Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2365/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 22 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli 244 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 24 iyul N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qətnaməsi ilə iddianın əsaslı olduğundan təmin edilməsi; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli 244 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə bərpa olunması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə N avqust N4-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və Ağdam Rayon Məhkəməsinin 16 sentyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə N sentyabr N4-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən Ağdam Rayon Məhkəməsinin 24 iyul N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 24 iyul N4-cü il tarixli 2(013)- 1654/N4 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Naziriliyinin N nömrəli hərbi hissəsinin komandiri X2 tərəfindən 22 avqust N4-cü il tarixdə poçt vasitəsilə kağız daşıyıcıda apellyasiya şikayəti verilmişdir. Eyni zamanda, apellyasiya şikayətinin bir nüsxəsi Gəncə Apellyasiya Məhkəməsinə, bir nüsxəsi isə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin 16 sentyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılmışdır. Həmin qərardadda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri X2 tərəfindən apellyasiya şikayəti xx.xx.N4- cü il tarixdə verilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi, apellyasiya şikayəti poçt vasitəsilə kağız daşıyıcıda xx.xx.N4- cü il tarixdə məhkəməyə göndərilmişdir. Yəni, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətdə verilmiş, sadəcə olaraq şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməmişdir. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı ilə (hakim Mahir Niftəliyev) Ağdam Rayon Məhkəməsinin xx.xx.N4-cü il tarixli 2(013)-1654/N4 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrsüz olduğundan bərpa edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında apellyasiya şikayətinin xx.xx.N4-cü il tarixdə verilmiş olduğu göstərilmişdir. Lakin, apellyasiya şikayəti poçt vasitəsilə kağız daşıyıcıda xx.xx.N4- cü il tarixdə məhkəməyə göndərilmişdir. Ərizəyə əlavə edilmiş N saylı hərbi hissənin N № reyestr sənədindən göründüyü kimi, apellyasiya şikayəti hərbi hissədən xx.xx.N4-cü il tarixdə aidiyyəti üzrə N № hərbi hissəyə, sonuncudan isə xx.xx.N4-cü il tarixdə Ağdam Rayon Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə xüsusi strateji əhəmiyyətə malikdir. Gərgin və təxirəsalınmaz iş rejimi ilə işləyir. Apellyasiya şikayətinin kağız daşıyıcıda verilməsi, daha sonra isə apellyasiya şikayətinin elektron qaydada verildikdə , ilkin verilmiş şikayətin nəzərə alınmaması düzgün hesab edilə bilməz. Ağdam Rayon Məhkəməsinin 30 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 22 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 24 iyul N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qətnaməsinin surəti 24 iyul N4-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin səlahiyyətli nümayəndəsi tərəfindən qəbzə imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Həmin hərbi hissə tərəfindən N avqust N4-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötmədən apellyasiya şikayəti verilmiş, lakin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradaılmış eektron kabinet vasitəsilə verilmədiyindən məhkəmənin 16 sentyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə N sentyabr N4-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabient vasitəsilə qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxıllmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti ötürülməsi barədə ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarını, yəni cavabdeh tərəfin qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməməsi, bu səbəbdən prosessual müddətin ötürülməsini daha sonra isə qısa zaman ərzində həmin nöqsanların aradan qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 133, 263-264, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 oktyabr N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin 24 iyul N4-cü il tarixli 2(013)-1654/N4 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş ərizə təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən Ağdam Rayon Məhkəməsinin 24 iyul N4cü il tarixli 2(013)-1654/N4 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2365/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2365/2024
26.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver