Məhkəmə qərarları › İş №2(104)-2456/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2456/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2456/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhərman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1908-ci il tarixdə Gəncə şəhərində doğulmuş və 13 fevral 1975-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş X1 nənəsi Bağırova (Abbasova) Məryəm Cəfər qızı ilə bacı olmaları faktının və onunla qohumluq münasibətlərində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadı (hakim M.Mustafayev) ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər maraqlı şəxsin ünvanının göstərilməməsi və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin ərizəyə əlavə edilməməsi əsası ilə Mülki Prosessual Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən geri qaytarılməşdır. Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadından narazı qalan Ərizəçi şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadının ləğv edilməsi və mülki işin məhkəmə icraatına götürülməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, hazırda qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırılmışdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsi xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadından şikayət versə də qərardadın qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürə bilməmişdir. Ərizəçi şikayətində hazırda qərardadda qeyd edilmiş nöqsanları aradan qaldırdığını bildirmişdir ki, bununla da ərizəçi qərardadın qanuni və əsaslı olmasını qəbul etmişdir. Nöqsanların aradan qaldırılması isə qərardaddan şikayət verilməsinin əsasını təşkil etməməklə, ümumi qaydada yenidən ərizə ilə məhkəməyə müraciət etməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Buna görə də ərizəçi Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddənin tələblərinə uyğun olaraq ərizə ilə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(125)-5904/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar