Məhkəmə qərarları › İş №2(104)-2372/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2372/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2372/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı Nağı oğlunun, nümayəndəsi X5, vəkili X6 və Cavabdeh nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Nağı oğlunun Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dаir iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2528/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2528/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddiаnın təmin edilməsi, Cavabdeh aid əmlakların İddiaçı Nağı oğlunun mülkiyyətində olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107A-da yerləşən fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ödənilmiş 50 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Nağı oğluna verilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2528/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı Nağı oğlu Cavabdeh qаrşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, ona məxsus olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 107 saylı fərdi yaşayış evindən Cavabdeh aid əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə mərhum oğlu X13 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 övladları anadan olmuşdur. X21 xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində vəfat etdiyindən ona ödənilən 5.000 manat dəyərində sığorta pulunu, həmin cinayət işi üzrə təqsirləndirilən tərəfindən ödənilən 10.000 manat məbləğində pulu, eləcə də dövlət tərəfindən verilən dəfn xərci Cavabdeh verilmişdir. Yas mərasiminin 3-cü günü Cavabdeh uşaqları da götürüb evdən çıxıb atasıgilə getmişdir. Bu hal ona mənəvi olaraq çox pis təsir etmişdir. Cavabdeh artıq uzun müddətdir ki, ona məxsus evdə yaşamamasına baxmayaraq onun cehiz əşyaları evində qalmışdır. Digər oğlu tezliklə ailə qurmaq istəyir. Ancaq cavabdehin əşyaları darısqallıq yaradır. Dəfələrlə cavabdehdən Cavabdeh ona heç bir bağlılığı qalmadığından evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də, Cavabdeh onun haqlı tələbini yerinə yetirmir. Beləliklə də, Cavabdeh onun mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozur. Mediasiya sessiyasında cavabdeh iştirak etmədiyindən orada mübahisənin həlli mümkün olmamışdır. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırılmalı oldu. Cavabdeh birinci instansiya məhkəməsində təqdim etdiyi etiraz ərizəsində görstərmişdir ki, iddiaçının ona qarşı verdiyi iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçının oğlu X13 ilə xx.xx.2017-ci ildə Bərdə rayon Qeydiyyat şöbəsində nikahlarını qeyd etdirməklə evlənmişlər. Nikahları xx.xx.2017-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 34 nömrə ilə qeyd edilmişdir. Mərhumla yaşadıqları birgə nikah dövründə 2 uşaqları xx.xx.2019-cu il təvəlldlü X14, xx.xx.2020-ci il təvəllüdlü X9 olmuşdur. Ərinin yas mərasiminin 3-cü günü uşaqları ilə birlikdə çıxıb atası evinə getməyimə dair iddiaçının gösfərdikləri tamamilə yalandır. Bu nece ola bilər, onlar mərhunla 4 il mehriban ailə həyatı yaşamışlar. Günlərin birində o, avtoqəzaya uğrayıb həyatını itirmişdir. Ondan iki oğul övladı yadigar qalmışdır. Belə olan halda kim yas mərasiminin 3-cü günü evdən çıxıb atası evinə gedər? Son vaxtlar iddiaçı dəfələrlə onu narahat etdi ki, evdən çıxıb gedin. O da düşündü ki, bir neçə günlüyə gedib qayıdar. Çünki o həmin evə rəsmi qaydada el adəti ilə gəlin getmişdir. Həmin evdə yaşayarkən 2 uşaqları dünyaya gəlmişdir. Gəlin getdiyi gündən də hal-hazıradək son günlər istisna olmaqla uşaqlarıyla həmin evdə yaşamışdır. Cehiz eşyalarının həmin evdə olması dediklərimi bir daha təsdiq edir. Hazırda iddiaçının uşaqlarıyla çıxarmaq istədiyi ev ikimərtəbəlidir. Evin birinci mərtəbəsində sahəsi 32,7 kvm, sahəsi 21,7 kvm və sahəsi 19,8 kvm olan 3 yaşayış otağından, sahəsi 9,6 kvm olan giriş otağı, hamam, ayaqyolundan ibarət yardımçı sahələr, ikinci mərtəbədə isə qeyd olunan otaqlardan başqa daha sahəsi 19,4 kvm olan bir otaq və sanitariya qovşağı vardır. O, gəlin gəldiyi vaxtdan ikinci mərtəbədəki otaqlarda yaşamış və yardımçı sahələrdən istifadə etmiş, əşyaları da həmin otaqlardadır. Nəzərə almaq lazımdır ki, evin yerləşdiyi sahə pay torpağı olmuşdur. Həmin evə dair verilmiş xx.xx.2017-ci il tarixli çıxarışda evin torpaq sahəsinin 0,0621 ha olmaqla pay torpağı olması göstərilir və həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququnda mərhum qaynanası X4, iddiaçının, mərhum həyat yoldaşım Cəfərov Azərin və iddiaçının iki oğluna məxsusdur. Həmin mülkün yerləşdiyi torpaq sahəsi və evə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda fərdi yaşayış evinin tam, torpaq sahəsinin isə 40/8 hissə ilə iddiaçıya, 40/8 hissə ilə onun oğlu Cəfərov Rəhmana, 40/8 hissə ilə digər oğlu Səbuhiyə, 40/8 hissə ilə mərhum həyat yoldaşına, 40/2 hissəsi ilə ona, 40/3 hissəsi ilə oğlu Cəsarətə, 40/3 hissəsi ilə oğlu Cəsura məxsus olması göstərilir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları sayılır. Torpaq sahəsinin üzərindəki mülkiyyətin növü xüsusi mülkiyyətdir. Yaşayış evinin ümumi sahəsi 193,7 kvmdir. Evin ümumi torpaq sahəsi 0,0621 hektardır. Torpağa və evə dair verilmiş xx.xx.2023cü il tarixli çıxarışla onun hüququ rəsmiləşdirirlmişdir. Göründüyü kimi, iddiaçının ona qarşı verdiyi iddianın təmin olunması üçün heç bir qanuni və mənəvi əsas yoxdur. İddiaçı fikirləşmir ki, onun həyatdan vaxtsız gedən oğlunun 2 körpə uşağı qalmışdır. O, cavan yaşında uşaqları harada saxlasın? O heç yerdə işləmir. Başqa yerdə yaşayış evi yoxdur. O, iddiaçının razılığı ilə onun oğlu ilə rəsmi nikaha girdikdən sonra həmin evə köçüb halhazıra kimi yaşdığından həmin evdən istifadə hüququ əldə etmişdir. Mövcud qanunvericiliyə görə valideyn harada yaşayırsa, uşaqlar da həmin yaşayış sahəsində birbaşa istifadə hüququ əldə edir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin bütün hallarını tam, hərtərəfli, obyektiv araşdırmadan iddianı təmin etmişdir. Belə ki, mübahisəli iddiaçının iddia etdiyi, onun evdən çıxarılmağını təmin edən məhkəmə evin yerləşdiyi torpağın paylı mülkiyyət hüququ ilə ona, uşaqlara və yoldaşına məxsus olmasına hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi real olaraq bölünmədiyi halda onun evdən çıxarılmağı, onun və uşaqların paylı mülkiyyətçi kimi hüququnu məhdudlaşdırmışdır. Evin və torpağın çıxarışında evin mülkiyyət hüququnun tam iddiaçıya məxsus olması göstərilsə də torpaq paylı mülkiyyətdədir. Torpaq paylı mülkiyyətdədirsə o və uşaqları evdən necə çıxarıla bilər. Onu evdən çıxaran məhkəmə evin yerləşdiyi torpaq sahəsindən necə çıxara bilər. Bu onun mülkiyyətində olan torpaqdır. Bu onu sübut edir ki, məhkəmə iddianı təmin edərkən onun və uşaqların mülkiyyət hüququmuzu kobud şəkildə pozmuşdur Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verib birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Nağı oğlu, nümayəndəsi X11 və vəkili X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarınıı bildirərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iş üzrə tərəfləri və nümayəndəni dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı Nağı oğlu hal-hazırda Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107-də yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 190875 nömrəli çıxarışdan görünür ki, X13 ilə X10 arasında xx.xx.2017-ci il tarixdə 34 nömrə ilə qeydə alınmaqla rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, AZ-İİ 229234 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə kəllənin bərk əzilməsi səbəbindən Bərdə şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 710 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evi İddiaçı Nağı oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 107 A-da yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0621 ha torpaq sahəsinin 2/40 hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli, MŞG/MT032/2023-00507 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında istirak edən tərəf yalnız İddiaçı Nağı oğludur. İş materiallarında olan 15884 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Nağı oğlu 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Nağı oğlu 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mərhum oğlu X13 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və iddiaçının yaşadığı və mülkiyyətçisi olduğu Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən 107 A saylı fərdi yaşayış evinə gəlin köçmüş cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdehlə mərhum X8 birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, Azər Cəfərov xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. ərinin ölümündən qısa müddət sonra Cavabdeh uşaqları da götürüb evdən çıxıb atasıgilə getmiş olsa da, cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdehlə iddiaçı arasında iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı müqavilə bağlanmamışdır. İddianı təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107 A-da yerləşən fərdi yaşayış evinin İddiaçı Nağı oğlunun mülkiyyətində olması, Cavabdeh həmin evdə yaşamaması, lakin ona məxsus əşyaların evdə qalması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tam olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilərək Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107A-da yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus əmlak (əşyalar) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Cavabdehin mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququ olmadığına görə ona məxsus əmlakın da həmin evdə qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Kollegiya qeyd edir ki, mübahisəli ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsinin (2/40 hissəsinin) cavabdehə məxsus olması onun üçün iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etmək hüququ yaratmır. Beləliklə də işdən göründüyü kimi Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 107Ada yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Nağı oğluna məxsusdur. Cavabdehin əmlakının həmin mənzildə qalması öz əmlakından sərbəst istifadə etməsi ilə bağlı mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2528/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2528/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar