Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2408/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 və vəkili X6 iştirakı ilə, Ərizəçi torpağa sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-104/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-104/2023 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək faktının tanınmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-104/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək faktının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 saylı qərarına əsasən Şəmkir rayonu, Keçili Bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə torpağının plan və ölçüsü hazırlanmış və qeydiyyata aldırmaq üçün tərəfindən ƏMDKY-da DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri, o cümlədən dövlət rüsumu keçirilmiş və hüququnun qeydiyyata alınmasından həmin sənədlərin itməsi ilə və sənədlərin Arxivdə də tapılmadığından, o cümlədən Bələdiyyənin Arxivində də qalmadığından mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını aldıra bilmir. Belə ki, qeyd edilən sənədlərdən torpaq sahəsinin ona satılması, torpaq sahəsinin ayrılması barədə qərar və torpaq sahəsinin plan ölçü sənədləri itmiş bununla bağlı öhdəlik qoyulması barədə Gəncə İnzibati Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinin X1 şikayəti verilsə də, məhkəmə tərəfindən iddia və şikayəti ona qaytarılmış və mülkiyyətinə verilmiş qeyd olunan sənədlərin itməsi ilə bağlı sənədləri təqdim edə bilmədiyindən təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən torpaq sahəsinə baxış keçirilmiş bələdiyyənin torpaq sahəsi üzrə plandan çıxarış çıxarılmış və torpaq sahəsinin yeri müəyyən edilmiş və qonşuları müəyyən edilmiş, lakin qeyd edilən sənədlərin itməsi ilə bağlı sənədləri təqdim edə bilmədiyindən təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən torpaq sahəsinə baxış keçirilmiş bələdiyyənin torpaq sahəsi üzrə planından çıxarış çıxarılmış və torpaq sahəsinin yeri və qonşuları müəyyən edilmiş, lakin qeyd edilən sənədlərin təqdim edə bilmədiyindən torpaq sahəsi üzrə hüquqları qeydə aldıra bilmir. Bu isə onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozur. Həmin sənədlərin tapılması üçün Şəmkir rayon arxivindən verilmiş, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş arayışlardan və sənədlərin tapılması və etibarsızlığı barədə qəzetdə də elan verilmiş həmin sənədləri ərizəsinə əlavə etmişdir. Bu baxımdan hüquqi əhəmiyyətli fakt olaraq torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncamverici hüquqlarının fakt olaraq tanınması ilə bağlı ümumi məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Ərizəçi apelyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ona Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 saylı qərarına əsasən Şəmkir rayonu, Keçili bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə torpağın plan və ölçüsü hazırlanmış və qeydiyyata aldırmaq üçün ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri o, cümlədən dövlət rüsumu keçirilmiş və hüququnun qeydiyyata alınmasından həmin sənədlərin itməsi ilə və sənədlərin Arxivdə də tapılmadığından, o cümlədən bələdiyyənin Arxivində də qalmadığından mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqularını dövlət qeydiyyatına aldıra bilmir. Belə ki, qeyd edilən sənədlərdən torpaq sahəsinin ona satılması, torpaq sahəsinin ayrılması barədə qərar və torpaq sahəsinin plan ölçü sənədləri itmiş bununla bağlı öhdəlik qoyulması barədə Gəncə İnzibati Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinin X1 şikayəti verilsə də məhkəmə tərəfindən iddia və şikayəti ona satılmış və mülkiyyətinə verilmiş qeyd olunan sənədlərin itməsi ilə bağlı sənədləri təqdim edə bilmədiyindən təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən torpaq sahəsinə keçirilmiş bələdiyyənin torpaq sahəsi üzrə plandan çıxarış çıxarılmış və torpaq sahəsinin yeri müəyyən edilmiş, qonşuları müəyyən edilmiş, lakin qeyd edilən sənədləri təqdim edə bilmədiyindən torpaq sahəsiu üzərində hüquqularını qeydə aldıra bilmir. Bu isə onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozur. İş materiallarında olan sənədlərdən də görünür ki, ərizəçi olaraq Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərinə əsasən torpaq sahəsi ayrıldıqdan sonra həmin torpaq sahəsi üzərində hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı alqı-satqı müqaviləsinin və buna dair ödənilmiş çekin təqdim edilməsi göstərildiyi halda həmin sənədlərin əldə edilməsi üçün müvafıq sənədlər toplanmış lakin həmin sənədləri əldə etmək istəsə də bu mümkün olmamışdır. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilməmiş, Şəmkir Rayon Məhkəməsi tərəfindən torpaq sahəsinin onun istifadəsində, sahibliyində olması, buna dair yerquruluşu sənədində DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ona ayrılması və həqiqətən də qanunvericilikdə nəzərdə tutulan sənədləri əldə edərək təqdim edə bilməməyi və torpaq sahəsi ilə bağlı qeyd olunan sənədləri itirməyilə bağlı hallar tam araşdırılmamışdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və maraqlı şəxs ƏMDK yanında DƏDKR 11 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X8 və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apeliyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iş üzrə ərizəçinin nümayəndəsini və vəkilini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Ədalət” nəşriyyatlı qəzetdən görünür ki, Şəmkir rayonu Keçili kənd Bələdiyyəsi tərəfindən X2 adına verilmiş xx.xx.2001-ci il tarixli 2 saylı əmri ilə torpaq sahəsinə aid qərarın əsli, qəbz və alqı-satqı müqaviləsi itdiyi üçün etibarsız sayılması barədə məlumat verilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 121-39415Y-3221 nömrəli arayışdan görünür ki, Ərizəçi məxsus olan Şəmkir rayonu Keçili kənd bələdiyyəsinin 2001-ci il tarixli 12 nömrəli əmri ilə verilmiş torpaq sahəsinə aid qərarın əsli, qəbz və alqı-satqı müqaviləsini Gəncə şəhərində yaşadığı evdə naməlum şəraitdə itirməsini bildirdiyindən həmin sənədlərin tapılması üçün müvafiq tədbirlər həyata keçirilmiş, ətraf rayon polis idarə və bölmələrinə istiqamətləndirici sorğular göndərilmiş, lakin həmin sənədlər tapılma kimi Gəncə şəhər Nizami RPİ-nə təqdim edilməmişdir. İşə əlavə edilmiş Şəmkir rayon Keçili Bələdiyyəsinin 26 dekabr 2001-ci il tarixli 12 nömrəli qərarının surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şəmkir rayonu, Keçili kənd sakini X4 həyətyanı məqsədilə 0.08 ha torpaq satılması barədə rayon torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, Keçili kənd sakini X4 bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 06 noyabr 2018-ci il tarixli arxiv arayışından görünür ki, X13 Filialında mühafizə olunan Keçili kənd bələdiyyəsinin 26 dekabr 2001-ci il tarixli 12 nömrəli əmri ilə X4 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 09 dekabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, Şəmkir Filialında mühafizə olunan Keçili Bələdiyyəsinin 26 dekabr 2001-ci il tarixli 12 nömrəli əmri ilə X2 adına 0,08 ha (800 m2) həyətyanı torpaq sahəsi qeyd edilib. Lakin xx.xx.2001-ci il tarixli 12 nömrəli əmrlə verilmiş torpaq sahəsinin yerquruluşu planı və bələdiyyə ilə vətəndaş arasında bağlanmış həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi arxivə təhvil verilmədiyi üçün həmin sənədlərin surətini vermək mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5n direktoru Elşən Quliyev tərəfindən təsdiq olunmuş Şəmkir Rayon Keçili Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 nömrəli əmrinin surətindən görünür ki, torpağın dəyərini ödədiklərinə görə aşağıda adları göstərilən vətəndaşlara Zəhmət istehsalı kooperativinin sahəsindən Bakı-Tbilisi dəmir yolu alt hissəsindən kəndin gün batan tərəfindən perspektiv inkişaf üçün ayrılmış sahədən fərdi ev tikmək üçün tərtib edilmiş sxematik plana uyğun olaraq 0,08 ha (800 m2 ) torpaq sahəsi verilmiş və həmin adları qeyd olunan hissədə X2 adı qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 1118/2021 saylı qərardan görünür ki, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Keçili Bələdiyyəsi) qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiasının rədd olunması qərara alınmışdır. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2-1(104)-697/2021 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(114)- 1118/2021 aylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şəmkir rayon Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda Ərizəçi qanuni istifadəsində olan 0.08 ha həyətyanı torpaq sahəsi olması qeyd olunmuşdur Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 nömrəli əmrinə əsasən ona Şəmkir rayonu, Keçili Bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 0.08 ha torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsi üzrə torpağın plan və ölçüsünün hazırlandığını, qeydiyyata aldırmaq üçün ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət edildiyini və arxiv sənədinin əsilləri o, cümlədən dövlət rüsumu keçirildiyini və hüququnun qeydiyyata alınmasından həmin sənədlərin itməsi ilə və sənədlərin Dövlət Arxivində və bələdiyyənin Arxivində də qalmadığından mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqularını dövlət qeydiyyatına aldıra bilmədiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatları təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlardan göründüyü kimi ərizəçi xx.xx.2001-ci il tarixli 12 nömrəli Şəmkir rayon Keçili bələdiyyəsinin qərarından və Şəmkir rayon Keçili Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan başqa müvafiq maddi hüquq normalarının tələbinə uyğun hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt, ödəniş haqqında qəbz, yerli icra hakimiyyəti orqanının bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, qiymət arayışı, baxış aktı, bələdiyyənin qərarı və baş memarın rəyi əks olunmalıdır. Ərizəçi isə xx.xx.2021-ci il tarixli “Ədalət” nəşriyyatlı qəzetdə Şəmkir rayonu Keçili kənd Bələdiyyəsi tərəfindən X2 adına verilmiş xx.xx.2001-ci il tarixli 2 saylı əmri ilə torpaq sahəsinə aid yuxarıda sadalanan bütün o sənədlərin itdiyi barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanununun 6.5-ci maddəsində (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu edilmiş dəyişikliyə qədər olan redaksiyasında) göstərilirdi ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.6-cı maddəsində göstərilirdi ki, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsində (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu edilmiş dəyişikliyə qədər olan redaksiyasında) göstərilirdi ki, bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, ərizəçi X7 torpaq sahəsinin ayrılmasını təsdiq edən qərarın əslini, qəbz və alqı-satqı müqaviləsinin etbarsız sayılması barədə qəzetdə elan versə də, yerli icra hakimiyyəti orqanının bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, qiymət arayışı, baxış aktı, bələdiyyənin qərarı və baş memarın rəyinin mövcud olması və itməsi barədə elan verməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 19 aprel 2019-cu il tarixli Qərarında məhkəmələrə tövsiyyə etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın (7-ci bənd). Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır (7.1-ci bənd). Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır (7.2-ci bənd). Ali Məhkəmənin Plenumnun istinad olunan Qırarındakı tövsiyələrdən də göründüyü kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktı o halda müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Ərizəçinin ərizəsinin təmin edilməsi üçün istinad etdiyi yeganə sənəd Şəmkir Rayon Keçili Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 12 nömrəli əmridir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2001-ci ildə qüvvədə olmuş redaksiyasında isə torpaq sahəsinin bələdiyyə əmri əsasında ayrılması nəzərə tutulmamışdır. Ərizəçi isə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsini xahiş etdiyi daşınmaz əmlakın (torpaq sahəsinin) daşınmaz əmlakın dövlət reyestrində onun adında qeydə alındığını təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-104/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-104/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2408/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2408/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver