Məhkəmə qərarları › İş №2(104)-2397/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2397/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2397/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkil) X3 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-794/2023 saylı qətnaməsindən ərizəçinin nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndində 06 iyun 2002ci il tarixdə ölmüş X5, 23.02.20*2-ci il tarixdə ölmüş X* qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndi olmasının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *96*-ci il tarixdə Goranboy rayonunun Şəmmədli kəndində doğulmuş, hal-hazırda həmin ünvanda yaşayır. Atası - X** 06 iyun 2002-ci il tarixdə, anası X8 23 fevral 20*2-ci il tarixdə Goranboy rayonunun Şahməmmədli kəndində ölmüşdür. Ata və anasının ölümündən sonra vərəsəlik açılmışdır, vərəsəliyin açılma yeri Goranboy rayonunun Şahməmmədli kəndi olmuşdur. Atasının Goranboy rayonunun Şahməmmədli kəndində 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin texniki pasportu atası X9 adınadır, lakin qeydiyyat sənədi onda yoxdur, həmin evdə doğulmuş, hal-hazırda da həmin evdə yaşayır. Atası öləndən sonra ondan miras qalan bütün ev əşyaları, fərdi yaşayış evini, torpaq sahəsini vərəsə kimi qəbul etmiş, onları idarə etmiş və hal-hazırda da sahiblik etməklə, istifadə edir. Anası - X8 23 fevral 20*2-ci il tarixdə vəfat edəndən sonra qardaşı Maraqlı şəxs2 29 mart 20*2-ci il tarixdə ona notariusa sənəd imzası üçün getməyi təklif etmişdir. Qardaşı Maraqlı şəxs2 və o, Maraqlı şəxs*nə gəlmiş, hazır sənədi oxumadan, yeni hərfləri tanımadığı üçün imza etmiş, soyadını, adını və ata adını kiril hərflərlə yazmış və onlar evə qayıtmışlar. İndi bilmişdir ki, imza etdiyi sənəddə - ərizədə yazılıbmış: “Mən Ərizəçi bildirirəm ki, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum atam X9 adına qalmış bütün miras əmlaklardan mənə çatası miras payımı rəsmi olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağam. O, latın əlifbası ilə yazıb, oxuya bilmədiyinə görə ərizədə nə yazıldığını bilməmişdir. O, mirasdan imtina barədə ərizəni geri götürür. Buna görə də Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndində 06 iyun 2002-ci il tarixdə ölmüş X5, 23.02.20*2-ci il tarixdə ölmüş X* qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Azərbaycan Respublikasının Goranboy rayonunun Şahməmmədli kəndi olmasının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş edir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-794/2023 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Ərizəçinin nümayəndəsi (vəkil) X*0 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, ərizəçinin atasından miras qalmış, Goranboy rayonu Şahməmmədli kəndində yerləşən torpaq sahələri və evdə o atasının ölümündən əvvəl və sonra da yaşamaqla hazırda həmin evdə yaşayır. O, mirası faktiki idarə etməklə qəbul etmişdir. Məhkəmə onun guya mirası qəbul etməmək barədə ərizəsinin notarial qaydada verilməsi haqqında o yalnız indiki məhkəmədə bilmişdir. O, ailə qurmamış, həmişə ata evində yaşamış, atasının, anasının ölümündən sonra da orda yaşamışdır. Onu qardaşı notariusa aparıb və o, orada nəyəsə imza etmiş, ancaq qardaşının deməsinə görə həmin sənəd atasının ölüm sənədi ilə bağlı olub. Latın qrafikalı əlifbanı oxuya bilmədiyi üçün hazırda da heç bir sənədi oxuya bilmir. Ancaq məhkəmə bu halları nəzərə almadı və ərizəni təmin etmədi. Bundan başqa mirasın qəbulundan imtina *0 ildən sonra verilmişdir. Əslində mülki qanunvericiliklə həm mirasın qəbulu, həm mirasdan imtina 6 ay müddətində həll edilməli məsələdir. Belə ki, atası Quliyev Musa xx.xx.2002-ci ildə vəfat edibdir. Həmçinin məhkəmənin istinad etdiyi imtina ərizəsiin məzmunundan da görünür ki, ərizədə yazılanlar həqiqəti əks etdirmir. O, miras mülkdə yaşamaqla mirası qəbul etməmək barədə ərizə imzalayırsa bu həqiqətə uyğun vəziyyət deyil. Belə olan halda məsələyə tənqidi yanaşmaq lazım idi. Göründüyü kimi ərizədə göstərilən bu məsələlər onun qanunla qorunan hüquq və mənafeyinə ziddir. Məhkəmə təkcə ərizənin məzmunu deyil, həm də tərəflərin qarşılıqlı münasibətlərini də nəzərə almalı idi. Onun başqa yaşayacaq yeri yoxdu. Ailə qurmadığı üçün vərəsələri də yenə də öz bacıqardaşları ola bilərlər. O, ata mirasından pay alsa da, yenə ondan sonra onlara və ya onların övladlarına qalacaq. Bundan başqa məhkəmə tərəfindən miras əmlakı ata və anası birgə nikah dövründə ümumi gəlirlər hesabına əldə edilib-edilməməsi, bundan sonra anası X4 münasibətdə də vərəsəliklə bağlı məsələlər araşdırılmayıb. Mərhum anasına münasibətdə mirasın açılması, qəbulu məslələrinə hüquqi qiymət verilməyib. Eləcə də ərizədə qaldırılan məsələlər iş üzrə maraqlı şəxs qismində digər vərəsələrin, yəni bacı və qardaşlarımın mənafeyinə toxunmasına baxmayaraq bu şəxslər məhkəmə iclasına cəlb edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş ərizəçi nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-794/2023 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.* və 385.*.*-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 305.* və 305.*.*-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, qeyd olunan ünvandakı əmlak üzrə məhkəmə tərəfindən çıxarılıcaq qətnamə maraqlı şəxslərin əmlak mənafelərinə toxunur. Ərizəçinin ərizəsinin və apellyasiya şikayətinin məzmunundan ərizəçi ilə digər vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olduğu aşkardır. Belə ki, ərizəçinin əriziəsində göstərilir ki, onu qardaşı, yəni digər vərəsə notariusa apararaq mirasdan imtina barədə ərizəyə imza etdirmişdir. Apellyasiya şikayətində isə göstərmişdir ki, “Ailə qurmadığı üçün vərəsələri də yenə də öz bacı-qardaşları ola bilərlər. O, ata mirasından pay alsa da, yenə ondan sonra onlara və ya onların övladlarına qalacaq.” Göründüyü kimi ərizəçi ilə digər vərəsələr arasında mirasla bağlı müəyyən narazılıq vardır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəni icraaata qəbul edərək mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almadığına görə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi isə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olduğu izah edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli 3 saylı Qərarının **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-in 259.0.*0-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*-259.0.5-ci və 259.0.8-259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.**-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-794/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar