Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2458/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3- ün giriş-çıxışın qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcədə cavabdehin qanunsuz hərəkətlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göygöl şəhəri, H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışının qarşısında, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililər Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətində bərpa olunması, Göygöl şəhəri, H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifasdəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoyması Cavabdeh həvalə olunmuşdur. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil həmin qətnamədən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilmiş, iş apellyasiya baxışından çıxarılmış və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materilları Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 254/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 254/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilərək, apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadından mülki iş üzrə İddiaçı şikayət vermiş və Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayət və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi Vəkil tərəfindən Göygöl Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş və 03 iyun 2024-cü il tarixdə şikayət müllki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 saylı mülki iş üzrə 24 may 2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 31 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün iş materilları Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq forma və məzmuna uyğun tətbiq edilmədiyinə görə, Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyrimümkün hesab edilmiş, işin apellyasiya baxışından çıxarılması və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materiallarının Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırda apellyasiya şikayəti mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmişdir. Bu səbəblərə görə də qeyd olunan hallarlaq bağlı cavabdeh tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulan müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 saylı qərardadının ləğv edilməsini və iş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,hazırki iş üzrə ötürülmüş prosessual müddətin bərpasına dair iki ərizə olmuş, sözügedən qərardad ilə yalnız xx.xx.2024-cü ildə cavabdehin özü tərəfindən verilmiş ərizəyə münasibət bildirilmişdir. Digər-xx.xx.2024-cü il tarixli ərizəyə isə münasibət bildirilməmişdir. İlk dəfə xx.xx.20240-cü ildə cavabdehin apellyasiya şikayətinə baxılarkən onun uyğun olmaması müəyyən olunmuş, cavabdehin vəkili həmin iclasda iştirak etsə də, bu tarixdən 97 gün sonra, yəni xx.xx.2024-cü ildə yenidən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən vaxtında şikayət vermiş, lakin həmin şikayət AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından, geri qaytarılmışdır. Ona görə də, müddətin ötməsi üzürlü hesab edilərək və qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki,Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 nömrəli, xx.xx.2023–cü il tarixli qətnaməsi iş üzrə tərəflərə göndərilmiş, həmçinin Cavabdeh ünvanlanmış poçt xəbərnaməsi imza edilərək qəbul edilmişdir. Bundan sonra iş üzrə Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 716/2024 saylı mülki iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməsi və Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyrimümkün hesab edilməsi, işin apellyasiya baxışından çıxarılması və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş materillarının Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1443/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 saylı mülki iş üzrə 24 may 2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 31 may 2024-cü il tarixli 2(066)-254/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2024 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixliqətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq qətnamədən şikayət vermə müddətin buraxılmasının səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-254/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Göygöl Rayon Məhkəməsinin 2(066)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2458/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2458/2024
12.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver