Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2598/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktoru X4 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsindən Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbə qarşı əmrlərin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl şəhəri İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində verilən, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin və xx.xx.2023-cü il tarixli 100 nömrəli əmri ləğv edərək, onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində verilən, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrin və işdən çıxarılma barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri ləğv edərək, İddiaçı əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi” kimi qəbul edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsi ilə (sədrlik edən Q.Abbasov) iddia təmin edilmiş, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X4 İddiaçı barəsində şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmri və iddiaçının işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinə kitabxana müdiri vəzifəsinə bərpa edilməsi və işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı daimi olaraq işə gec gəlmiş və ya gəlməmişdir. İddiaçının işə gəlməməsi, gecikməsi ilə bağlı onunla söhbətlər aparılmış, bununla bağlı ona töhmət, intizam qaydalarını daimi pozduğuna görə şiddətli töhmət və işdən çıxarılma barədə əmr verilmişdir. İddiaçı daimi olaraq nizam intizam qaydalarını pozduğuna görə, ona verilmiş intizam tənbehindən heç bir nəticə çıxarmadığına görə, xx.xx.2023-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının iclasında baxılmış, iddiaçı İ,Hacıyevanın işdə nizam intizam qaydalarını pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin bildirdi ki, o, Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə direktor əvəzi işləyir. İddiaçının işdən çıxarılması ilə bağlı X2 ümumi iclası keçirilmiş və iddiaçının işdən çıxarılmasına razılıq verilmişdir. İşə baxan məhkəmə isə həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq göstrədi ki, işçilərin işə davamiyyət jurnalı İlahənin yoldaşı tərəfindən götürülmüş, bu barədə akt tərtib olunmuşdur. İntizam pozuntusuna yol vermiş iddiaçı bu barədə izahat verməmişdir. X2 qərarını da təqdim edə bilər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı barəsində olan şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmr iddiaçının guya xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işə gəlməməsi səbəbindən verilsə də, iş materiallarına əlavə edilən işçilərin işə davamiyyəti barədə kitabından çıxarışdan görünür ki, iddiaçı həmin tarixlərdə işdə olmuşdur. Həmçinin Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasında iddiaçının işdən çıxarılması barədə səsvermədə heç kim onun işdən çıxarılmasının lehinə səs verməmişdir. Buna baxmayaraq, iclas bitdikdən sonra məktəbin direktor əvəzinin təzyiqləri nəticəsində sonradan Həmkarlar Təşkilatının protokolunda düzəliş edilmiş və İradə Hacıyeva ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir. Həmin iclasın nəticələrinin saxtalaşdırılması iş materiallarına əlavə edilmiş Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli iclasının bütövlükdə səs yazısı ilə də təsdiq olunur. Məhkəmənin bun iş üzrə qəbul etdiyi qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şahid kimi dindirilmiş X3 göstərdi ki, Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasında iddiaçının işdən çıxarılması barədə səsvermədə heç kim onun işdən çıxarılmasının lehinə səs verməmiş və səs yazısını qəbul edir. Bununla belə, sonradan onun işdən çıxarılmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi, vəkili və şahidi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə mediasiya prosesi təyin edilsə də cavabdeh məktəb mediasiya prosesində iştirak etməmişdir. Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə mediasiya prosesi təyin edilsə də cavabdeh məktəb mediasiya prosesində iştirak etməmişdir. işçilərin işə davamiyyəti kitabından çıxarışlardan görünür ki, şiddətli töhmət intizam tənbehinin verilməsinə səbəb olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı işdə olmuş və həmin kitaba işə gəlib-getməsi ilə bağlı müvafiq imza etmişdir. xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə yaşadığı ünvanlanan xx.xx.2023-cü il tarixli 61 nömrəli məktuba, xx.xx.2022-ci ildə verilmiş töhmətin, xx.xx.2023-cü ildə işə gəlmədiyi üçün verilmiş intizam tənbehini nəzərə almadığına görə, xx.xx.2023-cü ildə pedaqoji şuranın 7 nömrəli qərarını nəzərə alaraq şiddətli töhmət verilmişdir. xx.xx.2023-cü il tarixli 107 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək və icra intizamının normal ahəngini pozduğuna, əmək funksiyasını pozması ilə əlaqədar əvvəllər intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: xx.xx.2022-ci il tarixli 43 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrlər, çox saylı aktlar əsasında pedaqoji şuranın xx.xx.2023-cü il tarixli 7 nömrəli qərarı, məktəbin X5 xx.xx.2023-cü il tarixli 163 nömrəli qərarı. xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. xx.xx.2022-ci il tarixli 43 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2022-ci il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün töhmət verilməklə 1 (bir) günlük əmək haqqı tutulmuşdur. Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 163 nömrəli xx.xx.2023-cü il tarixli iclas protokolu və qərarından görünür ki, məktəb direktor əvəzinin təqdimatına əsasən məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı müvafiq tarixlərdə üzrsüz səbəbdən işə gəlməmişdir. İş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilən olan Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasının səs yazısından görünür ki, məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməmişdir. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X3 ifadəsində bildirmişdir ki, Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 xx.xx.2023-cü il tarixli iclasında iddiaçının işdən çıxarılması barədə səsvermədə heç kim onun işdən çıxarılmasının lehinə səs verməmiş, sonradan onun işdən çıxarılmasına razılıq verilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş işçilərin işə davamiyyəti kitabından çıxarışdan görünür ki, cavabdeh məktəbin iddiaçının işdə olmamağı barədə akt tərtib etdiyi tarixlərdə iddiaçı müvafiq kitaba işə gəlib-getməyi ilə bağlı imzaları mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məktəbin iddiaçının üzrsüz səbəbdən işə gəlməməyi barədə tərtib etdiyi aktlar da əsassız olmaqla iddiaçının işçilərin işə davamiyyəti kitabında müvafiq tarixlərdə olan imzaları işçinin işdə olmaması barədə halları təkzib edir. Bundan başqa cavabdeh məktəb tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrin qərəzli olması əmr verilən tarixdən sonra xx.xx.2023, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək haqqının tutulmasında özünü ehtiva etməklə həmin əmrin və bununla bağlı işə gəlməmə barədə müvafiq aktların sonradan tərtib edilməsini sübut edir və bu hal da iddiaçının həmin tarixlərdə işdə olmasını birbaşa sübut edir. İş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilən olan Göygöl şəhər 1 nömrəli tam orta məkltəbin X5 xx.xx.2023-cü il tarixli iclasının səs yazısından görünür ki, məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməmiş, işdən çıxarılma ilə bağlı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80-cı maddəsnin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinin müdriyyəti tərəfindən İddiaçı intizam tənbehləri verilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, İddiaçı barəsində intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatı alınmamış və ya izahat verməkdən imtina etməsi barədə akt tərtib edilməmişdir. Bundan başqa, onunla əmək müqaviləsi ləğv olunmazdan əvvəl, müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmamışdır. Belə ki, işə əlavə edilən Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X5 163 nömrəli xx.xx.2023-cü il tarixli iclas protokolu qəbul edilən qərar müəssisədə fəaliyyət göstərən X2 qərarı yox, HİK-nin bütün üzvlərinin ümumi yığıncağının qəraraı olmuşdur ki, həmin iclasda 38 nəfər iştirak etmişdir. Həm də, həmin iclasın qərarında iddiaçının işdən azad edilməsinə razılıq verilməsi qeyd edisə də, əslində isə müəyyən olunur ki, iddiaçının işdən çıxarılması lehinə səs verilməmişdir. İşin həmin halı iclasın dinlənilmiş səsyazısı və şahid qismində ifadə verən X1 ifadəsi ilə də, təsdiq edilir. Həmçinin, müdriyyət intizam xətası hesab etdiyi eyni pozuntuya görə, yəni xx.xx.2022-ci ildə verilmiş töhmətə və xx.xx.2023-cü ildə işə gəlmədiyi üçün ona xx.xx.2023-cü il tarixli əmrlə həm şiddətli töhmət verilmiş, həm də, xx.xx.2023-cü il tarixli əmrlə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərin əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına məktəbdə fəaliyyət göstərən X2 qərarı və digər sənədlər göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən, həmin sübutları qəbul etməmiş və araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh Gəncə Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X4 apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(066)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2598/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2598/2023
30.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver