Məhkəmə qərarları › İş №2(104)-2478/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2478/2023

08.12.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2478/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 Aydin oğlunun, Cavabdeh3 Aydin qızının və Cavabdeh5 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)- 416/2022 saylı qətnaməsindən Cavabdeh1 Aydin oğlu tərəfındən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydin qızının, Cavabdeh3 Aydin qızının, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixində bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) Bərdə rayonu Zömörxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinə dair İddiaçı1 ilə cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixindən bağlanmış hesab olunması və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4 və Cavabdeh5 alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Aydin oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsinin ləğv və iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli 2(104)-2478/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsindən daxil olmuş 30 noyabr 2023-cü il tarixli, 2(021)- 416/2022 saylı məktubdan görünür ki, iş üzrə Cavabdeh5 da Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(021)-416/2022 saylı qətnaməsindən apellyasiya şikayət vermişdir. Buna görə də verilmiş Cavabdeh5 apellyasiya şikayətinə baxılması üçün 2(021)-416/2022 saylı işin Bərdə Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(104)-2478/2023 saylı qərardadı ləğv edilməli və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(104)-2478/2023 saylı qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatına olan 2(104)- 2478/2023 saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar