Məhkəmə qərarları › İş №2(104)-258/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-258/2024

13.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-258/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-203/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 244 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Mollalı kəndində yaşayır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********03 nömrəli sorğuya cavabdan görünür ki, idarənin mütəxəssisi tərəfindən xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı verilmiş 2,90 ha torpaq sahəsinin (TEKUİS)-ə əsasən koordinatları naturada tanıdılmış və müvafiq akt tərtib edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 2.9096 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 3,10 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

5. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Mollalı kəndində yaşayır.

6. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-157/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8, İddiaçı, X6, X4, X3 Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2665/2022 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

8. 21.04.2022-ci il tarixli aktdan görünür ki, Bərdə rayonu, Mollalı kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizəsinə əsasən ******* nömrəli çıxarış olan 2,90 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları “TEKSUİS” proqramına əsasən GPS alıəti vasitəsi ilə ölçülüb özünə tanıdıldı. 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi İlham Bəhrəmiyyə və Veys Məmmədov, ərizəçi İddiaçı, Bərdə rayon Mollalı mkənd Bələdiyyə sədri İlqar Çıraxlı, Bərdə rayon Mollalı kənd sakini qonşu İddiaçıqulu da aktı təsdiq etmişlər.

9. Gəncə apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2685/2022 nömrəli qərardadından görünür ki, şikayət təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli, 2(021)-2665/2022 nömrəli qərardadları ləğv edilmişdir. Mülki iş materialları Bərdə rayon Məhkəməsinə qaytarılmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 21-3- 46/2-1467/2023 nömrəli sorğuya cavabdan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı hal-hazırda qardaşı İddiaçıqulu Əziz oğlu ilə birlikdə naturada 4.49 ha torpaq sahəsindən istifadə edir. TEKUİS məlumat bazasına əsasən isə onlara JN-202 saylı Dövlət aktı ilə 2.90 ha və JN- 201 saylı Dövlət aktı ilə 2.75 ha, cəmi 5.65 ha pay torpağı nəzərdə tutulmuşdur. Cavabdeh isə TEKUİS məlumat bazasına əsasən JN-203 saylı Dövlət aktı ilə 3.18 ha pay torpaq sahəsi nəzərdə tutulsa da, naturada 3.27 ha torpaq sahəsindən istifadə edir. Odur ki, ilkin torpaq islahatı zamanı Mollalı təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində iddiaçı və cavabdehin pay torpaqları yerləşdiyi 87 saylı konturda pay torpaqlarına ayrılmış torpaq sahəsi ümumilikdə 22.20 ha nəzərdə tutulsa da, TEKUİS məlumat bazasında və naturada həmin konturda yerləşən pay torpaqları ümumilikdə 21.05 ha təşkil edir. Yəni hal-hazırda ümumi konturda 1.15 ha pay torpaq sahəsi çatışmamazlığı vardır. İddiaçı və cavabdehin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq olduğundan TEKUİS məlumat bazasına əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan 2.90 ha pay torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh tərəfindən, qalan 1.73 ha hissəsi isə hal-hazırda İddiaçı və qardaşı İddiaçıqulu Əziz oğlu tərəfindən istifadə edilir. Hal-hazırda cavabdeh, sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən naturada cəmi 0.09 ha artıq istifadə edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2082 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Repsublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayıllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastr uçotu məlumat bazasında yerləşdirilmişdir. İddiaçı və Cavabdeh faktiki istifadə etdikləri pay torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayon Mollalı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisə edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-203 saylı Dövlət aktı ilə Cavabdeh mülkiyyətinə 3,18 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdehin naturada 3,27 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0,20 ha hissəsi, kompleks yerquruluşu layihəsinə əsasən JN-204 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,17 ha hissəsi isə JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-202 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,91 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Qardaşı İddiaçıqulu Əziz oğlunun JN-201 saylı Dövlət aktı ilə mülkiyyətin 2,75 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. İddiaçı və qardaşı hal-hazırda birgə naturada 4,49 ha torpaq sahəsindən istifadə edir. Cəmi mülkiyyətlərindən əskik qalan torpaq sahəsinin, 0,18 ha hissəsi JN-203 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,99 ha hissəsi isə digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. TEKUİS məlumat bazasına əsasən isə Cavabdeh naturada istifadə etdiyi 3,27 ha torpaq sahəsinin 1,17 ha hissəsi JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd: Təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan yəni həmin konturda 1,15 ha torpaq sahəsinin çatışmazlığı olduğundan, pay torpaq sahibləri mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına və sahə (hektar) ölçülərinə uyğun istifadə etmədikləri müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun Bərdə rayonu, Mollalı kəndində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu Mollalı kəndinin ərazisində 2,9096 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən 2,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. 2019-cu ilə qədər xüsusi mülkiyyətləri olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özləri əkib becərmişlər. Lakin 2019-cu ildən Bərdə rayonu Mollalı kəndində yaşayan Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edib torpaq sahəsində kənd təsərrüfatı təyinatlı bitkilər əkib becǝrǝrǝk mənfəət götürmüş və onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Onların isə yeganə dolanışıq mənbəyi həmin torpaq sahəsidir. Çünki heç biri digər sahədə işləmir. Qeyd etdiyi kimi Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə veriləndən sonra 2019-cu ilə qədər özləri əkib-becərmişlər, dövlət tərəfindən verilən subsidiyanı da özləri almışlar, torpaq sahəsinin vergilərini özü ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubuna əsasən, Bərdə rayon, Mollalı kəndi ərazisində xx.xx.2013-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2.90 ha torpaq sahəsinin naturada tanıdılması barədə məktuba «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, idarənin mütəxəssisi tərəfindən xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən onlara verilmiş 2.90 ha torpaq sahəsinin (TEKUİS) koordinatları naturada tanıdılmış və müvafiq akt tərtib edilmişdir. Həmin akta görə mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus torpaq sahəsidir. Qeyd edir ki, cavabdehin özünün kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Dəfələrlə ona və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını cavabdehin özündən şifahi xahiş etmişdir. Ancaq Cavabdeh torpaq sahəsindən çıxmamışdır. Bununla da Cavabdeh onun hüquqlarımı pozmuşdur.

15. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-203/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), iddianın qismən təmin edilməsi, Cavabdeh Bərdə rayonu, Mollalı kəndində yerləşən iddiaçıya ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,17 ha hissəsindən çıxarılsın və iddiaçının torpaqdan istifadə hüququnun Cavabdeh tərəfindən pozulması hərəkətlərinə son qoyulması, ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh iddiaçının xeyrinə tutulsun, geri qalan 50 manat hissə isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(021)-203/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mütəxəssis tərəfindən verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilmişdir. Lakin, həmin ekspert rəyi aşağıdakı əsaslara görə möhtəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, onların mülkiyyətində olan torpaq sahəsinin kordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən verilmiş torpağın plan və ölçü sənədində aydın göstərilmişdir. Torpağın hüdudlarını müəyyən edən kordinatların olmasına baxmayaraq mütəxəssis tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin kordinatları dəqiq müəyyən edilməmiş və bu torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməmişdir. Mütəxəsis tərəfindən verilmiş rəy, yuxarıda qeyd etdiyi maddi hüquq normalarının və eyni zamanda onun torpaq üzərindəki Dövlət tərəfindən qorunmasına təminat verilmiş mülkiyyət hüquqlarını kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Əlavə olaraq qeyd edir ki, işə mahiyyəti üzrə Bərdə rayon məhkəməsində baxılmışdır. İddiaçı və digər ailə üzvləri ona qarşı torpaqdan çıxarılma tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(021)-157/2020 saylı qətnaməsinə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Ona görə də işə apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar araşdırılmalı və təkrar ekspertiza təyin edilməklə mübahisəli torpaq sahəsinin hüdudları dəqiq müəyyən edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 3,10 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, iddiaçının torpaq sahəsi onun torpaq sahəsi ilə qonşuluqda yerləşir. Hazırda iddiaçının torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Belə ki, torpağın hüdudlarını müəyyən edən kordinatların olmasına baxmayaraq mütəxəssis tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin kordinatları dəqiq müəyyən edilməmiş və bu torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməmişdir. Hesab edir ki, mütəxəssis tərəfindən verilmiş rəy düzgün tərtib edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu Mollalı kəndinin ərazisində 2,9096 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir və xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu Mollalı kəndində yerləşən 2,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmişdir. Lakin, hazırda onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş. Ancaq, bu barədə cavabdehə bildirsə də sonuncu əməllərini dayandırmamışdır. Buna görə də aralarında razılıq əldə edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşunun Təşkil şöbəsinin yerquruluşu üzrə mühəndəsi X5 ifadə verərək göstərmişdir ki, mübahisəli torpaq sahələrinə onlar tərəfindən baxış keçirilərək müayinə aparılmışdır. Belə ki, İddiaçı və Cavabdeh faktiki istifadə etdikləri pay torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayon Mollalı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisə edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-203 saylı Dövlət aktı ilə Cavabdeh mülkiyyətinə 3,18 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdehin naturada 3,27 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0,20 ha hissəsi, kompleks yerquruluşu layihəsinə əsasən JN-204 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,17 ha hissəsi isə JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-202 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,91 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Qardaşı İddiaçıqulu Əziz oğlunun JN-201 saylı Dövlət aktı ilə mülkiyyətin 2,75 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. İddiaçı və qardaşı hal-hazırda birgə naturada 4,49 ha torpaq sahəsindən istifadə edir. Cəmi mülkiyyətlərindən əskik qalan torpaq sahəsinin, 0,18 ha hissəsi JN-203 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,99 ha hissəsi isə digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. TEKUİS məlumat bazasına əsasən isə Cavabdeh naturada istifadə etdiyi 3,27 ha torpaq sahəsinin 1,17 ha hissəsi JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin, təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan yəni həmin konturda 1,15 ha torpaq sahəsinin çatışmazlığı olduğundan, pay torpaq sahibləri mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına və sahə (hektar) ölçülərinə uyğun istifadə etmədikləri müəyyən edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

25. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

26. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

33. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

34. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

35. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

36. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

37. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə, işin halları ondan ibarətdir ki, Bərdə rayonu, Mollalı kəndində yerləşən 2.9096 ha torpaq sahəsi xx.xx.2023-ci il tarixli, **********8 qeydiyyat nömrəli, nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı paylı mülkiyyətindədir. Lakin, həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

56. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

57. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

58. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

59. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

61. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).

62. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

63. Belə ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də apellyasiya baxışı zamanı keçirilmiş 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2082 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayıllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastr uçotu məlumat bazasında yerləşdirilmişdir. İddiaçı və Cavabdeh faktiki istifadə etdikləri pay torpaq sahəsinin koordinatları naturada təyin edilərək Bərdə rayon Mollalı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə müqayisə edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-203 saylı Dövlət aktı ilə Cavabdeh mülkiyyətinə 3,18 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdehin naturada 3,27 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 0,20 ha hissəsi, kompleks yerquruluşu layihəsinə əsasən JN-204 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,17 ha hissəsi isə JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-202 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,91 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Qardaşı İddiaçıqulu Əziz oğlunun JN-201 saylı Dövlət aktı ilə mülkiyyətin 2,75 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. İddiaçı və qardaşı hal-hazırda birgə naturada 4,49 ha torpaq sahəsindən istifadə edir. Cəmi mülkiyyətlərindən əskik qalan torpaq sahəsinin, 0,18 ha hissəsi JN-203 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,99 ha hissəsi isə digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. TEKUİS məlumat bazasına əsasən isə Cavabdeh naturada istifadə etdiyi 3,27 ha torpaq sahəsinin 1,17 ha hissəsi JN-202 saylı Dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd: Təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan yəni həmin konturda 1,15 ha torpaq sahəsinin çatışmazlığı olduğundan, pay torpaq sahibləri mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatlarına və sahə (hektar) ölçülərinə uyğun istifadə etmədikləri müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

65. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

66. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir. Eyni zamanda mütəxəssis məhkəmə kollegiyasının iclasına çağrılmış və iddiaçının mükiyyətində olan torpaq sahəsinin 1.17 ha hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsü bir daha müəyyən edilmişdir.

67. Göründüyü kimi, iddiaçının mükiyyətində olan 2.9096 ha torpaq sahəsinin 1.17 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edir.

68. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat pul Cavabdeh tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar