Məhkəmə qərarları › İş №2(104)-2459/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2459/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2459/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-158/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadından Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Goranboy rayonu Qızılhacılı bələdiyyəsi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Goranboy rayonu Notariat ofisinə, üçüncü şəxs Cavabdeh3 qarşı iddia qaldıraraq: 1. Goranboy rayonu Qızılhacılı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Müsabiqə və hərrac komissiyası arasında hərracın keçirilməsi ilə bağlı bağlanmış 01 noyabr 2017-ci il tarixli Torpaq Müsabiqə, Hərrac Müqaviləsinin etibarsız hesab edilməsi; 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Torpaq Müsabiqə və hərrac komissiyası 2.55 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 316 saylı iclas protokolunun və həmin 2.55 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixdə seriya AM **4304 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDRX-dən çıxarışa əsasən həmin 2,55 ha bələdiyyə mülkiyətində olan torpağın Cavabdeh3 15 il müddətində icaryə verilməsi ilə bağlı bağlanmış Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3 m 16 nömrəli ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan ƏMDK yanında DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı DƏDRX-dən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018 –ci il tarixli A seriyalı 230979 olan torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi; 3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının 65,69 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 313 saylı iclas protokolunun və həmin 65,69 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixdə seriya AM **4301 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 65,69 ha bələdiyyə mülkiyyətində olan torpağın Cavabdeh3 15 il müddətində icaryə verilməsi ilə bağlı bağlanmış Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M 17 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrində 27 fevral 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adın tərtib edilmiş 26 fevral 2018 –ci il tarixli A seriyalı 230992 olan torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi:

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının 2.34 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 317 saylı iclas protokolunun və həmin 2.34 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli seriya AM **4305 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 2,34 ha bələdiyyə mülkiyətində olan torpağın Cavabdeh3 15 il müddətində icaryə verilməsi ilə bağlı bağlanmış və Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M- 22 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018 –ci il tarixli A seriyalı 230981 olan torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi; 5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq Müsabiqə və hərrac komissiyası 3,02 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 315 saylı iclas protokolunun və həmin 3,02 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli seriya AM **4303 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 3.02 ha bələdiyyə mülkiyətində olan torpağın Cavabdeh3 15 il müddətində icarəyə verilməsi ilə bağlı bağlanmış və Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-20 nömrəli ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018–ci il tarixli A seriyalı 230978 olan torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi; 6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının 1,77 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 318 saylı iclas protokolunun və həmin 1,77 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli seriya AM **4306 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 1,77 ha bələdiyyə mülkiyətində olan torpağın Cavabdeh3 15 il müddətində icarəyə verilməsi ilə bağlı bağlanmış və Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M 21 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018 –ci il tarixli A seriyalı 230993 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi; 7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 1,08 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərrac nəticələri barədə 01 fevral 2018-ci il tarixli 319 saylı iclas protokolunun və həmin 1,08 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli seriya AM **4307 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 1,08 ha bələdiyyə mülkiyətində olan torpağın Cavabdeh3 15 il müddətində icarəyə verilməsi ilə bağlı bağlanmış və Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M-18 nömrəli ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018 –ci il tarixli A seriyalı 230977 olan torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi; 8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin 11 saylı Bərdə Ərazi Torpaq Müsabiqə və hərrac komissiyasının 7,51 ha kənd təsərrüfatı təyinatlı, örüşə aid, İİİ keyfiyyət qruplu bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracın nəticələri barədə 01 fevral 2018-ci il tarixli 314 saylı iclas protokolunun və həmin 7,51 ha torpaq sahəsinin Cavabdeh3 adına icarəyə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli seriya AM **4302 saylı Şəhadətnamənin, RX seriyalı ******* saylı DƏDR-dən çıxarışa əsasən həmin 7,51 ha bələdiyyə mülkiyyətində olan torpağın Cavabdeh3 15 il müddətində icaryə verilməsi ilə bağlı bağlanmış və Goranboy rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 3M 19 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 fevral 2018-ci il tarixli icarə müqaviləsinin, həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 ferval 2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, həmin torpağa Cavabdeh3 adına tərtib edilmiş 27 fevral 2018–ci il tarixli A seriyalı 230980 olan torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)158/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi təmin edilməmişdir. Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə 13 iyun 2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)158/2023 saylı qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)158/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ilə Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Həsənov Əli Əbülfət oğlunun iş üzrə tərəf olmaması səbəbindən geri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə şikayət verərək Bərdə Rayon Məhkəməsinin 2(021)158/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)158/2023 saylı qətnaməsi onun hüquq və vəzifələrinə toxunduğundan həmin qətnamədən şikayət vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-158/2023 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-158/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadından Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-158/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maraqlarına toxunan şəxs kimi Həsənov X1 Rayon Məhkəməsinin 18 yanvar 2023cü il tarixli, 2(021)158/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasını qeyd edərək onun hüquqlarına toxunduğunu qeyd etmişdir. Belə ki, iş materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi ilə (hakim İ.X.Abdurəhmanlı) iddiaçı Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin cavabdeh Həsənov Əli Əbülfət oğluna qarşı “torpaq sahələrinin bələdiyyə ehtiyat fonduna qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(104)-82/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və Ə.G.Abdullayevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(102)-5362/2021 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(104)-82/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(045)-59/2018 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, Goranboy rayon Qızılhacılı bələdiyyə şurasının 04 oktyabr 2**1-ci il tarixli, 13 №-li qərarı ilə Qızılhacılı qəsəbə sakini cavabdeh Həsənov Əli Əbülfət oğluna bələdiyyə ehtiyat fondundan 15 il müddətinə müvəqqəti istifadə üçün verilmiş 62,0 hektar örüş sahəsi və 07 may 2**4-cü il tarixli, 05-1 saylı qərarla icarəyə verilmiş 22 ha örüş torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi və həmin torpaq sahələrinin Həsənov Əli Əbülfət oğlundan geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarılması qət edilmişdir. Cavabdeh Həsənov Əli Əbülfət oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə uyğun olmadığına görə geri qaytarılmışdır. Cavabdeh Həsənov Əli Əbülfət oğlu 13 iyun 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının10 avqust 2022-ci il tarixli 2(102)-4679/2022 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2(104)-554/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Goranboy rayon Qızılhacılı bələdiyyəsinin iddiası təmin edilərək, Goranboy rayon Qızılhacılı bələdiyyə şurasının 04 oktyabr 2**1-ci il tarixli, 13 No-li qərarı ilə Qızılhacılı qəsəbə sakini cavabdeh Həsənov Əli Əbülfət oğluna bələdiyyə ehtiyat fondundan 15 il müddətinə müvəqqəti istifadə üçün verilmiş 62,0 hektar örüş sahəsi və 07 may 2**4-cü il tarixli, 05-1 saylı qərarla icarəyə verilmiş 22 ha örüş torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarına xitam verilmiş və həmin torpaq sahələri Həsənov Əli Əbülfət oğlundan geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarılmışdır. Qeyd olunan torpaq sahələri Həsənov Əli Əbülfət oğlundan geri alınaraq bələdiyyə ehtiyat fonduna qaytarıldığından onun iddiaçı Goranboy rayonu Qızılhacılı bələdiyyəsi, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi, Goranboy rayonu Notariat ofisi, üçüncü şəxs Cavabdeh3 olan iş üzrə çıxarılmış məhkəmə qətnaməsi onun hüquqlarına toxunmadığına görə qeyd olunan qətnamədən şikayət vermək hüququ istisna olunur. Belə ki, subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 4** və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Həsənov Əli Əbülfət oğlu və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-158/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar