Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2514/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(043)-1511/2010 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərardadından iş üzrə hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə dair Cavabdehlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəmsinin 11 noyabr 2010-cu il tarixli, 2(043)- 1511/2010 saylı qətnaməsi ilə (hakim İ.Şükürov) iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri, Krılov küçəsində yerləşən sahələri 18,9 kv,m, 10,4 kv,m, 18,1 kv,m, 16,6 kv.m dörd yaşayış otağı, 21,5 kv,m, 41,2 kv.m, 6,6 kv,m, 10,8 kv.m köməkçi sahələr, 18,0 kv.m, 10,2 kv,m, 10,8 kv,m, 58,3 kv,m, 10,9 kv,m, 1,8 kv,m yarım zirzəmi 22,4 kv,m, 9,7 kv,m açıq eyvanı olan "B" literli yaşayış binasından ibarət 108 nömrəli yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması qət edilmişdir. Həmin qətnamədən iş üzrə hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa olunmasına dair ərizə verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 noyabr 2010-cu il tarixli, 2(043)-1511/2010 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsınə dair yenı qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə və şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 nömrəli, 11 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh olaraq Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə bağlı iddiasının təmin edilməsi qət edilmişdir. Qeyd olunan evdə onların yaşamalarına baxmayaraq, məhkəmə tərəfındən onların iştirakı təmin edilməmiş və onlar gizlədilməklə qətnamə çıxarılmışdır. İş materiallarında olan sübutlardan da göründüyü kimi iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağladığı əqd etibarsızdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş 2021-ci il tarixli aktdan görünür ki, qeyd olunan ev maraqlı şəxs olaraq onların anaları Almaz Məhərrəmovanın əri Muxtar Məhərrəmov tərəfindən birgə nikah dövründə alınmışdır. Həmin ev alınarkən anası ilə atası birgə nikah dövründə olmaqla birgə təsərrüfatı onlarla aparmışdır. Belə ki, iddiaçının özü işdə olan şəhadətnamədən və aktdan da göründüyü kimi 1991-ci il tarixdə ailə quraraq köçmüşdür. Həmin evin alınması dövründə isə iddiaçının 18 yaşı olmuşdur. Bu dövrdə bu yaşda qızın ev alması üçün kapital toplaması və yaxud ona kimsə pul vəsaiti verərək hədiyyə etməsi iş materiallarında heç bir sübutla təsdiq edilmir. Bu baxımdan bu yaşda qızın, yəni iddiaçının ev alması ağlabatan deyildir. Maraqlı şəxs olaraq onlar həmin evdə anaları Almaz Muxtarova ilə birgə həmin evdə yaşamışlar. Ancaq atalarının hara getməsi halı müəyyən deyil və araşdırılmamışdır. Bu halda onların varis olaraq maraqlı şəxs kimi əqdin bağlanmış hesab edilməsi dövründə mülkiyyət hüquqları yaranır. Burada hətta belə məhkəmə maraqlı şəxs olaraq onların gözlənilən mülkiyyət hüququ ilə bağlı məsələni də araşdırmaqla ona hüquqi qiymət verilməlidir. Qeyd olunan və məhkəmənin göstərdiyi inzibati məhkəmənin aktları isə hazırda mübahisələndirilmiş və bu qərarlar artıq hüquqi qüvvəyə malik deyillər. Əgər məhkəmə əqdin şahid ifadəsi ilə deyil yazılı şəkildə bağlanmış əqdlə təsdiq edildiyini göstərirsə, iş materiallarında iddiaçının evi cavabdehdən alması təsdiq edilmir. İş materiallarında olan aktdan da görünür ki, mübahisə edilən ev maraqlı şəxsin əri Muxtar Məhərrəmov tərəfındən cavabdehdən alınmışdır. İşin halları iddia tələbinin inkar edildiyini və apellyasiya şikayətinin dəlilinin təsdiq edildiyini göstərir. İş materiallarında olan və məhkəmənin istinad etdiyi Gəncə İnzibati Məhkəməsinin və Kəpəz Rayon Məhkəməsinin qətnamələri mübahisələndirilmiş və özünün imperativ halını itirmişlər. İddiaçının cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üzrə dəlili ilə bağlı onun 18 yaşında olması onun 1991-ci il tarixdə ailə qurması və şəxsiyyət vəsiqəsi ilə təsdiq edilir. Erməni qəsbkarlarının isə Azərbaycandan köçməsi halı 1988-ci il tarixdən 1990-cı il tarixədək davam etmişdir, həmin dövrdə isə iddiaçının heç 18 yaşı belə tamam olmamışdır. Məhkəmə iddiaçı tərəfindən onun 18 yaşı olduğu halda onun pulunun olub-olmaması və hansı əsasla necə həmin evi alması və həmin evin ataları tərəfindən onlara almaqla iddiaçının həmin evdə yaşamaması və onların varis olaraq mirasın qəbul edilməsi və mərhum qardaşı tərəfindən evin ona faktiki olaraq bağışlanması və ləyaqətsiz vərəsə olaraq qeyd olunan bağlı faktiki halları düzgün qiymətləndirməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Nurəddin qızının cavabdeh olaraq Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağışlanmış hesab edilməsi tələbi ilə bağlı iddiasının təmin edilməsi qət olunmuşdur. Qeyd olunan evdə onların yaşamalarına baxmayaraq, məhkəmə tərəfindən onların iştirakı təmin edilməmiş və onlar gizlədilməklə qətnamə çıxarılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1511/2010 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsində tərəf olmaqları bu haqda məlumatları olmamışdır. Bu haqda məlumatlar onlardan gizlədilmişdir. Lakin evləri haqqında məlumatı icra idarəsindən maraqlanan zaman bilmişlər. Bundan sonra ərizə yazaraq qətnaməni əldə etmişlər. Elektron Məhkəmə İnformasiya sistemi ilə sənədləri göndərmək istəsələr də, bu mümkün olmamışdır. İşin ili köhnə il olduğundan Elektron Məhkəmə Sistemində işin ili və qətnamə nömrəsi çıxmadığından nə sistem apellyasiya şikayəti kimi, nə də ki, vəkil müraciəti kimi işi qəbul etməmişdir. Bu baxımdan bütün göstərilən halları nəzərə alıb apellyasiya şikayəti üçün buraxılmış müddəti üzriü hesab edərək müddəti bərpa edib, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərar verilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(043)-1511/2010 nömrəli qərardadı ilə (hakim Z.İmanov) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1511/2010 nömrəli 11 noyabr 2010-cu il tarixli qətnaməsındən ış uzrə hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 apellyasiya şikayətinin verilməsi üçün ötürulmuş muddətın bərpası barədə ərizəsinin əsassız olduğundan rədd edilməsi və qətnamədən apellyasıya şıkayəti verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş uzrə hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs1 və X5 apellyasiya şıkayəti verərək, Gəncə Şəhər Məhkəməşmm13 sentyabr 2023-cü il tarixli, 2(043)- 1511/2010 nömrəli qərardadının ləğv edilməsinə və iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin edilməsinə, qətnamədən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2023cü il tarixli, 2(043)-1511/2010 nömrəli qərardadına əsasən iddiaçı maraqlı şəxs olaraq Gəncə Şəhər Məhkəməsinin 11 noyabr 2010-cu il tarıxlı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə şikayət vermək üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarmışdır. Məhkəmə qərardadında göstərir ki, onlar tərəfindən məhkəməyə hər hansı sadə əqd təqdim edilməməsi qənaətınə gəlməmişdir. Qeyd olunan evi mərhum ataları almış və onlarda atalarının varisi kimi hazırki, qətnaməni mübahisələndirirlər, bu baxımdan da məhkəmə onları maraqlarına toxunan şəxs kimi qiymətləndirməməsi əsassızdır. Həmçinin, məhkəmənin istinad etdiyi Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(114)-1124/2021 nömrəli