Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-237/2025 09.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X16 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsindən cavabdeh X16 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu X7 qarşı X3nın və X10 vərəsəsi kimi tanınması, onların mülkiyyətində olan miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və Tərtər rayonu Qaradağlı kəndində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN 454, KOD 61106038 nömrəli Dövlət Aktına əsasən 0,78 ha torpaq sahəsi üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, X3ndan və X9 miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin onun tərəfindən faktiki olaraq istifadəsində olduğu nəzərə alınaraq, bibiləri Nəzakət Məmmədovanın və Şamama Məmmədovanın vərəsəsi kimi tanınması, torpaq sahəsi üzərində tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, eləcə də Tərtər rayon Qaradağlı kəndində yaşayan Cavabdeh2 cavabdeh, Tərtər rayon Notariat Ofisini üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, A atası X23 xx.xx.2016-cı ildə vəfat etmiş və 3 qardaşı X29, X24 və X28 vardır. Atasının doğma bacısı olan Tərtər rayon Qaradağlı kənd sakini X17 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bibisi Nəzakət heç vaxt evli olmamışdır. Atasının digər doğma bacısı olan Tərtər rayon Qaradağlı kənd sakini Süleymanova (Məmmədova) Şamama Nadir qızı xx.xx.2014cü ildə vəfat etmişdir. Bibiləri Nəzakət və Şamamanın vəfatından sonra onların Tərtər rayon Qaradağlı kəndində 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 0,08 ha torpaq sahəsi miras qalmışdır. X3 və X1 onlara məxsus olan 0,08 ha torpaq sahəsini qeyri-rəsmi olaraq ona vermişlər ki, orada özünə fərdi yaşayış evi tiksin. Odur ki, həmin torpaqda fərdi yaşayış evi tikmişdir. Bibilərini vəfatından sonra, həyətyanı torpaq sahəsini atası Vahid Məmmədov anası ilə birlikdə idarə etmiş, atası Vahid Məmmədovun xx.xx.2016-cı ildə vəfatından sonra isə, 0,08 ha torpaq sahəsini o, təkbaşına qəbul etmiş, 2017-ci ildə orada fərdi yaşayış evi tikmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-815/2024 saylı qərardadı ilə Tərtər rayon Qaradağlı kəndində yaşayan Cavabdeh2nin mülki iş üzrə cavabdeh qismində cəlb edilərək cavabdeh Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu ilə əvəz edilməsi, Tərtər rayon Notariat Ofisinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilmiş, iddiaçı X15 X3nın və Süleymanova (Məmmədova) Şamama Nadir qızının vərəsəsi kimi tanınması, iddiaçı X15 X3ndan və Süleymanova (Məmmədova) Şamama Nadir qızından miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində tam payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh X25 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir.Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(061)- 1958/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 ərizəçi Cavabdeh2 bibiləri (qohumları) faktı müəyyən edilməsi qət edilmişdir. Bundan sonra o, miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə isə İddiaçı X3nın və X6 qohumu olması faktını təsdiqləmədən miras əmlakdan ona pay verilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Üçüncü şəxs Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmı kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X25 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, xx.xx.2009-cu ildə vəfat etmiş X17 və xx.xx.2014-cü ildə vəfat etmiş Süleymanova (Məmmədova) Şamama Nadir qızı onun və digər əmisi oğlu olan iddiaçı X15 doğma bibiləridir. Bibiləri Nəzakət və Şamamanın vəfatından sonra onların Tərtər rayon Qaradağlı kəndində 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və 0,08 ha torpaq sahəsi miras qalmışdır. 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini miras kimi o, 0,08 ha həyətyanı torpaq sahəsini isə miras kimi iddiaçı faktiki qəbul edərək, istifadə edirik. O, istifadələrinə uyğun olaraq, pay torpaq sahəsinin onun adına, həyətyanı torpaq sahəsini isə iddiaçının adına sənədləşdirilməsini istəsə də, iddiaçı bunan razı olmamışdır. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin arqumentlərinə uyğun izahat verdi. Həmçinin, sədrlik edənin sualına cavab olaraq göstərdi ki, bibiləri Nəzakət və Şamamanın vəfatından sonra, onlardan miras qalan 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini cavabdeh X25, 0,08 ha həyətyanı torpaq sahəsini isə onun atası və özü faktiki qəbul edərək, istifadə edirlər. Lakin həyətyanı torpaq sahəsi şifahi olaraq ona vəsiyyət olunduğuna görə, tam olaraq ona verilməsini istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: ölüm haqqında arayışın surətindən görünür ki, X14 xx.xx.2024-cü ildə ölmüşdür. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 20 iyun 2009-cu ildə ölmüşdür. xx.xx.1992-ci ildə verilmiş XVİİ-JQ 307115 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci iltəvəllüdlü olmaqla, həmin sənəddə ata qrafasında X23, ana qrafasında X32 qeyd edilmişdir. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2016-cı ildə ölmüşdür. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərzrı ilə verilmiş JN-068A KOD nömrəsi 61107018 olan “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, X8 və X6 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Tərtər rayonQarar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN 454, KOD 61106038 saylı Dövlət X2 (həmçinin X12) məxsus olması faktının müəyyən edilməsi, həmin Dövlət Aktında nəzərdə tutulmuş torpaq sahəsinin ərizəçi Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-798/2023 saylı qərardadın surətindən görünür ki, həmin qərardadla Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 saylı qətnaməsinin “JN 454Ş KOD 61106038 saylı Dövlət Aktında nəzərdə tutulan torpaq sahəsinin Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə baxılmamış axlanılması qəara alınmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 79/2024 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X8, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X18 bacısı, yəni xx.xx.1992-ci il tarixdə Tərtər rayonunun Qaradağlı kəndində doğulmuş İddiaçı bibisi olması faktı müəyyən edilmişdir. Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 475 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı bibisi X13 məxsus 0,08 ha torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı yaşayış evi tikdirmişdir. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X29 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X9 və xx.xx.2009-cu ildə ölmüş X5 miras qalmış əmlaklardan ona çatası miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X32 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X9 və xx.xx.2009-cu ildə ölmüş X5 miras qalmış əmlaklardan ona çatası miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X28 özünün dediyinə görə 2014-cü il tarixdə ölmüş X9 və xx.xx.2009-cu ildə ölmüş X5 miras qalmış əmlaklardan ona çatası miras payı istəmir, həmin miras payın digər vərəsə İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli xüsusi notariusun qəbul etdiyi 713 saylı imtina qərarının surətindən görünür ki, həmin qərarla Tərtər Rayon Qaradağlı kəndində yaşayan İddiaçı xx.xx.2009-cu ildə vəfat etmiş X5 və xx.xx.2014-cü ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş: Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 29061)-1958/2021 saylı qətnaməsinin surətindən görünür ki, 20 iyun 2009-cu il tarixdə vəfat etmiş X8 və 01 iyul 2014-cü il tarixdə vəfat etmiş X6 ərizəçi Cavabdeh2 bibiləri, qohum olmalar faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhumlar X8 xx.xx.2009-cu ildə və Süleymanova (Məmmədova) Şamama Nadir qızının xx.xx.2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, X8 xx.xx.2009-cu ildə, X6 01 iyul 2014-cü il tarixdə vəfat etməsi ilə, onların Tərtər rayon Qaradağlı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi və 0,78 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi miras qalmışdır. Onların birinci növbədə vərəsələri olmamış və miras mülkləri faktiki olaraq ikinci növbədə olan vərəsələri olan İddiaçı və Cavabdeh2 tərəfindən qəbul edilərək, idarə olunur. Hazırkı iddia tələbi X3ndan və X9 miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə bağlı olduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə uyğun olaraq, qətnaməni yalnız həmin tələb üzrə çıxarır. Tərtər Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 29061)-1958/2021 saylı qətnaməsi ilə 20 iyun 2009-cu il tarixdə vəfat etmiş X8 və 01 iyul 2014-cü il tarixdə vəfat etmiş X6 ərizəçi Cavabdeh2 bibiləri, qohum olmaları faktı müəyyən edilmiş, mərhumların həm də, İddiaçı bibiləri olması mübahisə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X15 və Cavabdeh2 X3ndan və Süleymanova (Məmmədova) Şamama Nadir qızından miras qalmış “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-068A KOD 61107018 nömrəli Şəhadətnaməyə əsasən Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hər birinin ½ hissədə vərəsəlik üzrə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 815/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, X4 və X5 miras qalan Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə X16 miras payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-815/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X4 və X5 miras qalan Tərtər rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə X16 miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-237/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-237/2025
09.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver