Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-248/2024 15.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. 19 dekabr 2013-cü il tarixli AA seriyalı 000663 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 dekabr 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş naturada yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatlarından görünür ki, iddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********82 reyestr nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə istifadə edilir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə istifadə edilir. Mübahisəli torpaq sahəsində yarımçıq tikili mövcuddur. Lakin Cavabdeh tərəfindən tikilibtikilməməsini təyin etmək ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Həmin torpaq sahəsi iddiaçının iddiasında qeyd edilən torpaq sahəsi ilə eynilik təşkil etmir, üst-üstə düşmür və onun sərhədləri daxilində yerləşmir. İddiaçının iddia etiyi yarımçıq tikili, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin sərhədləri daxilində yerləşmir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsindən zəbt olunmuş 0,0218 ha torpaq sahəsindən çıxarılması, həmin sahədə inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və ona vurmuş olduğu 900 manat maddi ziyan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin 0,0218 sotunu hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt edərək istifadəsinə maneçilik törədir. Bərdə Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(021)-98/2022 nömrəli qətnaməsindən də görünür ki, ekspert rəyinə əsasən 36,12 kv.m torpaq sahəsinin onun mülkiyyətində olduğu qeyd olunmuşdur. Cavabdeh dəfələrlə zəbt etdiyi 0,0218 sot torpaq sahəsindən çıxmasını tələb etsədə, sonuncu imtina etmişdir. Cavabdeh torpaq sahəsində yarımçıq tikili tikmiş və günü gündən oranı daha da böyütmək niyyətindədir. Həmçinin həmin sahədə ağaclar əkmiş, sulamış və onlara yaxşı baxmışdır. Lakin Cavabdeh torpaq sahəsini zəbt etdiyi gündən 450 ədəd ağaclarını heç zaman sulamamış və xərc çəkib düzəltdiyi su borusunu məhv etmişdir. Halbu ki, su borusunun çəkilməsi üçün 560 manat, 20 ədəd su paylayıcı üçün 100 manat xərc çəkmiş və borunu düzəltmək üçün 3 nəfər ustaya 240 manat vermişdir. Torpaq sahəsində əkmiş olduğu və hazırda məhv olmuş 450 ədəd ağaca dəymiş ziyanın və su borusu üçün çəkdiyi 900 manat pulun alınıb ona verilməsini tələb etsədə, heç bir nəticəsi olmamışdır.
6. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-510/2023 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, ziyan tələbi və tikilinin sökülməsi tələbi rədd edilməsi; Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107, 119.1, 214, 217.4, 216-220, 233, 357, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin 0,0218 sot hissəsi cavabdeh qanunsuz olaraq zəbt etmiş və yarımçıq tikili tikdirmişdir. Həmçinin əkdiyi ağaclar suvarılmadığına görə qurumuş və nəticədə ona ziyan dəymişdir. Cavabdehin tikdirdiyi yarımçıq tikili su arxının üzərində inşa edilmişdir. Halbu ki, həmin arx kanaldan gələn suyun sahəyə verilməsi üçün nəzərdə tutulub.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh su arxının üstündə tikdirdiyi yarımçıq tikilini səkərsə sudan maneəsiz istifadə bərpa olar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini zəbt etməmişdir. Belə ki, həmin torpaq sahəsini 2005-ci ildə almış və orada yarımçıq tikili inşa etdirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
19. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
20. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
21. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir və buna dair sonuncuya da Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 dekabr 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan 0,14 ha hatorpaq sahəsinin 0,0218 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, torpaq sahəsinə gələn su arxının üzərində yarımçıq tikili tikdiyini və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 900 mamnat ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Bununla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflərin hər birinin mülkiyyətinə qanuni əsaslarla torpaq verilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsini (iddiaçının mülkiyyətində olan) 2005-ci ildən aldığını qeyd etsədə, lakin sonuncunun bu dəlili alınmış mütəxəssis, eləcədə ekspert rəyi ilə təsdiq olunmur.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş 19 aprel 2024-cü il tarixli 3-16-16/2-10/155 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə uyğun olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********82 reyestr nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən bütünlüklə istifadə edilməsi, mübahisəli torpaq sahəsində yarımçıq tikili mövcuddur. Lakin Cavabdeh tərəfindən tikilibtikilməməsini təyin etmək ərazi idarəsinin səlahiyyətləri xaricində olması, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi rəyə əlavə edilmiş planda öz əksini tapması, həmin torpaq sahəsi iddiaçının iddiasında qeyd edilən torpaq sahəsi ilə eynilik təşkil etmir, üst-üstə düşmür və onun sərhədləri daxilində yerləşməməsi, iddiaçının iddia etiyi yarımçıq tikili, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********27 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış və 000663 nömrəli "torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin sərhədləri daxilində yerləşmədiyi müəyyən olunmuşdur.
40. Göründüyü kimi İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməsi, eləcədə həmin torpaqda yarımçıq tikili inşa edilməsi ekspert rəyi ilə təsdiq olunur. Ekspert rəyində iddiaçının mülkiyyətində olan yarımçıq tikilinin kim tərəfindən inşa olunması göstərilməsədə, lakin həmin tikilinin Cavabdeh tərəfindən inşa edildiyi sonuncunun özünün apellyasiya icraatı zamanı verdiyi izahatla təsdiq olunmuşdur.
41. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan 0,14 ha torpaq sahəsini bütövlüklə istifadə edir. Torpaq sahəsinin bütövlüklə cavabdeh tərəfindən istifadə olunmasına baxmayaraq İddiaçı iddia ərizısində cavabdehin 0,0218 ha hissəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
43. İddia tələbinin cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 900 manat ziyan dəyməsinə münasibətdə kollegiya iddianı əsaslı saymır. Belə ki, İddiaçı cavabdehə qarşı belə bir iddia qaldırsada, lakin bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsinin zəbt edilmiş 0,0218 ha hissəsindən çıxarılması, həmin sahədə inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və vurulmuş maddi ziyana görə cavabdehdən 900 manat alınıb ona verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 0,0218 ha hissəsindən çıxarılmalı, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsində inşa etdirdiyi yarımçıq tikili onun öz vəsaiti hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 19 aprel 2024-cü il tarixli 16-16/2-10/155 nömrəli bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, eləcədə ödənilmiş 100 manat dövlət rüsümunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(021)-510/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsinin zəbt edilmiş 0,0218 ha hissəsindən çıxarılması, həmin sahədə inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və vurulmuş maddi ziyana görə 900 manat alınıb ona verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə rayonu Birinci Qaradəmirçi kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 0,0218 ha hissəsindən çıxarılsın. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsində inşa etdirdiyi yarımçıq tikili onun öz vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsümunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.