Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2454/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)- 2086/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun yaranması və uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh yaşadığı Bərdə rayonu, Nizami küçəsi, 8 saylı evə istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul olunmasının xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin yanvar ayında qeyri-rəsmi olmaqla ailə qurmuşdurlar. Onların qeyri-rəsmi nikahlarından 05 dekabr 2022-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Qeyri-rəsmi nikah olmasına baxmayaraq Cavabdeh atalığı qəbul etmişdir. Cavabdeh öz ailəsini fikirləşmir, işləyib uşağına və ailəsinə baxmaq barəsində heç bir iş görmür. Əvvəllər bir qədər mehriban yaşamışlar, lakin sonralar cavabdehlə aralarında ziddiyyətlər, düşmənçilik münasibəti yaranmışdır. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3114/2023 saylı məlumatından görünür ki, Cavabdeh adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O cümlədən qeyd edilmişdir ki,Bərdə şəhəri Nizami küçəsi 8B/1 saylı mənzil ümumi birgə mülkiyyət hüququ üzrə X6 və X1 adlarına xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 300076 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 07 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 866540 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 13 aprel 2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07 yanvar 2009-cu il tarixdə vəfat etmiş X1 vərəsələri gəlini-X7 və nəvəsi-Cavabdehdur, hər biri ikidə bir hisssədə mirasdan pay almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********93-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.7 kv/m,yaşayış sahəsi 20.9 kv/m, köməkçi sahəsi 31.8 kv/m olan 2 otaqlı mənzilin X2 aid olan hissəsindən ibarətdir. xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsələri-arvadı X7 və oğlu- Cavabdehdur, hər biri ikidə bir hisssədə mirasdan pay almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********93-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.7 kv/m,yaşayış sahəsi 20.9 kv/m, köməkçi sahəsi 31.8 kv/m olan 2 otaqlı mənzilin X5 məxsus hissəsindən ibarətdir. Apellyasiya şikayətinin dəlilləri. Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü iltarixli, 2(021)-2086/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uzun müddət Cavabdeh ilə ona məxsus evdə yaşamışdılar. Çox mehriban bir ailə olmuşlar. O, məcburi köçkündür. Hamiləlik dövrünü həmin evdə keçirmişdir. Onun qalmağa yeri yoxdur. Müvəqqəti övladı ilə sığınacağa sığınmışlar. Gəlin köçdüyü evdən yaşamaq hüququ istəyir. O, cavabdehin tələbi ilə qətiyyən razılaşmır. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Onun hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun məhkəmə iclasında iştirak etmədiyi üçün bir tərəfli mövqe tutmuşdur. Fikirləri nəzərə alınmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, hazırda atasına məxsus evdə yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, onun adına ev yoxdur. Belə ki, vərəsəlik şəhadətnaməsində adı olsa da ev anasına məxsusdur. Bundan başqa yeni ailə qurmuşdur. İddiaçının onlarla birlikdə yaşaması mümkün deyildir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsi: 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlsə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin və Mülki Məcəllənin 228.1-ci maddəsinin tətbiq etməyin mümkün olmadığını qeyd edərək iddianı rədd etsə də iddianın rədd edilməsinin maddi hüquqi əsasını göstərə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının köçmək istədiyi evlə bağlı mübahisəli hüquq münasibətləri 2022-ci il tarixdə yarandığından hazırki mübahisə məhz Mənzil Məcəlləsinin 30-cu maddələsinin tələblərinə uyğun həll edilməli olmuşdur. Belə ki, mübahisəli ev xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1255-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehin birgə mülkiyyətində olmuş, iddiaçı ilə cavabdeh rəsmi nikaha girmədən ailə həyatı qurmuşdur ki, bununla da onlar Ailə Məcəlləsinin 1.4-cü maddəsinin tələbi baxımından rəsmi qaydada ər-arvad hesab olunmamışlar. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir. Beləliklə, iddiaçı 2022-ci il tarixdə rəsmi nikahda olmayan cavabdehin birgə mülkiyyətində olan evə köçüb yaşamışdır ki, Mənzil Məcəlləsinin tələbi baxımından, iddiaçı cavabdehin ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ yaranmamışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir ki, bununla da iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi hüquq normaları düzgün tətbiq olunmaması ilə çıxarıldığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.