Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2604/2023 13.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1280/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1280/2023 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 1.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə cavabdehlərlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçı həmkəndliləridir. 2002-ci il tarixdə cavabdeh ümumi birgə mülkiyyətlərində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsini 3.500 manat müqabilində iddiaçıya satmışlar. Həmin tarixdən mübahisəli torpaq sahəsi təmsil etdiyi şəxsin faktiki istifadəsinə verilmiş və iddiaçı torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Bununla belə cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarına vəd vermişlər. İddiaçı da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verilməsinə görə cavabdehlərə inanmış və nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən formada qalmışdır. Buna baxmayaraq, həmin vaxtdan da mübahisəli torpaq sahəsindən iddiaçı təyinatına uyğun olaraq istifadə etmiş, yəni orada kənd təsərrüfatı məhsulları becərmişdir. Hazırda isə mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsində olsa da, rəsmi olaraq cavabdehlərin adına qeydə alınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, təmsil etdiyi şəxslə cavabdehlər arasında mübahisəli torpaq sahəsi barədə alqı-satqı müqaviləsi artıq bağlanmışdır. Cavabdehlər öz iradələrini 2002-ci il tarixdə sərbəst şəkildə ifadə etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, həm maddi hüquq normalarını, həm də prosessual hüquq normalarını kobudluqla pozmuşdur. Belə ki, cavabdehlər onun həmkəndliləridirlər. 2002-ci ildə cavabdehlər ümumi birgə mülkiyyətlərində olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha hissəsini 3.500 (üç min beş yüz ) manata ona satıblar. Həmin tarixdən mübahisəli torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə istifadə edir. Torpaq sahəsində bahalı meyvə ağaclan əkmiş və torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmişdir. Həmin meyvə ağacları hazırda məhsul verirlər. Cavabdehlər torpaq sahəsini ona satanda vəd verdilər ki, yaxın vaxtlarda torpaq sahəsini ona satılmasına dair notarial qaydada alqı-satqı müqaviləsini rəsmi qeydə aldıracaqlar. O da onlara inanmış və etibar etmişdir. Çünki cavabdehlər mübahisəli torpaq sahəsini naturada ona təhvil vermişdilər. Hazırda aradan uzun müddət keçməsinə baxmayaraq cavabdehlər mübahisəli torpaq sahəsi ilə bağlı alqısatqı müqaviləsini notarial qaydada rəsmi qeydə aldırmaqdan imtina edirlər. Buna görə də məcbur olub, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə həmin alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul etsin. Əslində onlar şifahi formada alqı-satqı müqaviləsi bağlamışıq. Qaydalara uyğun olaraq torpaq sahəsinə görə razılaşdırılmış məbləği nəğd şəkildə ödəmiş və cavabdehlər də danışıqlarına uyğun olaraq torpaq sahəsini faktiki olaraq, naturada onun istifadəsinə veriblər. Bu torpaq sahəsindən mübahisəsiz istifadəsinə şərait yaradıblar. Qeyd edilən kimi mübahisəli torpaq sahəsindən uzun müddətdir ki, mübahisiz istifadə edir. Vicdanlı alıcıdır. Almış olduğu torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsində 600dən çox meyvə ağacları əkmişdir. Həmin meyvə ağacları hazırda bar verir. Torpaq sahəsi ona bütün mülkiyyətçilərin razılığı ilə satılıb. Cavabdehlər aralarında bağlanmış əqdi rəsmi qeydə aldırmaqdan imtina edirlər. Bunu mülkiyyətçilər Şəmkir rayonu, X8 vermiş olduqları izahatlarında da təsdiq edirlər. Buna görə də o Şəmkir rayon Məhkəməsində iddiaçılara qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair hazırkı iddia qaldırmışdır. Məhkəməyə kifayət qədər sübut təqdim etsə də birinci instansiya bunları nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında cavabdehlərdən torpaq sahəsini dəyərini ödəməklə 2002-ci ildə yox, 2016-cı ildə aldığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və məhkəmə clasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1280/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan **********xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. . İş materiallarında olan A 477781 saylı “X6 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X1 xx.xx.2012-ci il tarixdə, X2 xx.xx.2012-ci il tarixdə, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-304/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının həmkəndliləridir. İddia ərizəsinə görə 2002-ci il tarixdə cavabdeh ümumi birgə mülkiyyətlərində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsini 3.500 manat müqabilində iddiaçıya satmışlar. Həmin tarixdən mübahisəli torpaq sahəsi təmsil etdiyi şəxsin faktiki istifadəsinə verilmiş və iddiaçı torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Bununla belə cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alqı-satqı müqaviləsi bağlayacaqlarına vəd vermişlər. İddiaçı da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verilməsinə görə cavabdehlərə inanmış və nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən formada qalmışdır. Buna baxmayaraq, həmin vaxtdan da mübahisəli torpaq sahəsindən iddiaçı təyinatına uyğun olaraq istifadə etmiş, yəni orada kənd təsərrüfatı məhsulları becərmişdir. Hazırda isə mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsində olsa da, rəsmi olaraq cavabdehlərin adına qeydə alınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, təmsil etdiyi şəxslə cavabdehlər arasında mübahisəli torpaq sahəsi barədə alqı-satqı müqaviləsi artıq bağlanmışdır. Cavabdehlər öz iradələrini 2002-ci il tarixdə sərbəst şəkildə ifadə etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2020-ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, iddiaçı mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-304/2022 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixli Çıxarış əsasında Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 hektar hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Onların hüquqları dövlət tərəfindən tanınır və qorunur. Bu baxımdan mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. öründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini 3.500 manat müqabilində satın almasını iddia etsə də, işin araşdırılmış hallarından görünür ki, cavabdehlər mülkiyyətçi kimi torpaq sahəsini iddiaçıya satmaq niyyətində olmamış, belə bir iradələrini ifadə etməmişlər. İddiaçı tərəf isə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MMnin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əssən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin bağlanmış hesab edilməsi ilə bağlı yaranan mübahisədir və iddiaçının qənaətinə görə tələbin maddi hüquqi əsasını Mülki Məcəllədən 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmış 335.2-ci maddəsi təşkil edir. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş materiallarında olan izahatı (i.v.17) və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan görünür ki, o, mübahisələndirdiyi torpaq sahəsini 2002-ci ildə yox, 2016-cı ildə notariat qaydasında müqavilə bağlamadan almış, məhkəməyə cavabdeh tərəfə hansısa məbləğdə pul verdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əqdin tərifi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin anlayışını müəyyən edən 389.1-ci maddəsində yazılmışdır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əqdlərin formasına və məzmununa dair bilavasitə Mülki Məcəllə ilə müəyyən tələblər nəzərdə tutulmuşdur. Bu cür tələblər Mülki Məcəllənin müxtəlif normalarında müəyyən olunmuşdur. Məsələn, müqavilənin forması ilə bağlı Mülki Məcəllənin 329.2-cu maddəsinə göstərilir ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsində deyilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 406.3-cü maddəsində qeyd olunur ki, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Müqavilənin forma və məzmunu ilə bağlı qanunun tələblərinə əməl olunması yoxlanılarkən əvvəlcə mübahisələndirilən müqavilənin növü müəyyən olunmalıdır. Baxılan işdə mübahisələndirilən müqavilə daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində açıqlanaraq göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əşyaların alqısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki dövriyyədə müəyyən növ müqavilələrin formalarını qanun birbaşa müəyyən etmişdir. Daşınmaz əmlakın dövriyyəsi ilə bağlı əqdlər də bu kateqoriyaya aiddir. Qanunvericilik, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələrin forması kimi onların yazılı şəkildə bağlanması və notarial qaydada təsdiqlənməli olduğunu müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilələrin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak müqavilə bağlanan anda əmlakı özgəninkiləşdirən şəxsə məxsus olmalıdır, yəni əmlakın müqəddəratını mülkiyyətçisi həll edir. Hazırki işdə müqavilənin bağlanmış (etibarlı) sayılması üçün Mülki Məcəllənin 335.2ci maddəsində göstərilmiş şərtlər mövcud deyildir. Belə ki, iddiaçı tərəf 2002-ci ildə həmin torpaq sahəsinin cavabdehlər tərəfindən ona satılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya nstansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.0., 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1280/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2604/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2604/2023
13.12.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver