Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2346/2025 05.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə iş üzrə QƏRARDAD Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Gəncə şəhəri, 05 yanvar 2026-ci il X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasına dair iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 18/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpаsı bаrədə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
2. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, bundan sonra həmin qətnamədən Cavabdeh2 da xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə apellyasiya şikayəti vermiş və mülki iş apellyasiya baxışından çıxarılmaqla xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir.
3. Göygöl Rayon Məhkəməsinin 2(066)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən Göygöl rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılması qərara alınmışdır.
4. Məhkəmənin sonuncu 2(066)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan narazı qalan Cavabdeh2 tərəfindən məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, əks halda şikayətinə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Göygöl Rayon Məhkəməsinin 2(066)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün 2(066)-18/2025 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1584/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X5) Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2025- ci il tarixli 2(104)-1756/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.
7. Bundan sonra, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 18/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, bundan Gəncə Apellyasiya Məhkəməsinə işin apellyasiya baxışından çıxarılması üçün sorğu edilmişdir.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadı (hakim L.V.Hüseynzadə) ərizə təmin edilməmiş, Cavabdeh2 tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmışdır.
9. Birinci instansiya məhkəməsində icraat
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, cavabdeh buraxılmış prosessual müddətin üzrlü hesab edilə bilinməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də müddətin bərpasından imtina edilməli, apellyasiya şakayəti ona əlavə edilmiş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır.
11. Qərardadın dəlilləri ilə razılaşmayan maraqlı şəxs qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.
12. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
Сavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin S.Süleymanova çatdırılmış olduğu qənaətinə gəlməklə hesab edir prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir.
Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
13. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
1 6M . a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası
İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir
20. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
21. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
22. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.
25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
27. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
30. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
31. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı
32. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən şikayət verilən xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehə 05 mart 2025-ci il tarixində təqdim edilmişdir.
35. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.
36. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
37. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, məhkəmə aktının elektron kabinet vasitəsi ilə çatdırılması məhkəmə sənədlərinin çatdırılması üsullarından biridir və prosessual müddətin axımının başlanğıcına səbəb olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin buraxdığı prosessual müddətin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur.
38. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
39. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
40. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.