qərarından da apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan sübutlardan da göründüyü kimi iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağladığı əqd etibarsızdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş 2021-ci il tarixli aktdan da görünür ki, qeyd olunan ev maraqlı şəxs olaraq onların anaları Almaz Məhərrəmovanın əri Muxtar Məhərrəmov tərəfindən birgə nigah dövründə alınmışdır. Həmin ev alınarkən anası ilə atası birgə nigah dövründə olmaqla, birgə təsərrüfat apararaq onlarla aparmışdır. Belə ki, iddiaçının özü işdə olan şəhadətnamədən və aktdan göründüyü kimi 1991-ci il tarixdə ailə quraraq köçmüşdür. Həmin evin alınması dövründə isə iddiaçının 18 yaşı olmuşdur. Bu dövrdə bu yaşda qızın ev alması üçün kapital toplaması və yaxud ona kimsə pul vəsaiti verərək hədiyyə etməsi iş materiallarında heç bir sübutla təsdiq edilmir. Bu baxımdan bu yaşda qızın yəni, iddiaçının ev alması ağlabatan deyildir. Maraqlı şəxs olaraq onlar həmin evdə anaları Almaz Muxtarova ilə birgə həmin evdə yaşamışlar. Ancaq atalarının hara getməsi halı müəyyən deyil və araşdırılmamışdır. Bu halda onların varis olaraq maraqlı şəxs kimi əqdin bağlanmış hesab edilməsi dövründə mülkiyyət hüquqları yaranır. Burada hətta belə məhkəmə maraqlı şəxs olaraq onların gözlənilən mülkiyyət hüququ ilə bağlı məsələni də araşdırmaqla ona hüquqi qiymət verilməlidir. Qeyd olunan və məhkəmənin göstərdiyi İnzibati Məhkəmənin aktları isə hazırda mübahisələndirilmiş və bu qərarlar artıq hüquqi qüvvəyə malik deyillər. Əgər məhkəmə əqdin şahid ifadəsi ilə deyil, yazılı şəkildə bağlanmış əqdlə təsdiq edildiyini göstərirsə, iş materiallarında iddiaçının evi cavabdehdən alması təsdiq edilmir. Lakin məhkəmə tərəfindən iddiaçının mirası qəbul etmədiyi halda mirasın qəbulu növbəlik üzrə 2-ci növbə vərəsəyə keçir. Həmçinin mərhum ataları qeyd olunan evi alaraq onlara bağışlamışdır. İş materiallarında olan aktdanda görünür ki, mübahisə edilən ev maraqlı şəxsin əri Muxtar Məhərrəmov tərfindən cavabdehdən alınmışdır. İşin halları iddia tələbinin inkar edildiyini və apellyasiya şikayətinin dəlilinin təsdiq edildiyini göstərir. İş materiallarında olan və məhkəmənin istinad etdiyi Gəncə İnzibati Məhkəmənin və Kəpəz Rayon Məhkəməsinin qətnamələri mübahisələndirilmiş və özünün imperativ halını itirmişlər. İddiaçının cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üzrə dəlili ilə bağlı onun 18 yaşında olması onun 1991-ci il tarixdə ailə qurması və şəxsiyyət vəsiqəsi ilə təsdiq edilir. Erməni qəsbkarlarının isə Azərbaycandan köçməsi halı 1988-ci il tarixdən 1990-cı il tarixədək davam etmişdir, həmin dövrdə isə iddiaçının heç 18 yaşı belə tamam olmamışdır. İş materiallarında olan sübutları birinci instansiya məhkəməsi və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş qeyd olunan evin onunla ərinin birgə nigah dövründə əldə etməkləri və iddiaçının 18 yaşı olmadığından yazılı əqd bağlanmadığını və əqdi bağlamaq səlahiyyətinin olmamasını və müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı AR Ali Məhkəməsinin Plenumunun bunun üçün 3-cü şərtin mövcudluğu halına qiymət verilməmişdir. Həmçinin məhkəmə həmin əmlakın dövlət qeydiyyatına alınıb-alınmaması halına da hüquqi qiymət verməmişdir. Yuxarda qeyd olunan hallar onu göstərir ki, hazırda onlar tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzürlü hesab edilməlidir Məhkəmə iddiaçı tərəfindən onun 18 yaşı olduğu halda onun pulunun olub-olmaması və hansı əsasla necə həmin evi atası tərəfindən onlara almaqla iddiaçının həmin evdə yaşamamsı və onların varis olaraq mirasın qəbul edilməsi mərhum qardaşı tərəfindən evin ona faktiki olaraq bağışlanması və ləyaqətsiz vərəsə olaraq qeyd olunan bağlı faktiki halları düzgün qiymətləndirməmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(043)-1511/2010 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 2(043)-1511/2010 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərardadından iş üzrə hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə baxılması üçün 2(043)-1511/2010 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(043)- 1511/2010 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 apellyasiya şikayətində ataları X1 mübahisəli evi Cavabdeh aldığını qeyd etsələr də, bu halı təsdiq edən hər hansı bir sadə yazılı əqdi sübut qismində məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, yalnız qeyd olunan sübut Maraqlı şəxs2 və Maraqlı şəxs1 hazırki iş üzrə mübahisələndirilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını təsdiq edə bilərdi. Eyni zamanda iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021- ci il tarixli, 2-1(114)-1124/2021 saylı qərarına əsasən Maraqlı şəxs2, X4 və Maraqlı şəxs1 mübahisəli evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmçinin Maraqlı şəxs2 və Maraqlı şəxs1 qeyd olunan məhkəmə aktlarının ləğv edilməsi ilə bağlı hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa, iş materiallarından görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 anası Almas Məhərrəmova bundan öncə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 nömrəli, 11 noyabr 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(104)-2500/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti vermək hüququnun olmaması əsası ilə şikayət qeyri-mümkün hesab edilməklə qəbul olunmamış hesab edilmişdir. Həmin qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022ci il tarixli, 2(102)-902/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi apellyasiya və kassasiya instansiyası məhkəməsi X3 münasibətdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 nömrəli 11 noyabr 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olmaması qənaətinə gəldiyindən həmin mövqe sonuncunun oğlanları Maraqlı şəxs2 və Maraqlı şəxs1 münasibətdə də tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iş üzrə məhkəmə iclasında tərəf kimi iştirak etməmiş, işdə tərəf olmamışlar. Bundan başqa Maraqlı şəxs1 və Maraqlı şəxs2 apellyasiya şikayəti ilə müraciət etdikləri iş üzrə qəbul edilmiş qətnamənin hüquqlarına toxunduğunu təsdiq edən sübut təqdim etməmişlər. Ən nəhayət işdən göründüyü kimi bundan əvvəl həmin qətnamədən Maraqlı şəxs1 və Maraqlı şəxs2 anaları X2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 nömrəli 11 noyabr 2010-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(104)-2500/2022 nömrəli qərardadı ilə qeyrimümkün hesab edilmişdir. Odur ki, kollegiya Maraqlı şəxs1 və Maraqlı şəxs2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1511/2010 nömrəli 11 noyabr 2010-cu il tarixli qətnaməsindən məlumatları olmamaları, bu haqda məlumatların onlardan gizlədildiyi, evləri haqqında məlumatı icra idarəsindən maraqlanan zaman bilmələrinə dair göstərilənləri inandırıcı saymır. Göründüyü kimi hazırkı iş qətnamənin Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər hansı hüququna toxunduğu müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(043)-1511/2010 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli 2(043)-1511/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2514/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2514/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver