Məhkəmə qərarları › İş №2(104)-245/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-245/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-245/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı prosessaul hüquqi varisi X4, cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi, X2 isə qanuni nümayəndəsi Cavabdeh2 Ziya oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1, digər cavabdeh, həmçinin X2 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı X2 Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və onun mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Cavabdehlər onun övladları olsa da, uzun müddətdir ki, onunla yaşamırlar. Cavabdeh1 20 ildən artıq müddətdir ki, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, digər Cavabdeh2 isə 10 ildən artıqdır ki, öz ailəsi ilkə birlikdə başqa ünnavda yaşayır və onun cavabdehlərlə heç bir əlaqələri yoxdur, onların yaşadıqları yer ona məlum deyildir. Lakin cavabdehlər bu günə kimi ona məxsus evdə pasport qeydiyyatındadırlar, bu isə onun əlavə kommunal xərclər ödəməsinə səbəb olur, eyni zamanda onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 Gəncə şəhəri, ünvan 1 ünvana olan istifadə hüquqlarının itirilmiş hesab olunması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, atalarına məxsus Gəncə şəhəri Ş.İ.Xətai küçəsi (köhnə 28 may, H.Əliyev) prospektində yerləşən 6 saylı evin 34 saylı mənzili atasına məxsus olsa da, uşaqlıqdan son zamanlara qədər həmin mənzildə yaşayaraq və orada böyüyüb boya-başa çatmışlar. Lakin atasının onlara qarşı münasibətinin yaxşı olmadığına görə ailələri ilə birlikdə başqa mənzildə kirayədə yaşamağa məcbur olmuşlar. Onlar bir neçə il bunnan əvvəl həmin mənzildə yaşayarkən mənzilin təmirinə xeylı məbləğdə pul xərcləmişlər. Günü bu gün də ataları razılıq verərsə həmin mənzildə yaşamağa razıdırlar. Lakin atalarının məqsədi həmin mənzili qız nəvəsinə bağışlamaq olduğundan onların qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsini istəyir. Onlar bir oğul kimi atalarına pis olmamışlar, lakin atası həmişə onlara qarşı aqressiv davranmışdır. Ən əsası iddiaçı eyni mahiyyət və eyni tələb üzrə xx.xx.2016-cı il tarixdə Gəncə Şəhər Nizami Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən onların iştirakı ilə işə baxılmış və iddia tələbinin əsassız olduğu üçün rədd olunmuş və bununla bağlı 2(044)-2526/2016 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə onların cavabdeh kimi məhkəmə iclasında iştirakı üçün şərait yaratmamaqla iddiaçının və yalançı şahidin sözlərini əsas tutmaqla maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı onların cavabdeh kimi iştirakını təmin etməməklə sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyi üçün yuxarıda göstərilən hallar aydınlaşdırılmamaqla əsassız qətnamə qəbul edilmişdir. Buna görə də apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. İşdə olan sübutlar: xx.xx.1993-cü il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı adına qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli 4385307saylı arayışdan görünür ki, X1 şəhəri, ünvan 1 ünvanda xx.xx.2009-cu il tarixdən qeydiyyatdadır və həmin ünvanda qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, X6 və İddiaçı ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənini surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabındə 870 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin13 may 2016-cı il tarixli, 2(044)-2526/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi, X2 isə qanuni nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmni edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, hazırda kirayədə yaşayır. Qətnamə əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır ki, bu da ona müəyyən sənədləşmə işlərinin aparılmasında problemlər yaradır. Buna görə də hesab edir ki, istifadə hüququ itirilməyəcəyi təqdirdə qeydiyyatı bərpa olunacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessaul hüquqi varisi X8 izahat verib bildirmişdir ki, cavadbehləri atası evdən çıxrmamış, özləri evləndikdən sonra çıxıb getmişlər. Cavabdeh1 20 ildən, Cavabdeh2 isə 10 ildən artıqdır ki, həmin məznildə yaşamırlar. Onların özlərinin evləri mövccuddur. Cavabdeh2 Ziya oğlunun kirayədə yaşaması ilə bağlı göstərdikləri yalandır. Belə ki, ev onuna adına olmasa da təxmin etdiyinə görə arvadının və ya qayınanasının adınadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarının 1-ci bəndi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Gəncə şəhəri, ünvan 1 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavadebhlərdən Cavabdeh1 20 ildən, Cavabdeh2 isə 10 ildən artıqdıqdır ki, mübahsiəli mənzildə yaşamaması iş materialları ilə təsdiq olunmaqdadır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(044)- 2526/2016 saylı qətnaməsindən də göründüyü kimi iddiaçı 6 il əvvəl də eyni tələblə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Həmin vaxtdan 6 ilə yaxın vaxt keçsə də keçən dövr ərzində cavabdhelər mübahisəli evdə yaşamamış, evdən istifadələrinə maneə olduğu təqdirdə isə mübbahisəli evə köçrülmə və istifadə qaydasının müəyyən edilməsi ilə bağlı məhkəmə müdaifəsi hüquqlarından da istifadə etməmişlər ki, bu fakt da onların mübahisəli mənzildən çıxmaqla, artıq özlərinə daimi başqa yaşayış yeri seçdiklərini və idddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyaclarının olmamasını təsdiq etməkdədir. Cavabdehlərdən Cavabdeh2 2010-cu ildən etibarən kirayədə yaşadığını iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut da təqdim edə bilməmişdir. Digər tərəfdən isə qeyd olunur ki, şəxsin uzun illər kirayədə yaşaması faktı da mübahisəli mənzildə yaşamasına ehtiyacının olmadığını deməyə əsas verməkdədir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia üzrə mübahisə edilən cavadbehlərin isitifadə hüquqları ailə və mənzil hüquq münasibətlərindən irəli gəlmişdir ki, iddiaçının vəfatı ilə əlaqədar cavabdehlərin vərəsəlik hüquq münasibətlərindən irəli gəlməklə, gələcəkdə miras qalmış əmlakda müvafiq payları müəyyən ediləcəyi təqdirdə onlar mülkiyyət hüququndan irəli gələn istifadə hüquqlarının reallaşdırılmasını təmin edə bilərlər. Beləliklə, yuxarında göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(044)-3359/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar