Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-253/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onunla paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinə, 1000 manat vəkil xidmət haqqının, 100+1 manat dövlət rüsumunun Cavabdeh Bayram qızından alınıb ona – İddiaçı2 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısıdır. Digər iddiaçılar İddiaçı3 onun həyat yoldaşı, İddiaçı1 isə qızıdır. O, digər İddiaçı3 ilə1997-ci ildə faktiki evlənməklə, aralarındakı nikahı xx.xx.2017-ci ildə Gədəbəy rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmışlar. Bu nikahdan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2001-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. O, idigər İddiaçı3 ilə ailə qurarkən, onlar Gədəbəy şəhəri, İsgəndər Aznavurov küçəsi, 14 saylı fərdi yaşayış evində yaşamağa başlamışlar. Yeddi il orada yaşadıqdan sonra aralarında yaranan mübahisəyə görə həmin evdən köçmüşlər. Valideynlərinin vəfatından sonra o- İddiaçı2 Cavabdeh ilə birlikdə valideynlərinin qanun üzrə vərəsəsi tanınmış və hər ikisi miras əmlakla bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. DƏDRX-in hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həm onun, həm də cavabdehin adına ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bu Çıxarışa əsasən ümumi sahəsi 46.80 kv.m. olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət payı naturada ayrılıb ona təhvil verilsə də, evlə bağlı payının naturada bölünməsi mümkün olmamışdır. Bu səbəbdən də, mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməyi ilə bağlı məhkəməyə müraciət etmişlər. Gədəbəy Rayon Məhkəməsi isə onların bu iddiasını təmin etməmişdir. Halbu ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh kimi ona da mərhum valideynlərindən miras qalmış və o- İddiaçı2 həmin evə qanun üzrə vərəsə tanınmışdır. Bu səbəbdən həmin fərdi yaşayış evində yaşamaq hüququ vardır. Həmin fərdi yaşayış evi iki otaqlı olmaqla, həm də, yardımçı sahədən ibarətdir. Ona görə də, o, İddiaçı2 ailəsi ilə birlikdə həmin evdə yaşaya bilər. Lakin buna baxmayaraq cavabdeh onların bu hüququnu məhdudlaşdırır. Məhkəmə isə cavabdehin mövqeyindən çıxış edir. Qeyd olunan qətnamə iddiaçıların hüquq və qanuni mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh əslində həmin evdə qonaq kimi yaşayır. O, ailə qurub və başqa rayonda evi var. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Tahir və Solmaz bacı-qardaşdırlar. İddiaçıların başqa yaşayış yerləri yoxdur, cavabdeh isə onları paylı mülkiyyətdə olan evinə buraxmır. Cavabdeh əslində uzun müddətdir ki, Tərtər Rayonuna gəlijn köçməklə, orada özünə aid evdə yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, iddiaçıların həmin həyətdə ayrıca evi vardır. Tahir onun qardaşıdır, evə köçürülməsinə razı deyildir. O, Tərtərə köçmüş, lakin 1983-cü ildən qayıtmış, mübahisəli evdə yaşamışdır. Tahir həmin evdə yaşamamışdır. Onun başqa evi yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin elektron sistemdə olan əmlak məlumatlarında adına Tərtər şəhərində yaşayış evinin olması barədə sualına cavab olaraq bildirdi ki, mübahisəli evi oğlu üçün nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli, Cavabdeh vəkil xidmət haqqının əvəzi qismində 100 manat pulun tutularaq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49- 10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 2(042)-434/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Elektron sistemdə Cavabdeh əmlak məlumatları üzrə xüsusi mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: ünvan 2 ünvanında 0,18 ha torpaq sahəsində yerləşən yerləşən yaşayış evi, Tərtər şəhəri, H.Əliyev prospekti, 81A saylı 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi və Gədəbəy şəhərində kənd təsərrüfatı təyinatlı 0,0996 ha torpaq sahəsi. İddianı rədd edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 2(042)-434/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli ekspert rəyinə əsasən, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4.0 kv.m sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evindən İddiaçı2 məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamış və fərdi yaşayış evindən iddiaçının naturada payının ayrılması hissəsində iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin bir yaşayış otağından ibarət olmaqla kiçik bir ev olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə mülkiyyətçi İddiaçı2 payına 4.0 kv.m sahə düşdüyünü nəzərə alsaq, İddiaçı2 və ailə üzvləri olan digər iddiaçılar İddiaçı3 və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülmələri və həmin evdə yaşayış ehtiyaclarını təmin etmələri mümkün görünmür. Ona görə də, məhkəmə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı2 mülkiyyətindədir. Cavabdeh X3 mülkiyyətçi olan iddiaçılar İddiaçı2 və onun ailə üzvləri İddiaçı3 və İddiaçı1 sözügedən evə köçməsinə və orda yaşamasına maneələr yaratmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissədə mülkiyyətçisi olduğundan onun və sonuncunun razılığı əsasında həyat yoldaşı İddiaçı3 və qızı İddiaçı1 digər mülkiyyətçilərlə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından, İddiaçı2 ailə üzvləri İddiaçı3 və İddiaçı1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 1/6 hissədə İddiaçı2 mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüquqları vardır, həmçinin onun mülkiyyətçi kimi öz ailə üzvlərini (uşaqlarını) mülkiyyətində olan evə köçürməyə ixtiyarları olduğundan, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə uyğun olaraq, vəkil xərci kimi 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı2 verilməsi ağlabatan məbləğdir. Məhkəmə kollegiyası onu da, qeyd edir ki, Elektron sistemdə Cavabdeh əmlak məlumatları üzrə xüsusi mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: ünvan 2 ünvanında 0,18 ha torpaq sahəsində yerləşən yerləşən yaşayış evi, Tərtər şəhəri, H.Əliyev prospekti, 81A saylı 0,06 ha torpaq sahəsində yerləşən yaşayış evi və Gədəbəy şəhərində kənd təsərrüfatı təyinatlı 0,0996 ha torpaq sahəsi. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli, Cavabdeh vəkil xidmət haqqının əvəzi qismində 100 manat pulun tutularaq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 385-386, 290, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-888/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh vəkil xidmət haqqının əvəzi qismində 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-253/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-253/2025
16.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver