Məhkəmə qərarları › İş №2(104)-248/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-248/2023

17.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-248/2023 17.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X1 qarşı torpaq sahəsindən və onun üzərində olan tikililərdən çıxarılma tələbinə dair qarşılıqlı iddia üzrə Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsindən İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.535 manat pulun, obyektə xərclədiyi 10000 manat pulun, cavabdehin adına ödədiyi 2800 manat enerji pulunun, cəmi 31.335 manat pulun, dondurma soyuducunun, elektrik peçinin və obyektin qarşısına qoydugu işıgın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Agdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikinti obyektindən ilkin iddia üzrə İddiaçı çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 10.535 manat pul və obyektə xərclənmiş 10000 pul, cəmi 20.535 (iyirmi min beş yüz otuz beş) manat pul tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi; ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus Agdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması, işə baxılması ilə əlaqədar cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirərək cavabdehdən 28.535 manat pulun, obyektə xərclədiyi 10.000 manat pulun, cavabdehin adına ödədiyi 2.800 manat enerji pulunun, cəmi 31.335 manat pulun, dondurma soyuducusunun, elektrik peçinin və obyektin qarşısına qoyduğu işığım alınıb ona verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini “Cavabdeh 10.535 manat və obyektə xərclənmiş 10.000 pul cəmi 20.535 manat pul tutularaq İddiaçı qızına verilsin” hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştiralçılarının izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində göstərilmişdir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) fiziki şəxsdir. Həmçinin ilk iddia üzrə Cavabdeh da Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) fiziki şəxsdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM-nin 45.1-ci maddəsi). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər. (MPM-nin 44.2.2-ci maddəsi). İşə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. (MPM-nin 384.0.4-cü maddəsi). Həmin Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. (MPM-nin 402.2.5.-ci maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti pozulmaqla baxılmışdır. Ona görə də hazırki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 44, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar