Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2541/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, bina 2, 46 saylı mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-947/2014 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı şəxsi əşyalarla birgə mənzildən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-947/2014 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-947/2014 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı ilə İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044) 947/2014 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Hakim qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə qəbul edilərkən iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmiş, qətnamənin surəti poçt vasitəsilə göndərilmişdir. İddiaçı apellyasiya şikayətində qətnaməni xx.xx.2023-cü il tarixdə aldığını göstərmiş olsa da, onun nümayəndəsi xx.xx.2014-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və qətnamədən tam məlumatı olmuşdur. Lakin bu qədər uzun müddət keçməsinə baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə yalnız xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmənin qəbul etdiyi qərardadla razı deyildir. Belə ki, həmin qətnamə iddiaçıya və ya onun nümayəndəsinə rəsmi qaydada verilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı ilə, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-947/2014 saylı mülki iş materiallarından görünür ki, həmin iş üzrə xx.xx.2014-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə qətnamə qəbul edilmiş və qətnamənin surəti tərəflərə poçt vasitəsilə göndərilmişdir. İddiaçı apellyasiya şikayətində həmin qətnaməni 30 avqust 2023-cü il tarixdə aldığını göstərmiş olsa da, onun nümayəndəsi xx.xx.2014-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və qətnamədən tam məlumatlı olmuşdur. Lakin qeyd edilən qətnamədən apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə, yalnız xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin: 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi qaytarılır. 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 130, 133, 263-264, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-947/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2541/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2541/2023
02.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver