Məhkəmə qərarları › İş №2(104)-2578/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2578/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2578/2024 23.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 1163/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1163/2024 saylı, 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə qeyd olunan iddia təmin edilmişdir. Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1163/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti qeri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1643/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə qeyd olunan şikayət geri qaytarılmışdır. Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq Ağdam rayon Məhkəməsinin qeyd olunan qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(013)-1163/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə dair qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-1163/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh şikayətinin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1163/2024 saylı qərardadından Cavabdeh verdiyi şikayət onun tərəfindən elektron qaydada imzalanmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində xahişi ondan ibarətdir olmuşdur ki, o, birinci instasiya məhkəməsinin qətnaməsini hissə-hissə icra etmək istəyir. Bu hal isə cavabdehin apellyasiya şikayətində məhkəmədən xahişini mücərrət və anlaşılmaz etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1163/2024 saylı qərardadından Cavabdeh verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Həmçinin, cavabdehə izah edilməlidir ki, gələcəkdə qətnamənin icrası zamanı qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə müvafiq icra və probasiya orqanına müraciət edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1163/2024 saylı qərardadından Cavabdeh verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar