Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2401/2024 23.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Bank VTB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı Bank VTB ASC-nin (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “Cavabdeh və onun ailə üzvlərinin Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət 4 otaqlı bağ evindən məcburi qaydada çıxarılması, onların istifadə hüquqlarına xitam verilməsi, bağ evinin boşaldılması və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutulması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları xx.xx.2015-ci il tarixli, 148596-CNS-17498 nömrəli "xxxx"nə əsasən, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik faiz 25 % dərəcəsi ilə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14.000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 148596-NEDVİJ-3689 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kv.m. ümumi, 86.5 kv.m. yaşayış, 69.4 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı bağ evini ipoteka ilə yüklü edərək Bank VTB (Azərbaycan) ASCnin tələb hüququna təminat vermişdir. 148596-CNS-17498 nömrəli “kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli, 01 nömrəli Razılaşmaya əsasən, cavabdehin iddiaçı banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 13.909 (on üç min doqquz yüz doqquz) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin razılaşmanın 2-ci bəndinə əsasən hazırki razılaşmanın imzalandığı tarixdən cavabdeh kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 53 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2020-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 25% faiz öhdəsinə götürmüşdür. 148596-NEDVİJ-3689 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 nömrəli Razılaşmaya əsasən, 148596-NEDVİJ-3689 nömrəli ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(066)-618/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2016-cı il tarixli, 148596-CNS- 17498/1 nömrəli kredit müqaviləsi üzrə 13909.00 (on üç min doqquz yüz doqquz) ABŞ dolları məbləğində əsas, 1937.77 (bir min doqquz yüz otuz yeddi dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində faiz, 96.11 (doxsan altı dollar on bir sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 15944.88 (on beş min doqquz yüz qırx dörd dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC xeyrinə ödənilməsi, həmin tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kv.m. ümumi, 86.5 kv.m. yaşayış, 69.4 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı bağ evinə yönəldilərək, həmin bağ evinin açıq hərracda satılması və qeyd edilən borc məbləğinin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin satıldıqdan sonra boşaldılması, ipoteka predmeti olan cavabdehə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kv.m. ümumi, 86.5 kv.m. yaşayış, 69.4 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı bağ evinin ilkin satış qiymətinin 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(104)-880/20 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(066)-618/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddianın qismən təmin edilməsi, cavabdehdən xx.xx.2016-cı il tarixli, 148596- CNS-17498/1 nömrəli kredit müqaviləsi üzrə 13.909.00 (on üç min doqquz yüz doqquz) ABŞ dolları məbləğində əsas borc, 1939,77 (bir min doqquz yüz otuz doqquz dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 96.11 (doxsan altı dollar on bir sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 15.944,88 (on beş min doqquz yüz qırx dörd dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə ödənilməsi, həmin tutma ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kv.m. ümumi, 86.5 kv.m. yaşayış, 69.4 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı bağ evinə yönəldilərək, həmin bağ evinin açıq hərracda satılması, qeyd edilən borc məbləği ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, satışdan qalan artıq pul vəsaiti cavabdehə qaytarılması, ipoteka predmeti olan cavabdehə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kv.m. ümumi, 86.5 kv.m. yaşayış, 69.4 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı bağ evinin ilkin satış qiymətinin 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumu tutularaq iddiaçı ASC-nin hesabına ödənilməsi, 300 (üç yüz) manat məbləğində qiymətləndirmə (ekspertiza) xərcinin tutularaq aidiyyəti üzrə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(104)-880/20 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3152/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(104)-880/20 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka predmeti hərraca çıxarılmış, ipoteka saxlayan 31237,50 manat ipoteka predmetini qəbul etmiş və xx.xx.2021-ci il tarixdə hərrac təşkilatı "xxxx" MMC ilə ipoteka saxlayan alıcı Bank VTB (Azərbaycan) ASC arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə müqavilə bağlanmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evi üzərində alıcı Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evi ipopteka ilə yüklü edilmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun iddiaçıya 15944,88 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında baş tutmuş məhkəmə araşdırmaları nəticəsində cavabdehdən borcun tutulması və tutmanın ipoteka predmeti qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə hərrac təşkilatı "xxxx" MMC ilə Bank VTB (Azərbaycan) ASC arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə müqavilə bağlanmış və Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evi üzərində bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatındn çıxarış verilmişdir. Hazırki vəziyyətdə bank qeyd edilən əmlakın mülkiyyətçisi olsa da cavabdehlər yaşayış sahəsində çıxmamışlar. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə istinadən işə tərəflərin iştirakı olmadan baxmışdır. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən bağ evinin boşaldılaraq Cavabdeh həmin bağ evindən çıxarılması, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən bağ evinə Cavabdeh istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətçi olduğundan sonuncunun hüquqları müdafiə olunmalıdır. İddianın rədd edilmiş hissəsində məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində cavabdehin ailə üzvlərinin dairəsi göstərilməmiş və iş materiallarında cavabdehin ailə üzvləri barədə sübut mövcud deyildir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.5, 178.1, 203.1, 646.1, Mülki Prosessual Məcəllənin 220.5 maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri O, Göygöl Rayon Məhkəməsində evdən çıxarılma tələbinə dair keçirilən məhkəmə proseslərində iştirak etməmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən məlumatı olmamışdır. Qətnaməni xx.xx.2024-cü il tarixdə icra şöbəsindən almışdır. O, xx.xx.2015-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC-dən 60 ay müddətinə, 14.000 (on dörd min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Öncə krediti vaxtında ödəmiş, sonradan səhhətində yaranmış problemə görə gecikmələri olmuşdur. Bank ödədiyi vəsaiti cərimələrə silərək onu pis vəziyyətə salmışdır. Sonuncu ödənişdən 90 gün keçdikdən sonra bank məhkəməyə müraciət etməli idi. Lakin 5 ildən sonra məhkəməyə müraciət edib yüksək faizlər tələb etmişdir. O, krediti evin tikintisi üçün götürmüşdür. Bankın əməkdaşları evə baxış keçirdən zaman ev 1 mərtəbəli olmuş, lakin hazırda iki mərtəbəlidir. O, zaman evinə dəyəri 70000 manat olardısa hazırda dəyəri 250000 manat təşkil edir. Xəbəri olmadan ev hərraca çıxarılmış və 250000 manat dəyəri olan evini bank 14000 ABŞ dollara almışdır. O, evin girov qoyduğu hissəsi ilə bərabər evin ikinci mərtəbəsini də boşaltdırıb qadağa qoyaraq özününküləşdirib. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinin pozulması ilə əsaslandırmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi restrukturizasiya olunmuş və müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 155 kv.m. olan bağ evini ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bankın girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin rəyinə əsasən xx.xx.2016-cı il tarixdə qeyd edilən əmlak 31000 manat dəyərində qiymətləndirimişdir. Cavabdehİ kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi üçün Bank Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(066)-618/2019 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdehİ tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-880/2020 saylı qətnaməsi ilə ümumilikdə 15944,88 ABŞ dolları məbləğində borcun Cavabdeh-dən Bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Borclu tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3152/2021-ci il tarixli qərarı ilə Cavabdeh-nin kassasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-880/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra Şöbəsinin sifarişi əsasında açıq hərrac keçirilmişdir. Hərracın yekunlarına dair xx.xx.2021-ci il tarixli 67/01-1 saylı protokola əsasən sözügedən daşınmaz əmlak açıq hərrac vasitəsi ilə Bank tərəfindən əldə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Gəncə ş., Kəpəz r., Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən bağ evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Bu səbəbdən cavabdehin yaşayış evindən məcburi qaydada çıxarılmasına, fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsi qanunidir. Bundan əlavə, iş üzrə cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasını çətinləşdirmək məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(005)-3107/2024 saylı qərardadı ilə iddia ərizəsi iddiaçının məhkəməyə hörmətsizlik edərək gəlməməsi səbəbindən baxılmamış saxlanılmışdır. xx.xx.2020-ci ildə tam ödənilməli olan kreditin verildiyi xx.xx.2015-ci il tarixindən indiyədək təqribən 5 il müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin kredit üzrə bir qəpik belə ödəniş edilməmiş, əksinə cavabdeh hüquqlardan sui-istifadə edərək Banka qarşı əsassız tələb və etiraz verməklə məşğuldur. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hazıradək Cavabdeh yaşayış ünvanını, qeydiyyat ünvanı eynidir və dəyişməmişdir. Son 9 ildə keçirilən məhkəmə proseslərin sayı, imkan verir deməyə ki, cavabdeh bütün bildirişləri vaxtında alır və bütün məhkəmə və hərrac bildirişlərdən məlumatlıdır. Cavabdeh 2016-ci il tarixdən məhkəmə prosesləri barədə məlumatlanmış, dəfələrlə məhkəmə bildirişləri almış və bugünə qədər bildirişlərin çatmaması barədə öz iradını nə poçt nümayəndələrinə, nə də məhkəməyə bildirməmişdir. Göründüyü kimi şikayətdə göstərilən dəlillər, əsassız və uydurmadır. Birinci instansiya məhkəməsi lazımı qədər araşdırmalar aparmış və iddiaçının iddiasına düzgün qiymət vermiş, məhkəmə tərəfindən Bankın mülkiyyət hüququ gözlənilmişdir. Apellyasiya şikayətinin rədd olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və tərəflər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni təmin edilmiş “onun yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsinin boşaldılması və onun istifadə hüququna xitam verilməsi” hissəsində mübahisələndirir. Lakin cavabdeh onun məhkəmə iclası barədə məlumatının olmamasını və prosessual qanunvericiliyin tələblərinin pozulduğunu iddia edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiyası məhkəməsində aparılan icraat barədə məlumatı olmamış və məhkəmə qətnaməsini icra mərhələsində icra qurumundan əldə etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında “mülki işin məhkəmədə baxılmağa hazırlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardadda məhkəmə iclasının xx.xx.2022-ci il tarixə təyin edilməsi göstərilsə də iş materiallarında məhkəmə bildirişi və qərardadın məhkəmə icraatı iştirakçılarına göndərilməsi və təqdim olunmasına dair sübut mövcud deyildir. Birinci instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasını keçirtmiş və işin mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi iş materiallarına əlavə edilsə də məhkəmə bildirirşinin məhkəmə icraatı iştirakçılarına göndərilməsi və təqdim olunmasına dair iş materiallarında sübut mövcud deyildir. Eyni zamanda mübahisə predmeti olan məhkəmə qətnməsinin cavabdehə göndərilməsinə və təqdim olunmasına dair sübutlar mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə, cavabdehin apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsində icraat prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən şikayətin dəlillərindən asılı olmayaraq barəsində şikayət verilən Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsi tam ləğv edilməlidir. İddia tələbinin cavabdehin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh iddiaçı təşkilatdan kredit götürmüş və mübahisə predmeti olan fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımızda yerinə yetirmədiyindən iddiaçı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında baş tutmuş birinci, apellyasiya və kassasiya icraatları çərcivəsində aparılan icraat nəticəsində cavabdehdən iddiaçının xeyrinə 13.909.00 (on üç min doqquz yüz doqquz) ABŞ dolları məbləğində əsas borc, 1939,77 (bir min doqquz yüz otuz doqquz dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 96.11 (doxsan altı dollar on bir sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 15.944,88 (on beş min doqquz yüz qırx dörd dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə ödənilməsi, tutumanın ipoteka predmetinə yöndəliməsi qət edilmişdir. İcra sənədi əsasında ipoteka predmeti hərraca çıxarılmış, ipoteka saxlayan 31237,50 manat ipoteka predmetini qəbul etmiş və xx.xx.2021-ci il tarixdə hərrac təşkilatı "xxxx" MMC ilə ipoteka saxlayan alıcı Bank VTB (Azərbaycan) ASC arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə müqavilə bağlanmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evi üzərində alıcı Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, ipoteka predmeti olmuş fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının mülkiyyətindədir, cavabdehlə iddiaçı arasında əmlakdan istifadəyə və icarəsinə dair müqavilə bağlanmamış, cavabdehin həmin əmlak üzərində hər hansı hüququ mövcud deyildir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsi qeyri-qanunidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsindən qeyri-qanuni istifadə edir ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evindən çıxarılmalı və bağ evi iddiaçının orada yerləşən əmlaklarından boşaldırlmalıdır. Belə ki, çıxarılma dedikdə cavabdehin çıxarılmasını, boşaldılma isə əşyaların çıxarılmasını ehtiva edir. Cavabdehin iddianın bu hissəsinə münasibətdə apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, bankın əməkdaşları evə baxış keçirən zaman ev 1 mərtəbəli olmuş, lakin hazırda iki mərtəbəlidir. O, zaman evinə dəyəri 70000 manat olardısa hazırda dəyəri 250000 manat təşkil edir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, ipoteka predmeti Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət bağ evindən ibarət olmuşdur. Həmin əmlak qeyd edilən ölçülərdə hazırda iddiaçının mülkiyyətindədir ki, çıxarılma və boşaldılma iddiası məhz qeyd edilən ölçü və hissələrə aiddir. Məhkəmə, iddia tələbinin cavabdehin istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti bağ evi və torpaq sahəsi cavabdehin mülkiyyətində olmuş və cavabdeh öz iradəsi ilə həmin əmlakı ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti olmuş bağ evi hərracdan satılmış və qanuni əsaslarla iddiaçının mülkiyyətinə keçmişdir ki, əmlak iddiaçının mülkiyyətinə keçdiyi andan cavabdehin həmin əmlkadan istifadə hüququ itirilmişdir. Hazırda cavabdehin qeyd edilən əmlakdan istifadəsi qeyri-qanuni olduğundan və onun mübahisə predmeti əmlkadan istifadə hüququ olmadığından məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində cavabdehin həmin əmlakdan istifadə hüququnun olmaması əsası ilə rədd edilməlidir. İddia tələbinin cavabdehin ailə üzvlərinin mübahisə predmeti olan əmlakdan çıxarılması, onların istifadə hüququna xitam verilməsi hissəsində də tələbi qeyri-dəqiq olduğundan rədd edilməlidir. Qeyd edilməlidir ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması, iş məhkəmənin icraatında götürüldükdən sonra isə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələbləri baxımından iddianın baxılmamış saxlanılması üçün əsasdır. Lakin məhkəmə icraatda qənaət prinsipindən çıxış edərək hesab edir ki, hazırki mərhələdə iddianın baxılmamış saxlanılması eyni iddianın yenidən məhkəmədə irəli sürülməsi həm məhkəmələrin iş yükünün artırılmasına və eyni zamanda iki il davam edən məhkəmə araşdırmasının yenidən eyni müddətə üzanmasına gətirib çıxara bilər. Bu səbəbdən də məhkəmə icraatda qənaət prinsipindən çıxış edərək hazırki mərhələdə iddianı baxılmamış saxlamamış və iddianın qiymət verilən hissədə rədd edilməsinə üstünlük vermişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı bir necə qiymətləndirilməyən iddia tələblərini birləşdirmiş və 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddianın qismən təmin edilməsini və qiymətləndirilməyən iddianın bölünməzliyinin mütənasibsizliyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıya aid edilməli və 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-680/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda 0.04 ha torpaq sahəsində yerləşən 155.9 kvm ümumi, 86.5 kvm yaşayış, 69.4 kvm yardımçı sahədən ibarət 4 otaqlı bağ evindən məcburi qaydada çıxarılsın və həmin bağ evi boşaldılsın. İddia qalan hissələrdə rədd edilsin. İş üzrə ödənilmiş 100 mant dövlət rüsumunun 50 manatı Cavabdeh tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilsin, 50 manatı isə iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2401/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2401/2024
23.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver