Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2528/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mirasın qəbul edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı mirasın qəbul edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1837/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 539 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Divanlı kəndində yaşayır.
2. RX seriyalı, №0761780 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, **********50 reyestr nömrəli X5 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Körpüsındıran kəndində kənd təsərrüfat təyinatlı 0.88 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə X5, X6, Cavabdeh1, X7 ümumi birgə mülkiyyətindədir.
3. Torpağın mülkiyyətə verilməsinə dair JN-075A KOD-61008068 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.23 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X5, X6, Cavabdeh1, X7 mülkiyyətinə verilmişdir.
4. Torpağın mülkiyyətə verilməsinə dair JN-075B KOD-61008068 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X5, X6, Cavabdeh1, X7 mülkiyyətinə verilmişdir.
5. Torpağın mülkiyyətə verilməsinə dair JN-075C KOD-61008068 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.02 ha torpaq sahəsi Bərdə rayon Körpüqıran kənd sakinləri X5, X6, Cavabdeh1, X7 mülkiyyətinə verilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X5 barəsində vərəsəlik işinin açılıb açılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasına nəzər salınmış 10 iyul 2023-cü il tarixədək olan dövrə heç bir məlumat aşkar olunmamışdır.
7. Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, X10 özünə məxsus olan torpaq sahələrini oğluna satmışdır.
8. Bərdə Rayon Məhkəməsinin 1(021)-6/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 Pərvanə Telman qızına Bakı şəhərində jurnalistlərə tikilən evlərdən yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində 13000 (on üç min) manat, 18 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3000 (üç min) manat olmaqla ümumilikdə 16000 (on altı min) manat pulunu ələ keçirərək zərərçəkmiş İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən (öldüyü üçün) xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin mərhum X5 vərəsələri olmaları və mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdehlər tərəfindən mərhum X5 mirasının qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin mərhum ataları Əmrahov Mülkǝdar Hüseyn oğluna 16.000 manat pul vermişdir. Onun dələduzluq əməlinə görə barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 ci və 178.2.4 cü maddələri ilə cinayət işi başlanaraq təqsirli bilinməklə məhkəməyə verilmişdir. Lakin, X10 vəfat etdiyi üçün xx.xx.2023 cü il tarixdə Bərdə rayon məhkəməsinin 1(021)-6 saylı qərarı ilə cinayət işinə xitam verilmişdir. İstintaq gedən vaxtı Daşınmaz Əmlakın 7 saylı Bərdə ərzi idarəsi tərəfindən verilmiş məktubda görünür ki, mərhumun ailə üzvləri ilə birgə Bərdə rayon Körpüqıran kəndində 0.88 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və 023 ha JN75 A həyətyani torpaq sahəsi eyni ilə də 0.02 ha JN 75C, JN 75B 005 ha həyətyani torpaq sahəsi mərhumun adına qeydiyatda olması aşkarlanmışdır. Cavadehlər kimi qeyd etdiyi şəxslər mərhum X5 övladlarıdır. Bütün əmlakları vərəsələri olaraq qəbul etdikləri üçün mirasın onların qəbul etmələrinə dair qətnamənin çıxarılmasını istəyir.
12. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1837/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X4 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunması, iddia tələbi qalan hissədə təmin olunmaması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X4 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin ounmaması qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.1 və 1243.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 216-220, 227, 307 və 308ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1837/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum atasına məxsus olan pay torpaq sahəsi və həyətyanı torpaq sahələrindən ancaq o istifadə etmir. Bütün ailə üzvləri istifadə edir. Sözügedən həyətyanı sahədə və onun üzərində tikilmiş evdə anası yaşayır. Pay torpaq sahələrindən isə o, qardaşı və bacıları istifadə edirlər. Ancaq, atasının kiməsə borcu qalmışdırsa, onun həmin borcu qaytarmağa maddi imkanı yoxdur. Onun iradəsinin əleyhinə olaraq miras əmlakı qəbul etməyinin boynuna qoyulması onun maddi vəziyyətinə mənfi təsir göstərəcək. Torpaqdan ona görə istifadə edirlər ki, yarasız hala düşməsin. Bu gündən torpaqdan istifadə etməni dayandırır. Hazırki iddia tələbinə cabab verməli olmadığı halda, onu cavabdeh kimi mirası qəbul etməyinə məcbur edilməyi qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, atası mərhum X10 Bakı şəhərində jurnalistlər üçün tikilən evlərdən İddiaçı da verilməsi üçün sonuncunu aldadaraq pulunu mənimsəmişdir. Lakin, həmin puldan onun heç bir xəbəri yoxdur. O, həmin zaman iddiaçıya xəbədarlıq etsə də, iddiaçı yenə də onun atası ilə razılaşmışdır. Ona görə də dəymiş zərərə görə heç bir pul vermək istəmir. Həm də hazırda maddi imkanı zəifdir və buna görə də pul verə bilməz. Həmçinin, o anası ilə birlikdə torpaq sahələrindən istifadə etmişdir. Belə ki, torpaq sahələrinin məhv olmaması üçün istifadə etmişdir. Həmçinin, o atasından miras qalan qalmış torpaq sahələrini miras kimi qəbul etməmişdir və həmin sahələrdən isə imtina edir. Maddi imkanı olmadığı üçün İddiaçı yalnız torpaq sahəsindən pay verə bilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, mərhum X10 onu aldadaraq Bakı şəhərində jurnalistlər üçün tikilən evlərdən ona ev veriləcəyini və əmək haqqının veriləcəyini bildirərək yalandan vəd verirmiş, ümumilikdə isə 16.000 manat pulunu ələ keçirərək ona maddi ziyan vurmuşdur. Buna görə də mərhum Mülkədar Əmrahova Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Həmin cinayət işi üzrə o zərəçəkmiş şəxs qismində tanınmışdır. Lakin, təqsirləndirilən şəxs X10 məhkəmə icraatı dövründə vəfat etdiyindən cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs öldüyü üçün o məcbur qalıb pulun alınmasına görə mərhumun vərəsələrinə qarşı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhumun vərəsələri miras əmlakı qəbul etsələrdə onu sənədləşdirməmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
21. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
22. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
24. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
26. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
27. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı.
28. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı:
29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 307.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edir.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
46. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
47. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X4 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunması, iddia tələbi qalan hissədə təmin olunmaması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X4 miras qalmış Bərdə rayonu, Körpüsındıran kəndində yerləşən 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
48. Göründüyü kimi, məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X4 miras qalmış əmlakların qəbul etməsi müəyyən olunsa da, məhkəmə torpaq sahələrinin paylı mülkiyyətdə olmasını nəzərə almamış və cavabdehlərin mərhumun hansı payına münasibətdə mirası əmlakını qəbul etməsini müəyyən etməmişdir.
49. Halbuki, Azərbaycan Respublikasının MPM-in 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir.
51. Göründüyü kimi, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.
52. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, maddi hüquq normalarının pozulması sayılır.
53. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.
54. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.
55. Belə ki, işin halları ondan ibarətdir ki, mərhum X10 İddiaçı yalandan vəd verərək etibarından sui-istifadə ədərək 16.000 manat məbləğində pulunu ələ keçirmişdir. Buna görə də Mülkədar Əmrahova Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Həmin cinayət işi üzrə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdır. Lakin, təqsirləndirilən şəxs X10 xx.xx.2023-cü il tarixdə məhkəmə icraatı dövründə öldüyü üçün cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs öldüyü üçün iddiaçı pulun alınması üçün mərhumun vərəsələrinə qarşı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
56. Eyni zamanda müəyyən edilmişdir ki, mərhum X5 adına Bərdə rayonu, Körpüsındıran kəndində 4 nəfər ailə üzvü - X11, Cavabdeh1, X12 ilə birlikdə 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X5 adına Bərdə rayonu, Körpüsındıran kəndində 4 nəfər ailə üzvü - X11, Cavabdeh1, X12 ilə birlikdə 0.23 ha, 0.05 ha vǝ 0.02 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Bərdə rayon Körpüsındıran bələdiyyəsinin və Bərdə rayon Kələntərli kənd İN-nin tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, X10 özünə məxsus olan torpaq sahələrinin öğluna satmışdır. Həmin aktın məzmunu ilə, torpaq sahələrinin Cavabdeh1 istifadəsinə olması müəyyən edilmişdir. Bundan əlavə isə mərhum X5 barəsində vərəsəlik işinin açılıb-açılmamasına dair “Elektron notariat” X1 məlumat axtarışı bazasında heç bir məlumat aşkar olunmamışdır.
57. Məhkəmə Kollegiyası göstərir ki, tərəflər arasında yaranmış mübahisə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə aşağıda göstərilən normalar tətbiq olunmalıdır.
58. X18 2023-cü ildə vəfat etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 217.2ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
59. Belə ki, mülki qanunvericiliyə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir.
60. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
61. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən atasından qalmış miras əmlak faktiki olaraq qəbul edilmişdir. Belə ki, onlar atasının ölümündən sonra atasının dəfnini təşkil etmiş, habelə pay torpaq sahələrinə sahiblik etmişlər. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan atalarına məxsus torpaq sahələrini faktiki olaraq istifadə etdiklərini bildirmişlər. Həmçinin, Cavabdeh1 məhkəmə kollegiyasında verdiyi izahatda həmin torpaq sahələrindən istifadə etdiyi və torpağın pis vəziyyətə düşməməsi üçün əkinçiliklə məşğul olduğunu bildirmişdir.
62. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi digər cavabdehlər Cavabdeh3 və X3 münasibətdə təmin olunmamalıdır. Belə ki, onlar çoxdan ailə quraraq ata yurdunu tərk etmişlər və miras əmlakdan faktiki olaraq istifadə etmirlər.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
64. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.
65. Baxılan işdə mərhum Mülkədar Əmrahovdan qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
66. Eyni zamanda, mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
67. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
68. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
69. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
70. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
71. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
77. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir.
78. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.2, 385.1.1, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1837/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bərdə rayon Körpüqıran kəndinə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN- 075B seriyalı, KOD-61008068 nömrəli şəhadətnamə ilə 0.05 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075C seriyalı, KOD-61008068 nömrəli şəhadətnamə ilə 0.02 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075A seriyalı, KOD- 61008068 nömrəli şəhadətnamə ilə 0.23 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla 0.88 ha torpaq sahəsinin mərhum X5 payına düşən ¼ hissəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mirasin qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.