasiya şikayətinin dəlillərində ona məxsus 4485.69 ha torpaq sahəsinin 26 ha hissəsinin cavabdeh X9 tərəfindən tam zəbt olunduğu iddia etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmır və yuxarıda qeyd edilən sübut növləri ilə təkzib olunur. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etməməsini göstərsə də, əldə edilmiş ekspertiza rəyinin mötəbərliyi heç bir şübhə doğurmadığından, onun həmin dəlilini də əsassız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə, yəni iddianın cavabdeh X6 münasibətdə torpaq sahəsindən çıxarılmayan hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(013)-509/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2344/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2344/2023
26.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver