Məhkəmə qərarları › İş №2(104)-2362/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2362/2024

09.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2362/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə Məmməd oğlunun və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasının müdiri Cavabdeh1 və Cavabdeh2nə qarşı “2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixində gününə düşən 32 manatın ona qaytarılması” tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)- 425/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasının müdür əvəzi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixi gününə düşən 32 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək 5 saylı Körpələr eviuşaq baxçasının rəhbrliyinin cavabdeh qismində, Cavabdeh2 isə əlavə cavabdeh qismində tanınmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən hal-hazıradək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq baxçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatında göstərilən və iddiaçıya çatası olan 15 faiz pulu Körpələr-evi Uşaq baxçasına müvəqqəti müdür təyin olunan Cavabdeh1 2023-cü ilin sentyabr ayında kəsmişdir. Bundan başqa heç bir əsas olmadan iddiaçının bir günlük əmək haqqı olan 32 manat pulu kəsilmişdir. Belə ki, 24 fevral 2024-cü il tarixdə o, işdə olduğu halda həmin gün işdə olmadığı üçün əmək haqqı dövlət hesabına saxlanılmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-425/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş və İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqının ödənilməsi, iddianın qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-425/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindəın apellyasiya şikayəti verilmiş və şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ayda 75 manatın kəsilməsi hissəsini heç bir əsas olmadan təmin etməmişdir. Qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi tam təmin olunmalıdır. İşəgütürən cavabdeh heç bir əsas olmadan Əmək məcəlləsinin qanunlarını və Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair təlimatı gobudçasına pozaraq ona çatası 15 faiz pulu kəsərək özünə yazmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona verilən əmək haqqının 15 faizi 75 manat təşkil edir. Bundan başqa heç bir əsas olmadan həmin 75 manat əmək haqqı dövlət hesabında saxlanılmışdır. Bundan bağlı direktora müraciət etdikdə direktor deyir mənlik deyil, mühasibə müraciət etmiş və mühasibdə deyir mənlik deyil. Ona bildirdilər ki, rayon üzrə təhsil idarəsinin nizamındadır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, 15 faizin kəsilməsi ilə bağlı hər hansı bir sənət onlara təqdim olunmamışdır. Sənədlərin təqdim olunmadığı üçündə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, o, apellyasiya şikayəti ilə tanış olmadığından mahiyyəti üzrə münasibət bildirə bilmir. Lakin bildirmək istəyir ki, 15 faiz məsələsi tarif cədvəlləri məktəb tərəfindən tərtib olunur. Bundan sonra həmin cədvəllər Regional Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektoruna təqdim olunur və ordanda vəsait ödənilir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına həlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxmışdır. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qətnamədən verilmiş apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisə predmeti olan qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublukası Mülki Prosessualı Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki apellyasiya şikayətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixi gününə düşən 32 manatın ona qaytarılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək əlavə cavabdeh qismində Cavabdeh2 cəlb edilməsini xahiş etmiş və sonuncunun müraciətinə əsasən təhsil idarəsi əlavə cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir. Lakin buna baxmayaraq iddia tələbində iddiaçı hər hansı dəyişiklik aparmamış və tələbin hansı cavabdehə yönəldiyini və ya hansı cavabdehdən nə tələb etdiyini aydınlaşdırmamışdır ki, hazırki vəziyyətdə iddiaçının tələbi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermir. Eyni zamanda iş üzrə yekun məhkəmə aktı qəbul etmiş birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etmiş və İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqının ödənilməsi qət etsə də bu ödəmənin hansı cavabdeh tərəfindən ödənilməli olmasını göstərməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktı qeyri-müəyyən ola bilməz və özündə mübahisə edilən hüquqla bağlı qəti göstərişlərini ifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilmədiyindən və birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini yerinə yetirmədiyindən qətnamə tamamilə ləğv edilməli və iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır. 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddianın baxılmamış saxlanılması üçün https://e-qanun.az/framework/46945əsaslar olduğu halda birinci instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmışdırsa qəbul edilmiş məhkəmə aktı şikayətin dəlillərindən aslı olmayaraq ləğv edilməlidir. İddiaçının diqqətinə çatdırılması zəruri hesab edilir ki, iddianın baxılmamış saxlanılması eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Tələbini fərdiləşdirməklə bir icraata birləşdirilməsi mümkün olan iddia tələbləri bir iddia vasitəsi ilə, bir iddiada birləşdirilməsi mümkün olmayan iddia tələblərini isə aidiyyət qaydalarına riayət etməklə ayrılıqda irəli sürə bilər. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə predmeti olan qətnaməsi tamamilə ilə ləğv edilməli və iddia tələbi baxılmamış saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən vreilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-425/2024 nömrəli qətnaməsi tamamilə ilə ləğv edilsin. İddiaçı cavabdehlər Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasının müdiri Cavabdeh1 və Cavabdeh2nə qarşı “2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixində gününə düşən 32 manatın ona qaytarılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar