Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-260/2024 15.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pəncərələrin bağlanması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pəncərələrin bağlanması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(125)-140/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş 16 dekabr 2002-ci il tarixli, 680 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 146 kv.m olan 6 yaşayış otağından ibarət olan 45 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(104)-2622/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu X9 küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsi və ümumi sahəsi 116,3 kv.m olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən bağlanması tələb edilən pəncərələr Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportda öz təsdiqini tapdığından, o cümlədən pəncərələrin bağlanması Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinin tələblərinə zidd olduğundan Texniki Pasportda göstərilən 4 və 5 nömrəli yaşayış otaqlarının pəncərələrinin bağlanması həmin yaşayış otaqlarının havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bilər.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri Əli Nəzmi küçəsi 45 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərələrin bağlandığı təqdirdə yaşayış evinin havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bildiyi müəyyən olunur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsi texniki cəhətdən mümkündür. Lakin həmin evin pəncərələrinin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsi yaşayış evinin havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi təsir göstərməsi aidiyyatı qurumlar (Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri) tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər. ünvan 4 ünvanında yerləşən yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıbbağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin tikinti-texniki normalara uyğun olub-olmaması məsələsi həmin otaqların havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi göstərməsi aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər.
6. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı ünvanladığı 18 fevral 2022-ci il tarixli, 2(044)-28/2018 nömrəli məktubun surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli2(044)-28/2018 nömrəli icra sənədi icra edildiyindən 03 may 2019-cu ildə icra sənədi üzrə icraata xitam verilmişdir. Yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pəncərələrin bağlanması tələbinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən evin ona məxsus Gəncə şəhəri Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması və cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. 2017-ci ildə hazırkı Cavabdeh əri olan X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evin arxa tərəfində olan 4 ədəd pəncərəyə vurulmuş plastik löhvənin açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişşir. O, da qarşılıqlı iddia verərək X4 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində ona məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını məhkəmədənm xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi əsasında onun tərəfindən X6 məxsus evin arxa tərəfində olan 4 ədəd pəncərəyə vurulmuş plastik listlərin açılması, X4 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması qət edilmişdir. Həmin qətnamədən X7 tərəfindən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin qətnamə qüvvədə saxlanılmış və icra edilmişdir. Lakin bundan sonra X7 mülkiyyətində olan evi hazırki iş üzrə cavabdeh olan arvadı X5 bağışlamışdır. Əmlakın mülkiyyətçisi dəyişən kimi, bağlanmış pəncərələr sökülmüşdür. Bununla bağlı həm icra məmuruna, həm də məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin icra məmuru və məhkəmə tərəfindən ona yazılı məlumat verilmişdir ki, həmin iş artıq icra edilmiş və iş üzrə icraata xitam verilmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(125)-140/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiası təmin edilərək, Cavabdeh məxsus olan Gəncə şəhəri, Həmid Araslı küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərə üst hissələrində 60 sm saxlanılmaqla hörülüb bağlanması; Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 170.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. O, tələbində cavabdehə məxsus evin pəncərələrinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilmədiyini iddia etmiş, lakin məhkəmədə qeyd olunan hallar müəyyən olunmamışdır. Halbu ki, sözügedən pəncərələr onun xüsusi mülkiyyətindəndədir və xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin, pəncərələrdən iddiaçının sahəsinə hər hansı işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə onun tərəfindən heç bir qanunsuz təsirlər edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri sübut kimi qəbul etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə evin pəncərəsi 60 sm yuxardan saxlanmaqla hörülməsi qət olunmuş və qətnamə əsasında verilən icra sənədi icra edilmişdir. Lakin fərdi yaşayış evi cavabdehin mülkiyyətinə keçdikdən sonra o, pəncərələri sökərək əvvəlki vəziyyətə gətirmişdir. Halbu ki, mülkiyyətçinin dəyişməsi pəncərənin sökülməsi üçün əsas ola bilməz. Nümayəndə1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Tərəflər məhkəmə iclasında nümayəndələri ilə təmsil edilmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
23. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 146 kv.m olan 6 yaşayış otağından ibarət olan 45 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə əvvəllər X4 mülkiyyətində olmuşdur. X7 İddiaçı qarşı cavabdeh tərəfindən ona məxsus evin arxa tərəfində olan 4 aynaya vurulmuş plasmas listin açılması barədə məhkəmədə iddia qaldırmış, İddiaçı da öz növbəsində X2rşı cavabdehin evindən ona məxsus olan evin həyatyanı sahəsinə baxan 4 ədəd pəncərənin üst hissədən 60 sm saxlanılmaqla hörülüb bağlanması barədə iddia qaldırmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi ilə hər iki iddia təmin edilmişdir. Qətnamədən X7 tərəfindən apellyasiya, eləcədə kassasiya şikayəti verilsədə, lakin şikayətlər təmin edilməmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyindən icraya yönəlmiş, icra sənədi icra edilərək iş üzrə icraata xitam verilmişdir.
35. Gəncə şəhəri, Nizami rayonu X9 küçəsində 0,044 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 116,3 kvm olan 7 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququ 15 oktyabr 2021-ci il tarixdə ********** nömrə ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X3 (əvvəllki mülkiyyətçinin arvadı) adına qeydiyyata alındıqdan sonra Cavabdeh məhkəmə qətnaməsi ilə yuxarı hissədən 60 sm saxlanılmaqla hörülməsi qət olunan 4 ədəd pəncərələrin hörülmüş hissəsini sökmüşdür. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
36. Bu qətnamənin 28-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli, eləcədə 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri alınmışdır. Birinci instansiya məhkəməsi də alınmış rəylərini işin digər faktiki halları ilə əlaqəli şəkildə araşdıraraq iddianı təmin etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində ekspert rəylərinin, eləcədə cavabdehə məxsus evin pəncərələrinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilməməsini iddia etsədə, lakin məhkəmədə qeyd olunan halların müəyyən olunmaması, pəncərələrin onun xüsusi mülkiyyətində olması, pəncərələrdən iddiaçının sahəsinə hər hansı işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə onun tərəfindən heç bir qanunsuz təsirlər edilməməsini qeyd etsədə, lakin kollegiya şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
38. Belə ki, mülki prosessual qanunvericiliyə görə, sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Yuxarıda da qeyd olunduğu kimi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(044)-28/2018 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissədən 60 sm saxlanılmaqla hörülüb bağlanması qət olunmuş, qətnamə qanuni qüvvəsini aldığından icraya yönəlmiş və icra olunaraq iş üzrə icraata xitam verilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, ünvan 4 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisinin dəyişməsi, yeni mülkiyyətçiyə məhkəmə qətnaməsi əsasında bağlanmış pəncərələrin (üst hissədən 60 sm saxlanılmaqla 4 ədəd pəncərənin hörülüb bağlanması) əvvəlki vəziyyətə qaytarılmasına əsas vermir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(125)-140/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.