Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2359/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların uşaqlarının ona məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 02 avqust 2016-cı il tarixinədək qaytarmaq şərti ilə 74000 manat borc pul vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 iyul 2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, İ.Turgenev küçəsində 0,0418 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 100,3 kv.m yaşayış, 33,7 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. 13 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi ilə 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan mübahisəli evi borc müqaviləsi üzrə öhdəliyin icrasının təmini qismində xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməmiş, aldığı borc pulu qaytarmamışdır. Hazırda mübahisəli ev onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlər hələ də mübahisəli evi boşaltmamışlar. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə fərdi yaşayış evinin boşaldılması barədə poçtla xəbərdarlıq – bildiriş göndərilmiş, lakin cavabdehlər bu xəbərdarlığı saymamış və yaşayış evini boşaltmamışlar. Odur ki, cavabdehlərin onun mülkiyyətində olan yaşayış evindən çıxarılması üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı cavadbehlər Cavabdeh2 və Cavabdeh3 yazılı etirazı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 poçt vasitəsilə məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişlər ki, sözügedən ev ataları Sərxanla mərhum anaları Aybənizin birgə nikahı dövründə alınmış, onlar həmin evdə doğulub böyümüşlər. 2005-ci ildə analarının vəfatından sonra, həmin mülkün yarısına miras açılmışdır. Onlar həmin evdə rəsmi qeydiyyatda olub yaşamaqla mirası qəbul etmişlər. Mirası de-fakto qəbul etdiklərinə görə mirasın müəyyən hissəsinə mülkiyyət hüquqları yaranmışdır. Ataları Cavabdeh1 onların vərəsəlik və mülkiyyət hüquqlarını pozaraq onların xəbəri olmadan və razılıqları alınmadan saxta arayış alaraq notariusa təqdim etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, saxta arayışda onların qeydiyyatda olan vərəsə kimi həmin evdə yaşamaqları gizlədilmişdir. Sonradan ataları həmin evi borc müqaviləsi əsasında iddiaçının adına ipoteka qoymuş, bundan sonra iddiaçı həmin evi öz adına rəsmiləşdirmişdir. Hazırda isə iddiaçı, ataları ilə birlikdə onların da evdən çıxarılmağını tələb edir. Bildirirlər ki, onlar həmin evdə doğulub böyüməklə və rəsmi qeydiyyatda olmaqla həmin evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Həmin hüquqa xitam verilməsi və onların evdən çıxarılması üçün onlara kompensasiya ödənilməlidir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İşdə olan sübutlar: **********55-10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabın 71 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Turgenev küçəsi, 17 ünvanda 0,0418 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 117,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanda Cavabdeh1, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh2, X3 və X4 qeydiyyatdadır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbi” barədə iddiası təmin edilmiş, Cavabdeh1 adına olan xx.xx.2006-cı il tarixli reyest nömrəsi 2V-İ-23 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan MH ******* nömrəli qeydiyyat nömrəsi 150600755, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi və onun qeydə alınmasına dair seriya RX ******* nömrəli, reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, X1 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin ½ hissəsi vərəsələr arasında bölünərək Cavabdeh1 həmin əmlakın 3/5 hissəsi (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 8/10 hissəsi), Cavabdeh2 1/5 hissəsi (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/10 hissəsi), Cavabdeh3 1/5 hissəsinə (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/10 hissəsi) payının olması müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbi” barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4324/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-557/2017 nömrəli 06 mart 2017ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiası təmin edilərək Cavabdeh1 98000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı (3-cü şəxs Gəncə şəhəri 3 saylı Notariat kontoru) 03 fevral 2016-cı il və 13 aprel 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-956/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-557/2017 nömrəli, 06 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5591/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 956/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1721/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı qeydiyyat tarixi 15 aprel 2016-cı il tarixli olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı adına ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməklə satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh1 İddiaçı olan 74000 manat borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi satışdan əldə olunan pul məbləği kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına kredit borcunun ödənilməsinə dair hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetinin ilkin satış qiyməti 74000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 89300 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3270/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsindən narazı Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən həmin evdə yaşayan, istifadə hüququ olan cavabdehlərin həmin evdə yaşayan qeydiyyatda olan Cavabdeh1 ailə üzvü olan iki az yaşlı uşaqların olmadını nəzərə almamışdır. Buna görə də iddia qismən təmin olunmaqla ədalətsiz bir qərar qəbul olunmuşdur. Belə ki, mübahisəli mənzildə yaşayan Cavabdeh1 ailə üzvü olan iki az yaşlı uşaqların və digər şəxslərin həmin evdə istifadə hühüqlarının olub-olmaması məsələsinə qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlərin yetkinlik yaşına çatmayan ailə üzvlərini məhkəmədən gizlətmişdir. Məhkəmə isə buna göz yumaraq qiymət verməmişdir. Cavabdehin iddiaçıya 3500 manat məbləğində borcunun olmasını təsdiqləyən qəbzin surətinin saxta olmasını yalnız cavabdehlərin məhkəmə prosesində verdikləri özlərini müdafiə xarakterli ifadələrinə hakim inanaraq iddianı qismən təmin etməklə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iddianı tam təmin etmək üçün bütün faktiki hallar müəyyənləşdirilsə də iddianı tam təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, başqa yaşayış yerləri yoxdur. Bütün ailə üzvləri və uşaqlar həmin evdə yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahat verib bildirmişdir ki, mübahisəli ev onun ata evidir və iki azyaşlı uşağı ilə həmin evdə yaşayır. Mübahisəli ev onun razılığı olmadan, arasının savadsızlığından istifadə edilməklə və aldadılmaqla, ipoteka ilə yüklü edilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, cavabdehin izahatının həqiqəti əks etditmədiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil çıxış edərək bildirmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı borcu ödəməməsi ilə bağlı tələb ipoteka ilə yülü edilmiş əmlaka yönəlmiş və iddiaçının mülkiyyətinə keçmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə isə digər cavabdehlərin iddiaları təmin edilməmiş, onların mübahisəli məznillə hər hansı bir hüquqi bağlılıqlarının qalmaması müəyyən edilmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumarlandırılmasına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunu: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1721/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmış və hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evi iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş Cavabdeh1 isə evin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən çıxmamış və hazırkı mülkiyyətçi ilə onun arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Başqa sözlə, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olması mübahisəsizdir və Cavabdeh1 bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan Cavabdeh1 həmin evə dair mülkiyyət hüquqları itirilmişdir. İş üzrə Cavabdeh1 övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, bu hal, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamədə məhkəmə Cavabdeh2 və Cavabdeh3 qeyd edilən fərdi yaşayış evində yaşadıqlarına və mirası faktiki olaraq qəbul etdiklərinə qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçılar Cavabdeh3 və Cavabdeh2 vərəsə olduğu barədə məlumatı notariusa verməyib evi tam şəkildə öz mülkiyyətinə keçirməklə vurulan zərərə görə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 zərərin əvəzini tələb etmək barədə iddia irəli sürmək hüquqları vardır. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi ipoteka qoyulanda onun üzərində hər hansı yüklülük və məhdudiyyət qeydə alınmamışdır. Beləliklə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi ilə hazırda bağlılıqlarının olmaması qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh1 nəvəsi olan digər Cavabdeh4 sözügedən evdə istifadə hüquqları olmamış, o, məhkəmə mübahisələri dövründə pasport qeydiyyatına alınmışdır. Başqa sözlə, həmin cavabdehin qeyd edilən evdə yaşamış olması, istifadə hüququnun olması barədə nə hazırki işin materiallarında hər hansı sübut yoxdur, nə də ki, digər məhkəmə qərarlarında belə hal müəyyən edilməmişdir. Həmçinin, “cavabdehlərin uşaqlarının” mübahisəli fərdi yaşayış evindən çıxarılması hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticənin əsaslandırılması ilə razılaşarq əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd olunan “İpoteka haqqında” Azərbaycan respublikası qanunun 59.3.1-ci maddəsi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda şərtsiz olaraq, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etməli olduğunu təsbit etmişdir. Hazırkı iş üzrə də mübahisəli mənzil, digər mülki hüquqi əqdlərdən deyil, məhz iddiaçı tərəfindən kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və tələbin ipoteka premetinə yönəldilməsi ilə əlaqədar iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da cavabdehlər mənzillə bağlı bütün hüquqlarını itirməklə, mənzil üzərində faktiki sahiblikləri qanunsuz olmuşdur. Həmçinin, həmin maddədən göründüyü kimi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda ipoteka qoyanla birlikdə yaşayan ailə üzvlərinin ipoteka müqaviləsinin bağlanması və ya tələb ipoteka predmeti olan evə (mənzilə) yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə razılıqlarının olub-olmamasının da əhəmiyyəti yoxdur. Beləliklə, yuxarında göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.