Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2461/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X3, cavabdehlər Cavabdeh1 Ağababa oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğlu və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğlu və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş yolunun 3 metr enində açılması və onların mülkiyyətində olan əmlakına gediş-gəliş yoluna göstərdikləri qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası İbrahim İbrahimovdan ona ünvan 1 ünvanında sahəsi 228.3 kv.m. olan fərdi yaşayış evi və 0,0367 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qeyd olunan mülkiyyətinə gediş-gəliş yolunu bağlamış və ona öz mülkiyyətinə rahat şəkildə gediş-gəlişinə imkan vermirlər. Anasının yaşı və xəstə olmasına baxmayaraq, həyətinə təcili tibbi yardım maşını çağıra bilmir. Həyətinə yanğınsöndürmə maşını girə bilmir. Ümumiyyətlə həyətinə avtomaşın sala bilmir. Cavabdehlər həmin gediş-gəliş yolunu daş hasarla kəsmək üçün həyətə mişar daşları tökdürmüşlər. Evi yoldan təxminən 70 metr aralıdır və mülkiyyəti 4 tərəfdən qonşu ərazilərlə əhatə olunduğundan başqa yerdən gediş-gəliş mümkün deyildir. Dəfələrlə cavabdehlərdən bu hərəkətlərinə son qoymağı tələb etsə də, onlar həmin əməllərindən çəkinmirlər. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsi ilə (F.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1 Ağababa oğlu və Cavabdeh2 qarşı «yolun açılması» tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. Belə ki, hazırda cavabdehlərə məxsus torpaq sahəsi və tikililər babasından atası və əmisinə vərəsəlik qaydasında keçmişdir. Atasına aid ərazi və tikili vərəsəlik qaydasında ona keçmişdir. Ona keçdikdən sonra cavabdehlər yolu bağlayır. Mülkiyyətçinin dəyişməsi istifadə hüququnu xitamına səbəb ola bilməz. Bundan əlavə o 1975-ci ildə həmin torpaq və tikilidə doğulmuş və hazırda da orada yaşayır. Onun həmin torpaqdan istifadə hüququ məhdudlaşa bilməz. Həmin torpaqdan torpaq üzərində olan yoldan istifadə hüququ var. İstifadə hüququ olduğundan deməli servitut hüququ da mövcuddur. Nəzərə alımalıdır ki, istifadə hüququ öz-özlüyündə servitut hüququ ilə eyni təfsir olunur. Köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüquqları mövcuddur. Bununla bağlı reyestr çıxarışı da mövcuddur. Tikiliyə münasibətdə mülkiyyət hüququ, torpağa münasibətdə isə istifadə hüququ. Cavabdehlər onun istifadə hüququnu qəbul etmişlər. İstifadə hüququnun itirilməsi ilə bağlı müraciət etməmişlər. Reyestr çıxarışı bu gün qüvvədədir. Ekspertiza qərarı ilə də müəyyən olunur ki, onun yolu üçün nəzərdə tutulmuş torpaq hazırda cavabdehlər tərəfindən bağlanılıb, onun evinə başqa yol nəzərdə tutulmamış və əvvəldən nəzərdə tutulmuş yol hazırda da cavabdehlərin mülkiyyətində yerləşir. Məhkəmə yaranmış mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına istinad etməmişdir. Ona görə də hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 732/2023 saylı 24 avqust 2023-cü il qətnaməsi əsassızdır. İşdə olan sübutlar: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndindəki 0,0367 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 228.3 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,0872 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2 və X6 məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamışdır və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsindən görünür ki, X1 Cavabdeh1 Ağababa oğluna qarşı iddiası təmin edilərək, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən Cavabdeh1 Ağababa oğlunun adına qeyd edilmiş, ümumi sahəsi 228 kv.m olan iki mərtəbəli yaşayış evinə mülkiyyət hüququ X2 verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsindən görünür ki, X2 gediş-gəliş yolu Cavabdeh1 Ağababa oğluna məxsus evin arxa tərəfindən müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda açılmasını tələb etdiyi yol Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə müəyyən edilmiş yoldur ki, iddiaçı da məhz həmin yolun açılmasını tələb etməkdədir. Evin arxa tərəfindəki çığırı isə yol hesab etmək düzgün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Ağababa oğlu izahat verib bildirmişdir ki, iddiaçının mülkiyyətində olan ev də ona məxsus olmuş, lakin onun razılığına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsi ilə iddiaçının atası, onun isə qardaşı olmuş İbrahim İbrahimovun mülkiyyətinə verilmişdir. Həmçinin, məhkəmə qətnaməsi ilə də onun evinin arxa tərəfindən qardaşına yol verilmişdir. İddiaçının hazırda tələb etdiyi yol isə onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindədir. Buna görə şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçının öz evinə gediş-gəliş yolunun olduğunu bildirib şikayətin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi iddiaçı mülkiyyətində olan fərdiyaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb etmişdir. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil etmişdir ki, əldə edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsi kimi təqdim edilən tikiliyə **********69 reyestr nömrəli çıxarışa əsasən yol nəzərdə tutulmamış və iddiaçının yol kimi iddia etdiyi ərazi **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evi elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolu nəzərdə tutulmamış, əksinə iddiaçının yol kimi istifadə edilməsini tələb etdiyi sahə Cavabdeh2 mülkiyyətində yerləşən torpaq sahəsinin hüdudları daxilindədir. Yəni cavabdehlər tərəfindən yoldan istifadə üzrə iddiaçıya törədilən maneələr qanunsuz deyildir. Bununla da iddia tələbinin təmin olunması üçün Mülki Məcəllənin 157.4-cü maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, işdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsi və xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçının hüquqi sələfi X4 ilə Cavabdeh1 Ağababa oğlu arasında evin mülkiyyət hüququna və evə gediş-gəliş yoluna dair mübahisə olmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə X2 gediş-gəliş yolu Cavabdeh1 Ağababa oğluna məxsus evin arxa tərəfindən müəyyən edilmişdir. İddiaçının nümayəndəsi həmin yolun məhz hazırda açılmasını tələb etdiyi yol olduğunu iddia etsə də onun bu dəlili əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan evə yalnız cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evin arxa tərəfindən piyada keçidi qismində istifadə edilə bilən yol mövcuddur ki, həmin yol da məhz Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli əlavə qətnaməsi ilə müəyyən edilmiş yol olmaqla, cavabdehlər tərəfindən həmin yola hər hansı bir maneə yaradılmamaqdadır. Həmin yoldan yalnız piyada keçidi kimi istifadə etmək mümkün olmaqla, iddiaçının həyətinə hər hansı bir nəqliyyat vasitəsinin keçməsi mümkün deyildir. Lakin, qeyd olunan hal iddiaçının mülkiyyət hüququ kimi qeydə alınmış torpaq sahəsindən nəqliyyat vasitəsinin keçidi qismində, hazırkı icraat çərçivəsində yol açılmasına əsas verməməkdədir. Belə ki, yuxarıda istinad olunan Mülki Məcəllənin normalarına əsasən torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola zəruri keçidi mövcud olmadığı halda tam əvəzi ödənilməklə zəruri keçid ayırılmasını tələb etmək hüququ verməkdədir. İddiaçının isə mülkiyyətində olan evə piyada yolu vasitəsi zəruri olan keçidi mövcuddur. Həmçinin, Tovuz Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətanməsi ilə iddiaçının hüquqi sələf ilə iddiaçı arasında əmlakın bölüşdürülməsi həyata keçirilməklə, zəruri keçid olan yol da müəyyən edilmişdir ki, bununla da iddiaçının cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun olmasına dair apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mütəxəssis rəyində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı xüsusi mülkiyyətindəki 228.3 kv.m olan fərdi yaşayış evinin elektron məlumat bazasına əsasən **********69 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd olunsa da iş materiallarında olan ********** olan çıxarışdan görünür ki, 228.3 kv.m olan fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan 0,0367 ha torpaq sahəsində yerləşmişdir ki, bu da 228.3 kv.m olan fərdi yaşayış evinin Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları xarcində yerləşməsi anlamına gəlməkdədir. Buna görə də məhkəmə kollegiyası mütəxəssis rəyinin həmin hissəsi ilə razılaşmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)- 732/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(062)-732/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.