Məhkəmə qərarları › İş №2(104)-2526/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2526/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2526/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibаrət tərkibdə, Daşkəsən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(030)-106/2019 nömrəli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Daşkəsən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(030)–106/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 711A seriyalı KOD 50600028 olan X1 məxsus olmasının müəyyən edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 711A seriyalı KOD 50600028 kod olan Şəhadətnamədə, X9 adına verilmiş xx.xx.1969-cu il tarixli İЗЖ 027422 nömrəli, X6 adına verilmiş xx.xx.1976-cı il tarixli AZ ******* nömrəli, X4 adına verilmiş xx.xx.1974-cü il tarixli İİ- ЖГ 446161 nömrəli, Cavabdeh adına verilmiş xx.xx.1980-ci il tarixli Vİ-ЖГ 458663 nömrəli, və İddiaçı adına verilmiş xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 276340 nömrəli doğum haqqında şəhadətnamələrdə ata qrafasında qeyd edilmiş X13 və X12 adına verilmiş xx.xx.1982-ci il tarixli İİİ-CЛ 495816 nömrəli doğum haqqında şəhadətnamələrdə ata qrafasında qeyd edilmiş X16 ilə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 445275 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X7, X9 adına verilmiş xx.xx.1969-cu il tarixli İ-ЗЖ 027422 nömrəli, X6 adına verilmiş xx.xx.1976-cı il tarixli AZ ******* nömrəli, X4 adına verilmiş xx.xx.1974-cü il tarixli İİ-ЖГ 446161 nömrəli, Cavabdeh adına verilmiş xx.xx.1980-ci il tarixli Vİ-ЖГ 458663 nömrəli, İddiaçı adına verilmiş xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 276340 nömrəli, X2 adına verilmiş xx.xx.1982-ci il tarixli İİİ- CЛ 495816 nömrəli, X17 adına verilmiş xx.xx.1969-cu il tarixli İ- ЗЖ 044697 nömrəli, X14 adına verilmiş xx.xx.1969-cu il tarixli İ- ЗK 044696 nömrəli, X8 adına verilmiş xx.xx.1972-ci il tarixli AZB 107405 nömrəli və X15 adına verilmiş xx.xx.1969-cu il tarixli İ- ЗЖ 044695 nömrəli doğum haqqında şəhadətnamələrin ana qrafasında qeyd edilmiş X21 ilə Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03190288 nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilmiş X5 eyni şəxs olması faktının müəyyən edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 711A seriyalı KOD 50600028 kod olan Şəhadətnaməyə əsasən X10 məxsus olmuş, miras qalmış Daşkəsən rayon Bayan kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qanun üzrə birinci növbədə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunması və həmin torpaq sahəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti vermiş və Daşkəsən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(030)-106/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən idarə işə cəlb edilməmişdir. Əgər həmin idarə iş üzrə tərəf olmamışdırsa, sözügedən qətnamə hansı məqsədlə müşayiət məktubu ilə məlumat üçün idarəyə göndərilmişdir. Qətnamənin nəticə hissəsini nəzərdə keçirərkən açıq və aydın şəkildə torpaq sahəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının tanınması qeyd olunmuşdur. Məhkəmə öz qərardadında ərazi idarəsinin yalnız hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı funskiyaları həyata keçirən bir orqan olduğunu bildirmiş, qətnamədə iddiaçının mülkiyyət hüquqlarının tanınmasını qət etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 18 noyabr 2024-ci il tarixli 2(030)-106/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Daşkəsən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(030)–106/2019 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti vermiş və Daşkəsən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(030)-106/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılmış iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəf və ya üçüncü şəxs qismində proses iştirakçısı olmamışdır. Habelə, həmin idarə hüquqların dövlət qeydiyyatına alınmasını həyata keçirən orqan olduğundan qəbul edilən qətnamənin həmin təşkilatın hüquq və vəzifələrinə toxunması halı baş verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsində icraat da bu imkanlardan biridir. Apellyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətin prosessual formasıdır. Hazırkı işdən isə Daşkəsən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(030)–106/2019 saylı qətnaməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hər hansı hüquqlarını, habelə qanunla qorunan mənafelərini pozması müəyyən olunmur. Eyni zamanda apellyasiya şikayətində şikayət verənin hüquq və vəzifələrinə toxunan hallar göstərilməmişdir. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(030)-106/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar